Month: March 2026

  • Ağ Ev ətrafında insident: Qapılara maşın çırpıldı, ərazi mühasirəyə alındı

    ABŞ-də Ağ Evin ətrafındakı küçələr müvəqqəti olaraq bağlanıb. Buna səbəb şübhəli nəqliyyat vasitəsinin Ağ Evin qapılarına çırpılması olub.

    Bu barədə “CBS News” nəşrinin jurnalisti Jennifer Ceykobs sosial şəbəkə hesabında məlumat verib.

    Məlumata görə, avtomobil Ağ Evin şimal tərəfindəki Konnektikut-avenyu və Eyç-strit ərazisində qapılara çırpılıb. Xəsarət alanın olmadığı bildirilir.

    Ağ Evin ərazisinə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.

    İddia edilir ki, nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və ABŞ Gizli Xidməti tərəfindən dindirilir.

  • Bakıda bu ərazilərdə söküntü olacaq – Kompensasiya MƏBLƏĞLƏRİ

    “Paytaxtda ilk mərhələdə təxminən 200-ə yaxın qəzalı binanın sökülməsi nəzərdə tutulur və hazırda həmin binaların bir hissəsində artıq söküntü işləri aparılır”.

    Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib

    Onun sözlərinə görə, son dövrlərdə söküntü prosesinin daha çox müzakirə olunduğu ərazilərdən biri Cəlil Məmmədquluzadə küçəsidir:

    “Bu ərazidə aparılan işlər gələcəkdə planlaşdırılan tramvay xəttinin çəkilişi ilə əlaqələndirilir. Bundan başqa, 20 Yanvar dairəsi istiqamətində yeni yolların salınması və tunel xətlərinin yaradılması layihələri çərçivəsində də müəyyən söküntülər həyata keçirilir.

    Həmçinin paytaxtın uzun illərdir yenidənqurma prosesinin getdiyi “Sovetski” adlanan ərazisinin qalan hissələrində də söküntü işlərinə start verilib. Bu proses xüsusilə Dağlıq küçəsi və Mərkəzi Univermaq ətrafındakı əraziləri əhatə edir.

    Digər bir istiqamət isə Binəqədi rayonunda yerləşən İkinci Mədən küçəsidir. Burada da köhnə və istismar müddəti bitmiş bəzi yaşayış binalarının sökülməsinə başlanılıb”.

    Vüqar Oruc əlavə edib ki, söküntü zamanı sakinlərə verilən kompensasiyanın məbləği ərazidən asılı olaraq dəyişir:

    “Paytaxtın mərkəzə yaxın ərazilərində bu məbləğ təxminən hər kvadratmetr üçün 2500-3000 manat arasında dəyişir. Bu proses əsasən Yasamal rayonu, Nərimanov rayonu, Xətai rayonu, Nəsimi rayonu, Sabunçu rayonu və Suraxanı rayonu kimi ərazilərdə qəzalı binalarda yaşayan sakinləri əhatə edir. Daha ucqar ərazilərdə isə kompensasiyanın məbləği 1300-1500 manat civarında ola bilər.

    Kompensasiya məbləği inzibati qurumlar tərəfindən birbaşa müəyyən edilmir. Qiymətləndirmə prosesi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müstəqil qiymətləndirici şirkətlər tərəfindən aparılmalıdır. Bu isə vətəndaşların hüquqlarının qorunması baxımından vacib şərt hesab olunur”.

  • Пашинян: Карабахские армяне должны навсегда обосноваться в Армении

    Карабахские армяне должны получить гражданство Республики Армения и навсегда обосноваться в Республике Армения.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил премьер-министр Армении Никол Пашинян, выступая в Европейском парламенте в Страсбурге.

    “Мы уже начали программу их расселения, и на данный момент её бенефициарами стали 4 886 семей. Нам необходима максимально возможная поддержка наших международных партнёров для решения этой задачи, направленной на укрепление мира”, – добавил он.

  • Paşinyan STRATEGİYASINI AÇIQLADI: “Qarabağı tərk edən ermənilər Ermənistanda yaşamalıdırlar”

    “Ən vacib vəzifələrimizdən biri Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə olunmamasını və onlara yalançı ümid verilməməsini təmin etməkdir”.

    Median.Az yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib.

    “Bu məsələ ilə bağlı strategiyamız çox aydındır: Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını qəbul etməli və Ermənistanda daimi yaşamalıdırlar. Biz artıq onlar üçün köçürmə proqramına başlamışıq və bu günə qədər 4886 ailə bundan faydalanıb.

    Sülhün möhkəmləndirilməsi ilə bağlı bu çətinliyin öhdəsindən gəlmək üçün beynəlxalq tərəfdaşlarımızın mümkün olan maksimum dəstəyinə ehtiyacımız var”, – deyə baş nazir bildirib.

  • Азербайджан, Казахстан и Узбекистан будут совместно развивать зелёную энергетику

    Мажилис (парламент) Казахстана ратифицировал Соглашение о стратегическом партнёрстве в области производства и передачи зелёной энергии с Азербайджаном и Узбекистаном. Стороны подписали документ 13 ноября 2024 года в городе Баку.

    Об этом сообщает Median.Az со ссылкой на kazlenta.kz.

    Соглашение направлено на формирование устойчивой модели трёхстороннего энергетического сотрудничества и развитие долгосрочного взаимодействия в сфере возобновляемых источников энергии (ВИЭ).

    В частности, документ предусматривает эффективное использование потенциала ВИЭ, развитие торговли экологически чистой электроэнергией между сторонами, а также с государствами Европы и другими регионами. Кроме того, планируется обеспечить взаимосвязанность энергосистем Центральной Азии и Азербайджана для устойчивого и прогнозируемого экспорта зелёной электроэнергии.

    Трёхстороннее сотрудничество включает в себя также модернизацию и интеграцию энергетической инфраструктуры, реализацию совместных проектов, в том числе создание новых межсистемных соединений. Взаимодействие будет строиться на принципах равноправия сторон, взаимной выгоды, уважения суверенитета и национальных интересов и осуществляться в соответствии с национальным законодательством государств-участников.

    В рамках соглашения будет реализован проект по передаче зелёной энергии путём прокладки подводного кабеля по дну Каспийского моря из Узбекистана и Казахстана в Азербайджан с последующей интеграцией в Черноморский энергетический коридор и поставкой электроэнергии в страны Европы.

  • Qazaxıstan Azərbaycan və Özbəkistanla yaşıl enerji üzrə üçtərəfli sazişi təsdiqlədi

    Qazaxıstan parlamenti (Məclis) Özbəkistan və Azərbaycanla Yaşıl Enerjinin İstehsalı və Ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişi təsdiqləyib. Qeyd edək ki, sözügedən sənəd 2024-cü ilin 13 noyabr tarixində Bakı şəhərində imzalanıb.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı kazlenta.kz yayıb.

    Bu müqavilənin əsas məqsədi bərpa olunan enerji mənbələri (BEM) istiqamətində uzunmüddətli əlaqələri genişləndirmək və üç ölkə arasında bu sahəsində davamlı əməkdaşlıq modeli formalaşdırmaqdır.

    Sənəddə bərpa olunan enerji imkanlarından effektiv yararlanmaq, eyni zamanda tərəfdaşlar arasında, habelə Avropa dövlətləri və başqa regionlarla ekoloji təmiz elektrik enerjisi ticarətini inkişaf etdirmək xüsusi yer tutur. Bununla yanaşı, yaşıl enerjinin sabit və mütəmadi ixracını təşkil etmək üçün Azərbaycan və Mərkəzi Asiyanın enerji sistemlərinin qarşılıqlı inteqrasiyasının təmin olunması da nəzərdə tutulur.

    Üçtərəfli əlaqələr çərçivəsində mövcud enerji infrastrukturunun müasirləşdirilməsi, inteqrasiyası və yeni əlaqələndirici xətlərin inşası kimi ortaq layihələrin reallaşdırılması da planlaşdırılır. Tərəfdaşlıq dövlətlərin milli maraqlarına və suverenliyinə hörmət, qarşılıqlı mənfəət, eləcə də bərabərhüquqluluq prinsiplərinə söykənəcək, həmçinin ölkələrin milli qanunvericiliyinə tam uyğun şəkildə icra ediləcək.

    Sazişə əsasən, Qazaxıstan və Özbəkistanda istehsal olunan yaşıl enerjinin Xəzər dənizinin altı ilə sualtı kabel vasitəsilə Azərbaycana ötürülməsi layihəsi həyata keçiriləcək. Daha sonra bu xətt Qara dəniz Enerji Dəhlizinə birləşdirilərək Avropa bazarlarına elektrik enerjisinin ixracını təmin edəcək.

  • Əli Əsədov daha bir qərar imzaladı

    Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi təsdiq edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir.

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) bələdiyyələrin vahid informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını təmin etsin.

    “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə qeyd olunan dövlət orqanları (qurumları) fəaliyyət istiqamətlərinə uyğun olaraq bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

  • Özünü polis kimi təqdim edərək 133 mini ələ keçirdiyi deyilən şəxs hakim qarşısına çıxarılıb

    Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib işədüzəltmə və avtomobilin gömrük rüsumlarını ödəmək adı ilə dələduzluq əməlləri törətməkdə ittiham olunan Ağasəf Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

    A.Quliyev şəxs özünü təqsirli bilməyib.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciət əsasında 1971-ci il təvəllüdlü Ağasəf Quliyevin əməlləri araşdırılıb.

    Müəyyən olunub ki, o, zərərçəkmiş şəxsin oğlunu hüquq-mühafizə orqanlarında mötəbər vəzifəyə təyin etdirəcəyi vədi ilə 108 000 manat, həmçinin xarici ölkədən gətirdiyi avtomobili rəsmiləşdirəcəyi adı ilə həmin vətəndaşdan əlavə 25 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

    İşlərinin düzəlmədiyini görən vətəndaşa hər dəfə yalan məlumat verib, saxta telefon danışıqları apararaq işlərin artıq həll olunduğunu, müvafiq yoxlamaların isə hələ davam etdiyini bildirib. Fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə A.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində CM-in 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

  • Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    2. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    6. Babək prospekti, mərkəz istiqamətində;

    7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    9. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

    10. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    13. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    15. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

    16. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    17. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    18. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    19. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    20. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    21. Məhəmməd Hadi küçəsi, “Ukrayna” dairəsi istiqamətində;

    22. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    23. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Havayda Kilauea vulkanı yenidən aktivləşdi

    ABŞ-nin Havay ştatında yerləşən Kilauea vulkanı yenidən aktivləşib.

    Bu, vulkanın son bir il ərzində 43-cü püskürməsi olub. Püskürmə zamanı lava sütunları yüzlərlə metr hündürlüyə qalxıb və yaranan qaz və kül buludları geniş əraziyə yayılıb.

    ABŞ Geoloji Araşdırmalar qurumu (USGS) lavın 400 metrədək yüksəldiyini açıqlayıb. Qurum yanardağın aktivliyinin izlənilməsini davam etdirir və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirir.