Month: February 2026

  • Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək

    Azərbaycanda yaz fəslinin gəlişindən xəbər verən çərşənbələr yaxınlaşır.

    Bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

    Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.

    Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma ilə xarakterizə olunur. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

    Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu çərşənbənin ayinlərindəndir. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

    Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir.

    Yeri gəlmişkən, martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

    Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.

    Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. (Modern.az)

  • Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan FHN əməkdaşı dəfn olundu

    21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı Neftçala rayonunun Şorkənd kənd sakini, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu yaşadığı kənd qəbristanlığında dəfn edilib.

    Dəfn mərasimində rayon ictimaiyyəti, FHN-in rəsmiləri – Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Asif Məmmədli və FHN-in Baş yanğın təhlükəsizliyi eksperti Yusif Nəbiyev, FHN-in əməkdaşları, kənd sakinləri, mərhumun qohumları iştirak ediblər.

  • Yeni Orfoqrafiya lüğətində əvvəllər apostrofla işlənən sözlərin ayrıca siyahısı veriləcək

    Yeni Orfoqrafiya lüğətində bir vaxtlar apostrof işarəsi ilə işlənən sözlərin ayrıca siyahısı veriləcək.

    Median.Az xəbər verir ki, bunu report-a müsahibəsində Nəsimi adına Dilçilik İnsitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli deyib.

    Onun sözlərinə görə, sözügedən lüğətinin nəşri bu il üçün nəzərdə tutulur.

    “Nazirlər Kabinetinin qaydalarına əsasən, lüğət 5 ildən tez olmayaraq çap edilməlidir. Lüğətin 2021-ci ildən öncəki nəşrində Dilçilik İnstitutunun əməkdaşları ilə yanaşı, Şərq-Qərb nəşriyyatının əməkdaşları da var idi. Onlar qeyri-peşəkar dilçilər olduğu üçün bəzi nöqsanlar var idi”.

    Direktor müavini sonuncu lüğətdə söz sayının 90 min olduğunu diqqətə çatdıraraq əlavə edib ki, budəfəki lüğətdə də söz artımı olacaq.

    “Çalışırıq ki, hazırladığımız lüğət hər bir adam üçün stolüstü orfoqrafiya lüğəti rolunu oynaya bilsin”.

    Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

  • Bazar günü yağış yağacaq

    Fevralın 22-də gözlənilən hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir.

    Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

  • Xəzər rayonunda ƏMƏLİYYAT: İki qardaş və əmisi oğlu SAXLANILDI

    Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri – 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb.

    Saxlanılanların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan Mahir və Elxan Əhmədovlar qardaşdır. Haqverdi Əhmədli isə onların əmisi oğludur

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Трамп подписал указ о введении 10% пошлин на импорт из всех стран и отменяет старые пошлины

    Президент США Дональд Трамп заявил о подписании указа, предусматривающего введение 10% пошлин на импорт из всех стран.

    Соответствующую публикацию он разместил 20 февраля в Truth Social.

    По словам главы Белого дома, он “подписал в Овальном кабинете [указ] о глобальной 10% пошлине в отношении всех стран, которая вступит в силу практически немедленно”.

    Дополнительная пошлина на импорт в США в размере 10% вступит в силу 24 февраля и будет действовать в течение 150 дней, говорится в заявлении.

    Из него следует, что дополнительной пошлиной не будет облагаться импорт в США некоторых критических минералов, энергоносителей, природных ресурсов, удобрений, не производимых на территории страны, некоторых видов сельскохозяйственной продукции, лекарств, некоторых видов электроники, автомобилей и других видов транспорта, а также продукции, используемой в аэрокосмической отрасли. Кроме того, из-под действия дополнительной пошлины выведен импорт в США продукции в сфере национальной безопасности, а также товаров, импорт которых предусмотрен трехсторонним торговым соглашением США, Мексики и Канады (USMCA).

    США также отменили действие некоторых таможенных пошлин после соответствующего решения Верховного суда, говорится в заявлении, размещенном 20 февраля на сайте Белого дома.

    Из него следует, что прекращается действие пошлин, введенных под предлогом закона о чрезвычайном положении. В частности, речь идет о пошлинах, введенных США в апреле 2025 года на продукцию из 185 стран и территорий. Кроме того, прекращается действие пошлин, введенных в отношении Китая, Мексики и Канады под предлогом борьбы с нелегальной миграцией и контрабандой наркотиков, а также против стран, закупавших нефть или газ у Венесуэлы. Кроме того, прекращено действие указа, согласно которому США в августе 2025 года ввели в отношении Индии дополнительные пошлины в размере 25% в связи с приобретением ею российской нефти. Действие этих пошлин было прекращено 7 февраля. Также прекращено действие указов, согласно которым США могли ввести пошлины в отношении государств, поставляющих нефть на Кубу, а также стран, импортирующих товары или услуги из Ирана.

    Соответствующие указы “более не должны действовать”, а взимание пошлин, предусмотренных ими, “должно быть прекращено как можно скорее”, отмечается в документе.

    Верховный суд США признал превышением полномочий введение американской администрацией импортных пошлин против других стран под предлогом закона об экономических полномочиях в случае международных чрезвычайных ситуаций (IEEPA). В то же время высшая судебная инстанция не пояснила, должны ли США вернуть уплаченные им ранее в качестве пошлин деньги.

    2 апреля 2025 года американский лидер объявил о введении таможенных пошлин на продукцию из 185 стран и территорий. Позднее он менял тарифную ставку на импорт товаров из некоторых стран. 29 августа апелляционный суд в федеральном округе Колумбия признал, что глава государства не обладал необходимыми полномочиями для введения многих из объявленных им пошлин. Американская администрация 4 сентября обратилась в Верховный суд с просьбой отменить упомянутое постановление.

  • Trampdan GÖZLƏNİLMƏZ QƏRAR: Yeni qiymətlər qüvvəyə minir

    ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən idxal edilən mallara 10% rüsumun tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.

    O, bu barədə “Truth Social” səhifəsində paylaşım edib.

    Ağ Ev rəhbərinin sözlərinə görə, o, Oval kabinetdə bütün ölkələr barəsində 10% qlobal rüsum tətbiq edən fərman imzalayıb və bu, dərhal qüvvəyə minəcək.

    Bəyanata əsasən, ABŞ-də idxala əlavə 10%-lik rüsum fevralın 24-dən qüvvəyə minəcək və 150 gün müddətində qüvvədə qalacaq.

    Həmçinin qeyd edilir ki, əlavə rüsum müəyyən vacib mineralların, enerjidaşıyıcıların, təbii sərvətlərin, ölkə ərazisində istehsal olunmayan gübrələrin, bəzi kənd təsərrüfatı məhsullarının, əczaçılıq məhsullarının, bəzi elektronika növlərinin, avtomobillərin və digər nəqliyyat növlərinin, eləcə də aerokosmik sənayedə istifadə olunan məhsulların idxalına şamil edilməyəcək. Bundan əlavə, ABŞ-yə milli təhlükəsizlik məhsullarının idxalı, eləcə də ABŞ-Meksika-Kanada üçtərəfli ticarət sazişində (USMCA) idxalı nəzərdə tutulan malların idxalı əlavə rüsumdan azad olunub.

    Eyni zamanda Ağ Evin saytında fevralın 20-də dərc edilmiş bəyanata əsasən, ABŞ həmçinin Ali Məhkəmənin müvafiq qərarından sonra bəzi gömrük rüsumlarını da ləğv edib.

    Buradan aydın olur ki, fövqəladə vəziyyət haqqında qanun adı altında tətbiq edilən rüsumlara xitam verilir. Söhbət xüsusilə ABŞ tərəfindən 2025-ci ilin aprel ayında 185 ölkə və ərazidən məhsullara tətbiq edilən rüsumlardan gedir. Bundan əlavə, qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Çin, Meksika və Kanadaya, eləcə də Venesueladan neft və ya qaz alan ölkələrə tətbiq edilən rüsumlar da ləğv edilir. Eyni zamanda ABŞ-nin 2025-ci ilin avqust ayında Rusiya neftinin alınması ilə əlaqədar Hindistana əlavə 25% rüsum tətbiq etdiyi sərəncam qüvvədən düşüb. Rüsumlar fevralın 7-də ləğv edilib. Həmçinin ABŞ-nin Kubaya neft tədarük edən ölkələrə, eləcə də İrandan mal və məhsullar idxal edən ölkələrə rüsum tətbiq etməsinə imkan verən sərəncamlar da ləğv edilib.

    Sənəddə qeyd edilir ki, müvafiq sərəncamlar bundan sonra qüvvədə olmamalıdır, onların nəzərdə tutduğu rüsumlar isə mümkün qədər tez ləğv edilməlidir.

  • В Азербайджане врач, которому угрожали смертью, назначен на должность

    В Шамкирскую центральную районную больницу (ЦРБ) назначен новый исполняющий обязанности директора.

    Как сообщает Qaynarinfo, соответствующим приказом руководства TƏBİB эта должность поручена Эльчину Алиеву.

    Отметим, что он уже несколько лет работает главным врачом указанной больницы. Э.Алиев попал в повестку дня из-за угрозы смерти. Так, Эльчин Бабаев (1987 г.р.) угрожал убить его в случае неуплаты 16 000 манатов.

    Напомним, что несколько дней назад был уволен директор Шамкирской ЦРБ Самир Намазов.

  • Azərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ

    Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, TƏBİB rəhbərliyinin müvafiq əmri ilə bu vəzifə Elçin Akif oğlu Əliyevə həvalə olunub.

    Qeyd edək ki, o, bir neçə ildir sözügedən xəstəxananın baş həkimi vəzifəsində çalışır. Elçin Əliyev ölüm təhdidi ilə gündəmə gəlmişdi. Belə ki, 1987-ci il təvəllüdlü Elçin Babayev onu 16 min manat pul ödəmədiyi halda öldürməklə hədələmişdi.

    Xatırladaq ki, bir neçə gün əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov işdən çıxarılıb.

  • Скончался солдат азербайджанской армии: через два месяца он должен был демобилизоваться – ФОТО

    В N-ской воинской части Министерства обороны, расположенной на территории Евлахского района, скончался солдат.

    Как сообщает Unikal, тело Хатаи Фараим оглу Мамедова (2006 г.р.) было обнаружено на спортивной площадке воинской части.

    Отметим, что покойный должен был демобилизоваться через два месяца.