Bu ilin yanvar-fevral aylarında Azərbaycan Çexiyaya 169 min 841,63 ton xam neft ixrac edib.
Median.Az “Report”a istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 83 milyon 922,49 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,7 dəfə azdır.
Çexiyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 4,72 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Премьер Малайзии Анвар Ибрагим заявил, что провел переговоры с лидерами Ирана, Египта, Турции и других стран региона, и теперь малазийские суда получили разрешения проходить через Ормузский пролив.
Об этом Median.Az сообщает со ссылкой на The Straits Times.
“В настоящее время мы занимаемся обеспечением прохода малазийских нефтяных танкеров, чтобы экипажи, задействованные в перевозках грузов, могли продолжить путь домой”, – приводит газета слова Ибрагима из телеобращения.
Премьер также поблагодарил президента Ирана Масуда Пезешкиана за то, что он позволил пропустить танкеры. Он уточнил, что его переговоры с другими лидерами были направлены на поиск путей для решения конфликта на Ближнем Востоке.
Ибрагим напомнил, что блокада Ормузского пролива сказывается и на Малайзии, и власти предпринимают усилия с целью снизить последствия перебоев с поставками нефти и газа.
Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.
Bu barədə “The Straits Times” məlumat yayıb.
“Hazırda Malayziya neft tankerlərinin keçidini təmin etməklə məşğuluq ki, yüklərin daşınmasında iştirak edən heyətlər evlərinə qayıda bilsinlər”, – deyə qəzet İbrahimin televiziya müraciətindən sitat gətirib.
Baş nazir həmçinin İran Prezidenti Məsud Pezeşkiana tankerlərin buraxılmasına icazə verdiyinə görə təşəkkür edib. O bildirib ki, digər liderlərlə aparılan danışıqlar Yaxın Şərqdəki münaqişənin həlli yollarının tapılmasına yönəlib.
“Lakin bu, asan deyil, çünki İran hesab edir ki, dəfələrlə aldadılıb. Ölkəsi üçün aydın və icrası məcburi təhlükəsizlik zəmanətləri olmadan sülh istiqamətində addımlar atmaq onun üçün çətindir”, – deyə baş nazir vurğulayıb.
İbrahim qeyd edib ki, Hörmüz boğazının blokadası Malayziyaya da təsir edir və hakimiyyət orqanları neft və qaz tədarükündə yaranan fasilələrin nəticələrini azaltmaq üçün tədbirlər görür.
Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında “canlandıraraq” videolar hazırlayırlar.
Bir qrup insan bunu texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesab etmir və mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər. Məsələ yalnız etik çərçivə ilə məhdudlaşmır. Bu tip kontentlər həm dini, həm də psixoloji baxımdan ciddi suallar doğurur. Bəs belə kontentlərin yaradılması nə dərəcədə doğrudur? Bu cür videolar insanların düşüncəsinə necə təsir edir?
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
“Mən belə şeylərə yaxşı baxmıram. Düşünəndə adamın tükləri biz-biz olur”, – vətəndaşlardan biri söyləyib. Digər bir sakin isə qeyd edib: “Belə paylaşımları etməyə heç kimin ixtiyarı yoxdur”.
Mərhum aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev də məsələyə münasibət bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu tip videolar ona pis təsir edir:
“Bəzən proqram vasitəsilə hazırlanmış görüntülər qarşıma çıxır. Tünzalə guya məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta sarsıdır. Bəzən bunu edən insanlara əsəbiləşirəm. Sonra düşünürəm ki, bunu maddi qazanc üçün edirlər. Anlamağa çalışıram. Amma olmazmı ki, hər kəs öz ailəsindən biri üçün belə videolar hazırlasın, başqalarına toxunmasın? Əminəm ki, pis niyyətləri yoxdur, lakin bilin ki, bu bizə yaxşı təsir etmir”.
İlahiyyatçı Tural İrfan isə bildirib ki, dini baxımdan bu cür görüntülərin hazırlanması və yayılması doğru hesab olunmur. Onun sözlərinə görə, insanların öldükdən sonra dirilməsi qeyb aləminə aid məsələdir və bu nə elmi, nə də dünyəvi baxımdan tam izah edilə bilən bir prosesdir: “Bu həm də mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirilir”.
Azərbaycanın şimal bölgəsində ölkənin ən bahalı göbələk növlərindən sayılan və el arasında “quzuqarnı” adlanan göbələyin yığım mövsümü başlayıb.
Median.Az Baku TV-yə istinadən xəbər verir ki, hazırda bazarlarda bu göbələyin bir kiloqramı 50-80 manat arasında təklif olunur.
Satıcılar bildirirlər ki, builki məhsuldarlıq ötən illə müqayisədə az olduğu üçün qiymətlərdə artım müşahidə edilir.
“Keçən il məhsul bol olduğu üçün qiymət daha münasib idi. Bu göbələk həm mədə-bağırsaq sistemi üçün faydalıdır, həm də şəkər xəstəliyinin 1 nömrəli dərmanı hesab olunur. Kim bunu 3 dəfə yesə, 5-6 ay şəkər problemindən əziyyət çəkməz”, – satıcılardan biri söyləyib.
Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель общественного объединения IDEA Лейла Алиева поделилась авторским стихотворением на своей официальной странице в Instagram.
Median.Az представляет соответствующую публикацию:
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.
Median.Az xəbər verir ki, bu barədə Trend-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib və onların Tropilaelaps gənəsi ilə yoluxduğu qeyd olunur. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə gənələrin digər ölkələrə keçmə riski yüksəkdir.
“Bu gənələr arıların sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür”, – deyə o bildirib.
Qeyd olunub ki, assosiasiya tərəfindən Özbəkistandan Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib.
“Özbəkistanda Tropilaelaps gənəsi geniş yayılıb. Bu ölkə illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını müəyyən etdikdən sonra idxala qadağa qoyublar”.
B.Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub.
“Hazırda Özbəkistandan gətirilən bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb”, – deyə o əlavə edib.
Премьер Малайзии Анвар Ибрагим заявил, что провел переговоры с лидерами Ирана, Египта, Турции и других стран региона, и теперь малазийские суда получили разрешения проходить через Ормузский пролив.
Об этом Median.Az сообщает со ссылкой на The Straits Times.
“В настоящее время мы занимаемся обеспечением прохода малазийских нефтяных танкеров, чтобы экипажи, задействованные в перевозках грузов, могли продолжить путь домой”, – приводит газета слова Ибрагима из телеобращения.
Премьер также поблагодарил президента Ирана Масуда Пезешкиана за то, что он позволил пропустить танкеры. Он уточнил, что его переговоры с другими лидерами были направлены на поиск путей для решения конфликта на Ближнем Востоке.
Ибрагим напомнил, что блокада Ормузского пролива сказывается и на Малайзии, и власти предпринимают усилия с целью снизить последствия перебоев с поставками нефти и газа.