Month: March 2026

  • Vərəm xəstəliyinə niyə kişilər daha çox yoluxur?

    “Azərbaycanda vərəm xəstələrinin təxminən üçdə ikisini kişilər, üçdə birini isə qadınlar təşkil edir”.

    Bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlamasında qeyd edib.

    Maraqlıdır ki, bu göstəricinin səbəbləri nələrdir?

    Vərəm daha çox ağciyərə təsir etdiyi üçün ağıla ilk olaraq siqaret istifadəçilərinin daha çox kişilər olması gəlir. Bəs tək səbəb budur? Problemin görünməyən tərəfləri nələrdir?

    Qaynarinfo xəbər verir ki, Bizim.Media mövzuyla bağlı pulmonoloq Əsəd Beydullayevin fikirlərini öyrənib.

    O bildirib ki, vərəm xəstələrinin daha çox kişilər olmasının tam izahı olmasa da, buna bəzi amillər təsir edir:

    “Vərəm xəstəliyi hava damcı yoluyla insandan insana keçən infeksion yoluxucu xəstəlikdir. Kişilər də çöldə daha çox vaxt keçirirlər, insanlarla sıx kontaktda olurlar. Buna görə də vərəmə yoluxan kişilərin sayı daha yüksəkdir”.

    “Sulu qəlyanlar vərəmə səbəb ola bilər…”

    Həkimin sözlərinə görə vərəm təkcə yoluxma ilə meydana çıxmır, eyni zamanda, insanın immunitetinin zəif olmasıyla da əlaqədardır:

    “O bütün orqanları, ilk növbədə ağciyəri zədələyir. Siqaret isə xüsusilə ağciyər immunitetini ciddi zəiflədən amillərdən biridir. Həmçinin son dönəmlərdə istifadə olunan sulu qəlyanlar da vərəm yaradan səbəblərdən biridir. Onun ucluğu dəyişsə də, boru eyni qalır. Xəstəliyin o boru vasitəsilə keçmə ehtimalı var”.

    Nəzərə alaq ki, tikinti, mədən, sənaye sahələrində işləyənlərin böyük bir qismi kişilərdir. Bəs bu, onların vərəmə yoluxmasına təsir edir?

    Müsahibimiz bunu təsdiq edərək bildirib ki, tez-tez tozlu məkanlarda olmaq, kimyəvi qazlarla kontakt ağciyəri zəiflədir:

    “Tikinti, mədən, ağır fiziki işdə işləmək, düzgün qidalanmamaq, siqaret aludəçiliyi vərəmə yoluxmaya səbəb ola bilər”.

    Əsəd Beydullayev sonda vətəndaşlara xəbərdarlıq edərək onları diqqətli olmağa çağırıb:

    “Yaxınlarınızda çəkisi azalan, davamlı öskürən, gecələr tərləyən, temperaturu yüksələn insanlar varsa, artıq vərəm şübhəsi meydana gəlir. Onlar təcili olaraq ağciyər həkiminə göstərilməli, diaqnoza uyğun müalicə almalıdır”.

    Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın sözlərinə görə, Azərbaycanda vərəmə yoluxan uşaqların sayı isə azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə 278 uşaq vərəm xəstəsi olsa da, 2025-ci ildə bu rəqəm 198 olub.

  • Bakıda “Xruşovka”lar yeni investisiya aləti kimi istifadə edilir? – Video

    Bakının bir çox rayonlarında “Xruşovka” tipli evlərin sayı dörd minə çatmaqdadır.

    Belə ki, ilkin mərhələdə bu tikililərdən 1 500-ü söküləcək.

    Həmin “Xruşovka”ların yerləşdiyi ərazilərə Yasamal, Binəqədi, Sabunçu və Suraxanı kimi rayonlar daxildir.

    Bu tip binaların sökülmə ehtimalı yüksək olduğu üçün onların qiyməti də şəhərdəki evlərdən yüksək olur.

    Mütəxəssislər İctimai TV-yə bildirirlər ki, bu evlərin kvadratmetri 2 000 manata qədər çıxır.

    Bu baxımdan da bir çox insanlar “Xruşovka”lardan investisiya mənbəyi kimi istifadə edirlər.

  • Хакан Фидан посетит Пакистан

    Министр иностранных дел Турции Хакан Фидан совершит визит в Пакистан с целью обсуждения развития ситуации в регионе.

    Как сообщает Median.Az со ссылкой на DHA, завтра он отправится в путь для участия во встрече, которая состоится в Исламабаде.

    “Министр посетит Пакистан 29-30 марта 2026 года для участия во встрече, которая пройдет в Исламабаде и будет посвящена оценке происходящих в регионе событий”, – говорится в заявлении МИД Турции.

  • Hakan Fidan Pakistana səfər edəcək

    Türkiyənin xarici işlər naziri Hakan Fidan regional inkişafları müzakirə etmək məqsədilə Pakistana səfər edəcək.

    Median.Az DHA-ya istinadən xəbər verir ki, o, İslamabadda keçiriləcək toplantıda iştirak etmək üçün sabah yola düşəcək.

    Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib: “Nazirimiz bölgədə baş verən hadisələrin qiymətləndirilməsi məqsədilə İslamabadda təşkil olunacaq toplantıya qatılmaq üçün 29-30 mart 2026-cı il tarixlərində Pakistana səfər edəcək”.

  • Праздник ушел, а цены остались: что происходит на рынке сухофруктов после Новруза? – Видео

    В дни весеннего праздника Новруз наши столы традиционно украшают не только изысканные национальные сладости, но и богатое изобилие орехов и сухофруктов. Но вот торжества остались позади, и возникает закономерный экономический вопрос: изменились ли цены на эти популярные лакомства после завершения высокого праздничного спроса?

    Рыночные торговцы заявляют, что на данный момент общая стоимость орехового ассортимента остается стабильной и держится на прежнем уровне. Однако экономическая динамика на рынке все же присутствует: наблюдается незначительное снижение цен на определенные сорта фиников.

    Сами потребители также подтверждают эту тенденцию. По их словам, существенного и массового удешевления продуктовой корзины в сегменте сухофруктов пока не ощущается.

    Подробнее – в репортаже Азербайджанского телевидения (AzTV):

  • Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı – VİDEO

    Novruz bayramında süfrələrimizi dadlı şirniyyatlarla yanaşı, çərəzlər də bəzəyir.

    Bəs bayram keçsə də, çərəzlərin qiymətində dəyişiklik varmı?

    Satıcılar bildirirlər ki, hazırda çərəzlərin satış qiymətində dəyişiklik yoxdur, lakin bəzi xurmaların qiymətində cüzi azalma müşahidə edilir.

    Alıcılar da qeyd ediblər ki, hazırda onlar da qiymətlərdə enmə hiss etmirlər.

    Ətraflı Azərbaycan Televiziyasının (AzTV) süjetində:

  • “Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi”

    Meyxanaçı Vüqar Əbdülov aktyorluq fakultəsini oxusa da, meyxanaçı olmasından danışıb.

    Axşam.az xəbər verir ki, “Künc-bucaq” yutub layihəsində yer alan ifaçı bu sənətə məcbur gəldiyini deyib. O bildirib ki, avtomobil qəzasından sonra üzündə yaranan çapığa görə o sənətə getməyib:

    “Aktyor olmaq istəməyimlə qaldım. O vaxtlar meyxana ağlımdan keçmirdi, aktyor olmaq istəyi ilə universitetə daxil oldum. Qrup yoldaşlarım arasında Əməkdar, Xalq artisti oldu. Bizim bir həyətdə böyümüş kimi mehribançılığımız qalmışdı. Onlar da heyifslənirlər ki, kaş onların sırasında olardım. Avtomobil qəzasına düşdüm, üzüm deformasiya oldu. Məcbur meyxanaya üstünlük verdim. Düşündüm ki, aktyorluq üçün üzüm uyğun deyil”.

  • ​Aprelin 1-dən yeni cərimə qüvvəyə minir

    Azərbaycanda 2026-cı il aprelin 1-dən etibarən qanunvericiliyə edilmiş bir sıra dəyişikliklər qüvvəyə minəcək.

    Yeni qaydalar əsasən inzibati məsuliyyət və tənzimləmə sahələrini əhatə edir.

    Belə ki, dövlət başçısının təsdiqlədiyi dəyişikliklərə əsasən, elektron siqaretlərlə bağlı fəaliyyətlərə görə məsuliyyət sərtləşdirilir. Qanuna görə, elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanmasına görə cərimələr tətbiq olunacaq.

    Dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.
    //metbuat.az

  • Torpaq almaq istəyənlərin nəzərinə – Kəskin bahalaşacaq

    Ənənəvi olaraq hər il fevralın sonu martın əvvəllərində tikinti bazarı aktivləşir. Bu aktivləşmə fonunda fərdi mənzillər üçün torpaq sahələrinə tələb artır. Tələb artdıqca qiymətlər də yüksəlir. Proqnozlara görə bu il perspektiv inkişaf planına daxil olan torpaqların qiyməti daha çox artacaq”.

    Bunu Abşeron yarımadasındakı torpaq sahələrinin qiyməti ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib.

    O bildirib ki, Masazır, Xocəsən, Hökməli, Binəqədi ətrafı və Sulutəpə ərazisində tikinti aktivləşdiyinə görə bu ərazilərdə torpağın qiymətinin daha çox artımı gözlənilir:

    “Dənizkənarı ərazilərdəki torpaqlara da tələbat artacaq. Çünki imkanlı şəxslər özləri üçün “bağ evi” inşa etdirməyə üstünlük verirlər. “Bağ evi” üçün də arzuolunan ərazi dəniz sahilləridir. Bu mənada “bağ evləri” üçün torpaq sahələrinə bu il ehtiyac daha böyük olacaq. Ənənəvi olaraq Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanı ərazilərində bağ həvəskarları torpaq axtarır. Hazırda bu ərazilərdə torpağın qiyməti 40-50 min manatdan başlayır. “SEA Breeze”ə yaxın ərazilərdə isə qiymətlər 70-80 minə çatır.

    Paytaxta gəldikdə isə onu demək olar ki, hazırda ən çox tikinti Nərimanov, Xətai rayonlarında gedir. Xətai rayonun “Qara şəhər” ərazisində, Babək prospektinin və Həzi Aslanov metrosunun ətrafında mənzil tikintisi sürətlə davam edir. Zığ və Hövsan qəsəbələrində də tikinti bumu var. Bu ərazilərdə qiymətlərin artması qaçılmazdır.

    Adını çəkdiyim ərazilərdə torpağın qiymətinin 20-25 faiz yüksəlməsi gözlənilir. Qobu-Hökməli yolunun yenidən inşası və Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yeni kompleksin tikintisinə hazırlıq həmin ərazilərdə torpaq sahələrinin qiymət artımını qaçılmaz edəcək”.

    Bəs hansı ərazilərdi torpaqların qiymətində böyük dəyişiklik?

    Müsahibimiz əsaslı qiymət artımı gözlənilməyən əraziləri də qeyd edib:

    “Bəzi ərazilər var ki, orada qiymət artımı gözlənilmir. Qaradağ və Pirallahı rayonlarının, eləcə də Xəzər rayonun cənub-qərb ərazilərində torpaqların qiymətində ciddi artım gözlənilmir. Ən yaxşı halda həmin ərazilərdə qiymətlər çox cüzi yüksələ bilər”.

  • Sabah gündüzdən Bakıda yağıntılar tədricən kəsiləcək

    Bakıda və Abşeron yarımadasında martın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur.

    Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.