Month: March 2026

  • Gəncədə dərmandan zəhərlənən 38 yaşlı kişi öldü

    Gəncədə dərmandan zəhərlənən şəxs ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Sözügedən ərazidə yaşayan 1988-ci il təvəllüdlü M.Qasımovun yaşadığı evdən meyiti tapılıb. Məlumata görə, 38 yaşlı kişi dərmandan zəhərlənərək ölüb. Onu hansı şəraitdə dərmandan zəhərlənməsi hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bulvarda qadının çantasını oğurladı, 30 gün həbs olundu

    Dənizkənarı Milli Parkda qadının içində qızıl olan çantasını oğurlayan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, saxlanılan 1995-ci il təfəllüdlü Bakı sakini K.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, təqsirləndirilən şəxs bulvarda zibil qabından “Bizon” qabları yığan zaman kənarda çanta görüb. Ətrafda heç kimin olmamasından istifadə edərək çantanı götürüb və içərisindəki qızıl üzüyü satıb.

    Məhkəmənin hökmü ilə K.B. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 30 gün müddətinə həbs tətbiq edilib.

  • Daha bir şirkət cərimə olundu

    “Furnico Group” Məhdud Məhsuliyyətli Cəmiyyətinə (MMC) cərimə olunub.

    Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində gömrük qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə protokol tərtib edilib.

    Məhkəmədə iş materialları araşdıraraq hesab edilib ki, MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilib. Məhkəmənin hökmü ilə “Furnico Group” MMC 1 500 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynova Ruhiyyə Ehsan qızıdır.

  • “Barselona” klubu “Roma”dan müdafiəçi almaq istəyir

    “Barselona” klubu “Roma”nın müdafiəçisi Obite Ndikanı heyətinə cəlb etmək istəyir.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün sonunda keçidi reallaşdıra bilər.

    Məlumata görə, futbolçu özü də “Barsa”da oynamağa müsbət yanaşır.

    Qeyd edəl ki, 26 yaşlı mərkəz müdafiəçisinin “Roma” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

  • Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar – Video

    “Hesabınız dondurulub, müdaxilə var”, “Viza üçün ödənişlər”, “Qazandınız”, “Sığorta aktivləşdirilir”, “Sərfəli kredit” və bu kimi digər elanlar…

    Son vaxtlar kiberdələduzlar tərəfindən vətəndaşlara bu tip saxta şirnikləşdirici elanlar göndərilir. Fırıldaqçılıq məqsədi ilə göndərilən elanlar vasitəsilə vətəndaşlara məxsus bank kartlarının məlumatları, eləcə də kredit limitləri vasitəsilə onlara ziyan vurulur.

    İkt üzrə ekspertlər bildirirlər ki, fişinq yol ilə göndərilən bu elanlarda şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir.

    Ekspertlər qeyd edirlər ki, fişinq yolu ilə göndərilən mesaj və zənglərə cavab verilməzdən və ya hansı məlumat təqdim olunmazdan əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir.

    Mütəxəssislər bildirirlər ki, bu cür mesajlara etibar etməmək və şəxsi məlumatları paylaşmamaq vacibdir.//Xəzər TV

  • BƏƏ-də helikopter qəzası – Ölənlər var

    Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

    “Unikal” xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

    Qəza nəticəsində iki əsgər həlak olub.

  • Bakıda 88 yaşlı kişi itkin düşüb – FOTO

    Martın 8-də paytaxtın Nərimanov rayonu ərazisində Altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    “Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.

  • Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur” – Video

    Xırdalan şəhəri, Nizami küçəsində içməli suyun küçəyə axması sakinlərin narazılığına səbəb olub.

    Onların sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir. Aidiyyəti qurumun əməkdaşları əraziyə baxış keçirsələr də, problem hələ də aradan qaldırılmayıb.

    “Kimsə problemə məhəl qoymur. İcra hakimiyyətinə gedirsən, qapıdan qovurlar. Ev suyun içindədir, belə olmaz axı”, – deyə sakinlərdən biri Baku TV-yə bildirib.

    Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.

    Qeyd edilib ki, şəhər ərazisində hər hansı qəza halının qarşısının alınması üçün qazıntı işlərinin aparılması məqsədilə aidiyyəti qurumlardan icazə alınması mütləqdir.

    Vurğulanıb ki, sözügedən ünvanda bir neçə gün əvvəl yaranmış çətinlik barədə idarə məlumatlıdır və hazırda qəza qrupu tərəfindən müvafiq işlər aparılır.

  • Rumıniya Naxçıvana edilən dron hücumunu pislədi

    Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər bölgədə mövcud təhlükəsizlik vəziyyəti, xüsusilə Yaxın Şərqdə gərginliyin artması fonunda yaranmış risklər barədə danışıblar. Bu çərçivədə, qarşı tərəf İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirilmiş dron hücumu barədə məlumatlandırılıb. Qeyd olunub ki, hücumlar nəticəsində mülki infrastruktura ziyan dəyib və mülki şəxslər xəsarət alıb.

    Rumıniya naziri bu hücumu pisləyib və narahatlığını diqqətə çatdırıb. Bu cür hücumların regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.

    Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.

  • Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

    Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Söhbət zamanı regiondakı gərginliyin azaldılması müzakirə edilib.

    H.Fidan eyni mövzuda Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonla da telefon danışığı aparıb.