Month: March 2026

  • Polis daha bir tiktokeri saxladı

    Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. 

    Tədbirlərlə “TikTok”da “privattee.ss” hesabı ilə canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb.

    Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

    Müvafiq qərarla S.Musayeva inzibati qaydada həbs edilib.//qafqazinfo

  • Əsabil Qasımovun qalmaqallı qohumuna “stop” qoyuldu

    Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun qalmaqallı qohumu ilə bağlı məhkəmə qərar verib. 

    Median.Az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edilərək, “Qarabağ İnşaat Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş olunub. 

    Məlum olub ki, nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi Əmiraslanov Qərib Məhərrəm oğlu olan MMC-nin 18624.14 manat vergi borcu yaranıb. Qərib Əmiraslanov məhkəmədə borcundan 3510 manat ödəniş etdiyini və tam ödənilməsi üçün ona 10 gün vaxt verilməsini xahiş edib. 

    Məhkəmənin hökmü ilə iş adamının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

    Qeyd edək ki, Qərib Əmiraslanov “Karat” MTK-nın sahibi Əsabil Qasımovun qardaşının qaynıdır. 2015-ci ildə Qərib Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzması və ona yaranan 205000 manat borcun əvəzində “Karat” MTK-dan mənzil vermək barədə razılığa gəldiyi barədə istintaq sənədlərində göstərilib. Qərib Əmiraslanova həmin vaxt 8 il müddətinə şərti cəza verilmişdi. //Qaynarinfo

  • Gəncənin Baş planı təsdiq EDİLDİ

    Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

    Median.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

  • “Boşanmalar alimentə görədir?” – Deputat və psixoloqdan açıqlama

    Son vaxtlar Azərbaycanda boşanma mövzusu yenidən gündəmə gəlib. Ailə institutunda müşahidə olunan bu tendensiya cəmiyyətdə ciddi narahatlıq doğurur. Məsələ Milli Məclisin deputatı Fazil Mustafanın səsləndirdiyi fikirlərdən sonra daha da müzakirə olunmağa başlayıb. Deputat bildirib ki, bəzi hallarda qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gəldikdən sonra aliment almaq üçün boşanmağa üstünlük verirlər. Onun sözlərinə görə, Azərbaycanda nikah və boşanmaların vəziyyəti ürəkaçan deyil. Fazil Mustafa qeyd edib ki, 2025-ci ilin ilk 9 ayı ərzində qeydə alınmış 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Deputatın sözlərinə görə, Bakıda vəziyyət daha da narahatedicidir -son 9 ayda paytaxtda qeydə alınan nikahların təxminən 56 faizi boşanma ilə yekunlaşıb. O hesab edir ki, bu statistika ailə institutunun qarşılaşdığı ciddi problemlərdən xəbər verir. 

    Milli Məclisin Deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, boşanmaları alimentə əlaqələndirmək ailə institutunun real problemlərini kölgədə qoyur:

    “İctimai müzakirələrdə bəzi xanımların yalnız aliment almaq məqsədilə boşandıqları barədə fikirlər səslənir. Lakin bu arqumentin cəmiyyətin ümumi mənzərəsini əks etdirdiyini demək doğru olmaz. Hər bir cəmiyyətdə istisna hallar mümkündür və fərdi hallarda belə motivlərin olması istisna edilmir. Ancaq bu nümunələri ümumiləşdirərək bütün boşanmaları alimentlə izah etmək reallığa uyğun deyil və ailə institutunun real problemlərini kölgədə qoyur”.

    Parlamentari qeyd edib ki, aliment mexanizmi ilk növbədə sosial müdafiə alətidir:

    “Aliment mexanizmi ilk növbədə sosial müdafiə alətidir. Bu institut ailə həyatında çətinliklərlə üzləşmiş, zorakılıq görmüş və ya müxtəlif sosial səbəblərlə ailə münasibətlərindən çıxmaq məcburiyyətində qalmış qadınlar və ən əsası uşaqlar üçün müəyyən təminat yaradır. Aliment yalnız qadına deyil, ailədə böyüyən uşağın hüquqlarının qorunmasına xidmət edən hüquqi mexanizmdir.

    Boşanmaların səbəbləri isə çoxşaxəlidir: ailədaxili münasibətlər, sosial-iqtisadi problemlər, psixoloji uyğunsuzluq və digər amillər. Ona görə də məsələni yalnız alimentlə əlaqələndirmək düzgün yanaşma sayıla bilməz. Eyni zamanda, alimentin mövcudluğu bəzi qadınlara müəyyən seçim imkanı və güvənlik hissi verir”.

    Deputat qeyd edib ki, ailə dağılanda məsuliyyət yalnız bir tərəfin üzərinə qoyulmamalıdır:

    “Ailə dağılanda məsuliyyət yalnız bir tərəfin üzərinə qoyulmamalıdır. Bir çox hallarda kişilər boşanmadan sonra həm maddi öhdəliklərini yerinə yetirməyə, həm də övladları ilə münasibətlərini qorumağa çalışırlar. Təəssüf ki, bəzən ataların uşaqlarla ünsiyyət imkanlarının məhdudlaşması da sosial problemə çevrilir.
    Bu səbəbdən məsələyə qütbləşdirici deyil, balanslı və ədalətli yanaşmaq vacibdir. Həm kişilərin narahatlıqları nəzərə alınmalı, həm də çətin vəziyyətdə qalan qadınların və uşaqların sosial müdafiəsi təmin edilməlidir. Əsas məqsəd ailə institutunu qorumaq və sağlam münasibətləri təşviq etmək olmalıdır”.

    Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov isə azxeber.com-a açıqlamasında deyib ki, bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunur:

    “Bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunur. “Qadınlar aliment almaq üçün boşanırlar” kimi yanaşma daha çox sosial stereotip xarakteri daşıyır və reallığı tam əks etdirmir. Psixoloji və sosial araşdırmalar göstərir ki, boşanma qərarı adətən uzun müddət davam edən münasibət problemlərinin, emosional uzaqlaşmanın, konfliktlərin, etimadın itirilməsinin və ya ailədaxili psixoloji gərginliyin nəticəsində formalaşır. Ailə münasibətləri mürəkkəb psixoloji sistemdir və boşanma qərarı demək olar ki, heç vaxt yalnız bir iqtisadi faktorla izah olunmur. İnsanlar, xüsusilə də qadınlar üçün boşanma çox ciddi sosial və emosional nəticələr yaradan bir qərardır. Bu qərar ailə münasibətlərinin dağılması, sosial mühitin dəyişməsi, uşaqların psixoloji vəziyyəti və gələcək həyat planları ilə bağlı böyük məsuliyyət deməkdir. Belə bir addımı yalnız maddi məqsədlə izah etmək həm psixoloji, həm də sosial baxımdan düzgün yanaşma deyil”.

    Psixoloq vurğulayıb ki, aliment ödənişi valideynlərin uşağa qarşı məsuliyyətinin davam etməsini təmin edən hüquqi vasitədir:

    “Aliment institutu isə əslində boşanmanı təşviq etmək üçün yox, uşaqların sosial və maddi təminatını qorumaq üçün hüquqi mexanizm kimi yaradılıb. Ailə Məcəlləsinə əsasən aliment ödənişi valideynlərin uşağa qarşı məsuliyyətinin davam etməsini təmin edən hüquqi vasitədir. Bu baxımdan aliment qadın üçün “maddi qazanc” deyil, uşağın həyat şəraitinin qorunmasına yönəlmiş sosial təminatdır. Psixoloji aspektdən baxdıqda boşanma qərarının əsas səbəbləri daha çox münasibətlərin emosional keyfiyyəti ilə bağlı olur. Ailə daxilində uzun müddət davam edən konfliktlər, qarşılıqlı hörmətin azalması, psixoloji zorakılıq, etimadsızlıq və ya münasibətdə emosional tükənmə insanların ayrılma qərarına gəlməsinə səbəb ola bilər”.

    E.Rüstəmov deyib ki, bəzi hallarda boşanma son çıxış yolu olur:

    “Bir çox hallarda insanlar münasibəti qorumağa çalışsalar da, problemlər dərinləşdikdə boşanma artıq son çıxış yolu kimi qəbul edilir. Cəmiyyətdə bu mövzu ilə bağlı stereotiplərin yaranmasının səbəblərindən biri də sosial mediada və ya ictimai müzakirələrdə bəzi fərdi halların ümumiləşdirilməsi ilə bağlıdır. Halbuki psixoloji təcrübə göstərir ki, hər bir ailənin hekayəsi fərqlidir və boşanma prosesinin arxasında müxtəlif emosional, sosial və psixoloji faktorlar dayanır. Bu səbəbdən mövzuya daha balanslı və obyektiv yanaşmaq vacibdir”.

    Ekspert deyib ki, ailə münasibətlərində əsas məsələ maddi faktorlar deyil:

    “Ailə münasibətlərində əsas məsələ maddi faktorlar deyil, qarşılıqlı hörmət, emosional yaxınlıq, psixoloji təhlükəsizlik və məsuliyyət hissidir. Sağlam ailə münasibətlərinin qorunması isə həm psixoloji maarifləndirmə, həm də ailə institutunun gücləndirilməsi ilə mümkündür”.

  • Azərbaycanlı şagird Türkiyədə vəfat etdi – Foto

    Xaçmazda 8-ci sinif şagirdi Fatimə Zəkiyeva vəfat edib.

    Bu barədə şagirdin təhsil aldığı Xudat şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.

    Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən əziyyət çəkdiyi və Antalyada müalicə aldığı xəstəxanada həyatını itirdiyi bildirilir.

  • Könül Həmzəyeva axtarışa verildi

    “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva  barəsində cinayət işi açılıb.

    Median.Az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur.

    K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır.

    Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. İnfluenserlər Xətai Rayon Polis İdarəsinə müraciət edib və Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildirib.

  • Ülviyyə Axundova şöbə rəisi təyin edildi

    Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.

    Bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

    O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.

    Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

    2015–2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.

  • Иран сегодня подвергнется наиболее интенсивным атакам

    Министр обороны США Пэт Хэгсет заявил, что сегодня в ходе военных операций против Ирана будут нанесены самые интенсивные удары по сравнению с атаками, имевшими место до сих пор.

    Median.Az сообщает, что глава Пентагона подчеркнул, что операции продолжаются по плану, а объединенные силы усиливают свою деятельность против стратегических целей.
    Председатель Объединенного комитета начальников штабов Вооруженных сил США генерал Дэн Кейн заявил, что коалиционные силы сосредоточены на трех основных целях. По его словам, первая цель — уничтожить возможности Ирана в области ракет и беспилотных летательных аппаратов до того, как они смогут угрожать интересам США и их союзников. Второе направление — ослабить потенциал военно-морских сил Ирана путем нанесения по ним ударов, а третья цель — устранить возможности иранского режима для нападений на США и их партнеров в предстоящие годы.

    Генерал отметил, что с начала операций число баллистических ракетных атак Ирана сократилось примерно на 90 процентов. Он также заявил, что силы США также нацелены на иранские ракеты, которые могут быть использованы для установки морских мин.

    Дэн Кейн подчеркнул, что проводимые операции являются сложным и утомительным процессом, но он выразил гордость за действия и результаты, продемонстрированные объединенными силами на протяжении всей кампании.

  • “İrana hücumların ən çox olduğu gün olacaq” – ABŞ tarix verdi

    ABŞ Müdafiə Naziri Pete Hegseth İran əleyhinə başlatdıqları hücumların 11-ci günündə son vəziyyətlə bağlı açıqlama verib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, Pete Hegseth ABŞ və İsrail qüvvələrinin İran əleyhinə davam etdirdikləri əməliyyatlar barədə Pentaqonun mətbuat konfransında jurnalistlərə açıqlamalar verib.

    Sahədə üstünlüyü ələ keçirdiklərini iddia edən Hegseth, “Bu gün ən çox döyüş təyyarəsi və bombardman təyyarəsinin iştirak etdiyi, İran daxilindəki hücumlarımızın ən yoğun günü olacaq. Kəşfiyyatımız hər zamankından daha yaxşı və dəqiqdir”, – deyə vurğulayıb.

  • Кошта завтра будет в Баку

    Завтра Председатель Совета Европейского Союза Антониу Кошта посетит Азербайджан.

    Median.Az сообщает, что информацию об этом распространило посольство Азербайджана в Королевстве Бельгия и Великом Герцогстве Люксембург.

    Сообщается, что в рамках визита Кошта проведет встречи с Президентом Азербайджана и рядом высокопоставленных представителей правительства.