Month: March 2026

  • Что грозит тем, кто снимает жилье без договора аренды? – ВИДЕО

    В последнее время в стране усилены контрольные мероприятия, связанные с арендным жильем. Сотрудники полиции проверяют регистрацию граждан по месту проживания, а также наличие договоров аренды. В отношении лиц, у которых документы не оформлены должным образом, применяются административные штрафы.

    Как сообщает Median.Az со ссылкой на ATV, если в ходе проверок выясняется, что гражданин не зарегистрирован по адресу фактического проживания или отсутствует официальный договор аренды, на месте составляется протокол. За нарушение требований законодательства предусмотрен штраф в размере 30 манатов.

    По словам юриста Джавида Джафарова, сотрудники полиции имеют законные основания для проведения таких проверок: “Участковые уполномоченные полиции обязаны выяснять, кто проживает в квартирах, на каком основании и есть ли договор аренды. При обнаружении правонарушения может быть вынесено предупреждение либо наложен штраф в размере 30 манатов. Однако важный нюанс заключается в том, что полицейский не имеет права взимать этот штраф наличными на месте”.

    Эксперт также разъяснил опасения владельцев жилья. Многие собственники опасаются, что если арендатор пропишется в квартире, то в будущем сможет претендовать на жильё. По словам юриста, этот страх абсолютно безоснователен: “Как только срок договора аренды истекает, документ утрачивает юридическую силу. Временная регистрация не даёт лицу никаких прав собственности на жильё”.

  • Kirayə müqaviləsi olmayanları nə gözləyir? – Video

    Son vaxtlar ölkə ərazisində kirayə mənzillərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatını və kirayə müqavilələrini yoxlayırlar. Sənədləri qaydasında olmayan şəxslərə qarşı inzibati cərimələr tətbiq edilir.

    Median.Az ATV-yə istinadla xəbər verir ki, yoxlamalar zamanı vətəndaşın yaşadığı ünvanda qeydiyyatda olmadığı və ya rəsmi kirayə müqaviləsinin mövcud olmadığı aşkarlandıqda, yerində protokol tərtib olunur. Qanunvericiliyin tələblərini pozan şəxslər 30 manat məbləğində cərimə edilirlər.

    Hüquqşünas Cavid Cəfərov bildirib ki, polis əməkdaşlarının qanuni əsaslarla yoxlama aparmaq səlahiyyəti var: “Sahə müvəkkilləri mənzillərdə kimlərin yaşadığını, hansı əsasla qaldığını və müqavilənin olub-olmadığını araşdırmalıdırlar. Qanun pozuntusu aşkarlandıqda xəbərdarlıq edilə və ya 30 manat cərimə tətbiq oluna bilər. Lakin mühüm məqam odur ki, polis həmin cəriməni nağd şəkildə yerindəcə ala bilməz”.

    Ekspert, həmçinin ev sahiblərinin qorxularına da aydınlıq gətirib. Bir çox mülkiyyətçi kirayənişinin qeydiyyata düşərsə, gələcəkdə evə iddia edəcəyindən ehtiyat edir. Hüquqşünasın sözlərinə görə, bu tamamilə yanlışdır: “Kirayə müqaviləsinin müddəti bitdiyi an sənəd etibarsız sayılır. Müvəqqəti qeydiyyat şəxsə mülkiyyət hüququ qazandırmır”.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, bu tədbirlər profilaktik xarakter daşıyır: “Hüquq pozuntularının qarşısının alınması məqsədilə monitorinqlər müntəzəm keçirilir. Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda müvəqqəti qeydiyyata düşməlidir. Əks halda bu, inzibati məsuliyyət yaradır”.

    Nəzarətin gücləndirilməsində əsas məqsəd kirayə bazarında şəffaflığı təmin etmək və tərəflər arasında yarana biləcək gələcək mübahisələrin qarşısını rəsmi sənədləşmə ilə almaqdır.

  • Şri-Lanka 84 iranlı dənizçinin qalıqlarını geri qaytardı

    Şri-Lanka ABŞ sualtı qayığı tərəfindən batırılan freqatları nəticəsində həlak olan 84 iranlı dənizçinin qalıqlarını vətəninə qaytarıb.

    Bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

    Ötən həftə Şri-Lanka çərşənbə günü İranın IRIS Dena freqatının adanın cənub sahillərində ABŞ sualtı qayığı tərəfindən batırılmasından sonra 84 iranlı dənizçinin cəsədini tapdığını açıqlamışdı.

    Təxminən 130 nəfərlik heyətə malik freqat 4 martda ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı tərəfindən hücuma məruz qalıb və Şri-Lanka sahillərində batıb. Şri-Lanka donanması hamısı İran vətəndaşı olan 32 nəfəri xilas edərək xəstəxanaya yerləşdirilib

  • Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV OLUNDU

    Müğənni Rəqsanə İsmayılovanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutması planlaşdırılan konserti keçirilməyəcək.

    Median.Az Bizim.Media-ya istinadla xəbər verir ki, 18 mart üçün planlaşdırılan tədbir naməlum səbəbdən ləğv edilib.

    Konsertin bilet satışı dayandırılıb, saytdan çıxarılıb və satılan biletlər geri qaytarılıb.

    Qeyd edək ki, Rəqsanə qızı Aysunla “İllər sonra” adlı proqramla Filarmoniyada çıxış edəcəyini elan etmişdi. Bu xəbər sosial mediada müzakirə yaratmışdı. Bəziləri ev dustaqlığında olan şəxsin necə konsert verəcəyi ilə bağlı suallar ünvanlamışdılar.

    Xatırladaq ki, Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri daha bir ay uzadılıb. Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddətinin martın 4-dən aprelin 4-nə qədər artırıb.

  • Millimiz FIBA Çempionlar Kubokunda növbəti matça çıxdı

    Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxıb.

    B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gəlib.

    Rəqibini 16:11 hesabı ilə məğlub edən Azərbaycan komandası yarımfinala vəsiqə qazanıb.

    Ötən gün Kanadaya uduzan (10:16) kollektiv Tailanda (21:8) qalib gəlib.

    Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

  • Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi

    Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

    Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir.

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat verməlidir.

    Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat verməlidir.

    Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

    Qeyd edək ki, Fərman martın 6-da imzalanıb və qüvvəyə minib.

  • Hava kəskin dəyişir, bəzi ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

    Martın 15-i Azərbaycanın qərb rayonlarından başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • Aİ-nin xüsusi nümayəndəsi: “Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir”

    “Mərkəzi Asiya müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlığı gücləndirməlidir”.

    Bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan xüsusi sessiyada deyib.

    O bildirib ki, regionda ölkələrin sıx əməkdaşlığı bölgəyə fayda gətirə bilər:

    “Mərkəzi Asiya Avrasiya qitəsinin ortasında yerləşir və qonşuluğunda müəyyən ölkələr var. Hansı ki o dövlətlərin də özünə görə çağırışları var. Bunun üçün də Mərkəzi Asiya ölkələri bir-birinə dəstək olmalıdırlar. İqlim, su mövzusu sözügedən coğrafiya üçün olduqca ciddi məsələlərdir. Ölkələr təcrübə mübadiləsi etməlidirlər. Azərbaycan da bu bölgə üçün önəmlidir. Təhlükəsizlik, idarəçilik, sabitlik, iqtisadi məsələr və s. sahələr üzrə Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir”.
    //oxu.az

  • İşlədiyi ofisdən 9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu

    Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu

    İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.

    Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub: “Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.

    Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.