Month: March 2026

  • Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verildi

    Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.

    Median.Az xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

    “Hazırda Malayziya neft tankerlərinin keçidini təmin etməklə məşğuluq ki, yüklərin daşınmasında iştirak edən heyətlər evlərinə qayıda bilsinlər”, – deyə qəzet İbrahimin televiziya müraciətindən sitat gətirib.

    Baş nazir həmçinin İran Prezidenti Məsud Pezeşkiana tankerlərin buraxılmasına icazə verdiyinə görə təşəkkür edib. O bildirib ki, digər liderlərlə aparılan danışıqlar Yaxın Şərqdəki münaqişənin həlli yollarının tapılmasına yönəlib.

    “Lakin bu, asan deyil, çünki İran hesab edir ki, dəfələrlə aldadılıb. Ölkəsi üçün aydın və icrası məcburi təhlükəsizlik zəmanətləri olmadan sülh istiqamətində addımlar atmaq onun üçün çətindir”, – deyə baş nazir vurğulayıb.

    İbrahim qeyd edib ki, Hörmüz boğazının blokadası Malayziyaya da təsir edir və hakimiyyət orqanları neft və qaz tədarükündə yaranan fasilələrin nəticələrini azaltmaq üçün tədbirlər görür.

  • Zelenski Səudiyyə Ərəbistanına səfər edib

    Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

    Median.Az xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında bildirib.

    “Mühüm görüşlər planlaşdırılıb. Biz dəstəyi qiymətləndiririk və təhlükəsizlik naminə bizimlə birlikdə işləməyə hazır olanları dəstəkləyirik”, – Ukrayna lideri detalları açıqlamadan yazıb.

    Daha əvvəl xəbər verilmişdi ki, Ukrayna Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarından müdafiənin gücləndirilməsi istiqamətində əməkdaşlıq etmək niyyətindədir.

  • “ABŞ İrana zərbələr endirməyə davam edəcək” – Tramp

    Tərəflərin münaqişənin sülh yolu ilə nizamlanması üzrə davam edən təmaslarına baxmayaraq, ABŞ İrana zərbələr endirməyə davam edəcək.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə öz kabinetinin iclasında bildirib.
     
    “İndi onların elə bir şansı var ki, bununla da İran nüvə ambisiyalarından tamamilə imtina edəcək və yeni bir yol müəyyənləşdirəcək. Biz onların bunu etmək istəyib-istəmədiklərini görəcəyik. Əks halda, biz onların ən pis kabusu olacağıq. Hələlik isə sadəcə onları maneəsiz şəkildə partlatmağa davam edəcəyik, heç nə bizi dayandıra bilməyəcək”, – deyə o qeyd edib.
     
    Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

  • Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

    Müasir dövrdə smartfonlar demək olar ki, hər zaman yanımızda olur: cibimizdə gəzdiririk, masaya qoyuruq, hətta yataq otağına və hamama belə aparırıq. Buna görə də bir çox insanı telefon kamerası vasitəsilə izlənmə ehtimalı narahat edir.

    Median.Az xəbər verir ki, internetdə tez-tez tətbiqlərin və ya hakerlərin kameranı və mikrofonu gizli şəkildə aktivləşdirdiyi barədə məlumatlara rast gəlinir. Lakin mütəxəssislər bildirir ki, bu halların çoxu şişirdilmiş və ya yanlış anlaşılmadır. Müasir Android və iPhone sistemləri bir neçə təhlükəsizlik səviyyəsi ilə qorunur. Buna baxmayaraq, zərərli tətbiqlər quraşdırıldıqda risk tamamilə istisna edilmir.

    Tətbiqlər kameraya necə giriş əldə edir?

    Müasir telefonlarda kameraya giriş icazələr vasitəsilə idarə olunur. Tətbiq ilk dəfə kameradan istifadə etmək istədikdə sistem istifadəçidən icazə istəyir. Problem ondadır ki, bir çox insan düşünmədən “icazə ver” düyməsini basır. Bu zaman tətbiq bəzi hallarda istifadəçi gözləmədiyi anda da kameradan istifadə edə bilər.

    Şübhə yaradan əlamətlər

    Əksər smartfonlarda kamera və ya mikrofon aktiv olduqda bunu göstərən indikator olur. Adətən bu, ekranın küncündə kiçik yaşıl və ya narıncı nöqtə şəklində görünür. Əgər bu işarə siz kameradan istifadə etmədiyiniz halda yanırsa, bunu yoxlamaq lazımdır. Digər diqqət edilməli əlamətlər:

    kamera indikatorunun tez-tez aktivləşməsi

    telefonun səbəbsiz sürətlə boşalması

    cihazın istifadə olunmadan belə qızması

    Bu əlamətlər birbaşa izlənmə demək olmasa da, yoxlama aparmaq üçün səbəbdir.

    Əsas risk: zərərli tətbiqlər

    Ən real risk zərərli proqramların quraşdırılması ilə bağlıdır. Belə tətbiqlər çox vaxt faydalı proqram kimi təqdim olunur – məsələn, foto redaktor və ya optimizasiya tətbiqi kimi. Bu proqramlar icazə əldə etdikdən sonra müxtəlif məlumatları toplaya bilər. Teorik olaraq kameraya da çıxış mümkündür, lakin praktikada daha çox kontaktlar, mesajlar və ya məkan məlumatları hədəf alınır.

    Kameraya giriş necə yoxlanılır?

    Bunu yoxlamaq üçün telefonun ayarlarına daxil olmaq kifayətdir. Orada “icazələr” bölməsində hansı tətbiqlərin kameraya və mikrofona çıxışı olduğunu görmək mümkündür. Əgər siyahıda kameraya ehtiyacı olmayan tətbiq varsa, bu icazəni deaktiv etmək tövsiyə olunur. Xüsusilə tətbiq naməlum mənbədən yüklənibsə və ya artıq istifadə olunmursa.

    Riskləri necə azaltmaq olar?

    Mütəxəssislər aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

    tətbiqləri yalnız etibarlı mənbələrdən yükləmək

    icazələri mütəmadi yoxlamaq

    istifadə olunmayan proqramları silmək

    Bəzi istifadəçilər əlavə təhlükəsizlik üçün kameranı örtən xüsusi stikerlərdən də istifadə edir. Ümumilikdə telefon kamerası vasitəsilə izlənmə halları internetdə deyildiyi qədər geniş yayılmayıb. Lakin ayarları yoxlamaq və tətbiqlərə nəzarət etmək kameranın yalnız sizin istədiyiniz zaman işlədiyinə əmin olmağa kömək edir. (Lent.az)

  • Bakıda üç nəfərə atəş açıldı: Biri hadisə yerində öldü

    Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkan-Zirə bağ massivinin ərazisində qeydə alınıb. Belə ki, Cavanşir adlı şəxs üç nəfərə odlu silahdan atəş açıb. Atəş nəticəsində zərərçəkənlərdən biri hadisə yerində ölüb. Digər bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Digər şəxs hadisə yerindən qaçıb.

    İnsidenti törətməkdə şübhəli bilinən Cavanşir saxlanılıb. O, Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən tutulub və hazırda istintaqa cəlb edilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Prokurorluq və polis əməkdaşları hadisənin bütün təfərrüatını araşdırır. Hadisənin hansı səbəbdən baş verdiyi, tərəflər arasında əvvəlcədən mübahisənin olub-olmaması istintaqın gedişində müəyyənləşdiriləcək.

    Saxlanılan şəxs – Cavanşir Türkan qəsəbəsinin sakinidir və uzun müddətdir həmin ərazidə yaşayır. O, əsasən qoyunçuluqla məşğul olur və Zirə-Türkan bağları adlanan ərazidə məskunlaşıb.

    Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və silahlı insidentin bütün iştirakçılarını müəyyənləşdirmək üçün əməliyyat-istintaq tədbirlərini davam etdirir.

  • Землетрясение магнитудой 6.2 произошло у восточных берегов Японии

    Землетрясение магнитудой 6.2 зафиксировано в акватории Тихого океана у восточного побережья острова Хонсю (Япония).

    Как передает Median.Az, об этом сообщает Алтае-Саянский филиал Единой геофизической службы РАН.

    По данным оперативной обработки филиала, землетрясение зарегистрировано в 18:19 в четверг по бакинскому времени, эпицентр находился в 165 км к востоку от города Мияко (префектура Иватэ).

    По интенсивности сотрясений в эпицентре землетрясение оценивается как “разрушительное”.

    Геологическая служба США оценила магнитуду землетрясения в 6.5. По данным американских сейсмологов, очаг землетрясения находился на глубине 9.5 км.

  • Yaponiyada güclü zəlzələ baş verdi

    Yaponiyanın Honşu adasının şərq sahilləri yaxınlığında, Sakit okean akvatoriyasında 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

    Filialın operativ məlumatına görə, zəlzələ bu gün Bakı vaxtı ilə saat 18:19-da baş verib. Episentr İvate prefekturasının Miyako şəhərindən 165 km şərqdə yerləşib.

    Episentrdə təkanların intensivliyi “dağıdıcı” kimi qiymətləndirilib.

    ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6.5 olaraq qiymətləndirib. Amerika seysmoloqlarının məlumatına görə, zəlzələnin ocağı 9.5 km dərinlikdə yerləşib.

  • İlk Avropa İttifaqı-Ermənistan sammitinin keçiriləcəyi tarix məlum olub

    İlk Avropa İttifaqı-Ermənistan sammiti 4-5 May tarixlərində keçiriləcək.

    APA xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta “X” hesabında paylaşım edib.

    O, Ermənistanı “yaxın tərəfdaş” adlandırıb və Aİ-nin bu ölkə ilə əlaqələri gücləndirmək üçün can atdığını bildirib.

    “Bizi müştərək dəyərlər, eləcə də beynəlxalq hüquqa və qaydalara əsaslanan nizama sədaqətimiz birləşdirir”, – Koşta qeyd edib.

    Sammitdən əvvəl Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Yerevanda keçiriləcək Avropa Siyasi İctimaiyyəti iclasında iştirak edəcəklər.

    Aİ-Ermənistan sammitində xüsusilə enerji, nəqliyyat və rəqəmsal sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, habelə regionda sülhün irəli aparılması, təhlükəsizlik, konnektivlik, qlobal çağırışlar, o cümlədən Yaxın Şərqdə və Ukraynada gedən proseslər müzakirə olunacaq.

  • Tramp: Müharibə tezliklə bitəcək

    Müharibə tezliklə bitəcək.

    Median.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi iclas zamanı deyib.

    O, qeyd edib ki, davam edən müharibə uzun çəkməyəcək.
    Tramp münaqişə nəticəsində neft qiymətlərinin daha da yüksələcəyini gözlədiyini, lakin qiymətlərin ehtimal ediləndən daha az artdığını bildirib.

  • Evində “airfryer” olanlar diqqətli olsun – XƏBƏRDARLIQ

    Mətbəxlərdə sürətlə yayılan hava fritözləri sağlam və sürətli yemək hazırlama imkanı təqdim etsə də, xətalı istifadə zamanı böyük təhlükə yaradır.
     
    İngiltərədə fəaliyyət göstərən yanğınsöndürən Riçard But son 10 ayda hava fritözlərindən qaynaqlanan 9 fərqli yanğın hadisəsinə müdaxilə etdiklərini bildirib.
     
    Median.Az xəbər verir ki,  araşdırmalar nəticəsində məlum olub ki, yanğınların böyük hissəsi istifadəçi səhvlərindən qaynaqlanır.
     
    İstifadəçilərin tez-tez etdiyi bəzi səhvlər yanğın riskini kəskin şəkildə artırır:
     
    Cihazın mətbəx şkaflarının altında (qapalı və dar yerdə) işlədilməsi.
     
    Cihazın plitənin üzərinə qoyulması və ehtiyatsızlıqdan aktiv hala gəlməsi.
     
    Havalandırma dəliklərinin yağ və çirklə tıxanması.
     
    Müntəzəm təmizlik işlərinin aparılmaması.
     
    Cihazın içində qablaşdırma və ya yad maddələrin unudulması.
     
    Mütəxəssislərin fikrincə, bu cür xətalar qısa müddətdə həddindən artıq isinməyə və alovlanmaya səbəb ola bilir. Xüsusilə kiçik və qapalı mətbəx sahələrində bu risk daha da böyükdür.
     
    Təhlükəsiz istifadə üçün qızıl qaydalar:
     
    Cihazı açıq və havalı yerdə istifadə edin: Hava dövranı üçün ətrafında boşluq buraxın.
     
    Şkaf altlarından uzaq tutun: İsti hava yuxarı qalxdığı üçün şkafların alt hissəsini zədələyə və ya yanğına səbəb ola bilər.
     
    Kabel və fişləri mütəmadi yoxlayın: Zədələnmiş kabellər qısaqapanma yarada bilər.
     
    Havalandırma dəliklərini təmiz saxlayın: Cihazın nəfəs almasına mane olmayın.
     
    Cihazı həddindən artıq doldurmayın: Tutumundan artıq yemək qoymaq isinmə balansını pozur.
     
    İşiniz bitdikdən sonra elektrikdən ayırın: Cərəyandan ayrılmış cihaz hər zaman daha təhlükəsizdir.
     
    Riçard But hava fritözlərində yağlı kağızın istifadəsinə də diqqət çəkərək, bu vərdişin riskli ola biləcəyini qeyd edib. Yanlış aksesuar istifadəsi və cihazın həddindən artıq doldurulması daxildə alovun yaranmasına səbəb ola bilər.
     
    Ekspertlər xatırladır ki, hava fritözləri düzgün istifadə edildikdə təhlükəsiz və qənaətcil cihazlardır, lakin laqeydlik ağır nəticələrə yol aça bilər. /milli.az