Month: March 2026

  • Sabunçuda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

    Bakı şəhəri, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.

    Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.

    Bu səbəbdən məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı dayandırılıb.

  • Formula 1 Çin Qran-Prisində qalib məlum oldu

    Britaniyalı pilot Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya çempionatının ikinci mərhələsi olan Çin Qran-Prisinin sprint yarışının qalibi olub.

    Şanxayda keçirilən yarışda “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler ikinci, britaniyalı pilot Luis Hemilton isə üçüncü yeri tutub.

    Qeyd edək ki, Çin Qran-Prisi mövsümdə sprint formatının tətbiq olunduğu altı mərhələdən biridir.

  • “Bitcoin” və “Ethereum”un dəyəri artır

    Kapitallaşma baxımından ilk iki kriptovalyuta – “Bitcoin” və “Ethereum” – dəyər artımı göstərir.

    Bu məlumatlar “Binance” platformasından əldə edilib.

    Bakı vaxtı ilə saat 22:12-yə olan məlumata görə, “Bitcoin” 1,06% artaraq 70.959 dollara, “Ethereum” isə 2,1% yüksələrək 2.100 dollara çatıb.

    Saat 22:16-ya olan məlumata görə, “Bitcoin” 1,31% artaraq 71.177 dollara, “Ethereum” isə 2,2% artaraq 2.104 dollar səviyyəsinə yüksəlib.

  • Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu

    “Instagram”da nalayiq ifadələr işlədənlər həbs olunublar.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Lənkəran rayon sakini “Instagram” sosial şəbəkəsindəki “seyidemir_” hesabı ilə qeyri-etik ifadələr işlədib. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya resursunda və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

    Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs törətdiyi əməli etiraf edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.

    Bundan başqa, 46 yaşlı şəxs də sosial şəbəkədə internet informasiya resurslarında qadağan edilən informasiyaların yayılmasına yol verib və ictimai yerdə nalayiq ifadələr işlədib. Buna görə də onun barəsində həm 388-1.1.1-ci, həm də 510.2-ci maddələrlə protokollar tərtib olunub.

    Həmçinin 29 yaşlı Sabirabad rayon sakini də “TikTok” sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub. Onun sözlərinə görə, özünün hazırladığı videoçarxı başqası götürərək paylaşıb, həmin paylaşımın rəy bölümündə isə onun mərhum ailə üzvünü təhqir ediblər. Buna görə o da əsəbiləşərək nalayiq ifadə işlədib.

    Məhkəmənin qərarı ilə 29 yaşlı Lənkəran rayon sakini 15 gün, 46 yaşlı şəxs bir ay, sonuncu isə 10 gün müddətinə həbs ediliblər.

  • Həbsdə olan oğlunu azad etdirəcəyini dedi, minlərlə manatı ələ keçirdi

    Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı E. Musayev saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, E. Musayev zərərçəkənə hazırda cəzaçəkmə müəssisəsində saxlanılan oğlunu azad etdirəcəyinə dair yalan vəd verərək 4500 manat pul vəsaitini ələ keçirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Новруз приходит в чистый Баку: как коммунальные службы готовят столицу к празднику

    В преддверии Новруза – одного из самых древних, светлых и почитаемых праздников нашего народа, символизирующего весеннее равноденствие и пробуждение природы, – Исполнительная власть (ИВ) города Баку провела грандиозную экологическую акцию.

    Как сообщили в пресс-службе ИВ, в субботу, 14 марта, под девизом “Встретим праздник Новруз в чистом городе” в столице развернулись широкомасштабные работы по благоустройству и уходу за зелеными насаждениями.

    Для реализации этой задачи была мобилизована передовая техника коммунальных служб. Главные транспортные артерии, широкие проспекты, а также внутриквартальные проезды были тщательно вымыты с использованием современных экологичных моющих средств, абсолютно безопасных для флоры, фауны и здоровья горожан. Сотрудники коммунальных хозяйств провели поистине ювелирную работу: до блеска отмыты бордюры, фонарные столбы, дорожные ограждения и скамейки в парковых зонах отдыха. Особое внимание уделили жилым массивам и дворам. Городские предприниматели также проявили социальную ответственность – витрины магазинов, кафе и ресторанов сияют чистотой, а прилегающие к ним территории приведены в порядок.

    Особая миссия в эти дни легла на плечи специалистов Хозяйственного объединения по озеленению Баку. Деревья вдоль главных магистралей были бережно омыты от городской пыли, почва у их корней разрыхлена и обогащена натуральными органическими удобрениями. Чтобы порадовать глаз жителей и гостей столицы, ландшафтные дизайнеры высадили тысячи ярких весенних цветов. Из них были созданы неповторимые флористические композиции, превратившие Баку в настоящий город-сад, готовый встречать праздник весны во всем его великолепии.

    С наступлением полноценного весеннего сезона масштабные работы по озеленению и поддержанию безупречной чистоты в столице будут продолжены.

  • Bakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparılıb

    Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə şənbə günü, martın 14-də paytaxtda genişmiqyaslı təmizlik işləri aparılıb.

    BŞİH-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

    Yaz mövsümü ilə əlaqədar paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcək.

  • Bakıda ailədaxili münaqişə QANLA BİTDİ – Saxlanılan var

    Bakıda 33 yaşlı kişi bıçaqlanıb.

    Hadisə martın 14-də saat 03 radələrində paytaxtın Nərimanov rayonu, M.Məmmədov küçəsində qeydə alınıb.

    İlkin məlumata görə, 2008-ci il təvəllüdlü Rahim Zamanov münaqişə zəminində qaynı, 1993-cü il təvəllüdlü İlkin Məmmədovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

    Hadisənin ailədaxili narazılıq zəminində baş verdiyi, münaqişənin zərərçəkənin bacısı ilə bağlı olduğu bildirilir.

    R.Zamanov polis əməkdaşları tərəfindən tutulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Самвел Карапетян останется под домашним арестом

    Антикоррупционный суд Еревана РА продлил домашний арест бизнесмену и меценату Самвелу Карапетяну еще на один месяц.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, при этом суд отклонил жалобу защиты, требовавшей отменить данную меру пресечения.

    Самвел Карапетян был взят под стражу в июне 2025 года после того, как публично поддержал Армянскую Апостольскую церковь на фоне конфликта между духовенством и властями. Бизнесмен не признал предъявленные обвинения, назвав действия властей политическим давлением.

    Позднее против него были выдвинуты новые обвинения – по пунктам 2 и 3 части 3 статьи 296 Уголовного кодекса Армении (“отмывание денег в особо крупном размере с использованием служебного положения либо влияния, обусловленного им”). В конце декабря 2025 года суд изменил меру пресечения на домашний арест.

  • Samvel Karapetyan ev dustaqlığında qalacaq

    İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi martın 13-də iş adamı Samvel Karapetyanın ev dustaqlığının müddətini daha bir ay uzadıb.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin bu qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı şikayətini də rədd edib.

    Qeyd edək ki, Samvel Karapetyan 2025-ci ilin iyununda din xadimləri ilə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra saxlanılıb. İş adamı ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bunu siyasi təzyiq adlandırıb.

    2025-ci ilin dekabrının sonunda məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.