Month: March 2026

  • Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? – Video

    Böyrək xəstələrinin sayı ildən-ilə artır. Hətta onların arasında yeni doğulmuş və yetkinlik yaşına çatmayan uşaqlar da var. 2011-ci ildən bu günə qədər 56 uşağa böyrək köçürmə əməliyyatı həyata keçirilib. Bunlardan ən kiçiyinin 4 yaşı var.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-nefroloq Hikmət İsmayılovun sözlərinə görə, son illərdə xroniki böyrək xəstəliklərinin geniş yayılması mütəxəssisləri ciddi narahat edir.

    Böyrək xəstəliklərinin yaranmasında əsas səbəblərdən biri şəkərli diabetdir. Bundan başqa, böyrəyin funksiyasının zəifləməsinə səbəb olan digər xəstəliklər də mövcuddur. Bu xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna daxildirlər.

    Hikmət İsmayılov bildirib ki, xroniki böyrək xəstəliyinin səbəbindən, mərhələsindən və inkişaf dərəcəsindən asılı olaraq bəzi hallarda xəstədə heç bir şikayət müşahidə olunmaya bilər. Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, tez yorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq, ürəkbulanma və qusma kimi əlamətlər də yarana bilər. Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma və əzələ qıcolmaları kimi şikayətlər də mümkündür.

  • Volkswagen отзывает почти 100 000 электрокаров

    Компания Volkswagen отзывает почти 100 000 электромобилей.

    Об этом сообщило Reuters со ссылкой на Федеральное ведомство автомобильного транспорта Германии.

    Причина отзыва – проблемы с аккумуляторными модулями, которые не соответствуют спецификациям и могут привести к уменьшению запаса хода. Также существует риск пожара.

    Уведомления касаются почти 75 000 автомобилей серии Volkswagen ID, а также почти 20 000 Cupra Born, которые сошли с конвейера в период с февраля 2022 года по август 2024 года.

    На автомобилях обновят программное обеспечение, проверят высоковольтную батарею, при необходимости отдельные ее модули будут заменены.

  • “Volkswagen” 100 minə yaxın elektromobili geri çağırır

    “Volkswagen” avtomobil konserni təxminən 100 min ədəd elektromobili geri çağırır.

    Bu barədə “Reuters” agentliyi Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinə istinadən məlumat yayıb.

    Geri çağırılmanın səbəbi akkumulyator modullarında aşkar edilən problemlərdir. Bildirilir ki, bu komponentlər texniki tələblərə cavab vermir və nəticədə avtomobillərin yürüş ehtiyatının azalmasına səbəb ola bilər. Bundan əlavə, yanğın riski də mövcuddur.

    Məlumata görə, tədbir əsasən təxminən 75 min “Volkswagen ID.” modelini, eləcə də 20 minə yaxın “Cupra Born” avtomobilini əhatə edir. Söhbət 2022-ci ilin fevralından 2024-cü ilin avqustuna qədər istehsal olunmuş nəqliyyat vasitələrindən gedir.

    Şirkət bu avtomobillərdə proqram təminatını yeniləyəcək, yüksək gərginlikli batareyaları yoxlayacaq və zərurət yarandığı halda ayrı-ayrı akkumulyator modullarını dəyişdirəcək.

  • Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və digər məşhurlar saxlanıldılar

    Türkiyənin məşhur simaları İstanbul Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində “şəxsi istifadə üçün narkotik maddələrin saxlanması” və “narkotik maddələrin istifadəsinə kömək etmək” cinayətlərinə görə saxlanılıblar.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Qeyd olunub ki, saxlanılanlar arasında Türkiyənin məşhur simaları – aktrisa Hande Erçel, modellər Güzide Duran və Didem Soydan, Kerim Sabancı və Hakan Sabancı da var.

    “Haber Global” saxlanılan məşhurların tam siyahısını təqdim edib:

    1. Fikret Orman;

    2. Güzde Aksoy (Güzide Duran);

    3. Hakan Sabancı;

    4. Kerim Sabancı;

    5. Hande Erçel;

    6. Burak Elmas;

    7. Sezgin Köysüren;

    8. Ferhat Aydın;

    9. Lütfiye Tuğçe Özbudak;

    10. Koray Serenli;

    11. Onur Bükçü;

    12. İsmail Behram Perinçekli;

    13. Kaan Mellart;

    14. Didem Soydan;

    15. Onur Talay;

    16. Mustafa Tari.

  • Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? – FOTO

    Sahibkarların öz obyektlərini sığortalaması məsələsi illərlə aktuallığını qorusa da, praktikada bu sahədə ciddi boşluqlar qalmaqdadır. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə sığortasız fəaliyyət göstərən müəssisələrin üzləşə biləcəyi riskləri bir daha ortaya qoyub.

    Görəsən, sahibkarlar əmlaklarını sığortalamaqdan niyə bu qədər yayınırlar?

    Məsələ ilə bağlı Oxu.Az-a danışan sığorta eksperti Pərviz Quliyev bildirib ki, qanunvericilik icbari sığortadan istifadəni tələb edir.

    P.Quliyev vurğulayıb ki, sözügedən məsələyə nəzarət mexanizmi zəifdir:

    “Bundan başqa, əhali arasında məlumatlılıq səviyyəsi aşağıdır. Sığorta maarifləndirilməsi yüksək səviyyədə olmalıdır. Həmçinin sığorta şirkəti kommersiya qurumudur, qazanc əldə etməlidir. Şirkət sığorta edərkən qarşı tərəf barədə ciddi araşdırma aparmalıdır. Məsələn, təhlükəsizlik, yanğın riskləri və s. məsələlər nəzərə alınmalıdır. Həmçinin qeyd etmək lazımdır ki, sığorta şirkəti dəyəri böyük olan əmlakı sığortalayarkən onu təkrarsığortaya ötürür. Bu isə riskin bölüşdürülməsidir.

    Təkrarsığortaya ötürüldükdə xarici şirkətlər standartlara baxır, uyğun olmadıqda qarşı tərəflə müqavilə bağlanmır. Bəzi şirkətlər var ki, onlar təkrarsığortaya ötürülsə də, həmin müəssisə sığortalanmır, çünki tələb olunan standartlara cavab vermirlər. Qeyd etdiyim kimi, ümumilikdə əhali arasında məlumatlılıq artırılmalıdır. Bundan sonra müəyyən nəticələri əldə etmək olar”.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə Oxu.Az-a açıqlamasında vurğulayıb ki, ölkədə daşınmaz əmlakın sığortası məcburidir:

    “2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Bir çox ticarət mərkəzlərində baş verən yanğınlar zamanı sığorta sahəsindəki çatışmazlıqların bir daha şahidi olduq. Ticarət mərkəzlərində yanğından mühafizə tədbirləri kustar qaydada həyata keçirilir, təhlükəsizliklə bağlı tələblərə əməl olunmur, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilir.

    Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur. Hər bir sahibkar obyektinin normativlərə cavab verməsində və sığortalanmasında maraqlı olmalıdır. Sığortaya ödənilən məbləğ onlar üçün lüzumsuz xərc yox, faydalı yatırımdır”.

  • Иран выступил за создание союза для военного сотрудничества в регионе без США

    Иран заявил о необходимости и готовности сформировать альянс государств для обеспечения безопасности и развития военного сотрудничества в регионе без участия в нем Соединенных Штатов и Израиля.

    Об этом сообщил генеральный штаб Вооруженных сил Ирана.

    “Пришло время для создания союза государств по обеспечению безопасности и военному сотрудничеству в регионе без участия в нем США и Израиля”, – говорится в заявлении генштаба ВС исламской республики. По убеждению иранских военных, странам региона “никогда не понадобится государство, находящееся за тысячи километров, чтобы гарантировать их безопасность”.

    Генштаб отметил, что, по убеждению Ирана, странам региона “не нужно государство, которое превыше всего ставит безопасность и интересы Израиля”, а в региональных государствах “видит только богатство, хранящееся на их землях”.

  • İran regionda yeni ittifaq qurur

    İran ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizliyi təmin etmək üçün dövlətlər ittifaqı yaratmağa hazır olduğunu bəyan edib.

    Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verib.

    “ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlər ittifaqı yaratmağın vaxtı gəlib çatıb”, – deyə Baş Qərargahın verdiyi açıqlamada bildirib.

    İran ordusunun məlumatına görə, regiondakı ölkələr təhlükəsizliyini təmin etmək üçün minlərlə kilometr uzaqlıqda yerləşən bir dövlətə heç vaxt ehtiyac duymayacaqlar.

    Qeyd olunub ki, İran regiondakı ölkələrin İsrailin təhlükəsizliyini və maraqlarını hər şeydən üstün tutan bir dövlətə ehtiyac duymadığına və regional dövlətlərin yalnız torpaqlarında saxlanılan sərvəti gördüyünə inanır.

  • Qəzaya düşən Yardımlı sakini 9 ay sonra öldü

    Yardımlıda avtoqəza nəticəsində xəsarət alan şəxs ölüb.

    “Unikal” xəbər verir ki, ötən ilin iyul ayında Yardımlı rayon Telavar kənd sakini, Bəhlulov Əfsun Malik oğlu yolu keçən zaman onu avtomobil vurub.

    Uzun müddət aparılan müalicə tədbirlərinə baxmayaraq Ə. Bəhlulov dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Военнослужащий ОАЭ погиб в Бахрейне при отражении атаки Ирана


    Военнослужащий Вооруженных сил (ВС) Объединенных Арабских Эмиратов погиб в Бахрейне при отражении иранских атак.

    Об этом 24 марта сообщила пресс-служба Минобороны королевства в социальной сети Х.

    “Главное командование Вооруженных сил королевства скорбит по погибшему во время исполнения служебного долга военнослужащему ВС братских ОАЭ”, – говорится в сообщении.

    Отмечается, что инцидент произошел в ходе совместной операции двух государст

  • BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

    BƏƏ Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəhreyndə İran hücumlarının dəf edilməsi zamanı həlak olub.

    Bu barədə Bəhreyn Müdafiə Nazirliyinin mətbuat xidməti “X” platformasında məlumat yayıb.

    Bildirilib ki, hadisə iki dövlətin birgə əməliyyatı zamanı baş verib.

    Əbu-Dabi şəhər administrasiyasının mətbuat xidməti isə martın 24-də açıqlama verərək bildirib ki, BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən zərərsizləşdirilən ballistik raketin qəlpələrinin düşməsi nəticəsində bir Pakistan vətəndaşı həlak olub.