Month: March 2026

  • Пашинян потребовал уволить директора музея “геноцида армян” за подарок Вэнсу

    Директор музея “геноцида армян” Эдита Гзоян была уволена по указанию премьер-министр Армении Никола Пашиняна. Поводом стала подаренная ею книга об истории “Нагорного Карабаха” вице-президенту США Джей Ди Вэнсу во время его визита в Ереван.

    Как передает Median.Az со ссылкой на “Коммерсантъ”, об этом глава армянского правительства заявил на брифинге.

    “Когда премьер-министр страны заявляет об отсутствии карабахского движения, что значит дарить иностранному гостю книгу по карабахскому вопросу?” – подчеркнул Пашинян.

    В этом же контексте он раскритиковал священнослужителей, которые во время литургии используют слово “арцах”. По словам Пашиняна, тем самым они вступают в противоречие с позицией правительства, которое признает Карабах азербайджанским.

    “В Армении внешнюю политику ведет правительство, и любой госслужащий, чьи действия пойдут вразрез с этой линией, будет уволен. Здесь нечего обсуждать”,- заключил премьер-министр.

  • Paşinyan Vensə Qarabağın tarixinə dair kitab hədiyyə edən direktoru işdən qovdu

    Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun göstərişi ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad edilib.

    Median.Az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, buna səbəb E.Qzoyanın ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin İrəvana səfəri zamanı ona Qarabağın tarixinə dair kitab hədiyyə etməsi olub.

    Paşinyan bu hərəkəti Ermənistanın xarici siyasətinə zidd adlandırıb.

    “Ölkənin baş naziri Qarabağ hərəkatının mövcud olmadığını bəyan etdiyi halda, xarici qonağa Qarabağ məsələsinə dair kitab hədiyyə etmək nə deməkdir?”, – deyə Nikol Paşinyan brifinqdə bildirib.

    Eyni kontekstdə Ermənistanın baş naziri liturgiya zamanı “Artsax”ın adını çəkən ruhaniləri də tənqid edib. Paşinyanın sözlərinə görə, bununla onlar bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanıyan hökumətin mövqeyi ilə ziddiyyətə girirlər.

    “Ermənistanda xarici siyasəti hökumət yürüdür və hərəkətləri bu xəttə zidd olan hər hansı dövlət qulluqçusu işdən qovulacaq. Burada müzakirə olunacaq bir şey yoxdur”, – deyə Paşinyan yekunlaşdırıb.

  • İcra başçısı köməkçisini vəzifəsindən azad etdi

    Füzuli Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi tutduğu vəzifədən azad edilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, icra başçısı Alı Alıyev bu barədə əmr imzalayıb.

    Əmrə əsasən, icra başçısının köməkçisi İlkin Əmirli işdən çıxarılıb.

    Xatırladaq ki, bir müddət əvvəl icra başçısı A.Alıyev müavini Gülbahar Eyvazovanı vəzifəsindən azad edib.

  • Azərbaycanda gəmi təmiri şirkətinin rəhbəri vəfat etdi – FOTO

    Uzun illər Xəzər Dəniz Gəmiçiliyində işləmiş Arif Həsən oğlu Həsənov vəfat edib.

    Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

    Qeyd edək ki, O, 1975-ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində 4-cü, 3-cü və 2-ci mexanik vəzifələrində çalışıb. Son illərdə isə “Texmarin LTD” MMŞ-nin təsisçisi və baş direktoru vəzifəsində işləyib.

  • 110 min manat verib məktəb direktoru olmaq istədi, aldadıldı – Silsilə dələduzluğun TƏFƏRRÜATI

    Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verməklə şəxslərin pullarını mənimsəməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin ifadələri dinlənilib.

    Zərərçəkmiş P.Əliyev həyat yoldaşını məktəbdə işə düzəltmək üçün Zaur Mustafayevə müraciət etdiyini deyib:

    “Zaur bizə dedi ki, yoldaşımı Şamaxı Pedaqoji Kollecinə ingilis dili müəlliməsi təyin etdirəcək. Bakıda Nərimanovda 19 may 2023-cü ildə görüşdük və 15 min manatı şəxsən təqsirləndirilən şəxsin özünə vermişəm. Pulumuzu geri istədik, 8 min manatını verib, 7 min qalıb”.

    Zərərçəkmiş Tünzalə Məmmədova isə bildirib ki, sertifikasiyadan kəsildiyi üçün Mustafayevə müraciət edib:

    “Atam dedi ki, Zaur adlı şəxs var, o, kömək edəcək. 12 min 500 manat bankdan götürüb verdik. Ancaq işimizi düzəltmədi”.

    Gülnarə Yusifova isə təqsirləndirilən şəxsin ona 7 min manat zərər vurduğunu deyib.

    Digər zərərçəkən Rəna Məmmədova isə deyib ki, təqsirləndirilən şəxs onu məktəb direktoru vəzifəsinə düzəldəcəyi ilə bağlı yalan vəd verərək 110 min manat pulunu alıb.

    Daha sonra məhkəmə sənədlərinin tədqiqinə başlanılıb.

    Növbəti iclas aprelin 9-na təyin edilib.

    Xatırladaq ki, cinayət işində ziyanın ümumi miqdarı 200 min manatdan çoxdur. Təqsirləndirilən şəxs zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. İş üzrə 15 zərərçəkmiş var.

    Təqsirləndirilən şəxs Zaur Mustafayev özü isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.

    Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? – Video

    Novruz bayramına sayılı günlər qaldıqca, şəhərin müxtəlif yerlərində təşkil olunan bayram yarmarkaları və bazarlara maraq artır.

    Sakinlər Novruz süfrəsi üçün lazımi məhsulları almağa tələsirlər.

    Bəs görəsən, qiymətlər necədir? Yarmarka, yoxsa bazar daha sərfəlidir?

    Baku TV-nin çəkiliş qrupu mövzuya aydınlıq gətirmək üçün yarmarkadakı qiymətlərlə tanış olduqdan sonra paytaxtdakı bazarlardan birinə üz tutub.

    Müşahidələr zamanı məlum olub ki, buradakı meyvə və çərəzlərin qiyməti yarmarkada satılan məhsullarla müqayisədə xeyli bahadır.

    “Almanın qiyməti 3-10 manat arasında dəyişir. Portağal 6 manat, nar isə 20 manatadır”, “Bu il məhsuldarlıq aşağı olduğu üçün fındıq ləpəsinin kiloqramı 20 manatdır”, – deyə satıcılar söyləyiblər.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    11. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    13. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    14. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Верховный лидер Ирана: Важно сохранить возможности для закрытия Ормузского пролива

    Иран должен сохранять возможности для перекрытия Ормузского пролива, чтобы оказывать давление на противника.

    Об этом говорится в заявлении Моджтабы Хаменеи, распространенном гостелерадиокомпанией Ирана.

    “Безусловно, следует продолжать использование рычага блокирования Ормузского пролива. Проводятся также исследования по открытию других фронтов”, – говорится в заявлении верховного лидера Ирана.

  • Yeni ali lider İranın Hörmüz boğazı ilə bağlı QƏRARINI ELAN ETDİ

    “İran düşməninə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlamaq imkanlarını saxlamalıdır”.

    Bu barədə İranın yeni Ali Lideri Müctəba Xamenei ölkənin dövlət televiziya və radio şirkətində yayımlanan ilk rəsmi açıqlamasında bildirib.

    “Əlbəttə ki, Hörmüz boğazının blokadasından yararlanmaq davam etdirilməlidir. Digər cəbhələrin açılması üçün də araşdırma aparılır”, – deyə ali lider qeyd edib.

  • İrandan gətirilən portağallarda TƏHLÜKƏLİ BOYA AŞKARLANDI

    “Karvan Agro” MMC-nin İran İslam Respublikasından idxal etdiyi (istehsalçısı “Sajad Babaiee”) ümumi çəkisi 21 200 kq portağal məhsulundan nümunələr götürülüb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə – “Sitrus qırmızısı -2” üzrə uyğunsuzluq aşkarlanıb.

    Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna “Sajad Babaiee” istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.