Month: March 2026

  • Найдены пять человек, пропавших на Мингячевирском водохранилище

    Найдены пять человек, пропавших три дня назад на территории Мингячевирского водохранилища.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, они были обнаружены в результате поисково-спасательной операции, проведенной Аранской водолазно-поисковой группой Министерства по чрезвычайным ситуациям. Все они являются жителями Агдашского района.

    Отмечается, что пятеро мужчин отправились на водохранилище на рыбалку и из-за неблагоприятных погодных условий оказались в беспомощном положении.

    В ходе поисковых мероприятий их обнаружили в акватории водохранилища на территории Гёранбойского района.

    Все ранее пропавшие без вести живы. В настоящее время спасатели принимают меры по их эвакуации в безопасное место.

    По данному факту проводится расследование.

  • Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı

    Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupunun apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində tapılan şəxslər Ağdaş rayon sakinləridir.

    Balıq tutmaq məqsədilə su anbarına gedən 5 nəfər əlverişsiz şərait səbəbindən köməksiz vəziyyətdə qalıb.

    Axtarışlar nəticəsində onların yeri su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.

    Bir neçə gündür itkin düşən şəxslərin hamısı sağdır.

    Hazırda xilasedicilər onların təhlükəsiz əraziyə təxliyə olunması istiqamətində tədbirlər görür.

    Faktla bağlı araşdırma aparılır.

  • В Кельбаджаре грузовой автомобиль сорвался в ущелье: есть погибшие – ИМЕНА

    В Кельбаджарском районе произошло тяжелое дорожно-транспортное происшествие.

    Водитель грузового автомобиля марки HOWO потерял управление, в результате чего транспортное средство сорвалось в ущелье.

    В результате аварии три человека погибли на месте происшествия. К месту инцидента были привлечены сотрудники полиции.

    Погибшими оказались водитель, житель Гёйчайского района Турал Исмайылов, а также уроженцы Кельбаджарского района Вюсал Магеррамов и Эльвин Исмайылов.

    По данному факту проводится расследование.

  • Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var – ADLAR

    Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə “HOWO” markalı yük avtomobilinin idarəetmədən çıxması nəticəsində baş verib.

    Qəza nəticəsində üç nəfər hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

    Həlak olanlar sürücü, Göyçay sakini Tural İsmayılov, Kəlbəcər sakinləri Vüsal Məhərrəmov və Elvin İsmayılovdur.

    Faktla bağlı araşdırma aparılır.

  • Иран нанес удар по заводу в Абу-Даби: есть раненые

    В результате удара, нанесенного Ираном, был поврежден алюминиевый завод в столице ОАЭ Абу-Даби, принадлежащий компании Emirates Global Aluminium.

    Об этом заявили в самой компании.

    Отмечается, что предприятию нанесен серьезный материальный ущерб, несколько сотрудников получили ранения.

    Добавим, что Emirates Global Aluminium является крупнейшим производителем алюминия на Ближнем Востоке.

  • İran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralılar var

    İranın hücumu nəticəsində Əbu-Dabidə “Emirates Global Aluminium” şirkətinə məxsus alüminiuməridici zavod zədələnib.

    Bu barədə şirkət məlumat yayıb.

    Zavoda ciddi ziyan dəyib, bir neçə əməkdaş yaralanıb.

    Qeyd edək ki, “Emirates Global Aluminium” Yaxın Şərqdə ən böyük alüminium istehsalçısıdır.

  • Azərbaycandan Rusiyaya ixrac artıb

    2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların dəyəri 157 milyon 763,37 min ABŞ dolları olub.

    Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 895,13 min ABŞ dolları və ya təxminən 4,57% çoxdur.

    Eyni dövrdə Rusiyadan Azərbaycana idxal olunan məhsulların dəyəri 342 milyon 215,99 min ABŞ dolları olub.

    Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 504 milyon 856,91 min ABŞ dolları və ya təxminən 59,6% azdır.

    Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan Rusiyaya 150 milyon 868,24 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Rusiyadan Azərbaycana isə 847 milyon 72,90 min ABŞ dolları dəyərində məhsul idxal edilib.

  • 106 nömrəli marşrut xəttində gecikmələr baş verir? – AÇIQLAMA

    Sosial şəbəkələrdə 106 nömrəli marşrut xəttində gecikmələrin olması ilə bağlı iddialar səslənib.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 106 nömrəli marşrut xəttində 10 avtobus fəaliyyət göstərir:

    “Daşıyıcıya marşrutun fəaliyyətinə nəzarətin gücləndirilməsi və nizamlı fəaliyyətin təmin edilməsi barədə ciddi xəbərdarlıq olunub. Eyni zamanda, avtobus parkının yenilənməsi, sürücü və dispetçer heyətinin təlimatlandırılması ilə bağlı tapşırıq verilib.

    Tədbir görülməyəcəyi təqdirdə marşrut xətti müsabiqəyə çıxarılacaq”./oxu.az

  • Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı

    Azərbaycanda martın 27-də cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

  • “Dünyada dəyişikliklər fonunda qarğıdalı yeyirik”

    “Ermənistan üçün necə bir gələcək istədiyimizə qərar verməliyik. Təhlükəsiz bir ölkəyə sahib olmaq istəyirik, yoxsa gələcəkdə daha çox başağrısı yaradacaq bir qapı açmaq istəyirik?”.

    Bunu “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan deyib.

    O, partiya üzvləri ilə görüşündə Ermənistanda balanslı, ciddi bir lider olmasından danışıb.

    “Ciddi lider olsun, yoxsa hər gün dünya mətbuatına bizə gülmək üçün səbəb verən şəxs olmasın. Qonşularımız nə edir. Türklər donanmasını inkişaf etdirir, avadanlıqlarını inkişaf etdirir, Çinə yol açır. Azərbaycanlılar nə edir? Onlar Türkiyə ilə əlaqə qururlar, iqtisadiyyatlarını inkişaf etdirirlər, hərbi güclərini inkişaf etdirirlər, Xəzər dənizi boyunca limanlar tikirlər. Biz nə edirik… Biz qarğıdalı yeyirik… Bu ciddi dünya dəyişiklikləri fonunda nə edirik?”, – deyə o, bildirib.