Month: March 2026

  • Rusiya İrana Azərbaycan vasitəsilə humanitar yardım göndərir

    Rusiya Federasiyası Azərbaycan ərazisindən tranzit xətti kimi istifadə etməklə İrana 300 tondan artıq tibbi preparat çatdıracaq.

    Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

    Məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ayrılan humanitar yardım karvanı martın 26-da paytaxtda yerləşən Abşeron dəmiryol stansiyasına daxil olacaq. Bunun ardınca həmin yüklər iritutumlu yük avtomobilləri vasitəsilə İrandakı son ünvana təhvil veriləcək.

  • DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi

    Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.

    Bununla bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsi xəbərdarlıq yayıb.

    Bildirilib ki, yağıntılı hava ilə əlaqədar olaraq, DYP sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib:

    “Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar. Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər. Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər. Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar. Piyadalara tövsiyə olunur. Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər. Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər. Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar”.

    Qeyd edək ki, hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

  • Qaxda restorandan meyit tapıldı

    Qaxda restorandan meyit tapılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndinin ərazisində baş verib.

    Yevlax rayon sakini 53 yaşlı Zahir Zabit oğlu İbrahimovun meyiti kəndin ərazisindəki restoranda aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

  • Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.

    Müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море зафиксировано землетрясение магнитудой 3.1

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Республиканского сейсмологического центра, толчки произошли в 13:57 по местному времени, очаг землетрясения находился на глубине 13 км.

  • Xəzər dənizində ZƏLZƏLƏ OLDU

    Xəzər dənizində zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, maqnitudası 3.1, dərinliyi 13 km olan zəlzələ yerli vaxtla saat 13:57-də qeydə alınıb.

  • Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

    “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi.

    Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada – 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir.

    Layihə çərçivəsində “Abşeron” Batereya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.

    Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda – enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.

    Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.

    Bir sözlə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.

    “Abşeron” Batereya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.

    Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

    Dövlətimizin başçısına bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və enerjisistemin rəqəmsal transformasiyası haqqında da məlumat verildi.

    Bildirildi ki, yaxın perspektivdə böyük həcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq.

    Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji” qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən “AZURE” layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.

    Layihə çərçivəsində “Nəvahi” yarımstansiyasına “Abşeron” yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, “Bankə” və “Biləsuvar” Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə “Nəvahi” yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.

    Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub.

    Enerjisistemdə onlayn diaqnostika texnologiyaları (AGC, WAMS/WACS), süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur. Günəş və külək stansiyaları üçün yüksək dəqiqlikli proqnozlaşdırma sistemi hazırlanır.

    “AzərEnerji” ASC-nin daxili strukturunda enerjisistemin tam avtomatlaşdırılmış idarə edilməsi məqsədilə Rəqəmsal İdarəetmə Departamenti yaradılıb.

    Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 GVt BOEM gücləri yaradılacaq.

    Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt yaşıl enerji ötürmə imkanı olacaq.

    Dövlətimizin başçısı “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basdı.









  • Тегеран сделал заявление о состоянии верховного лидера Ирана Моджтабы Хаменеи

    Верховный лидер Ирана Моджтаба Хаменеи чувствует себя хорошо, иранская государственная система функционирует эффективно.

    Об этом сообщил представитель МИД Ирана Исмаил Багаи в интервью телеканалу India Today.

    “Верховный лидер чувствует себя хорошо, и мы рады, что наша государственная система функционирует эффективно. Наши вооруженные силы действуют в строгом соответствии с планами обороны Ирана. И, что важнее всего, наш народ сплочен перед лицом этого варварского акта агрессии”, – сказал он.

    Напомним, 28 февраля министр обороны Израиля Исраэль Кац заявил, что Армия обороны страны нанесла превентивный удар по Ирану. Под удары попали крупнейшие иранские города, в том числе Тегеран. Название операции – “Рычание льва”. Обе страны закрыли свое воздушное пространство. Позже президент США Дональд Трамп заявил, что Соединенные Штаты также принимают участие в военной операции против Ирана. Как сообщил Пентагон, операция США против Ирана получила название “Эпическая ярость”. В Белом доме обосновали атаку ракетной и ядерной угрозами, якобы исходящими от Исламской Республики. Иран, в свою очередь, запустил десятки баллистических ракет по Израилю.

    Также Иран нанес беспилотниками и ракетами удары по американским базам по всему Ближнему Востоку – в Катаре, ОАЭ, Бахрейне, Ираке, Саудовской Аравии и Иордании. Воздушное пространство всех этих стран, а также Израиля и Турции остается закрытым. Исламская Республика назвала свою операцию “Правдивое обещание 4”. С начала полномасштабных военных действий на Ближнем Востоке погибли более 1300 человек. Подавляющее число жертв пришлось на Иран, среди погибших также жители Бахрейна, Израиля, Кувейта, Ливана, ОАЭ и несколько американских военнослужащих.

    Как сообщило 1 марта государственное телевидение Исламской Республики, верховный лидер Али Хаменеи погиб. Также подтверждена гибель ряда высокопоставленных военных чиновников Ирана, в том числе советника аятоллы Али Шамхани, командующего КСИР Мохаммада Пакпура и министра обороны Азиза Насирзаде.

  • Hücumlar zamanı yaralanan Ali Lider Müctəba Xameneidən XƏBƏR VAR

    “İranın Ali Lideri Müctəba Xameneinin səhhəti yaxşıdır və İran dövlət sistemi səmərəli şəkildə fəaliyyət göstərir”.

    Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “India Today”ə verdiyi müsahibədə bildirib.

    “Ali liderin səhhəti yaxşıdır və dövlət sistemimizin səmərəli şəkildə fəaliyyət göstərməsindən məmnunuq. Silahlı qüvvələrimiz İranın müdafiə planlarına ciddi şəkildə əməl edirlər. Ən əsası isə xalqımız bu vəhşi təcavüz aktı qarşısında birləşib”, – deyə o bildirib.

    Qeyd edək ki, martın 8-də ölkənin yeni ali lideri seçilən İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İsrail və ABŞ-nin İrana birgə hücumları nəticəsində yaralanıb. İran XİN-in nümayəndəsi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. Bildirib ki, İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxslər saxlanılıblar – Video

    Paytaxtın Sabunçu rayonunda oğurluq hadisələri baş verib. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə qoyub. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.

    Sabunçu RPİ 13-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə iki avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən nağd pul oğurlamaqda, həmçinin rayon ərazisində yerləşən obyektdən əlvan metallar talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı Elçin Xəlilov da müəyyən edilərək saxlanılıb.

    Hər iki şəxslə bağlı PŞ-də araşdırmalar davam etdirilir.