Month: March 2026

  • Qazaxıstan Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağladı

    Bersuat çayında baş verən daşqınlarla əlaqədar olaraq Qazaxıstan Rusiya sərhədində yerləşən Jelkuar buraxılış məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

    Bu barədə “Rosqranstroy” Federal Dövlət Büdcə Müəssisəsi rəsmi “Telegram” kanalında açıqlama yayıb.

    “Qazaxıstan ərazisində Bersuat çayının səviyyəsinin qalxması və daşması nəticəsində 27 mart 2026-cı il tarixindən etibarən qonşu Jelkuar buraxılış məntəqəsindən (Rusiya istiqamətində Mariinski) vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti müvəqqəti dayandırılıb”, – deyə xəbərdə qeyd olunub.

    Eyni zamanda, Çelyabinsk vilayəti istiqamətində sərhədin Rusiya hissəsindəki Mariinski buraxılış məntəqəsi vasitəsilə də gediş-gəlişin dayandırıldığı diqqətə çatdırılıb. Bu səbəbdən aidiyyəti qurum vətəndaşlara Rusiya-Qazaxıstan sərhədindən keçidi planlaşdırarkən tətbiq edilən bu məhdudiyyətləri mütləq nəzərə almağı məsləhət görür.

  • Qobustandakı qəza yolda sıxlıq yaratdı

    Qobustanda qəza olub, yol bağlanıb.

    Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisində baş verib.

    Belə ki, Şamaxıdan Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi qəza edib. Bu səbəbdən həmin istiqamətdə yol birtərəfli bağlanıb, avtomobillərin hərəkətində sıxlıq yarsnıb.
    //unikal.az

  • МЧС предупредило население в связи с угрозой селей и наводнений

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к населению в связи с нестабильными погодными условиями, рекомендовав избегать опасных территорий для защиты от селей и наводнений.

    В обращении ведомства отмечается, что в настоящее время на территории страны наблюдаются нестабильные погодные условия и дожди, местами осадки интенсивные.

    “По прогнозам, подобная ситуация сохранится в ближайшие дни, в отдельных местах ожидаются наводнения, а на некоторых горных реках – сход селей и кратковременные паводки.

    В связи с вышеизложенным МЧС еще раз обращается к населению с призывом соблюдать соответствующие правила безопасности. Чтобы защититься от наводнений, а также оползней и обвалов, которые могут быть вызваны интенсивными осадками, следует держаться подальше от опасных зон, а в случае возникновения такой ситуации – немедленно подняться на ближайшую возвышенность и неукоснительно следовать призывам и рекомендациям спасательных служб”, – говорится в обращении.

  • Gözlənilən sel və daşqınla bağlı əhaliyə XƏBƏRDARLIQ

    “Əhali sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalıdır”.

    Bu çağırış Fövqəladə Hallar Nazirliyinin ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciətində yer alır.

    Bildirilib ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağış müşahidə olunur:

    “Belə hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

    Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. İntensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə halla üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir”.

  • İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışı münasibətilə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Sizi əlamətdar hadisə – Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

    Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.

    Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.

    Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.

    Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.

    Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.

    Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.

    Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.

    Teatra yeni yaradıcılıq uğurları arzulayıram”.

  • Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

    Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170%-ni təşkil edir.

    Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

    Martın 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

  • FIFA iki türk klubuna transfer qadağası qoydu

    FIFA Türkiyənin “Kayserispor” və “Amedspor” klublarına sərt transfer qadağası tətbiq edib.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    Yayılan məlumata əsasən, Superliqada mübarizə aparan “Kayserispor” ardıcıl olaraq növbəti üç transfer pəncərəsində heyətinə heç bir yeni oyunçu qata bilməyəcək.

    I Liqa təmsilçisi “Amedspor” üçün isə vəziyyət daha mürəkkəbdir. Klub qeyri-müəyyən müddətə transfer hüququndan tamamilə məhrum edilib.

  • Həcc ziyarətinə sənəd qəbulu yenidən uzadıldı

    Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

    O bildirib ki, qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Onun sözlərinə görə, kvotanın 92 faizi artıq dolub və cəmi 8 faiz yer qalıb. Vüsal Cahangiri vətəndaşlara müraciət edərək, Həcc ziyarətinə getmək istəyənlərin yubanmadan qeydiyyatdan keçməsini tövsiyə edib.

    Qeyd edək ki, əvvəlcə Həcc ziyarəti üçün son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.

    Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları təşkil edir.

    Həcc ziyarəti üçün tələb olunan sənədlər aşağıdakılardır. Ümumvətəndaş pasportu (ən azı 1 il müddətə etibarlı olmalıdır). Şəxsiyyət vəsiqəsinin surəti. 5×5 sm ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda). Sağlamlıq haqqında arayış.

  • Təl-Əvivdə hava həyəcanı siqnalı işə salındı, səmada partlayış səsləri eşidildi

    Təl-Əvivdə hava həyəcanı siqnalı işə salınıb, səmada partlayış səsləri eşidilib

    Bu barədə İsrail KİV-i məlumat yayıb.

    İsrail Müdafiə Qüvvələri İrandan raket buraxılışlarının qeydə alındığını bildirib. Bu, günün əvvəlindən İran tərəfindən İsrailə doğru dördüncü raket hücumudur.

    Raketlərin düşməsi və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.

    İsrailin raket hücumları barədə xəbərdarlıq sisteminin məlumatına görə, həyəcan siqnalı ölkənin mərkəzi hissəsinin onlarla şəhərində, eləcə də İsrailin cənubunda aktivləşdirilib.

    Baba Əl-Bekay azad edilmiş ərazilərdə bərpa işlərinin heyranedici tempini qeyd edib. Onun sözlərinə görə, hələ bir neçə il əvvəl burada demək olar ki, infrastruktur yox idi, bu gün isə müasir şəhərlər tikilib. “Hökumətin bu inanılmaz səyləri möhtəşəm nəticə verib”, – o vurğulayıb.

    Səyyah əlavə edib ki, öz təcrübəsini mütləq vətənindəki ailəsi və dostları ilə bölüşəcək, gələcəkdə isə Qarabağa qayıtmağı planlaşdırır. “Bu, mütləq ziyarət edilməli olan bir yerdir”, – o vurğulayıb.

  • Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13 milyard manat olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

    Hesabat dövründə ümumi dəyərin 77,4 %-ni pərakəndə ticarət dövriyyəsi, 19,4 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

    Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin iki ayına nisbətən 4,3 % artaraq 12,4 milyard manat olub, onun 44,5 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

    İki ayda bir istehlakçı orta hesabla ayda 634,9 manat və yaxud illik müqayisədə nominal ifadədə 57,3 manat çox vəsait xərcləyib.