Month: March 2026

  • İordaniya hava məkanını açdı

    İordaniya hava məkanını açıb.

    İordaniya Mülki Aviasiya İdarəsi hava məkanının açıldığını bəyan edib.

    Qərar təhlükəsizliklə bağlı vəziyyətin diqqətlə araşdırılmasından sonra verilib.

    Qeyd edək ki, bundan əvvəl İordaniya regionda yaşanan gərginlik fonunda hava məkanını bağlayıb.

    \apa

  • Onlara 5 illik musiqi təhsili tələbi qoyuldu

    Vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə qəbul aparan müvafiq ali təhsil müəssisələri ilə görüşlər zamanı bu ixtisaslar üzrə ali təhsil pilləsinə qəbul üçün musiqi təhsili haqqında təhsil sənədinin tələbi barədə müzakirələr aparılıb və ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün 5 illik musiqi təhsilinin vacibliyi bildirilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, qəbul olunmuş qərara əsasən, 2027/2028-ci tədris ilindən etibarən vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin qeydiyyatı zamanı ən az 5 illik musiqi təhsili sənədi tələb olunacaq.

    Qeyd etmək istəyirik ki, bu il, yəni 2026/2027-ci tədris ilində vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbul əvvəlki illərdə olduğu kimi musiqi təhsili haqqında təhsil sənədi olmadan aparılacaq.

    Bu qərar orta ixtisas təhsili müəssisələrinin vokal sənəti ixtisasına qəbul şərtlərinə şamil edilmir.

  • “Qızıl Ay” restoranı qanunsuz reklama görə cərimələndi – 1500 manat

    Bakıda restoran qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən “Qızıl Ay” restoranının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkarlanıb. Fakt Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən müəyyən edilib.

    Bununla bağlı obyekt barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, habelə onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə restoranın sahibi sözügedən maddə üzrə inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 500 manat məbləğində cərimə tətbiq edilib.

  • Bakıda estetik klinika 20000 manat cərimələndi

    Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə “Est. Etik Clinix and Spa Center” MMC cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) ilə protokol tərtib edilib. İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.

    Məhkəmənin qərarı ilə “Est. Etik Clinix and Spa Center” MMC-nin rəhbəri sözügedən maddə üzrə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimə olunub.

    Qərardan narazı qalan MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

    Məhkəmə iclasında şirkət rəhbəri bildirib ki, MMC-nin ümumi dövriyyəsi və gəlirləri 20 000 manat təşkil etmir və bu məbləğdə cərimənin ödənilməsi mümkün deyil. Onun sözlərinə görə, cərimənin tətbiqi şirkətin ləğvinə və ya müflis olmasına səbəb ola bilər.

    Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.

  • Deputatın şirkətinə protokol yazdı, məhkəmə işə xitam verdi

    Azərbaycan Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsi “Embawood” MMC barəsində inzibati iş başlayıb.

    Qaynarinfo xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

    Sözügedən maddə reklam qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə hüquqi şəxslərin 5 000 manatdan 10 000 manatadək cərimə cəzası nəzərdə tutulur.

    İş baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmədə “Embawood” MMC-nin reklam üçün müvafiq qurumlardan icazə aldığı diqqətə çatdırılıb.

    Qarşı tərəf isə məhkəmədə iştirak etməyib.

    Hakim Bəxtiyar Məmmədovun çıxardığı qərara əsasən şirkət barəsində inzibati işə xitam verilib.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Embawood” MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən “Embawood” MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur. Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

    Mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərən “Embawood” MMC-nin təsisçisi deputat Məşhur Məmmədovdur. Bu fakt onunla bağlı bioqrafik məlumatlarda da yer alıb. Məşhur Məmmədov 2020-ci ildən deputatdır.

  • Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

    Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

  • Bakıda yollardan birində nəqliyyatın hərəkəti qismən BAĞLANACAQ

    Bakı şəhəri, Xətai rayonunda Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsi ilə kəsişməsindən Sənan Kərimov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq, 4 mart saat 08:00-dan saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Qeyd olunub ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

  • МАГАТЭ подтвердило наличие повреждений зданий ядерного объекта в Натанзе

    Спутниковые снимки подтверждают повреждения ядерного объекта в иранском Натанзе.

    Об этом сообщила пресс-служба Международного агентства по атомной энергии (МАГАТЭ) в соцсети Х.

    Пострадали здания на входе в объект. В агентстве исключили радиологические последствия повреждений.

    “Основываясь на последних доступных спутниковых снимках, МАГАТЭ подтверждает, что недавние повреждения касаются входных зданий подземного объекта по обогащению топлива в Натанзе”, – сказано в сообщении.

  • Peyk görüntüləri İrandakı nüvə kompleksindəki dağıntıları üzə çıxardı

    Peykdən əldə edilən fotoşəkillər İranın Natanz ərazisində yerləşən nüvə kompleksinə vurulan ziyanı sübuta yetirib.

    Sözügedən məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mətbuat xidməti sosial şəbəkə platformasında açıqlama yayımlayıb.

    Məlumata görə, kompleksin giriş hissəsindəki tikililər dağıntıya məruz qalıb. Qurum vurğulayıb ki, bu zədələnmə hər hansı radioloji fəsadlara səbəb olmayıb.

    Bəyanatda qeyd olunur:

    “Ən yeni peyk təsvirlərinə istinadən BAEA təsdiq edir ki, baş verən son hadisələr Natanzda yerləşən yeraltı yanacaq zənginləşdirmə müəssisəsinin girişindəki tikililərə ziyan vurub”.

  • МИД Катара: Удары Ирана поразили резервуары с водой и энергетический комплекс

    Иранские атаки были направлены на критически важную промышленную инфраструктуру Катара, включая резервуары с водой в Месаиде и промышленный комплекс Qatar Energy в Рас-Лаффане.

    Об этом сообщил на брифинге советник премьер-министра, официальный представитель МИД эмирата Маджид бен Мухаммед аль-Ансари.

    “Были зафиксированы удары по Рас-Лаффану и Месаиду, которые затронули промышленные объекты и инфраструктуру”, – приводит его слова телеканал Al Araby. Дипломат уточнил, что в Рас-Лаффане целью стал “интегрированный промышленный комплекс, включающий эксплуатационные и сервисные объекты”, а в Месаиде удар пришелся по “жизненно важному объекту и [водным] резервуарам”.

    В понедельник Qatar Energy сообщила о приостановке производства СПГ и сопутствующих продуктов в связи с атакой на ее промышленные объекты в городах Рас-Лаффан и Месаид. По данным Минобороны Катара, эти объекты подверглись ударам беспилотников, запущенных с территории Ирана.