Month: March 2026

  • İrandan indiyədək Azərbaycana 2 097 nəfər təxliyə olunub

    Fevralın 28-i saat 8:00-dan martın 10-u saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 2 097 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 365 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda Çindən 620, Rusiyadan 292, Tacikistandan 174, Pakistandan 137, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, S.Ərəbistanından 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratikdən hərəsindən 10, B.Britaniyadan 9, Braziliya, Qazaxıstan və Kanadadan hərəsindən 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyadan hərəsindən 6, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan və Avstriyadan hərəsindən 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt və Bəhreyndən hərəsindən 4, Qətər, Filippin, Xorvatiya və Finlandiyadan 3, Nepal, Livan, Hindistan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, ABŞ və Sloveniyadan hərəsindən 2, Tunis, Cənubi Afrika, Maldiv Adaları, Myanmar, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Avstraliya və Belizdən hərəsindən bir vətəndaş Azərbaycana təxliyə olunublar.

    Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.

    Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Astara dövlət sərhədindən buraxılış məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

  • Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub – Azərbaycandakı qətlin təfərrüatı

    Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gənc məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının “TikTok”da tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları görən gənc Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirərək onu öldürüb.

    Maraqlıdır ki, gənc oğlan qətldən öncə “ChatGPT” ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman “ChatGPT” ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.

    Hadisə zamanı A.Lətifovun atası və qardaşı evdə olmayıblar. O, daha sonra qonşuluqda yaşayan əmisigilə gedib və anasını öldürdüyünü deyib. Gənc oğlan əməlindən peşman olduğunu bildirib.

    Məhkəmədə K.Lətifovanın “TikTok”da yazışdığı iddia olunan şəxs də ifadə verib. O, həmin şəxsi tanımadığını, evli olduğu üçün mesaj bölməsinə başqa qadınlardan gələn SMS-lərə baxmadan sildiyini bildirib:

    “Ümumiyyətlə, “TikTok”da mesaj bölməsində operativ cavab kimi üç “smayl” işarəsi var – ürək, gülüş və ağlamaq. Mən də həmin şəxsə bir dəfə ürək “smaylı” atmışam. Qarşı tərəf özünü təqdim etməyib. Cinayət işi ilə bağlı prokurorluğa dəvət olunmağıma dair çağırış vərəqəsi göndəriləndə, “TikTok”da xəbəri görəndən sonra qadının kim olduğunu bilmişəm. Lakin qadının ölümü ilə aramızda nə kimi əlaqə olduğunu bilməmişəm”.

    Qeyd edək ki, A.Ləitfov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

  • İranın səfiri Türkiyə XİN-ə çağırıldı

    İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə yeni raket hücumu ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

    Median.Az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

    Səfirə Türkiyə hava məkanına daxil olduqdan sonra vurulan ballistik raketlə bağlı Ankaranın narahatlığı bildirilib və Tehrandan izahat tələb edilib.

    Qeyd edək ki, martın 9-da Türkiyə Müdafiə Nazirliyi İrandan atılan yeni raketin ölkə səmasında vurulduğunu bildirib. O, Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulub. Raketin parçaları Türkiyənin cənub-şərqindəki Qaziantep əyalətinə düşüb; hadisə nəticəsində heç kim xəsarət almayıb.

  • Almanı tüpürüb silən satıcıdan açıqlama – YENİLƏNİB – VİDEO

    Salyan bazarında lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Median.Az xəbər verir ki, kadrlarda satıcı qadının almanı ağız suyu ilə təmizlədiyi əks olunur.

    Görüntülərdə yer alan satıcı Xatirə Həşimova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən almalar satış üçün deyil, şəxsi istifadəsi üçün alınıb.

    “Göyərti satıram. Nəvələrim üçün iki kiloqram alma almışdım. Sildim və evimə aparmaq üçün yığdım. Satış üçün deyildi, öz evim üçün almışdım”, – deyə o, qeyd edib.

    Digər satıcılar da həmkarlarını müdafiə ediblər. (baku.tv)

  • Gəncədə ağır yol qəzasında 11 nəfər yaralandı

    Gəncə şəhəri ərazisində baş verən ağır yol qəzasında 11 nəfər xəsarət alıb.

    “Report”un  məlumatına görə, Şah İsmayıl Xətai prospektində” VAZ-21010″ və “Great Wall” markalı avtomobillər toqquşub.

    Hadisə nəticəsində 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə, 2009-cu il təvəllüdlü Ə. Bağırov, 2007-ci il təvəllüdlü İ. Yusibov, 1975-ci il təvəllüdlü A. Musazadə, 2009-cu il təvəllüdlü N. Musazadə, 2006-cı il təvəllüdlü A .Rəhimov, 2011-ci il təvəllüdlü A. Musazadə və 1977-ci il təvəllüdlü V. Həsənova və 2009-cu il təvəllüdlü Nərmin Musazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • İran yeni ali rəhbər seçməklə böyük səhv edib – TRAMP

    ABŞ prezidenti Donald Tramp İranın yeni ali rəhbəri kimi Müctəba Xameneinin seçilməsinə münasibət bildirərək bunun yanlış qərar olduğunu deyib.

    Median.Az xəbər verir ki, bu barədə o, NBC telekanalına açıqlamasında danışıb.

    “Düşünürəm ki, onlar böyük səhv etdilər”, – o qeyd edib.

    Tramp həmçinin İranın neftinə nəzarət məsələsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu barədə danışmaq üçün hələ tezdir. Bununla belə, ABŞ prezidentı belə bir variantı tam istisna etməyib.

    Trampın sözlərinə görə, regiondakı müharibənin gedişi və İran rəhbərliyinin atacağı addımlar gələcək qərarlara təsir göstərə bilər.

  • “Ata, incimə, mən İranı dəstəkləyirəm”

    Türkiyənin paytaxtı Ankarada yaşayan Necla Özmen ABŞ prezidenti Donald Trampın onun atası olduğunu iddia edib.

    Median.Az xəbər verir ki, onun paylaşımı sosial şəbəkədə maraqla qarşılanıb.

    Qadın bildirib ki, Trampın İranla müharibəyə başlamasının səbəblərindən biri onunla bağlı xəbərləri gündəmdən çıxarmaq cəhdidir.

    Məlumata görə, Necla Özmen qış aylarında məhkəməyə müraciət edərək Donald Trampın onun bioloji atası olduğunu sübut etmək üçün DNT testi keçirilməsini tələb edib. Qadın Trampın yaxşı ata olduğunu və onu qəbul edəcəyinə inandığını bildirib.

    Özmen sosial şəbəkə hesabında paylaşdığı videoda Trampa müraciət edərək belə deyib: “Ata, incimə, amma mən İranı dəstəkləyirəm”.

    O həmçinin iddia edib ki, Trampın İranla müharibə qərarı qismən onunla bağlı xəbərlərin gündəmdən çıxarılması məqsədi daşıyır. “Düşünürəm ki, atam İranla müharibəni məhz mənim haqqımda danışılmaması üçün başladı. Amma əmin ol ki, mən mübarizəmi sona qədər aparacağam”, – deyə qadın bildirib.

    Necla Özmen videoda Trampa başqa ölkələrin işlərinə qarışmamağı tövsiyə edərək “Ata, digər dövlətlərin işlərinə qarışma” sözlərini də əlavə edib.

  • İrandan indiyədək Azərbaycana təxliyə olunanların SAYI

    Fevralın 28-i saat 8:00-dan martın 9-u saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 2 057 nəfər təxliyə olunub.

    Median.Az xəbər verir ki, təxliyə olunanların 362 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda 594 Çin, 291 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 29 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 15 Almaniya, 13 Gürcüstan, Macarıstan 12, 12 Özbəkistan, 12 Polşa, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Nigeriya, 8 Braziliya, 9 Böyük Britaniya, 8 Qazaxıstan, 10 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 8 Kanada, 6 Belçika, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstriya, 6 Rumıniya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Küveyt, 4 Banqladeş, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Xorvatiya, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, 2 Sloveniya, 2 İsveç, 2 ABŞ , həmçinin hər birinin 1 vətəndaşı olmaqla Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya və Misir vətəndaşları Azərbaycana təxliyə olunublar.

  • İsrail səfiri: “İranda rəhbərin dəyişməsi rejimi dəyişdirmir”

    İranda yeni ali rəhbər kimi göstərilən üöctəba Xamenei əvvəlki kimi radikal ideologiyanı davam etdirir və İsrail bu ideyaları təşviq edən hər kəsi hədəf ala bilər.

    Median.Az xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Denni Danon bildirib.

    BMT-də jurnalistlərə açıqlama verən Danon deyib ki, İranda rəhbər şəxsin dəyişməsi ölkədəki siyasi rejimi dəyişmir. Onun sözlərinə görə, yeni lider də eyni radikal baxışları bölüşür və İsrailə qarşı bu ideologiyanı təbliğ edən şəxslər hədəfə alınacaq.

    Danon həmçinin qeyd edib ki, İran xalqı növbəti liderini seçmək üçün ayağa qalxmalıdır. O bildirib ki, İsrail və tərəfdaşları bunun üçün müəyyən şərtlərin formalaşdırılması istiqamətində addımlar atır.

    İsrail səfiri İranın Hörmüz boğazında enerji nəqliyyatına təhlükə yaratması və region ölkələrinə hücumları ilə bağlı sualı cavablandırarkən deyib ki, İsrail və ABŞ İranın raket buraxılış qurğularını məhv etməyə və onun hərbi imkanlarını zəiflətməyə çalışır.

    Danonun sözlərinə görə, bu addımlar İranın Dubay kimi şəhərlərə və Hörmüz boğazında gəmilərə hücum etməsini daha çətin edəcək. O əlavə edib ki, son günlər hücumların sayında azalma müşahidə olunur və bu tendensiya nikbinlik yaradır.

  • Azərbaycan “Avroviziya 2026”də bu mahnı ilə çıxış edəcək – VİDEO

    Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub. 
     
    Median.Az xəbər verir ki, “Just Go” — sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır. 
     
    Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir. 
     
    Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir. 
     
    Xatırladaq ki, JIVA Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub. Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.