Month: March 2026

  • Ermənistanın hakim partiyası Paşinyanın baş nazirliyə namizədliyini verdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının onu qarşıdan gələn parlament seçkisində hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.

    Bu barədə o, öz “Telegram” kanalında məlumat verib.

    Bu qərar partiyadaxili seçkilərin ikinci turundan sonra verilib.

    “Mənə göstərdikləri növbəti etimada, “Vətəndaş sazişi” partiyasının seçki siyahısına rəhbərlik etmək və Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizəd olmaq şərəfinə görə bütün partiya yoldaşlarıma təşəkkür edirəm”, – deyə Paşinyan bildirib.

  • 45 yaşlı aktyor evində ölü tapıldı

    Cənubi koreyalı aktyor Li Sanq-bo dünyasını dəyişib.
     
    Median.Az xəbər verir ki, narkotik ittihamlarından bəraət aldıqdan sonra ekrana qayıdan 45 yaşlı aktyor evində ölü tapılıb.
     
    Onun meyiti ailə üzvlərindən biri tərəfindən evdə aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisədə zorakılıq əlamətlərinin olmadığını və ölümün dəqiq səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
     
    Qeyd edək ki, Sanq-bo 2006-cı ildə “The Invisible Man Choi Jang-soo” serialı ilə debüt edib. O, daha sonra “Man Who Dies to Live” və “Miss Monte-Cristo” kimi layihələrdə rol alıb.
     
    Aktyor 2022-ci ilin sentyabrında narkotikdən istifadə iddiaları ilə gündəmə gəlmişdi. Lakin məlum olub ki, o, depressiyadan müalicə məqsədi ilə dərmanlar qəbul edib. Belə ki, o, 2009-cu ildə valideynlərini və böyük bacısını itirdiyi qəzadan sonra depressiyaya düşüb və tək yaşayıb.
     
    Bəraət almasına baxmayaraq, bu qalmaqal onun karyerasına mənfi təsir göstərməyə davam edib. İki illik fasilədən sonra aktyor “The Elegant Empire” ilə yenidən ekrana qayıtmışdı.
    //axşam.az

  • “Qızıl top” mükafatı qaydalarında dəyişiklik olunacaq

    “Qızıl top” mükafatı futbol azarkeşləri arasında tez-tez mübahisələrə səbəb olur.
     
    Xüsusilə favorit hesab olunmayan futbolçunun qalib gəldiyi illərdə bu müzakirələr daha da alovlanır.
     
    “The Touchline” nəşrinin yaydığı məlumata görə, 2026-cı ildə “Qızıl top”un qaydalarında müəyyən dəyişikliklər ediləcək.
     
    Belə ki, səsvermə iştirakçılarına futbolçuların böyük oyunlardakı çıxışlarına xüsusi diqqət yetirmələri tövsiyə olunacaq.

    Xatırladaq ki, ötən il bu mükafatı PSJ-nin hücumçusu Usman Dembele qazanıb.
     
    Həmin vaxt Lamin Yamal, Rafinya və Vitinya da əsas namizədlər arasında yer alırdılar.
     
    Tarixdə ən çox “Qızıl top”a (8) isə Lionel Messi sahib çıxıb.

  • Azərbaycana düyü idxalı azalıb

    Bu ilin fevral ayında Azərbaycan 10 milyon 604,31min ABŞ dolları dəyərində 11 min 976,37 ton düyü idxal edib.

    Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 milyon 868,38 min ABŞ dolları (21,29 %) və 1 min 878,98 ton (13,56%) azdır.

    Qeyd edək ki, 2025-ci ilin fevral ayında Azərbaycan 13 milyon 472,69 min ABŞ dolları dəyərində 13 min 855,35 ton düyü idxal edib.

  • Dənizin ortasında susuzluqdan öldülər

    Avropaya gedərkən qayıqda altı gün yemək və su olmadan qalan iyirmi iki miqrant Yunanıstan sahillərində həlak olub.

    Bu barədə Yunanıstan sahil mühafizəsi məlumat yayıb.

    Avropa Sərhəd Agentliyinin gəmisi, bir qadın və bir uşaq da daxil olmaqla iyirmi altı nəfəri xilas edib. Onlardan ikisi Krit adasındakı Herakliondakı xəstəxanaya aparılıb

    Miqrantları daşıyan qayıq 21 martda Liviyanın şərqindəki Tobruk limanından yola düşüb. Sahil mühafizəsi ölümlərə pis hava şəraiti və qida və suyun çatışmazlığı səbəb olduğunu bildirib.

  • İran hərbi çağırış yaşını 12-yə endirdi

    İran hakimiyyəti hərbi xidmətə çağırış üçün minimum yaşı 12 ilə endirib.

    “Unikal” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

    “İran orduya dəstək vermək üçün könüllülər üçün yaş həddini 12 yaş olaraq müəyyən edib və yeniyetmələri orduya qoşulmağa təşviq edir”, – KİV yazıb,

    Qeyd edildiyi kimi , bu, “qoşulmaq istəyənlərin yaşını nəzərə alaraq” edilib.

    “Al Arabiya” iddia edir ki, yeniyetmələr patrul xidmətində iştirak edə və digər işlərlə yanaşı, nəzarət-buraxılış məntəqələrində işləyə biləcəklər.

  • Salah A Seriyasına qayıda bilər

    Məhəmməd Salah 2025/2026 mövsümünün sonunda İtaliya A Seriyasına qayıda bilər.

    Median.Az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu sabiq klubu “Roma”ya qayıtmaq variantını nəzərdən keçirir. Bu keçid üçün əsas maneə isə maliyyə məsələsi ola bilər. Salah hazırda ildə 12 milyon avro maaş alsa da, Roma təmsilçisində maaş sərhədi 4 milyon avro civarındadır. Buna baxmayaraq misirli forvardın bir mövsümlük müqavilə ilə “canavarlar”ın heyətinə qoşulmaq ehtimalı var.

    Xatırladaq ki, Məhəmməd Salah 2015-2017-ci illərdə “Roma”da çıxış edərək 83 oyunda 34 qol vurub.

  • Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür etdi

    “Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm”.

    Bunun İranın xarici işlər naziri Abbas Əraqçi öz “X” səhifəsində yazıb.

    O, çətin günlərdə nümayiş etdirilən bu dəstəyin, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykəndiyini bildirib.

  • “Bu sözüm sənətçilərin xətrinə dəyir” – Zamiq Hüseynov

    “Sənətçi formada qalmağa məcburdur. Yuxudan duran kimi 2 saat idman edirəm. Bir gün gəzintiyə çıxıram, bir gün qaçıram, bir gün isə ağırlıq qaldırıram. Hər gün idmanla məşğul oluram. İdman həyat tərzimə çevrilib”.

    Bu sözləri müğənni Zamiq Hüseynov “Qonaqcanlı” verilişində deyib.

    İfaçı sənət dostlarına formada qalmalı olduqlarını məsləhət gördükdə ondan incidiklərini bildirib:

    “Yemək də vacibdir. Sağlam qidalanmaq lazımdır. Uzun illərdir məndə də belədir. Düşünürəm, sənətçilərin borcudur ki, səhnəyə çıxanda normal formada olsunlar. Xarici ölkələrdə görürsünüz, müğənnilər özlərinə necə fikir verirlər. Bəzən deyirəm, xətirlərinə dəyir. Zəng vururlar ki, niyə belə dedin. Cavab verirəm ki, bir az yeməyinizə diqqət edin. Çalışın efirdə qəşəng görünün. O, əvvəllər idi ki, müğənnilər ancaq kök olmalıdır”. (Axşam.az)

  • İranda su anbarı atəşə tutuldu

    ABŞ və İsrail ordusu İranın Həftgəl şəhərində 10 min kubmetrlik su anbarına zərbələr endirib.

    “Report” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

    “Su anbarı hava hücumuna məruz qalıb, ölən və yaralanan olmayıb”,- məlumatda bildirilib.

    Qeyd olunub ki, səhər saatlarında ABŞ ilə İsrail ordusu Həftgəl teleradio qülləsini də atəşə tutub.