Month: March 2026

  • В Агсуинском районе из-за мощного селя закрыта соединяющая три села дорога

    Из-за дождливой погоды селевые потоки, прошедшие по реке Агсучай, привели в негодность часть автодороги Арат – Джурухлу – Мешадганлы в Агсуинском районе.

    Как сообщили в шекинской региональной группе пресс-службы Министерства внутренних дел, в настоящее время ограничено транспортное сообщение между селом Машадганлы и районным центром. На терриорию направлены сотрудники полиции и других соответствующих структур.

    Ведутся работы по открытию дороги.

  • Güclü sel üç kəndi birləşdirən yolun bağlanmasına səbəb oldu

    Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

    Yolun açılması istiqamətində işlər görülür.

  • Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

    Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.

    Lent.az bu bitki ilə bağlı məlumatları təqdim edir:

    Alimlər dərinin qocalmasını ləngitməyin təbii üsulunu aşkar ediblər

    Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı dərinin qocalma proseslərini ləngitməyə kömək edə bilər. Bu bitki iltihabı azaltmaqla yanaşı, kollagenin parçalanmasına səbəb olan molekulyar proseslərə də təsir göstərir.

    Dərinin qocalmasında iltihab əsas faktorlardan biridir

    Dərinin qocalması həm daxili, həm də xarici amillərin təsiri nəticəsində baş verir. Daxili amillərə genetika və hormonal dəyişikliklər, xarici amillərə isə ultrabənövşəyi şüalar, hava çirklənməsi və ətraf mühitin digər təsirləri daxildir. Tədqiqatçılar bildirirlər ki, bu prosesdə xroniki aşağı səviyyəli iltihab da mühüm rol oynayır. Zaman keçdikcə bu iltihab toxumaların strukturunu zədələyir. Alimlər bu vəziyyəti “iltihabi qocalma” adlandırırlar. Alimlərin sözlərinə görə, dəridə iltihabi molekullar xüsusilə interleykin-6 (IL-6) və şiş nekrozu faktoru-α (TNF-α) MMP-1 adlı fermenti aktivləşdirir. Bu ferment kollageni parçalayır. Kollagen isə dərinin elastikliyini təmin edir və onun azalması qırışların yaranmasına və dərinin elastikliyinin itirilməsinə səbəb olur.

    Qara jenşenin fərqi nədir

    İltihabla əlaqəli qocalmanı ləngitməyin yollarını tapmaq üçün alimlər qara jenşen ekstraktını (BGE) araşdırıblar. Qara jenşen Panax ginseng bitkisindən təkrar buxarlanma və qurudulma prosesləri vasitəsilə əldə edilir. Bu emal nəticəsində adi ginsenozidlər daha nadir və güclü bioloji aktiv maddələrə Rg3, Rg5 və RK1 birləşmələrinə çevrilir.

    Eksperimentlərin nəticələri

    Tədqiqat zamanı alimlər birləşdirici toxumanın formalaşmasında iştirak edən insan hüceyrələrindən istifadə ediblər. Məlum olub ki, qara jenşen ekstraktının hətta az miqdarı belə MMP-1 fermentinin aktivliyini azaldır və bu da kollagenin qorunmasına kömək edir. Alimlər həmçinin bioloji prosesləri daha dəqiq modelləşdirmək üçün insan dərisinin üçölçülü modelindən istifadə ediblər. Bu modeldə qara jenşen ekstraktı iltihabla əlaqəli molekul olan prostaglandin E₂ (PGE₂) səviyyəsini azaldıb. Bundan əlavə, müalicə toxumaları parçalayan fermentlərin təbii inhibitoru olan TIMP-1 səviyyəsini artırıb.

    Bu isə dəridə parçalanma və bərpa prosesləri arasında balansın bərpa olunmasına kömək edə biləcəyini göstərir. Əlavə molekulyar analizlər də göstərib ki, qara jenşenin aktiv maddələri iltihab və qocalma prosesləri ilə əlaqəli zülallarla qarşılıqlı təsir göstərə bilir. Tədqiqatçıların sözlərinə görə, əldə olunan nəticələr qara jenşen ekstraktının iltihabı azalda və dərinin qocalma prosesini ləngidə biləcəyini göstərir. Bu isə onun kosmetologiya və dermatologiya sahəsində istifadə olunması üçün yeni imkanlar yaradır.

    Qeyd edək ki, daha əvvəl orqanizmi dəstəkləyən bəzi faydalı içkilər haqqında da məlumat verilmişdi. Xüsusilə bədənin daha çox istiliyə və qida maddələrinə ehtiyac duyduğu dövrlərdə bu içkilər enerjini tez bərpa etməyə kömək edə bilər. Həmçinin bildirilib ki, bəzi vitamin və qida əlavələri bir-biri ilə düzgün kombinə olunmadıqda onların mənimsənilməsi zəifləyə bilər.

  • Şəkidə cücə sexi yandı

    Şəki rayonunda cücə sexində baş verən yanğın nəticəsində xeyli sayda ev quşu tələf olub.

    Hadisə rayonun Cəfərabad kəndində, kənd sakini Ələsgər Tanrıveriyevə məxsus həyətyanı sahədə yerləşən, ümumi sahəsi 660 kvadratmetr olan cücə sexində qeydə alınıb.

    Yanğın nəticəsində sexin 460 kvadratmetrlik hissəsinin yanar konstruksiyaları və içərisindəki plastik yem qabları yanıb.

    Bildirilib ki, sexdə olan və sayı dəqiqləşdirilməyən iki aylıq ev quşları yanaraq tələf olub.

    Sexin qalan hissəsi və quşların bir qismi xilas edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.
    //lent.az

  • Şirin su balıqları çaylardan yoxa çıxır – Ekoloqlar narahatdır

    Dünya üzrə çaylarda şirin su balıqlarının sayı sürətlə azalır. Bu barədə BMT-nin dəstəyi ilə hazırlanmış “Miqrasiya edən şirin su balıqlarının qlobal qiymətləndirilməsi” adlı yeni hesabatda qeyd olunur.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Earth” nəşri yazır.

    Hesabatda vurğulanır ki, miqrasiya edən şirin su balıqları ciddi təhlükə altındadır. Onların qorunması üçün ölkələrin çayları ayrı-ayrı milli hissələr kimi deyil, vahid ekosistem kimi idarə etməsi zəruridir.

    Ekoloqlar qeyd edir ki, bu problem dar sahəyə aid deyil. Şirin su balıqları çay ekosistemlərinin fəaliyyətində mühüm rol oynayır, qida maddələrinin daşınmasını təmin edir və qida zəncirlərini dəstəkləyir. Bundan əlavə, onlar yüz milyonlarla insanın qidalanmasını təmin edən daxili balıqçılığın əsasını təşkil edir.

    Məlumata görə, bu növlərin bir çoxu “yerli” deyil. Onların həyat dövrü minlərlə kilometr uzanan, müxtəlif sərhədləri keçən uzun və fasiləsiz miqrasiya marşrutlarından – kürüləmə, qidalanma və çoxalma sahələri arasındakı əlaqələrdən asılıdır.

    Ekoloqların sözlərinə görə, məhz bu xüsusiyyət onları daha həssas edir. Çayların bəndlər, dəyişdirilmiş su axını rejimləri, çirklənmə və həddindən artıq balıq ovu nəticəsində parçalanması bu növlərin yalnız yaşayış mühitini deyil, həm də həyat dövrünü tamamlamaq imkanını məhdudlaşdırır.

    Hesabatda bildirilir ki, 1970-ci ildən bəri dünyada miqrasiya edən şirin su balıqlarının populyasiyası təxminən 81% azalıb. Bundan əlavə, BMT-nin Miqrasiya edən növlərin qorunması haqqında Konvensiyasına daxil edilmiş 58 növdən 97%-i yox olma təhlükəsi altındadır.

    Sənəddə artıq Konvensiyaya daxil edilmiş 24 növlə yanaşı, daha 325 miqrasiya edən şirin su balığı növünün beynəlxalq mühafizə tədbirləri üçün namizəd olduğu qeyd olunur.

    Hesabata əsasən, ən böyük risklər iri çay hövzələrində müşahidə olunur. Bu baxımdan Amazonka və La-Plata-Parana (Cənubi Amerika), Dunay (Avropa), Mekonq (Asiya), Nil (Afrika) və Qanq-Brahmaputra sistemi (Hindistan yarımadası) xüsusi olaraq qeyd edilir.

  • Hotellərdə qiymət aşağı düşüb? – “Hazırda vəziyyət belədir”

    “Bayram ərəfəsində, tələbat həmişə yüksək olur və qiymətlər yüksəlir. Lakin bu il qiymətlər əvvəlki illərdən kəskin fərqlənməyib. Hətta daha əlverişli qiymətlərlə qalmaq yerləri də tapmaq mümkün olub”.

    Median.Az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

    Onun sözlərinə görə, hazırda qiymətlər bazar reallıqlarına uyğundur:

    “Daxili bazarda müəyyən dinamika müşahidə olunub. Xaricdən gələn turistlərin sayının kəskin azalması ümumi tələbin çoxalmasına təsir göstərməyib. Keçən illərdə daxili tələbat, yəni vətəndaşlarımızın regionlara səfərləri, xarici turistlərin həm Bakı, həm də regionlara üz tutması ilə üst-üstə düşərək qiymətləri artırırdı. Bu il isə xarici turistlərin sayının azalması səbəbindən bu təsir müşahidə olunmayıb”.

    Ekspert qeyd edib ki, buna baxmayaraq, ölkə daxilində vətəndaşlarımızın səfərləri, qohum-dost ziyarətləri və istirahət məqsədilə regionlarda vaxt keçirmələri kifayət qədər olub:

    “Region hotellərində qalanların böyük əksəriyyəti məhz yerli vətəndaşlardır. Hazırda müşahidə olunan vəziyyət belədir”.

  • Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?

    Etibarnamə əsasında əldə edilən torpaq sahələrinin hüquqi taleyi, xüsusilə torpağın ilkin sahibinin vəfatı halında, vətəndaşları narahat edən əsas məsələlərdən biridir.

    Belə vəziyyətdə torpağın necə sənədləşdirilməsi mümkündür?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, etibarnamə torpaq üzərində mülkiyyət hüququ yaratmır, sadəcə həmin şəxsə müəyyən səlahiyyətlərin verilməsini nəzərdə tutur.

    Onun sözlərinə görə, əgər torpaq sahəsi etibarnamə vasitəsilə faktiki olaraq satılıbsa, lakin bu alqı-satqı rəsmi şəkildə sənədləşdirilməyibsə, hüquqi vəziyyət mürəkkəbləşir:

    “Etibarnamə torpaq sahəsi ilə bağlı verilibsə, bu, həmin şəxsə etimad göstərilməsi deməkdir. Burada birbaşa alqı-satqıdan söhbət getmir. Əgər etibarnamə faktiki alqı-satqı kimi istifadə olunubsa və müqavilə rəsmiləşdirilməyibsə, etibar edən şəxs vəfat etdikdə etibarnamə qüvvəsini itirir. Şəxs məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasını tələb etməlidir. Lakin məhkəmənin bu iddianı təmin edib-etməyəcəyi təqdim olunan sübutlardan asılıdır. Şəxs sübut etməlidir ki, torpağı faktiki olaraq alıb, sadəcə müqaviləni rəsmiləşdirməyib və bunun əvəzinə etibarnamə verilib. Bu sübutlar məhkəmə üçün əsas rol oynayır”.

    Beləliklə, hüquqşünasların fikrincə, etibarnamə ilə torpaq əldə edən şəxslər risklə üz-üzə qalırlar və gələcəkdə problemlərlə qarşılaşmamaq üçün alqı-satqı müqaviləsini rəsmi qaydada rəsmiləşdirmələri vacibdir.

  • Keçmiş reper baş nazir seçildi

    Keçmiş reper və Katmandu şəhərinin sabiq meri, 35 yaşlı Balendra Şah Nepalın yeni baş naziri olub.

    Onilliklər ərzində ilk dəfə Madhesi etnik qrupundan olan ən gənc məmur hökumət başçısı olub.

    Yeni baş nazirin andiçmə mərasimi Prezident Sarayında diplomatların və yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Tədbiri 200-dən çox hindu keşişi və Buddist lama müşayiət edib.

    Şah 14 üzvdən ibarət yeni Nazirlər Kabineti yaradıb. Harvard təhsilli iqtisadçı Svarnim Vaql isə maliyyə naziri təyin edilib.

    Şahın partiyası ötən ilin sentyabr ayında ölkədə baş verən və 76 nəfərin həyatına son qoyan kütləvi korrupsiya əleyhinə etirazlardan sonra ilk dəfə seçkilərdə qalib olub. Siyasi analitik Puranjan Açarya qeyd edib ki, yeni hökumət üçün ilk sınaqlardan biri həmin hadisələr zamanı zorakılığı araşdıran komissiyanın hesabatının (qurbanların ailələrinin əsas tələbinin) tətbiqi olacaq.

    Yeni baş nazir davam edən siyasi qeyri-sabitlik fonunda vəzifəsinin icrasına başlayıb: 1990-cı ildən bəri Nepalda ardıcıl olaraq 32 hökumət olub və onlardan heç biri tam beş illik müddətə xidmət etməyib.

  • Subasmaya görə köməksiz qalan 9 nəfər xilas edildi – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxil olub.
     
    D
    axil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.
     
    Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

  • BŞİH gücləndirilmiş iş rejiminə keçib

    Bu gün səhər saatlarından etibarən Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

    Qeyd edilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.