Month: March 2026

  • Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb

    “Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib”.

    Bu barədə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib.

    Bununla belə, onun sözlərinə görə, ixracdakı fasilə müvəqqətidir:

    “ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır. O vaxta qədər Yaxın Şərqdəki münaqişənin aradan qalxacağına ümid edirik. Ümumiyyətlə, assosiasiya yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb. Mərkəzi Asiya ölkələrinə də məhsul ixrac etmək istəyərdik, amma həmin ölkələrdə quşçuluq müəssisələri dövlətin dəstəyi ilə təmin olunub, proteksionist siyasət yürüdülür. Bu baxımdan, həmin ölkələrə ixracla bağlı məhdudiyyətlər var”.

    M.Həsənli xatırladıb ki, ötən il Azərbaycan 100 milyon ədəddən çox yumurta ixrac edib, bunun hesabına 11 milyon ABŞ dollarına yaxın gəlir əldə edib:

    “2025-ci ildə ölkədə həm fərdi təsərrüfatlarda, həm də broyler müəssisələrində ümumilikdə 2 milyard 342.9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1.8% çoxdur. Ötən il 12 milyon 686.8 min ədəd damazlıq, 90 milyon 437.8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23% artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10.6 milyon ABŞ dolları valyuta daxil olub”.

    Onun sözlərinə görə, ötən il də ölkənin yumurta ixracının coğrafiyası genişlənib:

    “BƏƏ, Qətər, ABŞ, İraqla yanaşı Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniyaya da ixrac qeydə alınıb”.

  • 15 yaşında ailə qurub uşaq dünyaya gətirdi – Cinayət işi açıldı

    Astara rayonunda yetkinlik yaşına çatmayan qızla ailə quran gənc cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir müddət əvvəl rayonun kəndlərindən birində yaşayan 15 yaşlı F.Zamanova (şərti) xəstəxanaya müraciət edib və onun hamilə olduğu müəyyən olunub. Bu ilin 7 mart tarixində isə onun övladı dünyaya gəlib.

    Aparılan araşdırmalarla F.Zamanovanın qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla (soyad şərtidir) münasibətdə olduğu və daha sonra evləndikləri müəyyən edilib.

    Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

    Astara Rayon Məhkəməsinin 10 mart tarixli hökmü ilə Ə.Hətəmova 1 il həbs cəzası verilib. Lakin cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

  • Биткоин обновил максимум с начала февраля

    Курс биткоина (BTC) начал неделю с обновления локального максимума. Цена ведущей криптовалюты превысила 74 300 долларов впервые с 4 февраля, передает Median.Az со ссылкой на данные Coinmarketcap.

    16 марта на 11:30 по бакинскому времени курс биткоина колеблется на уровне около 73 600 долларов. За сутки монета подорожала на 3.2%, за неделю – на 10%.

    Общая капитализация криптовалют за последние 24 часа увеличилась на 3.5%, до 2.51 трлн доллара. Курс Ethereum (ETH) вырос на 7.2%, ведущий альткоин торгуется около 2 260 долларов.

    Из топ-100 криптовалют наибольший рост у мемкоина Pepe (PEPE) – 17%. Наибольшее падение у токена DeXe (DEXE), за последние 24 часа он подешевел на 7%.

    На фоне роста курсов криптобиржи за сутки ликвидировали позиции 91 000 трейдеров на общую сумму 355 млн долларов. Речь идет о номинальной стоимости позиций с учетом кредитного плеча (позиция на 100 долларов с плечом 10x засчитывается в общую сумму убытков как 1 000 долларов). По большей части понесли убытки те, кто ставил на падение курсов, – из общей суммы ликвидаций 294 млн долларов пришлись на короткие позиции (шорты).

    По итогам прошедшей недели спотовые биржевые фонды (ETF) на биткоин в США зафиксировали приток 767 млн долларов, с начала марта – 1.34 млрд долларов, согласно данным SoSoValue. Ethereum-фонды за последнюю неделю привлекли 160 млн долларов, с начала месяца – 184 млн долларов.

    В то же время Индекс страха и жадности от Alternative.me указывает на то, что участники рынка по-прежнему склонны к активным продажам криптовалют. Индикатор настроений уже 1.5 месяца находится в зоне “экстремального страха”. Сегодня он приблизился к ее верхней границе, поднявшись до 23 баллов из 100 впервые с конца января.

  • “Bitcoin” aylıq maksimumunu yenilədi

    “Bitcoin”in (BTC) məzənnəsi həftəyə lokal maksimumunu yeniləməklə başlayıb.

    Bu barədə Median.Az “Coinmarketcap”ın məlumatlarına istinadən xəbər verir.

    Məlumata görə, aparıcı kriptovalyutanın qiyməti fevralın 4-dən bəri ilk dəfə 74 300 dolları keçib.

    Martın 16-da Bakı vaxtı ilə saat 11:30-da “Bitcoin”in məzənnəsi 73 600 dollar ətrafında dəyişib. 24 saat ərzində “Bitcoin” 3.2%, son bir həftə ərzində isə 10% bahalaşıb.

    Ümumi kriptovalyuta kapitalizasiyası son 24 saat ərzində 3.5% artaraq 2.51 trilyon dollara çatıb. “Ethereum”un (ETH) məzənnəsi 7.2% artıb, aparıcı altkoin 2 260 dollar ətrafında ticarət olunur.

    Ən yaxşı 100 kriptovalyuta arasında Pepe (PEPE) memkoini ən böyük artım göstərib – 17%. Ən böyük azalma “DeXe” (DEXE) tokenində qeydə alınıb, son 24 saatda 7% ucuzlaşıb.

  • Təqaüdçülərin kartlarını talayan şəxs tutuldu

    Xaçmazda təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraq onların kartlarını talayan şəxs saxlanılıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı Emin Səlimov saxlanılıb.

    Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

    E.Səlimovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Обнародовано число заявителей в феврале на получение гражданства Азербайджана

    В феврале 87 человек подали заявления на получение гражданства Азербайджана.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную миграционную службу.

    Было отмечено, что в прошлом месяце в госслужбу поступило в общей сложности 25 719 обращений.

  • Azərbaycan vətəndaşı olmaq üçün fevralda müraciət edənlərin SAYI AÇIQLANDI

    Ötən ay (fevral) 87 nəfər Azərbaycan vətəndaşı olmaq üçün müraciət edib.

    Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, ötən ay ümumilikdə dövlət xidmətinə 25 719 müraciət daxil olub.

  • Bakı səmasında dron səsləri – Nə baş verir? – Rəsmi açıqlama (Video)

    Bakının üzərində dron uçması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb və bu məsələ istifadəçilər arasında müzakirələrə səbəb olub.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Manset.az Azərbaycan Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.

    Sorğunun cavabında “Narahatlığa heç bir əsas yoxdur”, – deyə bildirilib.

    Yayılan məlumatlarda qeyd olunur ki, havada müşahidə olunan sözügedən dronlar ölkəmizə məxsusdur və nəzarət məqsədilə uçuşlar həyata keçirir.

    Bu dronlar müəyyən ərazilərdə vəziyyətə nəzarət etmək üçün istifadə olunur və mövcud şəraitdə belə uçuşlar normal sayılır.

    Əhalidən bu kimi hallarda təşvişə düşməmələri xahiş olunur.

  • 60 mindən çox köçkünün müavinəti KƏSİLİB

    Son iki ildə 60.2 min nəfərin məcburi köçkünlük müavinəti kəsilib.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, 2023-cü ildə 447.5 min, 2024-cü ildə 408.4 min, 2025-ci ildə isə 387.3 min nəfər məcburi köçkün kimi aylıq müavinət alıb.

    2024-cü ildə vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin 50.2 mini 33 manat, 358.2 min nəfəri isə 60 manat müavinət alıb. Bu məqsədlə dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 287.2 milyon manat (o cümlədən 919.1 min manat bank xərcləri) məbləğində vəsait xərclənib.

    2025-ci ildə isə vahid aylıq müavinət alan 387.3 min keçmiş məcburi köçkünün 44.8 min nəfər 33 manat, 342.5 min nəfər isə 60 manat alır. Bu məqsədlə il ərzində dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 286.7 milyon manat (o cümlədən 859.9 min manat bank xərcləri) məbləğində vəsait xərclənib.

    Qeyd edək ki, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən köçkünlərin siyahılarına mütəmadi olaraq yenidən baxılır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə, vahid aylıq müavinət ala bilirlər.

  • Суд в Баку вынес приговор по делу о шпионаже в пользу Франции: Мартин Райан и Азад Мамедли получили длительные сроки

    Завершился судебный процесс по уголовному делу, возбужденному Службой государственной безопасности в отношении Мартина Райана, арестованного по обвинению в шпионаже в пользу Франции, и Азада Мамедли, обвиняемого в государственной измене.

    Как сообщает Oxu.Az, в Бакинском суде по тяжким преступлениям на заседании под председательством судьи Эльмина Рустамова был объявлен приговор.

    Согласно решению суда, Мартин Райан приговорен к 10 годам, а Азад Мамедли к 12 годам лишения свободы. Оба осужденных будут отбывать назначенное наказание в исправительном учреждении строгого режима.

    Суд также вынес постановление о том, что после завершения срока заключения Мартин Райан будет депортирован за пределы Азербайджанской Республики.

    Как следует из обвинительного акта, следствием было установлено, что Мартин Райан выполнял поручения французских спецслужб. Его деятельность была направлена на сбор сведений о производимом и импортируемом в Азербайджане вооружении, комплектовании армии в период 44-дневной Отечественной войны 2020 года. Шпиона также интересовали действующие военнослужащие и лица в запасе, потенциально пригодные для вербовки, выпускники зарубежных вузов с французским языком обучения, а также иностранные граждане и компании, работающие в стране. Кроме того, он изучал возможности организации скрытых денежных переводов через Азербайджан в другие государства и собирал данные о международных связях и планах военного сотрудничества Азербайджана с Великобританией, Алжиром, Турцией, Пакистаном, Ираном, Китаем, Сомали, странами Центральной Азии и другими государствами.

    Напомним, что фигуранты дела были задержаны сотрудниками Службы государственной безопасности 4 декабря 2023 года. Генеральному директору компании ООО Меркорама Мартину Райану инкриминировали шпионаж. Следствие установило, что в качестве агента его использовали сотрудники Главного управления внешней безопасности Франции, которые завербовали его для тайного сотрудничества, а впоследствии были объявлены персона нон грата и высланы из Баку. По данному уголовному делу Мартин Райан обвинялся по статье 276 (шпионаж), а гражданин Азербайджана Азад Мамедли по статье 274 (государственная измена) Уголовного кодекса Азербайджанской Республики.