Month: February 2026

  • WBO heç bir məğlubiyyəti olmayan boksçunu diskvalifikasiya etdi

    Qazaxıstan nümayəndəsi Janibek Alimxanulı antidopinq qaydalarını pozduğuna görə Dünya Boks Təşkilatı (WBO) tərəfindən bir il müddətinə diskvalifikasiya edilib.

    Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

    Diskvalifikasiya müddəti 2 dekabr 2025-ci ildən hesablanır.

    WBO Alimxanulının orta çəkidə çempionluq kəmərini saxlayıb, lakin həmin çəki dərəcəsində müvəqqəti titul uğrunda döyüş təyin edib ki, burada britaniyalı Denzel Bentli və venesuelalı Endri Saavedra qarşılaşacaqlar. Döyüşün tarixi daha sonra təyin olunacaq.

    Diskvalifikasiya müddətində Alimxanulı rəsmi və ya nümayiş döyüşlərində iştirak hüququndan məhrum edilib. Diskvalifikasiya müddəti bitdikdən dərhal sonra o, müvəqqəti titul uğrunda döyüşün qalibinə qarşı məcburi titul müdafiəsi yarışı keçirməlidir.

    Jurnalist Den Rafaelin məlumatına görə, WBO və Beynəlxalq Boks Federasiyasının (IBF) orta çəki dərəcəsində titullarına sahib olan Alimxanulının dopinq testində meldonium aşkarlanıb. Bakı vaxtı ilə 7 dekabr gecəsi o, ABŞ-də Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə çempion olan kubalı Erislandi Lara ilə döyüşməli idi, lakin döyüşdən kənarlaşdırılıb.

    32 yaşlı Alimxanulının hesabında 17 qələbə (12-si nokautla) var və heç bir məğlubiyyəti yoxdur. O, 2013-cü ildə həvəskarlar arasında dünya çempionu olub.

  • Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? – Mütəxəssislərdən XƏBƏRDARLIQ

    Qramla ətir satışı bu gün alıcıların tələbatını ödəyən əsas seqment sayılır. Lakin alıcılara təklif olunan məhsulun keyfiyyəti, mənşəyi və tərkibi ilə bağlı fikirlər birmənalı deyil.

    Median.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

    Azərbaycanda qramla ətir satışı getdikcə populyarlaşır. İstehlakçılar bahalı və brend ətirləri kiçik dozada və büdcələrinə uyğun ala bilirlər. Bu seçim imkanı cazibədar olsa da, məhsulun keyfiyyəti, tərkibi, sağlamlığa təsiri və nəzarət mexanizmləri sual altındadır.

    Əvvəl qramla ətir bazarı daha çox metro keçidlərində və elan saytlarında idi. Son illərdə keyfiyyətli və premium modellər də qramla satışa çıxıb. Lakin keyfiyyətli və keyfiyyətsiz ətri ayırd etmək asan deyil. Dünyada da qramla ətir satışı populyardır. Çünki bu üsul həm istehlakçıya sərfəli seçim imkanı verir, həm də test etmək imkanı yaradır. Lakin keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət etmək vacibdir.

    Qramla ətirlər neçəyə satılır?

    Azərbaycan ətir bazarında qramla ətirlər 50 qəpikdən başlayaraq 10 AZN-ə qədər satılır. Qiymət əsasən satıcının seçiminə, məhsulun markasına və keyfiyyətinə bağlıdır. Elanların əksəriyyəti brend ətirlərin qramla satışı kimi təqdim olunur. İddia edilir ki, bu ətirlərin qalıcılığı paltarda üç gün, bədəndə isə bir gündür.

    Qiymətə gəldikdə isə, 10 ml-lik ətirlər 5 AZN, 20 ml-lik ətirlər 10 AZN, 50 ml-lik ətirlər isə 20 AZN-dən təklif olunur. Bazarda 2-3 günədək qalıcı olan 50 ml-lik ətirləri 12-14 AZN-ə təklif edənlər də mövcuddur. Yəni, bazarda istədiyiniz qiymət aralığında ətir tapmaq mümkündür.

    Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? – Mütəxəssislərdən XƏBƏRDARLIQ
    “Ölkəmizdə qramla satılan ətirlərə tələbat yüksəkdir”

    Ətriyyatçı Elxan Hüseynov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, hazırda Azərbaycan ətir istifadəsinə görə öndə gedən ölkələrdən biridir:

    “Ölkəmizdə ətrə, xüsusilə də qramla satılan ətirlərə tələbat yüksəkdir. Hazırda qramlıq ətirlər deyəndə təkcə dünya markalarının bənzərləri olan yağ parfümlərin qramlığı nəzərdə tutulmur, həm də dünya brendlərinin öz ətirlərinin qramlıq satışı həyata keçirilir. Buna dekant satış deyilir. Yəni, ətirlər orijinal qablaşdırmadan ayrı, kiçik həcmlərdə satılır”.

    Rəngi tünd olan ətir keyfiyyətlidir?

    Qramla ətir alarkən diqqət edilməli məqamlara gəldikdə, müsahibimiz bildirir ki, bəzi satıcılar məhsulu keyfiyyətli göstərməyə çalışaraq alıcıları manipulyasiya edirlər:

    “Ətir fiziki məhsul olmadığı üçün alıcılar çox vaxt nüanslara fikir vermir və ya məlumatlı olmurlar. Qramlıq ətir satanlar isə əksər hallarda ətrin tünd rəngi və ya qatılığı ilə məhsulu keyfiyyətli göstərməyə çalışaraq manipulyasiya edirlər. Məlumatlı alıcını heç bir qeyri-peşəkar satıcı aldada bilməz”.

    Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? – Mütəxəssislərdən XƏBƏRDARLIQ
    Xərçəng, sonsuzluq, dəri problemləri…

    Həmsöhbətimiz deyir ki, keyfiyyətsiz və saxta parfümlərin yaratdığı problem təkcə estetika ilə məhdudlaşmır:

    “Saxta parfümlərin tərkibində tez-tez ftalatlar və formaldehidlər kimi zərərli maddələrdən istifadə olunur. Ftalatlar ətir və kosmetikada qoxunun uzun müddət qalıcı olmasını təmin etmək və parfümün “yayılma” xüsusiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. Ətirlərin az da olsa qalıcı olması üçün mənşəyi bəlli olmayan fiksatorlar əlavə edilir. Ətir uçucu maddələrdən hazırlandığı üçün bu cür zərərli komponentlər havaya yayılaraq birbaşa tənəffüs yollarımıza daxil olur və sağlamlıq üçün ciddi risk yaradır. Respirator xəstəliklərlə yanaşı, xərçəng xəstəliklərinə, sonsuzluğa və müxtəlif dəri problemlərinə səbəb ola bilər”.

    Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? – Mütəxəssislərdən XƏBƏRDARLIQ
    “Ətri hissiyyat və bilgi əsasında seçmək vacibdir”

    Mütəxəssis keyfiyyətli ətir seçməyin sirlərini də bizimlə bölüşdü:

    “Keyfiyyətli və təhlükəsiz ətir seçimi üçün müştərilər ətirləri ilk olaraq savadlı satıcı‑konsultantlardan və ya şəbəkə mağazalardan əldə etməlidirlər. Ətri yalnız xarici görünüşünə görə deyil, hissiyyat və bilgi əsasında seçmək vacibdir. Siz ətrin notlarını anlamağa və duymağa çalışmalısınız və impulsiv qərarlardan çəkinməlisiniz. Ətri seçimdən əvvəl dəri və ya kağız‑blotter üzərində sınamaq tövsiyə olunur. Əgər ətrin mənşəyindən şübhələnirsinizsə və qoxuda “yanmış plastik” və ya xoşagəlməz “sirkə” qoxusu hiss edirsinizsə, məsləhətdir ki, ondan uzaq durasınız”.

    Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? – Mütəxəssislərdən XƏBƏRDARLIQ
    Ən çox çirklənən seqment…

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, parfümeriya bazarı Azərbaycanda ən çox çirklənmiş seqmentlərdən biridir:

    “İllər əvvəl bu sahədə fəaliyyət göstərən iri pərakəndə şəbəkələrdən birinin mütəxəssislərinin və laboratoriyalarının dəstəyi ilə parfümeriya bazarı üzrə araşdırma aparmışdıq. Araşdırma nəticəsində ölkənin əmtəə bazarında külli miqdarda qaçaq və mənşəyi məlum olmayan parfümeriya məhsullarının olduğu müəyyən edilmişdi. Bununla bağlı müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılmış, satış şəbəkələri müəyyən edilmiş və zəruri addımlar atılmışdı. Lakin zamanla bazar yenidən çirklənməyə başladı. Hazırda nəinki qramla ətir satanlar, hətta bəzi brend mağazalarla bağlı da istehlakçı şikayətləri mövcuddur”.

    Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? – Mütəxəssislərdən XƏBƏRDARLIQ
    “Bu sahəyə faktiki olaraq nəzarət edən qurum yoxdur”

    Birlik sədri bildirir ki, Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən, parfümeriya məhsulları dəyişdirilməsi və qaytarılması mümkün olmayan mallar siyahısına daxildir. Bəzi biznes subyektləri bu normadan sui-istifadə edirlər: “Bazarın çirklənməsi fonunda qramla ətir satışı da artıb. Brend ətirlərə inamın azalması nəticəsində istehlakçılar qramla satılan məhsullara üstünlük verirlər. Bu sahəyə isə faktiki olaraq nəzarət edən yoxdur. Nazirlər Kabinetinin təhlükəsizliyi təmin olunan mallarla bağlı 343 saylı qərarı artıq 10 ildən çoxdur ki, ləğv edilib. Hazırda parfümeriya məhsullarının tərkibinə nəzarət əsasən gömrükdə sənədlər üzərində aparılır və məhsullar bu şəkildə ölkənin əmtəə bazarına buraxılır. Açıq şəkildə satılan və nəzarətsiz dövriyyədə olan ətirlərin insanların sağlamlığına mənfi təsir göstərdiyi istisna olunmur. Çünki bu məhsullar birbaşa dəri ilə təmasda olur və potensial təhlükə daşıyır. İnsanlar bunu bilmədən müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilərlər”.

  • Sertifikasiya dələduzluğu: İmtahandan keçmək istəyən müəllimlər aldadıldı

    Goranboy rayonunun Tərlan Cəbrayılov adına Qazanbulaq qəsəbə tam orta məktəbinin 3 müəllimi dələduzluqla üzləşib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, həmin müəllimlər serftifikasiya imtahanından aşağı bal toplayıb. Bundan sonra müəllimlər növbəti imtahandan daha asan şəkildə keçmək üçün yollar arayıb.

    Müəllimlərin həmkarlarından biri həyat yoldaşının bu işdə onlara yardımçı ola biləcəyini deyib. Tərəflərin razılaşmasından sonra müəllimlər hərəsi 9000 min manat verməklə sertifikasiya imtahanında lazım olan nəticəni əldə etmək istəyiblər. Lakin sonradan aldadıqlarını başa düşüb şükayətçi olublar.

    Onlara bu işdə yardım təklif edən müəllimin Zaur adlı həyat yoldaşı cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham ealn edilib.
    Cinayət işinə Goranboy Rayon Məhkəməsində hakimi Hafiz Əliyevin sədrliyi ilə baxılıb.

    Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. O, bu məsələdə Gəncə şəhərində yaşayan Z.İbrahimov adlı şəxsi ittiham edib. Bildirib ki, pulları ona verib. Həmin şəxs oğlu F.İbrahimovun Elm və Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində çalışdığını və bu məsələləri həll edəcəyini deyib.

    Zaur bildirib ki, həmin şəxslə Goranboy rayonu Düzqışlaq kənd icra nümayəndəsinin Rəşad adlı müavini vasitəsi ilə tanış olub.

    Məhkəmənin hökmü ilə müttəhimə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləği 27 000 manatdır.

  • Narkotiklərlə bağlı 40-a yaxın fakt müəyyən edilib

    Azərbaycanda fevralın 20-də narkotiklərlə əlaqəli 39 fakt müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ötən gün qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

  • 18 yaşlı oğlan motosikleti səkiyə çırpıb öldü

    Bakıda motosiklet qəzası ölümə səbəb olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.

    18 yaşlı Məhəmməd Ovçuyev sükan arxasında olduğu motosikleti yolun kənarındakı səkiyə çırpıb. Qəza nəticəsində gənc hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır

  • СМИ: Десятки самолётов США заметили на военной базе в Иордании на фоне обострения отношений с Ираном

    Американская газета The New York Times со ссылкой на спутниковые снимки и полётные данные сообщила о резком увеличении числа военных самолётов США на территории Иордании на фоне обострения отношений с Ираном.

    По данным журналистов, наращивание американской авиационной группировки зафиксировано на военной базе “Муваффак Салти”.

    “База в центральной Иордании стала ключевым центром планирования американскими военными возможных ударов по Ирану”, – говорится в публикации.

    Отмечается, что на спутниковых снимках, сделанных 20 февраля, можно рассмотреть более 60 самолётов. Эта цифра примерно в три раза превышает обычные показатели присутствия для данного объекта.

    Кроме того, анализ данных отслеживания полётов свидетельствует, что с 15 февраля на базу совершили посадку как минимум 68 транспортных бортов.

    Авторы материала предполагают, что часть дополнительных истребителей может находиться в укрытиях. На фотографиях также удалось идентифицировать современные истребители F-35, появление которых здесь нетипично, несколько беспилотных летательных аппаратов, вертолёты и новые системы противовоздушной обороны.

    Иорданские чиновники пояснили газете, что размещение техники осуществляется в рамках двустороннего оборонного соглашения с Вашингтоном.

  • İranla gərginlik artır: Onlarla ABŞ təyyarəsi İordaniya hərbi bazasında GÖRÜNTÜLƏNDİ

    İranla əlaqələrdə gərginliyin artması fonunda İordaniya ərazisində ABŞ hərbi təyyarələrinin sayı kəskin şəkildə artıb.

    Bu barədə “The New York Times” nəşri peyk görüntülərinə və uçuş məlumatlarına istinadən yazıb.

    Jurnalistlərin sözlərinə görə, ABŞ aviasiya qruplaşmasının yerləşdirilməsi “Muvaffak Salti” hərbi bazasında qeydə alınıb.

    “Mərkəzi İordaniyadakı baza ABŞ hərbçiləri tərəfindən İrana mümkün zərbələrin planlaşdırılması üzrə əsas mərkəzə çevrilib”, – deyə nəşrdə bildirilib.

    Qeyd olunur ki, peyk görüntülərində 60-dan çox təyyarəni görmək mümkündür. Bu rəqəm həmin obyektdə adi mövcudluqdan göstəricilərini təxminən üç dəfə üstələyir.

    Bundan əlavə, uçuşların izlənməsi məlumatlarının təhlili göstərir ki, fevralın 15-dən bəri bazaya ən azı 68 nəqliyyat təyyarəsi eniş edib.

    Məqalə müəllifləri ehtimal edirlər ki, əlavə qırıcı təyyarələrin bir hissəsi sığınacaqlarda ola bilər. Fotoşəkillərdə həmçinin müasir “F-35” qırıcılarını, bir neçə pilotsuz uçuş aparatını (PUA), helikopterləri və yeni hava hücumundan müdafiə sistemlərini də görmək mümkün olub.

    İordaniya məmurları qəzetə izah ediblər ki, texnikanın yerləşdirilməsi Vaşinqtonla ikitərəfli müdafiə müqaviləsi çərçivəsində həyata keçirilir.
    //oxu.az

  • Sərxoş halda “102”yə zəng edib narkotikin qiymətindən danışdı: HƏBS OLUNDU

    Sərxoş halda Daxili İşlər Nazirliyinin “102”yə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, 1986-cı təvəllüdlü Ç.V “102”yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əssasız şikayətlər edib.

    O bundan başqa, digər rayonlarda narkotikin qiymətinin 10 manat olduğunu, Füzulidə isə 7 manata satıldığını bildirib.

    Ç.V məhkəmədə özünü təqsirli hesab edərək, əməli sərxoş vəziyyətdə törətdiyini deyib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.

    Məhkəmənin qərarına əsasən, barəsində İnzibati Xətəlar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilmiş şəxs səkkiz sutka inzibati qaydada həbs olunub.

  • Peyvənd əleyhdarlarını gözləyən böyük təhlükə: Tarix təkrarlanır?

    Müasir tibb uzun illər boyunca yoluxucu xəstəlikləri ya tam sağalma, ya da ölüm ilə nəticələnən iki uçlu proses kimi təsvir edib. Lakin gerçək vəziyyət heç vaxt bu qədər sadə olmayıb. Çox xəstə üçün əsas mübarizə virus bədəndən çıxandan sonra başlayır.

    Qaynarinfo xəbər verir ki, bu günə gəldikdə, vaksinlər yalnız bizi yatağa düşməkdən qurtaran tibbi vasitələr deyil, illərlə davam edə biləcək xroniki zərərlərə qarşı ən güclü müdafiə xətti halına gəlib. Xəstəliklərin bu gizli tərəfi tarix boyu mövcud olub; amma koronavirus pandemiyası ilə gündəmə girən “Uzun COVID” anlayışı, bu gerçəyi geniş kütlələrin diqqətinə çatdırıb. Xroniki yorğunluq, “beyin dumanı” adlandırılan diqqət problemləri və keçməyən baş ağrıları milyonlarla insanın sosial həyatdan və işdən uzaq qalmasına səbəb olur. Bu, yeni bir fenomen kimi görünə bilər, amma əslində keçmişdəki bütün böyük pandemiyaların geridə qoyduğu ümumi və qaranlıq mirasın davamıdır.

    Tarixin tozlu rəflərindəki xroniki izlər

    Keçmişə baxanda, hər böyük epidemiyanın ardından mütləq xroniki xəstəlik dalğasının gəldiyini görürük. 1889-cu ildəki Rusiya qripindən sonra həkimlər, xəstələrin illərlə davam edən əzələ ağrıları və yuxusuzluqdan şikayət etdiyini “qrip yorğunluğu” kimi qeydə almışdılar. 1918-ci il böyük qrip pandemiyasından sonra isə minlərlə insan, beyinə birbaşa təsir edən ağır nevroloji problemlərlə üzləşdi və həyatda normal fəaliyyət göstərə bilmədi. Yalnız İngiltərədə minlərlə uşaq virusu yensə də, əvvəlki sağlamlığına bir daha qovuşa bilməmişdi.

    20-ci əsr boyunca bu reallıq dəyişməyib. Uşaqlıq iflicini yaşayanlar on illər keçsə də, əzələ zəifliyi və iflic riski ilə üzləşməyə davam edib. Yaxın tarixdəki SARS və Ebola epidemiyaları da oxşar izlər buraxıb; virusdan qurtulmaq həmişə xəstəlikdən tam qurtulmaq demək deyil. Göz problemlərindən qalıcı yorğunluğa qədər bir çox zərər sağ qalanların ardınca gəlir. Elə bu nöqtədə vaksinlərin əsl əhəmiyyəti ortaya çıxır: yoluxmanı ən başından dayandırmaq, müasir tibb hələ tam həll edə bilmədiyi uzunmüddətli riskləri aradan qaldırır.

    Gələcəyi qorumaq

    Bu gün vaksinlər ətrafında gedən müzakirələr və ictimai səhiyyə qərarlarının müxtəlif sahələrə çəkilməsi yalnız anlıq yoluxma riskini artırmır; eyni zamanda gələcəkdə xroniki xəstə sayı artmış olur. Elmin sübutlara və profilaktik tibbə əsaslanaraq əldə etdiyi bu uğurları görməməzlikdən gəlmək, cəmiyyəti daha azad etmir, əksinə daha müdafiəsiz vəziyyətə gətirir.

    Tibb tarixinin bizə öyrətdiyi ən aydın dərs budur: tarix təkrarlanır və profilaktik tədbirləri rədd etmək yalnız bu günü deyil, sabahın sağlam həyat haqqını da təhlükəyə atır.

  • Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edildi

    Fevralın 21-22-də BakıdaFevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.