Month: March 2026

  • Dövlət qurumlarına kiberhücumlar azalıb

    Bu ilin yanvar-fevral aylarında dövlət qurumlarına 201 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

    Median.Az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % azdır.

    Kibertəhdidlərin 162-si daxili araşdırma, 42-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

    2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

  • Azərbaycanda 1 445 azçəkili körpə doğulub

    Keçən il Azərbaycanda azçəkili doğulan 1 445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılıb.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.

    Keçən il Azərbaycanda azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə almışdır. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilmişdir.

    Vaxtından əvvəl doğulmuş uşaqlar (prematur) hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn uşaqlardır. Onlar çox vaxt az çəki ilə doğulurlar. Erkən və azçəkili doğulan körpələrdə tənəffüs problemləri, intrakranial qanaxmalar, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar baş verə bilər. Uzunmüddətli dövrdə isə nitq inkişafında gecikmələr, görmə və eşitmə problemləri, xroniki ağciyər xəstəlikləri müşahidə oluna bilər. Lakin adekvat neonatal qulluq, düzgün qidalanma, infeksiyaların profilaktikası və erkən reabilitasiya bu nəticələri xeyli yaxşılaşdırır.

    Bu körpələr adətən neonatal reanimasiya və ya intensiv terapiya şöbəsində saxlanılır. Əsas məqsəd körpənin həyati funksiyalarını stabilləşdirmək, inkişafını dəstəkləmək və ağırlaşmaların qarşısını almaqdır. Körpələr ilkin olaraq stasionar şəraitdə tənəffüs dəstəyi ilə təmin olunur. Ağciyərlər kifayət qədər inkişaf etmədiyi üçün oksigen, CPAP və ya süni tənəffüs aparatı ilə təmin olunur. Qeyri-invaziv ventilyasiya və ya mexaniki ventilyasiya kimi üsullarla uşağın nəfəs alması stabilləşdirilir, oksigenlə təminatı yaxşılaşdırılır və tənəffüs çatışmazlığının ağırlaşmasının qarşısı alınır. Qan dövranı sistemi də diqqətlə izlənir – EKQ və təzyiq monitorinqi aparılır, qan dövranı dəstəklənir. Erkən doğulan körpələr bədən hərarətini sabit saxlaya bilmədikləri üçün küvəzdə saxlanılır. Qidalanma xüsusi protokollara uyğun aparılır. Əvvəlcə venadaxili total parenteral qidalanma tətbiq edilir, daha sonra zondla, tədricən ana südü ilə qidalandırılır. Bu mərhələdə həyati göstəricilər – nəbz, saturasiya, tənəffüs, bədən tempraturu, qanda şəkər və elektrolitlər daimi monitorinq edilir.

    Vaxtından əvvəl doğulan uşaqlar üçün immun sisteminin zəif olması mühüm risk amilidir. Bu səbəbdən vaxtından əvvəl doğulan uşaqlarda tez-tez xəstəliklər baş verə bilər. Buna görə də onlar təmiz və demək olar ki, steril şəraitdə saxlanılmalı, ümumi vəziyyətləri imkan verdikcə planlı vaksinasiyaları həyata keçirilməlidir. Görmə və eşitmə ilə bağlı problemlərin vaxtında aşkar edilməsi üçün yenidoğulmuşlarda ROP (vaxtından əvvəl doğulmuşların retinopatiyası) və audioloji müayinələr aparılır. Sadalanan müayinə metodları icbari tibbi sığorta hesabına qarşılanır.

  • Şimali Koreya İrana dəstək oldu

    Şimali Koreya ABŞ və İsrailin İrana qarşı hərəkətlərini pisləyir və İran xalqının öz liderini seçmək hüququna hörmətlə yanaşır.

    Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Bəyanatda qeyd olunub ki, ölkələrin daxili işlərinə müdaxilə “bütün dünya tərəfindən pislənməli və müqavimət göstərilməlidir”.

  • Həmkəndlisinin maşınını “prava”sız sürdü – Faciəli şəkildə öldü

    Masallı rayonunda sürücülük hüququ olmayan gəncin törətdiyi yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

    Həmkəndlisi Kənan Rufullayevə məxsus “Mercedes” markalı avtomobilin sükanı arxasına keçən Orxan Zamanov gecə saat 02:00 radələrində yaşadıqları Mahmudavar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək daş hasara çırpılıb.

    Hadisə nəticəsində 21 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə etməyi ona həvalə edən Kənan Rufullayev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi, eləcə də avtomobilin belə şəxslərə etibar edilməsi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, çox vaxt ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.

    Sürücülərdən və nəqliyyat vasitəsi sahiblərindən tələb olunur ki, bu kimi məsuliyyətsiz davranışlardan çəkinərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoymasınlar.

  • Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

    Martın 10-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 162, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

  • Tailandda təyyarə hava limanına sərt eniş etdi

    Tailandda təyyarə Puket hava limanına sərt eniş edib.

    Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunur ki, hadisədən sonra hava limanında bütün uçuşlar və gələn reyslər dayandırılıb. Əlavə məlumat verilməyib.

  • Qubanın üç kəndinin adı dəyişdirilir

    Quba rayonunun üç kəndinin adının dəyişdirilməsi təklif olunur.

    Bu barədə məsələ Milli Məclisin Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Belə ki, Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif edilir.

    Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə olunacaq.
    //unikal.az

  • Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib

    Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir.

    Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsilə cinayət işi açılıb.

    Məlumata əsasən, Ayşən Əzizxanlı barəsində axtarış elan olunub. Əbdül Musayev barəsində isə həbs qətimkan tədbiri seçilib və o, İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilib.

  • Dünyanın ən gözəl adı seçildi

    Verdiyi məna və ahəngi ilə fərqləndiyinə görə dünyanın ən gözəl adı müəyyən olunub.

    “University of Birmingham”ın dilçiləri tərəfindən aparılan araşdırmada “Sofia” adı dünyanın ən gözəl adı seçilib. Araşdırmanın nəticələrinə görə, yumşaq samitlər və ahəngdar saitlərin uyğunluğu sayəsində “Sofia” adı müxtəlif dillərdə qulağa ən xoş gələn ad kimi ən yüksək balı toplayıb.

    Dilçilər bildiriblər ki, adın axıcılığı insan beynində müsbət assosiasiya yaradır və bu xüsusiyyət onun mədəni sərhədləri aşaraq qlobal populyarlıq qazanmasına səbəb olur.

    Qeyd olunur ki, qədim yunan dilində “müdriklik” mənasını verən “sophía” sözündən yaranan bu ad tarix boyu Qədim Yunanıstandan Roma imperiyasına, Slavyan ölkələrindən Qərbi Avropaya qədər geniş coğrafiyada istifadə olunub və bu gün də zərifliyin simvollarından biri hesab edilir.

    Bu ad müxtəlif ölkələrdə “Sophie”, “Sofia” və “Sofie” kimi variantlarda işlədilsə də, fonetik cazibəsini və asan tələffüzünü bütün dillərdə qoruyub saxlayır.
    //unikal.az

  • Машина врезалась в ворота Белого дома: территорию оцепили

    Улицы вокруг Белого дома временно перекрыты из-за подозрительного транспортного средства.

    Об этом сообщает журналист CBS News Дженнифер Джейкобс в соцсетях.

    Инцидент произошел в среду, 11 марта. Автомобиль столкнулся с воротами на Коннектикут-авеню и Эйч-стрит в северной части Белого дома. На данный момент никто не пострадал.

    Отмечается, что к территории Белого дома привлекли большое количество сотрудников правоохранительных органов. Утверждается, что водитель транспортного средства был задержан и допрашивается Секретной службой США.