Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1A, m.1505 ünvanında fəaliyyət göstərən qənd və karamel emalı müəssisəsində yoxlama keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisədə emal prosesinin antisanitar şəraitdə həyata keçirildiyi müəyyən edilib.
Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, istifadə edilən avadanlıqların korroziyaya uğradığı, anbar və emal sahəsinin təmirsiz olduğu və xammalların, hazır məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və qida təhlükəsizliyi sahəsində digər tələblərin pozulduğu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri aydınlaşana kimi məhsulların dövriyyəsi qadağan olunub.
Nöqsanlar aradan qaldırılanadək müəssisədə qənd, karamel, kozinak, iris və digər konfetlərin emalı sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.//sfera.az
Month: March 2026
-
Bakıda bu müəssisə bağlandı – RƏSMİ
-
Qlobal fəlakət yaxınlaşır: Yalnız belə qorunmaq olar

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgievanın sözlərinə görə, Yaxın Şərqdəki münaqişə qlobal iqtisadiyyatı sınağa çəkəcək.
Median.Az xəbər verir ki, onun sözlərini “Bloomberg” agentliyi sitat gətirib.
O izah edib ki, əgər döyüşlər davam edərsə, bu, təkcə enerji qiymətlərinə deyil, həm də bazar əhval-ruhiyyəsinə, iqtisadi artıma və inflyasiyaya təsir edəcək. Buna görə də, bu fəlakət nə qədər tez bitərsə, bütün dünya üçün bir o qədər yaxşı olacaq.
Georgieva əmindir ki, müxtəlif miqyaslı yeni şoklar qaçılmazdır:
“Əksər hallarda onların nə olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Asiya dağıdıcı texnologiyalar, ticarət və geosiyasət tərəfindən idarə olunan təkrarlanan çətinliklər dünyasına hazırlaşmalıdır. Buna görə də, region özünü davam edəcək ticarət qeyri-müəyyənliyindən qorumaq üçün daha sıx daxili əməkdaşlığa nail olmalıdır”./publika -
Президент Казахстана осудил атаки иранских беспилотников на Азербайджан
Президент Казахстана Касым-Жомарт Токаев осудил атаку Ирана на Нахчыван.
Как передает Median.Az, об этом сообщает пресс-секретарь главы государства Айбек Смадияров в своем Telegram-канале.Отмечается, что Токаев выразил надежду на совместное с Ираном тщательное расследование инцидента и на урегулирование конфликтной ситуации дипломатическими средствами во избежание эскалации напряженности в регионе.
-
Tokayev İranın Naxçıvana hücumu barədə: “Bu hadisə hərtərəfli araşdırılmalıdır”
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın pilotsuz uçuş aparatlarının Naxçıvandakı hava limanına hücumu ilə bağlı açıqlama verib. Dövlət başçısı qardaş, müttəfiq Azərbaycana qarşı bu hücumu qətiyyətlə pisləyib.
Median.Az bildirir ki, bu barədə Prezidentin mətbuat katibi Aybek Smadiyarov “Telegram” kanalında məlumat verib.Qazaxıstan prezidenti hadisənin İranla birgə hərtərəfli araşdırılmasına, habelə regionda eskalasiyaya yol verməmək üçün münaqişəli vəziyyətin diplomatik vasitələrlə tənzimlənməsinə ümid etdiyini bildirib.
-
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə sülh sazişinin əldə olunmasına əsas maneənin Ukrayna prezidenti Volodimir Zelenski olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.Tramp müsahibəsində qeyd edib ki, Ukrayna üzrə danışıqlar davam edir, lakin o, Zelenskinin mövqeyindən narazılığını yenidən ifadə edib.
“Zelenski özünü toparlamalı və razılaşma əldə etməlidir”, – deyə ABŞ prezidenti bildirib.
Tramp eyni zamanda Rusiya prezidenti Vladimir Putinin müharibənin başa çatdırılması ilə bağlı danışıqlara hazır olduğunu düşündüyünü deyib.
-
Mənzillərə oğurluq məqsədilə girməyə cəhd edən şəxs saxlanılıb – VİDEO
Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər edən şəxs barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə, evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.
Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının fotoşəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
“Nərimanov Rayon Polis İdarəsində şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.
vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddi yanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat versinlər”, – deyə məlumatda bildirilir.//oxu.az
-
Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək
2026-cı ilin sonuna qədər Günəş səthində təqribən 5-10 ədəd X kateqoriyalı partlayışın qeydə alınması ehtimal edilir.
Median.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
İnstitutdan verilən məlumata görə, M və X dərəcəli Günəş partlayışlarının təxminən 2028-ci ilə qədər müşahidə olunacağı gözlənilir. Bu tarixdən sonra onlar səngiyəcəklər. Cari ildə daha 5-10 X səviyyəli partlayışın olması ehtimal edilir.
Günəşdəki partlayışlar yaydıqları rentgen şüalanmasının intensivliyinə görə beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən aşağı səviyyə olan A0.0 Yer kürəsinin orbitində hər kvadratmetrə düşən 10 nanovat radiasiya gücünə bərabərdir. Hər növbəti hərfə keçid zamanı güc on qat artır. Bu cür alovlanmalar, adətən, günəş plazması kütlələrinin atılması ilə nəticələnir ki, bu da Yerə çatdıqda geomaqnit fırtınalar yarada bilər.//oxu.az -
Əməkdar artist müdir vəzifəsinə təyin olundu – FOTO
Əməkdar artist Nicat Kazımov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni vəzifəyə təyin olunub.
Median.Az xəbər verir ki, rejissor bundan sonra teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsini icra edəcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib.
Qərara əsasən, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib./report -
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
Martın 5-də İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Median.Az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.
İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.
-
Qara geyimlərin ömrünü uzadan sadə üsullar

Qara geyimlər zərif və klassik görünüşü ilə tez-tez seçilən paltarlar sırasındadır. Lakin bu rəngli geyimlərin ən böyük problemlərindən biri zamanla rənginin solmasıdır.
Median.Az bildirir ki, qara geyimlərin daha uzun müddət yeni kimi qalması üçün bəzi sadə qaydalara əməl etməyi tövsiyə edir.
Qara geyimləri yuyarkən soyuq və ya ilıq suya üstünlük vermək lazımdır. İsti su parçanın rənginin daha tez solmasına səbəb ola bilər. Həmçinin paltarları yumaqdan əvvəl tərsinə çevirmək sürtünməni azaldaraq rəngin daha uzun müddət qorunmasına kömək edir.
Mütəxəssislər qara geyimlər üçün xüsusi yuma vasitələrindən istifadə etməyi və artıq miqdarda yuyucu vasitə tökməməyi də tövsiyə edir. Bundan əlavə, paltarların tez-tez yuyulması da rəngin solmasını sürətləndirə bilər.
Qara geyimləri birbaşa günəş altında qurutmamaq, mümkün olduqda kölgədə və ya otaq temperaturunda qurutmaq daha məqsədəuyğundur. Həmçinin quruducu maşından tez-tez istifadə etmək parça liflərini zəiflədə və rəngin solmasına səbəb ola bilər./pravda.azQara geyimləri birbaşa günəş altında qurutmamaq, mümkün olduqda kölgədə və ya otaq temperaturunda qurutmaq daha məqsədəuyğundur. Həmçinin quruducu maşından tez-tez istifadə etmək parça liflərini zəiflədə və rəngin solmasına səbəb ola bilər./pravda.az








