Month: March 2026

  • Perinatal Mərkəzindəki yanğınla bağlı məhkəmə işi

    Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsi ilə davam etdirilib.

    Onun sözlərinə görə, bina üzrə yanğının mənbəyi baxış keçirilən otaq, yəni yenidoğulmuşların intensiv terapiya zalı, o cümlədən həmin otağın girişindən daxil olduqdan uzaq sol künc hissəsi olub:

    “Həmin yerdə qoyulmuş avadanlıqlar daha çox yanğının təsirinə məruz qalıb, həmin hissyə baxdıqda avadanlıqların naqillərinin yabaları elektrik yuvalarına qoşulmuş vəziyyətdədir, naqillərin izolyasiya örtüyü əriyib. İlkin versiya odur ki, otaqda xeyli avadanlıqlar olmuş, onların özündə və ya naqillərdə baş verən qəza nəticəsində yanğın hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ekspertinin tərtib etdiyi 3 rəylərə əsasən, Gülcahan Abbasəliyevanın yeni doğulmuş qızı dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı, Kamilə Həbibovanın yeni doğulmuş oğlu dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı və Nuranə Nuriyevanın yeni doğulmuş qızı dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə fonunda ikitərəfli pnevmoniya nəticəsində inkişaf edən kəskin tənəffüs çatışmazlığından ölüblər. Nəzərinizə çatdırıram ki, yanğının bilavasitə baş verdiyi palatada olmuş və sağ qalmış 5 yenidoğlumuşların heç birisində “kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı” diaqnozu müəyyən olunmadığı halda, yanğın olmayan palatalarda 3 yenidoğlumuşun “kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı” səbəbindən ölməsinə dair ekspert rəyləri həqiqətə uyğun deyil”.

    Təqsirləndirilən şəxs – mərkəzin sabiq direktoru qeyd edib ki, ölən 3 yenidoğulmuşlar neonatal və perinatal xəstəliklərdən əziyyət çəkdiklərinə görə və xüsusi qayğıya ehtiyacları olduğu üçün bu sahədə ixtisaslaşmış “Respublika Perinatal Mərkəzi PHS-də küvezlərdə müalicə alırdılar:

    “Perinatal Mərkəzdə baş vermiş yanğın hadisəsindən dərhal sonra onlar “Kliniki Tibbi Mərkəz” PHŞ-nə təxliyə edilmiş və orada onlara lazımi tibbi xidmət göstərilməyib. Bundan başqa, ölən yenidoğulmuşların 1-də doğulduğu anda diagnozında olmayan və “Kliniki Tibbi MərkəZ” PHŞ-nə yerləşdirildikdən sonra ikitərəfli pnevmoniyanın yaranması, onun orada soyuğa verilməsi nəticəsində baş vermişdir. Onu da qeyd edim ki, yanğın baş vermiş palatada olan və oradan təxliyə edilmiş 5 yenidoğulmuşlar hazırda sağdırlar. Həmin vaxt yanmış palatada 9 körpə müalicə alırdı, onlardan 5-i küvezlərdə, 4-ü isə 2 AİST-də. AİST masalari başqa cihazlardan nisbətən hündürdü və orada yüngül vəziyyətde olan xəstə körpələr yerləşdirilib. palata ilə üzbəüz palatada xəstəlik tarixçələrini doldurmaqla məşğul olmuşdur. Video yazıdan göründüyü kimi, intensiv terapiya blokunda Validə Əliyevadan başqa heç kim olmayıb, xəstə körpələr və onların yaşamasını təmin edən tibbi cihazlar isə nəzarətsiz qalıb.
    Lakin Respublika Perinatal Mərkəzinin növbətçiləri qanunun və qaydaların tələblərini kobud surətdə pozaraq, ağır xəstə olan körpələri baxımsız ve onların həyatını qoruyan cihazları nəzarətsiz qoyaraq, mətbəxdə asudə vaxt keçirərəkvə həkimlər otağında olan divanda yataraq, faktiki olaraq körpələri ölümə məhkum etmişlər”.

    Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

    Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında yanğın baş verib.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham irəli sürülüb.

  • 60 manata əl enerjisi ilə “müalicə” edir – Özbək “həkim” üçün izdiham (Video)

    Bakıda bu günlərdə “Bİ ES VİP” estetik klinikasında izdihamlı anlar yaşanıb.

    Median.Az xəbər verir ki, bununla bağlı görüntüləri “Qaynarinfo” yayıb.

    Məlumata görə, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.

    O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib.

    Bir xəstəni 60 manata müalicə edən İqbol Soliyevin qəbuluna çox sayda xəstənin gəldiyi bildirilir.

    Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, ikigünlük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.

    Məlumata görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib.

  • İranın yeni lideri də yaralanıb? – Yusif Pezeşkiandan açıqlama

    Son 12 gündə, müharibənin başlamasından və hətta İranın yeni lideri təyin olunmasından sonra belə, Müctəba Xamenei hələ də ictimaiyyət qarşısına çıxmayıb.

    “Unikal” İran mətbuatına istinadən xəbər verir ki, yayılan yaralanma məlumatları fonunda onun sağlamlığını təsdiqləyən heç bir görüntü yayımlanmayıb.

    Müharibə vəziyyətində bu qeyri-adi yoxluq onun yaralı olduğu barədə fərziyyələri artırıb.

    Lakin prezident Məsud Pezzekianın oğlu Yusif özünün “İnstagram” hesabında bu barədə paylaşım edərək, İslam Respublikasının yeni lideri Müctəba Xameneinin sağlam və təhlükəsiz olduğunu iddia edib.

    “Cənab Müctəba Xameneinin yaralandığı xəbərini eşitdim. Yaxın dostlarıma müraciət etdim. Dedilər ki, Allaha şükür, sağ-salamatdır”, – deyə o qeyd edib.

    Yusif Pezeşkianın bu açıqlamaları İranın yeni liderinin ağır yaralandığı barədə şayiələri təkzib edir, lakin İran mediası və müstəqil mənbələr hələlik Müctəbanın yaralandığını təkzib etməyiblər.

  • Azərbaycanda unun son topdansatış qiymətləri

    Azərbaycanda 10 mart tarixindən etibarən unun son topdansatış qiymətləri məlum olub.

    Ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,1-28,6 manat arasında dəyişir.

    Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat 10 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 60 qəpik).

    Beləliklə, unun topdansatış qiymətləri üzrə aşağı və yuxarı həddi bundan əvvəlki göstərici ilə eyni səviyyədə qalıb.

    Bu ilin 10 mart tarixindən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

    “ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat

    “Anadoluqida”, “AVETA”, “KARAT HOLDİNQ”, “Orxan UN” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,80 manat;

    “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,60 manat;

    “Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Taxıl AQRO”, “Xırman”, “SKY AGRO”, “Sünbül 2012″, Ağsu Taxıl”, “Avrora” MMC-lər, eləcə də “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI, “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,70 manat;

    “Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,50 manat;

    “Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,10 manat;

    “Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat;

    “Nural” və “Osmanlı Taxıl” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,30 manat;

    “Hazartürk LTD” və “SKY AGRO” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,50 manat;

    “Qarabağ un” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,40 manat.

    “Avrora” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat.

    “Sarı Sünbül” və “Ungrano” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,90 manat.

  • Sabaha olan hava proqnozu

    Azərbaycanda martın 12-də hava yağmursuz olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 mart 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

    Bu barədə DİM-dən məlumat verilib.

    Bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

    İmtahanlara qeydiyyat 2026-cı il fevralın 10-dan martın 1-dək aparılıb və bu müddət ərzində 1689 namizəd ərizə təqdim edib.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

    Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – şəxsiyyəti təsdiq edən sənədin əsli;

    – “İmtahana buraxılış vərəqəsi”.

    İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 zal admini, 112 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

  • “8 Noyabr”dakı dəmiryolu sökülür – Mikrotunel tikiləcək (Video)

    “8 Noyabr” prospekti üzərində Nargilə dairəsi istiqamətində köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti olaraq hasarlanıb, xüsusi texnikalar işləyir, bəzi hissələrdə relslər artıq tam sökülüb.

    Median.Az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, söküntülər paytaxtda yeni kanalizasiya kollektorunun çəkilməsi ilə əlaqədardır. Köhnə sənaye infrastrukturu kollektorun tikinti trayektoriyasına düşdüyü üçün həmin hissələr mərhələli şəkildə sökülür.

    Ərazidə çalışan işçilərlə söhbət zamanı məlum olub ki, burada yeraltı kollektor xətti yeni üsulla çəkilir.

    “8 Noyabr” prospekti boyunca görünən relslər bir vaxtlar neft sənayesinə xidmət edən sənaye dəmir yolu qollarından biri hesab olunurdu.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə aparılan söküntü işləri Sahil kollektorunun tikintisi ilə əlaqədardır. Layihə “Dəniz Mall” ərazisindən başlayaraq “Nargilə” kafesinin yaxınlığında yerləşən mövcud nasosxanaya qədər uzanır və mikrotunel üsulu ilə inşa olunur. Uzunluğu təxminən 9,8 km olan və diametri 2000 mm dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. İşlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır.

  • İstanbul metrosunda qorxulu anlar – Video

    İstanbul metrosunda gənc oğlan sərnişinlərə oyuncaq silahla qorxulu anlar yaşadıb.

    “Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc oyuncaq silahla qatara daxil olub, həmin anlar onun dostu tərəfindən anbaan kadra alınıb. Sosial şəbəkədə paylaşılan görüntülər qısa zamanda gündəm yaradıb.

    İctimai nəqliyyatda panikaya səbəb olan bu məsuliyyətsiz davranış sosial şəbəkələrdə kəskin tənqid olunub. Qeyd olunur ki, hadisə zamanı sərnişinlər böyük qorxu yaşayıb.

  • Göyçayın icra başçısı 31 nəfəri işdən çıxardı

    Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

    Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibidir. Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

    Vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir.

    Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin isə 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin isə 36 əməkdaşı vəzifələrindən azad ediliblər.

  • Azərbaycanda tələbə vəfat etdi

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistr tələbəsi vəfat edib.

    Bununla bağlı universitet sosial şəbəkədə məlumat yayıb.

    Bildirilib ki, 2002-ci il təvəllüdlü Cahad Hüseyn oğlu Qurbanlı Geoloji-Kəşfiyyat Fakültəsinin magistr l kurs tələbəsi olub.