Month: March 2026

  • Avtomobil nömrəsini gizlətmək üçün cihaz alanları bu cəza gözləyir – Video

    Bir düymə ilə avtomobilin nömrəsini gizlədir. Qiyməti isə 400 manatdan başlayır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.

    Qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək, o cümlədən məsuliyyətdən yayınmaq məqsədilə onları saxtalaşdırmaq, üzərini bağlamaq və s. əməllər hüquqi məsuliyyət yaradır.

    Bu qurğulardan istifadənin təhlükəsini artıran məqamlardan biri də, qeydiyyat nişanı bağlı olduğu halda törədilən yol nəqliyyat hadisəsidir.

    Vəkillər kollegiyasının üzvü Misirə Xəlilzadə deyir ki, bu halda qəza ehtiyatsızlıqdan yox, qabaqcadan planlaşdırılmış cinayət kimi də qiymətləndirilə bilər.

  • Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

    Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib.

    “Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu, o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik”, – deyə o əlavə edib.

    Leyla Əliyeva son 100 ildə Xəzərdə dəniz canlılarının 1 milyondan 200 minə qədər azaldığını qeyd edib.

    O, həmçinin ölkəmizin bərpaolunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib.

    Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero bərpaolunan təmiz texnologiyaların tətbiqinin qazıntı yanacaqlardan asılılığı azaldaraq enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu bildirərək bu dəyişikliklərin həm də yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib.

    Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bərpaolunan enerji potensialından söz açaraq bioenerji, geotermal resurslar və “yaşıl hidrogen”in inkişafı istiqamətində işlər görüldüyünü qeyd edib. Agentliyin direktoru, eyni zamanda, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlandığını diqqətə çatdırıb.

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev şirkətin fəaliyyəti haqqında danışaraq əsas məqsədlərinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək neft-qaz obyektlərini dekarbonlaşdırmaq və Azərbaycanda ekspert biliklərini konsolidasiya etmək olduğunu bildirib.

    “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov, “ACWA Power” şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova, “Xlinks” layihəsinin icraçı direktoru Ceyms Hamfrey, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer və digərləri çıxış edərək bərpaolunan enerji sahəsindəki perspektivlərdən söz açıblar.

  • İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?

    İran bir sıra məhsulların ixracını qadağan edib. Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib. Qadağanın qeyri-müəyyən müddətə qüvvədə olacağı bildirilir.

    Qonşu ölkənin bu qərarı Azərbaycan bazarına necə təsir göstərə bilər?

    Liberal İqtisadçılar Mərkəzinin sədri İqtisadçı-ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, əgər bu məhsulların bir hissəsi Azərbaycana İran vasitəsilə idxal olunurdusa, ixracın dayandırılması bazarda təklifin azalmasına və nəticədə qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

    Akif Nəsirlinin sözlərinə görə, qiymət artımının miqyası əsasən yerli istehsalın kifayətliliyi və alternativ idxal mənbələrinin mövcudluğundan asılı olacaq:

    “Əgər alternativ tədarük yolları varsa və yerli istehsal tələbatı ödəyirsə, təsir məhdud ola bilər. Qısa müddətli qadağalar bazarda müəyyən narahatlıq yarada bilər. Lakin uzunmüddətli qiymət artımı əsasən tədarük balansından asılı olacaq”.

  • Спецборт МЧС РФ заберет из Азербайджана россиян, покинувших Иран

    Самолет МЧС России доставит на родину из Азербайджана граждан РФ, которые покинули Иран.

    Об этом сообщили ТАСС в пресс-службе министерства.

    “Спецборт чрезвычайного ведомства вылетел из подмосковного аэропорта Жуковский для вывоза в Москву граждан Российской Федерации, покинувших территорию Ирана через наземные пункты пропуска”, – сказали в МЧС.

    Отметим, что с 28 февраля по сегодняшний день через границу Азербайджана из Ирана были эвакуированы 127 граждан России.

  • İrandan Azərbaycana keçən Rusiya vətəndaşları Moskvaya aparılır

    Təhlükəli vəziyyətlə əlaqədar İran ərazisindən Azərbaycana keçmiş Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq üçün ölkələri tərəfindən təyyarə ayrılıb.

    Bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS agentliyinə açıqlama verilib.

    Nazirliyin yaydığı məlumata əsasən, İran sərhədini quru yolla Azərbaycana keçən Rusiya vətəndaşlarının Moskvaya təxliyəsi məqsədilə Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə xüsusi reys təşkil edilib. Hava gəmisi artıq yola düşüb.

    Xatırladaq ki, fevralın 28-dən indiyədək İran istiqamətindən Azərbaycana 127 nəfər Rusiya vətəndaşı təxliyə olunub.

  • “Astara” İstirahət Mərkəzinin rəhbəri cərimələnib

    Astara rayonunun Çayoba kəndində fəaliyyət göstərən “Astara” İstirahət Mərkəzinin rəhbəri 800 manat cərimələnib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Astara Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov bununla bağlı qərar çıxarıb.

    İş materiallarından aydın olur ki, “Astara” İstirahət Mərkəzi tullantı sularını kənara təyinatsız axıdıb. Bununla bağlı obyektin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsi ilə inzibati iş başlanıb.

    Astara Rayon Məhkəməsi də obyektin rəhbərini 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib.

  • Azərbaycanda beş icra başçısının müavinlərinin sayı azaldıldı (SİYAHI)

    Lənkəran, Şəki, Yevlax, Mingəçevir və Şirvan şəhərlərinin icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı dörddən üçə endirilib.

    Məlumata görə, yeni struktur dəyişikliyi ilə əlaqədar sözügedən şəhərlərin icra hakimiyyəti başçılarının müavinlərinin yeni vəzifələri müəyyənləşib:

    – Başçının birinci müavini,

    – Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,

    – Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.

    Xatırladaq ki, əvvəllər bu şəhərlərin icra başçılarının müavinlərindən biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.

    Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərlərin sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür. Naftalan Şəhər İcra Hakimiyyətində isə başçının birinci müavini vəzifəsi mövcud deyil və cəmi iki müavin postu var.

  • İrandan Azərbaycana 725 nəfər təxliyə edilib – 165-i öz vətəndaşımızdır

    Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib.

    Təxliyə olunanların 165-i Azərbaycan vətəndaşıdır.

    Bundan başqa, 224 Çin, 127 Rusiya, 71 Tacikistan, 66 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan, 2 Türkiyə, 2 İran vətəndaşı, eyni zamanda, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

  • Sumqayıt Tibb Mərkəzinin direktoru “şəkər” dərmanı ala bilməyən xəstəni məhkəməyə verdi

    Sumqayıt Şəhər Məhkəməsində Sumqayıt Tibb Mərkəzində xırda xuliqanlıq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini Rəyasət Bağırovun barəsində tərtib edilmiş protokol əsasında məhkəmə prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən R.Bağırov tərtib olunan protokolu əsassız hesab edib.

    Bildirib ki, o, ikinci dərəcəli şəkərli diabet xəstəsidir:

    “Mən ikinci dərəcəli şəkər xəstəsiyəm. Bununla əlaqədar dövlət tərəfindən təyin edilən pulsuz dərmanlarla bağlı Sumqayıt Tibb Mərkəzinə dəfələrlə müraciət etsəm də, həmin dərmanları ala bilməmişəm. Sumqayıt Tibb Mərkəzindəki qanunsuzluqlar və digər neqativ hallarla bağlı Baş Prokurorluğa və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanladım. Müraciət edəndən sonra Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov məni qəbul etmək üçün adamlar göndərdi. Dəfələrlə ayrı-ayrı şəxsləri mənə minnətçi göndərdi ki, şikayətimi geri götürüm, mən götürmədim. Elnur Azadxanov müavini İlkini, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfovu dəfələrlə evimə göndərdi. Amma mən onların heç birinə fikir vermədim.

    Bir müddətdən sonra Sumqayıt Tibb Mərkəzində şöbə müdiri işləyən, uzun illər qonşum olan Leyla Sədiyeva bizə gəlib xahiş etdi ki, Elnur Azadxanovla görüşüm. Leylanın sözünü yerə salmadım, Sumqayıt Tibb Mərkəzinə getdim. Leyla məni Azadxanovun qəbuluna apardı. Otağa daxil olan kimi Azadxanov məni təxribata çəkdi və mənə “quldur”, vətən xaini dedi. Məni təhqir etdiyi üçün mən də ona “quldur” dedim. Beş dəqiqə danışığımız oldu və mən otaqdan çıxdım. O mənə dedi ki, bu dövlətə xəyanət etmisən. Mən də dedim ki, xəyanəti sən etmisən. Mən və ailəm dövlətə, dövlətçiliyə xidmət etmişik. Mənim oğlum 44 günlük Vətən müharibəsinə könüllü gedib, igidlik göstərib və altı medalla təltif olunub. Amma Azadxanov həmin vaxtlarda ancaq kabinetdə oturub.

    Bir neçə gün sonra yenə Sumqayıt Tibb Mərkəzinin əməkdaşları evimdə xahişə gəldilər ki, Elnur Azadxanovu bağışlayım. Mən isə onlara rədd cavabı verdim. Bir həftədən sonra, martın 2-də polisdən zəng gəldi, məni şöbəyə dəvət etdilər. Məlum oldu ki, Elnur Azadxanov mənim barəmdə polisə şikayət edib, guya xuliqanlıq etdiyini, onu söydüyümü bildirib. Barəmdə protokol tərtib edildi, məhkəməyə gəldik”.

    Rəyasət Bağırov bildirib ki, həmin gün Elnur Azadxanov məhkəməyə gələcəyinə söz verdiyi üçün, proses təxirə salına da, bu gün yenidən məhkəmə prosesinə qatılmayıb.

    Hakim bildirib ki, Elnur Azadxanov məhkəməyə teleqram göndərib. Teleqramda bildirib ki, iş vaxtı xidməti vəzifəsini yerinə yetirdiyi üçün məhkəməyə gələ bilmir və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmir.

    Prosesdə şahid qismində çıxış edən Sumqayıt Tibb Mərkəzinin şöbə müdiri Leyla Sədiyeva təsdiq edib ki, həqiqətən də, Rəyasət Bağırovla qonşudur və Elnur Azadxanovun qəbuluna getməsini o xahiş edib:

    “Mən xahiş etdim ki, Elnur Azadxanovla görüşsün, məsələ həll olunsun. Otağa daxil olduq, mübahisə yarandı. Elnur Azadxanovla Rəyasət Bağırov söhbət əsnasında bir-birinə “quldur” dedilər. Sonra sakitləşdilər”.

    Prosesdə çıxış edən digər şahid, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfov isə bildirib ki, o, Rəyasət Bağırovu qəbul edib və Leyla Sədiyeva ilə birlikdə Elnur Azadxanovun qəbuluna göndərib. O, şəxslərin mübahisəsinin şahidi olmayıb.

    Prosesdə çıxış edən Rəyasət Bağırovun vəkili Adil Bünyatov bildirib ki, hadisədə heç bir inzibati xəta və xırda xuliqanlıq halı olmayıb:

    “İki nəfər bir-birinə “quldur” deyib, dava olmayıb. Ona görə də məhkəmədən xahiş edirəm ki, işə xitam verilsin”.

    Çıxışlardan sonra məhkəmə qərarı elan olunub. Qərara əsasən, Rəyasət Bağırov təqsirli bilinərək 50 manat cərimə edilib.

  • Xəstə uşağa toplanan vəsaiti talayan şəxs saxlanıldı – Video

    Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.

    Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb.

    O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

    Faktla bağlı araşdırma davam etdirilir.