Month: March 2026

  • Baş nazir Dövlət Mühafizə Xidmətinin binası ilə bağlı qərar imzaladı

    Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısında dəyişiklik olunub.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, siyahıya Dövlət Mühafizə Xidmətinin inzibati binası daxil edilib.
    //oxu.az

  • “TikTok”da təhqiramiz paylaşımlar edən şəxs həbs olundu – Video

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə “TikTok” sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.

    Araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Алёна Алиева поделилась кадрами с мероприятия для детей в Nine Senses

    Невестка Президента Азербайджана Ильхама Алиева Алёна Алиева поделилась на своей странице в социальной сети Instagram кадрами с мероприятия в центре искусств Nine Senses, в котором приняли участие дети.

    Median.Az представляет данную публикацию:

  • Alyona Əliyeva “Nine Senses”də uşaqlarla keçirilən tədbirdən görüntülər paylaşıb

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva “Nine Senses” incəsənət mərkəzində uşaqların da qatıldığı tədbirdən görüntülər paylaşıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Казахстан приложит все усилия, чтобы ускорить расследование крушения АZAL

    Комиссия по расследованию крушения самолета AZAL под Актау продолжает работу, сроки ее завершения пока не определены, однако казахстанская сторона сделает все возможное, чтобы ускориться.

    Об этом сообщает РИА Новости со ссылкой на Минтранспорта республики.

    “Окончательные сроки расследования не определены, однако комиссия приложит все усилия для его скорейшего завершения”, – отметили в министерстве.

    По данным ведомства, комиссия работает с материалами от экспертов.

    “В настоящее время комиссией изучаются отчеты по результатам проведенных исследований и работ”, – говорится в сообщении.

    При этом в ведомстве добавили, что все выводы по расследованию крушения самолета AZAL в Казахстане будут объективными, основанными на фактах.

    “Комиссия по расследованию придерживается взвешенной позиции, и все выводы будут объективными, основанными исключительно на фактах”, – говорится в сообщении.

  • Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL təyyarəsinin qəzasının araşdırılması sürətləndirilir

    “Aktau yaxınlığında AZAL təyyarəsinin qəzasını araşdıran komissiya işini davam etdirir. Hələlik tamamlanma tarixi müəyyən edilməyib, lakin Qazaxıstan tərəfi prosesi sürətləndirmək üçün əlindən gələni edəcək”.

    Bu barədə “RIA Novosti” Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

    Məlumata görə, komissiya mütəxəssislərin materialları üzərində işləyir.

    “Komissiya hazırda tədqiqatın nəticələri və görülən işlər barədə hesabatları nəzərdən keçirir”, – deyə açıqlamada bildirilib.

    Qeyd olunub ki, təyyarə qəzası ilə bağlı istintaqın bütün nəticələri obyektiv olacaq və faktlara əsaslanacaq:

    “İstintaq komissiyası balanslı mövqe tutur və bütün nəticələr yalnız faktlara əsaslanaraq obyektiv olacaq”.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış “Azerbaijan Airlines” təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub.

    Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

  • АЖД запускают дополнительные поезда по маршруту Баку – Газах – Баку

    В целях удовлетворения растущего пассажирского спроса ЗАО “Азербайджанские железные дороги” (АЖД) организует в предстоящие праздничные дни дополнительные рейсы по маршруту Баку – Газах – Баку.

    Об этом сообщили в пресс-службе АЖД.

    Отмечается, что 20, 22, 29 и 30 марта будут организованы рейсы в обоих направлениях.

  • Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək

    Qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

    Bildirilib ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

  • Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib

    Martın 2-si saat 19:00-dan 21:00-dək “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən 10 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanlardan üçü Azərbaycan, yeddisi isə Rusiya vətəndaşıdır.

    Məlumata görə, onlardan ikisi azyaşlıdır.

  • Sumqayıtda “ölüm növbəsi” gözləyən bina: “Dedilər ki, mümkün deyil, dağılacaq” – VİDEO

    Sumqayıt şəhəri, 15-ci məhəllə, 4 saylı yataqxanada yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə ildir şəraitsiz vəziyyətdə yaşayırlar.

    Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə baxılmayıb.

    “Artıq dözə bilmirik. Ailəmiz 5 nəfərdən ibarətdir, iki uşağımız xəstədir. Beş nəfər bir balaca otaqda yaşayırıq. Buna niyə bir əncam tapılmır? Deyirlər ki, köçürüləcəksiniz, amma ortada heç nə yoxdur. Gözləyə-gözləyə qalmışıq. Orucluq ayı girən kimi bina uçub-tökülməyə başladı”, – sakinlərdən biri deyib.

    Digər sakin isə bildirib:
    “1977-ci ildən bu yataqxanada yaşayıram. Şəraiti yoxdur, hər gün başımıza uçub-tökülür, baxan yoxdur”.

    Məsələ ilə bağlı yataqxananın komendantı Fazil Hacıyev açıqlama verib. O bildirib ki, ərazi plana düşüb:

    “Oradakı binalar söküləcək və yerində yeni binalar tikiləcək. Sakinlərə isə müvafiq qaydada kompensasiya ödəniləcək”.