Month: March 2026

  • Əflatun Amaşov qəza keçirdi – FOTO

    Azərbaycan Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşov qəza keçirib.

    Median.Az Nocomment.az-a istinadən )xəbər verir ki, Ə.Amaşovun Bakı-Şamaxı yolunda avtomobili aşıb.

    Hadisə vaxtı Ə.Amaşov xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb.

  • Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – AÇIQLAMA

    Son günlər bəzi informasiya resurslarında Sumqayıt şəhərində fəaliyyət göstərən xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

    Bildirilir ki, şəhər ərazisində yerləşən xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılıb. Bu çərçivədə qaz sayğacları yenilənmiş, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilib. Aparılan işlərlə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranıb.

    Lakin hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sakinlərin müraciəti daxil olmayıb. Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birgə araşdırılaraq aydınlıq gətiriləcəkdir.

    Bir daha diqqətə çatdırırıq ki, yayılan məlumatlar əsassızdır.

  • Çox təhlükəli virus dünyanı təhdid edir – Koronavirusdan daha ağırdır

    İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir.

    Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) ilkin məlumatına görə, Kent bölgəsində, xüsusilə Kenterberi (Canterbury) ətrafında 34 yoluxma halı qeydə alınıb. Daha sonra aparılan laborator yoxlamalar nəticəsində bu rəqəm dəqiqləşdirilərək 23 təsdiqlənmiş hala qədər azaldılıb.

    Bununla belə, mütəxəssislər qeyd edir ki, meningokok infeksiyası nadir rast gəlinməsinə baxmayaraq, son dərəcə təhlükəli xəstəliklər sırasına daxildir və qısa müddətdə ağır nəticələrə səbəb ola bilər. Xəstəlik əsasən beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) ilə müşayiət olunur. Yoluxma baş verdikdən sonra simptomlar sürətlə inkişaf edir, yüksək hərarət, güclü baş ağrısı, boyun sərtliyi, şüur bulanıqlığı, qusma və dəridə qan sızması ilə bağlı səpgilər müşahidə oluna bilər. Ağır hallarda infeksiya qana yayılaraq orqanların fəaliyyətini pozur və həyati risk yaradır.

    Yoluxmaların əsasən Kent bölgəsində cəmləşməsi və bəzi halların ictimai məkanlar, əyləncə obyektləri və tələbə mühiti ilə əlaqəsinin araşdırılması infeksiyanın yayılma mexanizminə dair suallar doğurur. Epidemioloji əlaqələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

    Rəsmi qurumlar vəziyyətin hazırda nəzarət altında olduğunu və geniş əhali üçün riskin aşağı qiymətləndirildiyini bildirir. Yoluxmuş şəxslərlə təmasda olanlara profilaktik antibiotik müalicəsi tətbiq olunur, risk qrupları üçün isə peyvəndləmə tədbirləri genişləndirilir.

    Bununla yanaşı, mütəxəssislər vurğulayır ki, meningokok infeksiyası geniş yayılma xüsusiyyəti ilə deyil, fərdi hallarda sürətli və ağır gedişi ilə seçilir. Bu baxımdan bəzi ekspertlər xəstəliyin ayrı-ayrı hallarda koronavirusdan daha ağır fəsadlara səbəb ola biləcəyini qeyd edir. Əgər belə infeksiyalar lokal səviyyədən çıxaraq geniş yayılma mərhələsinə keçərsə, epidemioloji nəzarət tədbirlərinin, o cümlədən məhdudiyyətlərin tətbiqi istisna olunmur.

    Hazırda vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və əsas məqsəd infeksiyanın yayılmasının qarşısını vaxtında almaq, dünyanı yenidən evə qapanmaqdan qorumaqdır. (Musavat.com)

  • Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” – Video

    Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, müasir avtomobillər artıq sadəcə mühərrikdən ibarət deyil. Onlar indi həm də proqram təminatı ilə işləyir. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Amma, 5 il əvvəlki avtomobilin prosessoru bu yükü qaldıra bilmir.

    Avtomobil elektriki Xaliq Əliməmmədov deyir ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq adı ilə onun sürətlənmə gücünü və ya şarj sürətini gizlicə azalda bilir.

    Bəs ustanın “dolur” dediyi yaddaşı artırmaq mümkündürmü?

    Xaliq Əliməmmədov bildirib ki, avtomobilin əyləc və təhlükəsizlik sistemləri bu yavaşlamadan sığortalanıb, yəni proqram donanda sükan kilidlənmir. Görünən odur ki, gələcəkdə avtomobil alarkən artıq mühərrik gücü ilə yanaşı, onun prosessor gücünü və əməliyyat yaddaşını da soruşmalı olacağıq. Əks halda avtomobil bir neçə yenilənmədən sonra istifadəyə yararsız hala gələ bilər.

  • “Paşinyan qalsa, mütləq müharibə olacaq” – Köçəryan

    “Əgər Paşinyan qalsa, mütləq müharibə olacaq”.

    Bunu Ermənistan Respublikasının ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.

    O, Paşinyanı hər şeydə uğursuz adlandırıb: “Nikol Paşinyan bu vəziyyətdə nə etməlidir, nə deməlidir? Bu adam xalqı şantaj edəcək, onları müharibə ilə qorxudacaq. Başqa nə deməlidir, hansı mövzuda oturub ciddi danışa bilər? Ən böyük təhlükə onun özüdür, əgər qalsa, mütləq müharibə olacaq.

    Buradakı paradoks ondadır ki, o, həmin müharibənin təhlükəsini prezidentliyi illəri ən dinc illər olan bir adamla əlaqələndirməyə çalışır. Bu fikri təkrarlayıram, sərhədlərdə heç olmasa bir orta miqyaslı insident yaşanmayıb, hətta heç bir yerdə nəsə etməyə cəhd də olmayıb”.
    //unikal.az

  • Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib

    Ukrayna ordusu Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib.

    Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib.

    Onun sözlərinə görə, bu gün Moskva istiqamətində uçan 13 PUA vurulub.

    Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya PUA hücumu təhlükəsi ilə bağlı Moskvanın Domodedovo hava limanında təyyarələrin uçuş və enişinə qadağa qoyub.

  • Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti hərrac qiymətindən də BAHA SATILDI

    Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.

    Səbail rayonunun Azadlıq prospektindəki həmin obyektin sahəsi 50.6 kv.m olub. İcra məmuru əmlakı ilk hərracda satıb.

    Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çox sayda əmlakı müsadirə edilib.

  • Армянская апостольская церковь лишилась права безвозмездно получать участки земли

    Парламент Армении принял в окончательном чтении поправку в Земельный кодекс о лишении Армянской апостольской церкви права безвозмездного получения в собственность земельных участков.

    Об этом сообщает Median.Az со ссылкой на “Интерфакс”.

    Признана утратившей силу статья, которая предусматривает безвозмездную передачу церкви земельных участков, находящиеся в собственности государства и общин.

    В декабре 2025 года правительство Армении решило расформировать и ликвидировать ЗАО “Духовно-культурная общественная телекомпания”. ЗАО транслировало в Армении церковный телеканал “Шогакат” с 2011 года.

    Кроме того, правительство одобрило поправку к Земельному кодексу, по которой Армянская апостольская церковь лишается права безвозмездного получения в собственность земельных участков.

    Премьер-министр Армении Никол Пашинян заявляет о необходимости отречения католикоса всех армян Гарегина Второго, считая его угрозой госбезопасности страны. Недавно Пашинян заявил, что католикос всех армян лишен сана и захватил патриарший престол, нарушил обет безбрачия и должен объяснить общественности, почему у него есть жена и дети.

  • Ermənistanda kilsə ilə bağlı KRİTİK QƏRAR

    Ermənistanın qanunverici orqanı (Milli Məclis) Torpaq Məcəlləsində dəyişiklik edərək, Apostol kilsəsinin ödənişsiz əsaslarla torpaq sahələrinə sahib olmaq imtiyazını ləğv edən qanun layihəsini son oxunuşda təsdiqləyib.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Qəbul edilən yeni qərara əsasən, bələdiyyə və dövlət mülkiyyətində olan torpaqların kilsəyə təmənnasız olaraq bağışlanmasını tənzimləyən müvafiq maddə qüvvədən düşmüş sayılır.

    Bununla yanaşı, Ermənistanın hökumət rəhbəri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini dövlətin milli təhlükəsizliyi üçün təhlükə adlandırıb və onun vəzifəsindən getməsinin vacibliyini vurğulayıb. Baş nazir bir müddət əvvəl bəyan edib ki, II Qaregin öz səlahiyyətlərini aşaraq taxt-tacı zəbt edib, həmçinin “subaylıq” andına xəyanət edib. Paşinyanın sözlərinə görə, katolikos övladlarının və həyat yoldaşının olmasının səbəblərini cəmiyyətə açıqlamalıdır.

  • Göyçayda qamışlıq ərazidə yanğın

    Göyçay rayonunun Çayarxı kəndi ərazisində qamışlıq və yabanı kolluq ərazidə yanğın olub.

    Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov lokallaşdırılıb, yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb.

    Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.