Month: March 2026

  • Fransa İrana zərbə üçün bazalarını açdı

    Fransa ABŞ-a Yaxın Şərqdəki bazalarından istifadə etməyə icazə verib.
     
    Median.Az xəbər verir ki, bu barədə “Lo Monde” nəşri Fransa Baş Qərargahının rəsmisinə istinadla məlumat yayıb.
     
    “ABŞ-la münasibətlərimizin bir hissəsi olaraq, təyyarələrinin bazalarımızda müvəqqəti olaraq yerləşdirilməsi üçün icazə verilib”, – məlumatda qeyd olunub./axar

  • Çin dünyaya dizel və benzin satışını dayandırdı

    Pekin dizel və benzin ixracını dayandırdı.
     
    Median.Az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
     
    Bildirilir ki, Çin hökuməti ölkənin ən böyük neft emalı zavodlarına dizel yanacağı və benzin ixracını dayandırmaq göstərişi verib. Bu qərar Yaxın Şərqdə baş verən müharibənin qlobal enerji təchizatını poza biləcəyindən irəli gəlir.
     
    Agentliyin mənbələrinə görə, bu çağırış beynəlxalq uçuşlar üçün reaktiv yanacaqla təminat, təyyarələrin girov müqabilində yanacaqla doldurulması və ya Honq Konq və Makao tədarüklərinə aid deyil.
     
    Qeyd olunur ki, Çindən ixracın azalması – Asiyanın ən böyük yanacaq ixracatçılarından biri – Asiyada artıq məhdud olan yanacaq təchizatını daha da pisləşdirə bilər və emal marjasını artıracaq./modern

  • Keçən ay neçə uşaq övladlığa verilib? – RƏSMİ

    2026-cı ilin fevral ayı ərzində 7-si, 8-i oğlan olan 15 uşaq övladlığa verilib.
     
    Median.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial xidmətlər Agentliyindən məlumat verilib.
     
    Bildirilib ki, ona nəzarət edən şəxs tərəfindən törədilmiş tədbirlər ailə mühitində inkişafının təmin edilməsi, onların hüquqlarının qorunması və sosial rifahının inkişafı ilə əlaqədar əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı və sistemli tədbirlər həyata keçirilir:
     
    “Ötən dövr ərzində respublika üzrə əməliyyat 845 uşaq övladlığa götürülüb, 78 uşaq himayədar ailəyə verilib.
     
    Nazirliyin “Vəzifəli ailələrə və himayədar ailələrinə xüsusi nəzarəti altında olan uşaqlar, himayədar ailələri və övladlığagötürmələri”. Görülən işlərin təhlükəsiz, qayğı dolu və sağlam ailə mühitində inkişafını təmin etməkdir.
     
    2019-cu ildən icra edilən övladlığagötürmə mexanizminə əlavə olaraq, 2023-cu ildən tətbiq edilən “Himayədar ailə” qayğı modeli uşaqların ailə mühitinə daha tez adaptasiyaya, onların sosial və emosional ehtiyaclarının qarşılanmasına, təhlükəsizlik və sabit mühitdə böyüməyə şərait yaradır”, məlumatda qeyd olunub./day.az

  • Запущенная из Ирана ракета сбита в воздушном пространстве Турции

    Специальные группы ведут поиски обломков запущенной из Ирана ракеты, которая была уничтожена в воздушном пространстве Турции и упала в водохранилище Ататюрка в провинции Адыяман.

    Как сообщает Median.Az со ссылкой на агентство İHA, специалисты уже обнаружили одну из частей ракеты, упавшую в воду. Найденный фрагмент был доставлен в Командование жандармерии для проведения экспертизы.

    Поиски остальных обломков продолжаются в акватории водохранилища.

    В то же время поисковые работы ведутся на прилегающих сельскохозяйственных территориях региона.

  • İrandan atılan raket Türkiyənin hava məkanında vurulub

    İrandan atılan və Türkiyənin hava məkanında məhv edilərək Adıyamanda Atatürk su anbarına düşən raketin qalıqları xüsusi qruplar tərəfindən axtarılır.

    Median.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

    Qruplar suya düşmüş raketə aid bir hissəni tapıblar. Raketə aid hissə araşdırılması üçün Jandarm Komandanlığına aparılıb. Su anbarında qalan raket parçalarının tapılması üçün işlər görülür.

    Eyni zamanda qruplar bölgədəki kənd təsərrüfatı sahələri ərazisində də axtarışlar həyata keçirirlər.

  • Время имсака (сухура) шестнадцатого дня месяца Рамазан

    6 марта, в шестнадцатый день священного месяца Рамазан, время имсака (сухура) будет в 05:41.

    Согласно календарю, объявленному Управлением мусульман Кавказа (УМК), время ифтара – в 18:52.

    Время намаза:

    Субх азан05:46
    Зухр азан12:52
    Аср азан16:54
    Магриб азан18:52
    Иша азан19:53
    Молитва, которую произносят во время имсака:

    “Аллахумма уаффикни фихи лимувафакатиль абрар уа джаннибни фихи мурафакаталь ашрар уа ауини фихи бирахматикя иля дариль кара́рБииляхийатика йа иляхаль алямин”.

    Перевод:

    “О, Аллах! В этот день помоги мне быть в рядах праведников, убереги от дружбы с грешниками. Взываю к твоей милости, дай мне обитель в вечном раю. О, Господь миров!”

    Молитва, читаемая перед разговением (ифтар):

    “Аллахуммя лякя сумту ва аля рызгыкя афтарту ва алейкя таваккальту. Бисмилляхир-Рахмянир-Рахим. Я васияль-магфирати игфирли”.

    Перевод:

    “О, Аллах! Ради тебя я держал пост, в тебя уверовал и на тебя лишь уповаю, разговляюсь тем, что ты мне послал. Прости, о прощающий, мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!

  • Ramazan ayının on altıncı gününün imsak, iftar və namaz vaxtları

    Sabah ramazan ayının on altıncı günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 6-da imsak vaxtı saat 05:41-də, iftar vaxtı isə saat 18:52-dədir.

    Martın 6-sı üçün namaz vaxtları:

    Sübh azanı05:46
    Zöhr azanı12:52
    Əsr azanı16:54
    Məğrib azanı18:52
    İşa azanı19:53
    On altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin!”

    Tərcüməsi:

    “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul eləsin!

  • İrakli Kobaxidze İlham Əliyevə zəng edərək Naxçıvana dron hücumunu pisləyib

    Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, İrakli Kobaxidze İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

    Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib.

    Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

  • Трамп выразил желание лично участвовать в выборе следующего лидера Ирана

    Президент США Дональд Трамп 5 марта выразил желание лично участвовать в процессе определения будущего лидера Ирана.

    Как передает Median.Az, об этом он заявил в интервью порталу Axios.

    “Они теряют время. Сын Хаменеи [Моджатаба Хаменеи] – легковес. Я должен участвовать в назначении, как это было с [президентом Венесуэлы] Дельси [Родригес]”, – отметил глава Белого дома.

    По его словам, Моджтаба Хаменеи, сын убитого аятоллы Али Хаменеи, – неприемлемая кандидатура. Трамп подчеркнул, что продолжение прежнего курса вынудит США вернуться к войне “через пять лет”.

    “Мы хотим того, кто принесет гармонию и мир в Иран”, – добавил американский лидер.

    В этот же день член президиума Совета экспертов по руководству, который занимается выборами, Мохсен Куми заявил, что процесс выбора нового верховного лидера Ирана находится на завершающей стадии. Он также призвал иранский народ игнорировать слухи и получать информацию исключительно через президиум Совета экспертов.

  • Donald Tramp: “İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməliyəm”

    ABŞ Prezidenti Donald Tramp İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etmək istədiyini bildirib.

    Median.Az xəbər verir ki, o, bu barədə “Axios” portalına müsahibəsində danışıb.

    “Onlar vaxt itirirlər. Müctəba Xamenei (Əli Xameneinin oğlu) zəif fiqurdur. Mən təyinat prosesində şəxsən iştirak etməliyəm, necə ki, bu Venesuelada Delsi Rodrigeslə olmuşdu”, – deyə Ağ Evin rəhbəri qeyd edib.

    Onun sözlərinə görə, Müctəba Xamenei liderlik üçün qəbuledilməz namizəddir. Tramp vurğulayıb ki, əvvəlki siyasi kursun davam etməsi ABŞ-ni beş ildən sonra yenidən müharibəyə qayıtmağa məcbur edə bilər.

    “Biz İrana harmoniya və sülh gətirəcək bir lider istəyirik”, – deyə ABŞ prezidenti əlavə edib.