Month: March 2026

  • Bayramda ən çox alınan güllər – QİYMƏTLƏR

    Bahar mövsümünün yaxınlaşması ilə gül bazarında canlanma müşahidə olunur. İstixanalarda yetişdirilən rəngarəng güllər həm görünüşü, həm də münasib qiymətləri ilə alıcıların diqqətini cəlb edir. Lakin bu gözəlliyin arxasında böyük zəhmət və davamlı qulluq dayanır.

    Güllərin yetişdirildiyi istixanalarda həm yerli, həm də xaricdən gətirilmiş toxumlardan istifadə olunur.

    Hər bir gül gündəlik zəhmət, səbr və diqqətin nəticəsidir. Onun sözlərinə görə, güllərin satışa hazır vəziyyətə gəlməsi üçün mütəmadi suvarma, torpağın yenilənməsi və bitkilərin müxtəlif xəstəliklərdən qorunması vacibdir.

    Baku.ws-in məlumatına görə, istixanalarda müxtəlif növ dibçək gülləri yetişdirilir. Məsələn, primula bitkilərinin qiyməti təxminən 80 qəpikdən başlayır. Qış mövsümünü sevən və sərin mühitdə daha yaxşı inkişaf edən siklamen gülləri isə 4.20 AZN-dən satışa təqdim olunur. Digər məşhur dibçək bitkilərindən olan geranium (sardunya) güllərinin qiyməti isə 2 manatdan başlayır. Bu bitkilərin əksəriyyəti yerli istixanalarda yetişdirilir, dibçəkləri dəyişdirilir və mərhələli şəkildə böyüdülür.

    Qeyd edək ki, son illər alıcılar daha çox dibçək güllərinə üstünlük verir. Bunun əsas səbəbi onların daha uzunömürlü və davamlı olmasıdır. Ən çox tələbat görən güllərdən biri isə orkideya hesab olunur. Bir çubuqlu yerli istehsal orkideya təxminən 15 manata, idxal olunan məhsullar isə 27–30 manat civarında təklif edilir.

    Qeyd edək ki, Azərbaycanda gül idxalı əsasən Ekvador, Türkiyə və Niderland kimi ölkələrdən həyata keçirilir. Bir vaxtlar ölkədən xaricə gül ixracı olsa da, hazırda bazarda əsas pay idxal məhsullarına məxsusdur.

  • Azərbaycanda tanınmış hakim qəfil vəfat etdi

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Kuimova Vera Gennadiyevna vəfat edib.

    E-huquq.az-ın əldə etdiyi məlumata görə, 1962-ci il təvəllüdlü hakim qəfil ürək tutması nəticəsində yaşadığı mənzildə dünyasını dəyişib.

    Qeyd edək ki, Kuimova Vera Gennadiyevna 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

    1979-1982-ci illərdə Naxçıvan Muxtar Respublikası “Sovetskaya Naxçıvan” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1987-1988-ci illərdə vəkil stajor, 1988-2000-ci illərdə vəkil işləyib.

    O, 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

    07 mart 2008-ci il tarixdə Naxçıvan MR Ali Məclisi Sədrinin Fərmanı ilə “Əməkdar hüquqşünas” fəxri adı, Azərbaycan Respublikası Prezidentinin 01 mart 2016-cı il tarixli Sərəncamı ilə ”Tərəqqi” medalı ilə təltif olunub.

  • Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü İlham Əliyevə məktub ünvanlayıb

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri.

    İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir. Sizin rəhbərliyiniz altında Azərbaycan regionda sabitliyin, inkişafın və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasət yürütmüşdür, buna görə də belə əməllər xüsusilə ədalətsizdir.

    Bu çətin şəraitdə Zati-alinizlə və dost Azərbaycan xalqı ilə qəti həmrəy olduğumuzu bir daha bildiririk.

    Bakıya qarşıdan gələn səfərimi və yenidən görüşümüzü səbirsizliklə gözləyirəm. Bu görüşü xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm fürsət kimi qiymətləndirirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

    İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, 5 mart tarixli 66 nömrəli Qərara əsasən Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.

  • Azərbaycana son üç saatda İrandan 26 ölkənin 210 vətəndaşı təxliyə edilib

    “Astara” Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə martın 6-da saat 18:00-dan 21:00-a qədər 210 nəfər İrandan Azərbaycana təxliyə edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu vaxt ərzində iki azərbaycanlı diplomatın da təxliyəsi baş tutub.

    Bundan başqa, Rusiyanın üçü diplomat olmaqla 18, Çin 31, Böyük Britaniya 6, Kanada 5, Pakistan 24, Tacikistan 30, Türkiyə 1, Çexiyanın 3 diplomatı, Özbəkistanın 4, Kipr 2, Belçika 2, Şri-Lanka 6, Oman 12, Latviya 1, Küveyt 4, Bəhreyn 4, İsveçrə 1, İran 5, Misir 1, Avstraliya 1, Gürcüstan 1, Finlandiya 3, Konqo 10, İndoneziyanın 32 vətəndaşı təxliyə olunub.

  • КСИР планировал взрывы некоторых стратегических объектов в Азербайджане – ВИДЕО

    Служба государственной безопасности (СГБ) в результате комплексных контрразведывательных мероприятий предотвратила террористическо-диверсионные акты, планировавшиеся к осуществлению на территории Азербайджана органом спецслужб Исламской Республики Иран – Корпусом стражей исламской революции (КСИР), а также сбор разведывательной информации.

    Об этом говорится в видеоматериале AzTV.

    Отмечается, что с целью посеять панику в обществе и нанести ущерб международному имиджу нашей страны в качестве целей были выбраны стратегический объект – нефтепровод Баку – Тбилиси – Джейхан, посольство Израиля в Азербайджане, один из руководителей религиозной общины горских евреев, а также синагога ашкеназских евреев в Баку.

    Сообщается, что на территорию страны были ввезены три взрывных устройства. Однако их передача другому лицу была предотвращена, а сами устройства обезврежены. В целях выявления стратегических объектов и целей, к которым проявляли интерес иранские спецслужбы на территории Азербайджана, а также лиц, сотрудничающих с ними, были проведены оперативно-розыскные мероприятия.

    Выяснилось, что граждане Исламской Республики Иран Бехнам Сахибали Рустамзаде и Ясер Рахим Занкиян, вступив в предварительный сговор, установили преступную связь с Тарханом Тарланоглу Гулиевым для ввоза взрывных устройств на территорию страны.

  • SON DƏQİQƏ: SEPAH Azərbaycanda bəzi strateji obyektləri PARTLATMAQ İSTƏYİB – GÖRÜNTÜLƏR – Video

    Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan terror-təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.

    Median.Az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.

    Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəf alınıb.

    Ölkə ərazisinə üç ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib.

    Məlum olub ki, İran İslam Respublikası vətəndaşları Behnam Sahibali Rüstəmzadə və Yaser Rahim Zankiyan qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Tərxan Tərlanoğlu Quliyev ilə cinayətkar əlaqə yaradıblar.

  • Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı

    İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) tərəfindən 33 qadın sahibkara 500 min manatdan çox qrant ayrılıb, 36 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib.

    KOBİA-dan Qaynarinfo-ya verilən məlumat görə, təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69 subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib.

    Bakı və regionlarda olmaqla, qadın sahibkarlar üçün 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir keçirilib ki, bu tədbirlərdə 580-ə yaxın qadın sahibkar iştirak edib.

  • Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

    Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

    Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.
    Ə. Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.

    Telefon danışığı zamanı həmçinin Azərbaycan və Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.

  • Məşhur şirniyyat sexi bağlandı

    Salyan şəhərinin Ə.Qasımzadə küçəsi, ev 57 ünvanında fiziki şəxs Əhmədov Samir Zehin oğluna məxsus fərdi yaşayış sahəsində fəaliyyət göstərən “Dəf kimi” əmtəə nişanlı qənnadı məhsullarının istehsalı sexində yoxlama keçirilib.
     
    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.  
     
    Baxış zamanı qida obyektində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi, hazır məhsullar üçün sahənin ayrılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.  
     
    Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.