Month: March 2026

  • Bakıda binadan yıxılan qadın ölüb

    Bakıda qadın binadan yıxılaraq ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə martın 13-də paytaxtın Nizami rayonu, T.Abbasov küçəsi bina 13, mənzil 32-də baş verib. Həmin ünvanda yaşayan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Gülər Çingiz qızı Mustafayeva mənzilin pəncərəsindən yıxılıb. Qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb, aldığı xəsarətlərdən orada ölüb.

    Məlumata görə, G.Mustafayeva ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • В село Ханоба Ходжавендского района возвращается первая группа переселенцев

    В соответствии с поручением Президента Азербайджана Ильхама Алиева продолжается процесс Великого возвращения на территории, освобожденные от оккупации.

    Как сообщает АЗЕРТАДЖ, первая группа бывших вынужденных переселенцев отправилась в село Ханоба Ходжавендского района.

    Семьи, переселяющиеся в указанные населенные пункты, временно проживали в различных регионах республики, преимущественно в общежитиях, санаториях и административных зданиях.

    Жители, возвращающиеся на родную землю, выразили благодарность Президенту Ильхаму Алиеву и Первому вице-президенту Мехрибан Алиевой за всестороннюю государственную заботу. Они также выразили признательность доблестной азербайджанской армии, героическим солдатам и офицерам, освободившим наши земли, и помолились за души шехидов, отдавших свои жизни на этом пути.

  • Xocavəndin Xanoba kəndinə ilk köç yola salınıb

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.

    Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

    Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Sürücülərin NƏZƏRİNƏ: “Həftəsonu yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər”

    “Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

    Qeyd edilib ki, istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur:

    “Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır”.

    Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir”.

  • К сведению желающих приобрести жилье

    В рамках социального проекта, реализуемого Министерством труда и социальной защиты населения Азербайджана, выставлены на продажу новые квартиры стоимостью за один квадратный метр значительно ниже рыночной.

    Как сообщает Oxu.Az, цена за квадратный метр квартир установлена в диапазоне 435-830 манатов.

    Сообщается, что квартиры предлагаются в новых жилых комплексах, расположенных в бакинском поселке Умид, а также в Абшеронском и Самухском районах.

    Квартиры состоят из 3 и 4 комнат, полностью отремонтированы и ранее не использовались.

    Кроме того, у квартир имеются необходимые документы, и они могут быть приобретены в ипотеку.

    Согласно информации, каждую квартиру могут забронировать максимум три человека. Если первый забронировавший квартиру отказывается от ее покупки, право покупки переходит по очереди к следующему забронировавшему лицу.

    Договор купли-продажи оформляется между министерством и лицом, забронировавшим квартиру и купившим её, в течение 10 дней.

  • Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarılıb.

    Mənzillərin bir kvadratmetrinin qiyməti 435-830 manat intervalında müəyyən edilib.

    Bildirilib ki, mənzillər paytaxt Bakının Ümid qəsəbəsində, həmçinin Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərində təklif olunur.

    Qeyd olunub ki, mənzillər 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb.

    Bundan başqa, mənzillərin çıxarışı mövcuddur və ipoteka krediti vasitəsilə əldə edilməsi mümkündür.

    Mənzillər barədə ətraflı məlumat ms.sosial.gov.az portalında yerləşdirilib. Mənzili həmin portal vasitəsilə “Bron et” düyməsinə basmaqla rezerv etmək mümkündür.

    Məlumata görə, hər bir mənzili maksimum üç nəfər bron edə bilər. İlk bron edən şəxs mənzili almaqdan imtina edərsə, alış hüququ növbə ilə digər bron etmiş şəxsə ötürülür.

    Nazirliklə mənzili bron edərək satın alan şəxs arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir.
    //oxu.az

  • Bakıda məşhur gecə klubunun rəhbəri və mühafizəçiləri həbs olundu


    Bakının Səbail rayonu ərazisində yerləşən gecə klubunda turistlərə zor tətbiq etməklə soyğunçuluq edən şəxslər həbs olunub.

    Teleqraf-ın əldə etdiyi məlumatına görə, hadisə “Enjoy Club”da baş verib.
    Məlumata görə, Böyük Britaniya və Şimali İrlandiyadan olan turistlər əylənmək üçün sözügedən kluba yollanıblar. Onlar iki ədəd “Coca-Cola” və iki qədəh spirtli içki sifariş veriblər.
    Bu zaman klubda rəqqasə kimi fəaliyyət göstərən qadınlar həmin turistlərə yaxınlaşıb. Klubun işçiləri olan qadınlar içkilər və pirotexniki maddələr (fişəng) sifariş verilməsini təşkil etməklə turistlərə aidiyyəti olmadığı halda həmin sifarişləri müştərilərin hesabına daxil etdiriblər.
    Klub işçilərinin özbaşına sifarişi nəticəsində turistlərə əlavə 500 manat, ümumlikdə 800 AZAN hesab gəlib.
    Turistlərin narazılığından sonra müştərilər “Enjoy Club”un müdiri və mühafizəçiləri tərəfindən obyektin ikinci mərtəbəsindəki qəlyan hazırlanması üçün nəzərədə tutulmuş otağa aparılıb. Onlar burada müştərilərə zor tətbiq edərək zərərçəkmişlərdən 500 manat pulu alıb açıq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq ediblər.
    Polisin araşdırması nəticəsində “Enjoy Club”un müdiri Emil Həsənov və mühafizəçilər Rasət Camalovla Vüsal Əliyev cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə Emil Həsənov 3 il 6 ay, mühafizəçilərin hər biri isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

  • Naxçıvanda əhalinin sayı artıb

    Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

    Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirlib ki, 1 fevral 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1393 nəfər və ya 0,3 faiz artaraq 472 min 444 nəfər olub.

  • Ramazanın 24-cü gününün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 24-cü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 14-də Bakıda imsak saat 05:28-də, iftar isə saat 19:01-dədir.

    Ramazan ayının 24-cü gününün duası:

    “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

    Tərcüməsi:

    “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

    Allah orucunuzu qəbul etsin!

  • Xruşşovun nəticəsi xarici agent elan edildi

    SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovun nəticəsi, politoloq Nina Xruşşova rusofob çıxışına görə xarici agentlər siyahısına əlavə edilib.

    Siyahıda, həmçinin, jurnalist Sergey Reznik, ictimai fəal Aleksey Nesterenko, iqtisadçı Yekaterina Juravskaya və filosof Vadim Ştepa da var.

    Qeyd edək ki, 35 ildən çoxdur, ABŞ-də yaşayan Nina Rusiyada “şizofreniya genetik kodun bir hissəsidir”deyib və keçmiş həmvətənlərinin aşağı təbəqədən olduğunu bildirib. O, nəinki Ukraynanı və Qərbi dəstəkləyir, həm də çıxışılarında dəfələrlə Rusiyanın məğlubiyyətini və parçalanmasını səbirsizliklə gözlədiyini qeyd edib.