Month: March 2026

  • İranın yeni ali lideri ilk dəfə xalqa müraciət edəcək

    İranın yeni ali lideri Müctəba Xamenei rejimin rəhbəri kimi ilk dəfə xalqa müraciət edəcək.

    Bu barədə Xameneinin rəsmi “Telegram” kanalında məlumat verilib.

    “Bu, yeddi vacib hissədən ibarət olan strateji mesajdır. Müraciətdə mərhum liderin, xalqın, silahlı qüvvələrin, icra orqanlarının və müqavimət cəbhəsinin, eləcə də region ölkələrinin, düşmənlərlə qarşıdurmanın rolu və məsuliyyətləri ilə bağlı xüsusi müddəalar yer alır”, – deyə xəbərdə bildirilib.

  • Из Азербайджана депортировали 108 человек

    В феврале было принято в общей сложности 108 решений об административном выдворении за пределы Азербайджана.

    Об этом Oxu.Az сообщили в Государственной миграционной службе страны.

    Также отмечается, что в феврале 2026 года от иностранцев и лиц без гражданства поступило 16 762 обращения по вопросу регистрации по месту пребывания.

  • DMX: 108 nəfərin Azərbaycandan çıxarılmasına dair qərar verilib

    Fevral ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı ümumilikdə 108 qərar qəbul edilib.

    Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Həmçinin əlavə edilib ki, cari ilin fevral ayında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 16 762 müraciət daxil olub.

  • Gəncədə direktor müavininin güllələnməsinin ŞOK TƏFƏRRÜATI – Oğlu saxlanıldı (Foto / Yenilənib)

    Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.

    Median.Az Yurd.Media-ya istinadən xəbər verir ki, hadisəyə səbəb atanın övladına dərslərini oxuması üçün danlamasının səbəb olduğu bildirilir.

    Mərhum 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon, Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini işləyib. O, dörd uşaq atası olub.

    Cinayəti törətməkdə şübhəli bilinən isə onun cüdo idman növü ilə məşğul olan 17 yaşlı oğlu K.Nağıyevdir.

    O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    * * * * *

    Ötən gecə Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev təhsil işçisi imiş.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ixtisasca idman müəllimi olan şəxs Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş.

    E.Nağıyevi güllələyərək öldürməkdə şübhəli bilinən 17 yaşlı oğlu K.N saxlanılıb.

    Bildirilib ki, K.N mərhumun dörd övladından ikincisidir.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.


  • Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı – Ağır ittihamlar

    Abşeron rayonu Masazır bələdiyyəsinin keçmiş sədri Firdovsi Cəlalov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri bir sıra qanun pozuntularında, xüsusilə də sənəd saxtalaşdırılmasında təqsirli bilinir.

    Məlumata görə, Cəlalovla yanaşı, həmin dövrdə bələdiyyədə hüquqşünas vəzifəsində çalışmış şəxs də saxlanılıb.

    Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

  • Azərbaycanda kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib

    “Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası” təsdiqlənib.

    Median.Az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

  • В Азербайджан в феврале реадмиссирован 41 человек

    В Азербайджан в феврале из европейских стран реадмиссирован 41 человек.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Государственной миграционной службе.

    Процесс осуществляется в рамках подписанных и действующих соглашений о реадмиссии с Азербайджанской Республикой.

  • Avropa ölkələrindən 41 azərbaycanlı çıxarıldı

    2026-ci ilin fevral ayında 41 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

    Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunublar.

    Vurğulanıb ki, proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

  • Стоимость алюминия превысила 3 500 долларов за тонну впервые с 2022 года

    Биржевая цена алюминия растет более чем на 1.5% в среду утром, обновив рекорд с начала марта 2022 года.

    Это следует из биржевых данных.

    По состоянию на 11:48 по Баку фьючерс на алюминий дорожал на 1.58% относительно предыдущего закрытия – до 3 500.5 доллара за тонну. Максимально цена металла в ходе торгов поднималась до 3 502 долларов.

    Котировки поднялись выше отметки 3 500 долларов за тонну впервые с 31 марта 2022 года.

  • Alüminiumun qiyməti rekordunu yenilədi

    Martın 12-də səhər alüminiumun birja qiyməti 1.5%-dən çox artaraq, 2022-ci ilin mart ayının əvvəlindən bəri rekordunu yeniləyib.

    Bunu birja məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 11:48-ə olan məlumata görə, alüminium füçersləri əvvəlki bağlanışla müqayisədə 1.58% artaraq bir ton üçün 3 500.5 dollara çatıb. Metalın ticarət zamanı ən yüksək qiyməti 3 502 dollar olub.

    Qiymətlər 31 mart 2022-ci ildən bəri ilk dəfə bir ton üçün 3 500 dollardan yuxarı qalxıb.