Month: March 2026

  • В Билясуварском районе столкнулись два автомобиля: пострадали четыре человека

    В Билясуварском районе столкнулись два легковых автомобиля, в результате чего пострадали четыре человека.

    Как сообщает Report, инцидент зафиксирован на участке трассы Алят – Астара, проходящем по территории района.

    Пострадавшие доставлены в больницу.

    По факту ДТП проводится расследование.

  • Biləsuvarda iki avtomobil TOQQUŞUB: Dörd yaralı var

    Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Gübrə daşıyan yük maşını “Mercedes”in üzərinə aşdı – Video

    Buzovnada gübrə daşıyan yük avtomobili yoldan keçən “Mercedes” markalı minik avtomobilinin üzərinə aşıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, nəticədə gübrə həm yerə, həm də avtomobilin üzərinə dağılıb.

  • Bir gecəyə 400-ə yaxın dron vuruldu

    Rusiya hava hücumundan müdafiə vasitələri ötən gecə ərzində ölkə ərazisi üzərində 389 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, PUA-lar Moskva regionu və Leninqrad vilayəti üzərində, həmçinin Bryansk, Smolensk, Kaluqa, Kursk, Tver, Oryol, Belqorod, Tula, Pskov, Novqorod və Voloqda vilayətləri üzərində vurulub.

  • Bir elektromobilin orta qiyməti nə qədərdir?

    2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 5 milyon 091 min dollar dəyərində 204 ədəd elektromobil idxal edib.

    Valyuta.az xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu il idxal edilən elektromobillərin sayı 105 ədəd və ya 34%, dəyəri isə 6 milyon 992 min dollar və ya 57,9% azalıb.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında isə ölkəyə 12 milyon 083 min dollar dəyərində 309 ədəd elektromobil gətirilib.

    2026-ci ilin yanvar-fevral aylarında bir elektromobilin orta idxal dəyəri 24 min 956 dollar (42 min 425 manat) təşkil edib. 2025-ci ildə isə bu rəqəm 39 min 102 dollar (66 min 473 manat) idi.

  • Danimarkanın baş naziri İSTEFA VERDİ

    Danimarkanın Baş naziri Mette Frederiksen parlament seçkisinin yekunlarına əsasən vəzifəsindən istefa verib.

    Bu barədə kral sarayına istinadən “Reuters” agentliyi məlumat yayıb.

    “Danimarka hökumətinin başçısı Mette Frederiksen çərşənbə günü rəhbərlik etdiyi üçpartiyalı koalisiyanın ümumi seçkidə ağır məğlubiyyətə uğramasından sonra krala istefa məktubunu təqdim edib”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, bir müddət əvvəl Frederiksen ABŞ-ni artıq Kopenhagenin ən yaxın müttəfiqi hesab etmədiyini vurğulamışdı.

  • Salah “Liverpul”dan ayrılır

    “Liverpul”un ulduz futbolçusu Mohamed Salah mövsümün sonunda klubdan ayrılacaq.

    Bununla bağlı misirli futbolçu özü paylaşım edib.

    O bildirib ki, cari ilinin sonunda “Liverpul” klubunu tərk edəcək.

    Qeyd edək ki, Mohamed Salahın klubdan ayrılacağı ilə bağlı bundan öncə də xəbərlər var idi. Onun baş məşqçi Arne Slotla yola getmədiyi bildirilirdi.

    Xatırladaq ki, Mohamed Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, “Mersisayd” klubu ilə meydana çıxdığı 298 oyunda 188 qol vurub.

  • Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 88 nəfər saxlanılıb

    Türkiyənin 24 vilayətində keçirilən əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.

    Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

    Bildirilib ki, saxlanılan şəxslərin terror şəbəkəsi ilə əlaqəli fərdlər və qondarma yardım qurumları vasitəsilə təşkilata maliyyə vəsaiti ötürdüyü müəyyən edilib.

    Məlumata əsasən, şübhəlilər sosial şəbəkələr üzərindən terror təşkilatının təbliğatını aparmaqda da ittiham olunurlar.

    Əməliyyat tədbirlərinin davam etdiyi qeyd olunub.

  • Azərbaycanın 7 universitetli beynəlxalq reytinqdə irəliləyib

    2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.

    Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.

    Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.
    Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.

    Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21000-dən çox təhsil proqramının qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.

  • МЧС России отправит Ирану более 300 тонн лекарств через Азербайджан

    Россия через Азербайджан отправит Ирану вторую партию гуманитарной помощи общим весом более 300 тонн медикаментов.

    Об этом сообщил “Интерфакс”.

    По информации дипмиссии, партия гуманитарной помощи от МЧС РФ 26 марта прибудет на железнодорожную станцию “Абшерон” в Баку. Далее груз на машинах доставят до места назначения в Иране.