Month: March 2026

  • В Гяндже микроавтобус сбил мужчину, чинившего свой автомобиль

    В городе Гяндже произошло дорожно-транспортное происшествие.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, пассажирский микроавтобус Volkswagen сбил Салеха Гурбанова (1964 г.р.), ремонтировавшего свой неисправный автомобиль.

    В результате ДТП мужчина получил тяжелые телесные повреждения и был доставлен в больницу.

    По данному факту проводится расследование.

  • Maşınını təmir edərkən xəstəxanalıq oldu

    Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər ərazisində nasaz avtomobilini təmir edən 1964-cü il təvəllüdlü Saleh Qurbanovu arxadan gələn “Volkswagen” markalı sərnişindaşıyan mikroavtobus vurub.

    Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan içki ixracını 10%-dən çox artırıb

    Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 9 milyon 424,18 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, eləcə də sirkə ixrac edib.

    Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların ixrac dəyəri 930,03 min ABŞ dolları və ya 10,94% artıb.

    Həmçinin idxalda da artım qeydə alınıb. Belə ki, alkoqollu və alkoqolsuz içkilərvə sirkənin idxal dəyəri 1 milyon 293,21 min ABŞ dolları və ya 8,99% artıb.

    Cari ilin ilk iki ayında ölkəyə 15 milyon 675,66 min ABŞ dolları dəyərində sözügedən məhsul idxal olunub k, ötən ilin eyni dövründə bu göstərici 14 milyon 382,45 min ABŞ dolları təşkil edib.

  • Ötən gün 8 kq-dan çox narkotik vasitə aşkarlanıb

    Ötən gün ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1000 ədəd metadon həbi aşkarlanıb.

  • Умер известный итальянский певец и автор песен Джино Паоли

    Итальянский певец Джино Паоли умер в возрасте 91 года.

    Об этом сообщило агентство ANSA со ссылкой на заявление семьи покойного. У него остались жена Паола и дети Аманда, Николо и Томмазо. Старший сын Джованни умер раньше отца – в марте 2025 года, от сердечного приступа.

    Джино Паоли – певец, автор песен и композитор, одна из ключевых фигур итальянской эстрады. Он родился 23 сентября 1934 года в прибрежном городе Монфальконе, вскоре семья переехала в Геную. Впоследствии Паоли стал центральной фигурой так называемой генуэзской песенной школы, наряду с Фабрицио Ди Андре и Луиджи Тенко.

    Песня Il cielo in una stanza, написанная Паоли в 1959 году для певицы Мины, заняла первое место в Итальянском ежегодном песенном рейтинге, а также попала в Billboard Hot 100. Среди других известных песен Паоли – Sapore di sale, ставшая визитной карточкой артиста.

  • Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi

    Məşhur italyan müğənnisi Cino Paoli 91 yaşında vəfat edib.

    ANSA agentliyi bu barədə mərhumun ailəsinin bəyanatına istinadən xəbər verir.

    C.Paoli müğənni, mahnı müəllifi və bəstəkar kimi İtaliya estradasının ən mühüm simalarından biri olub. O, 1934-cü il sentyabrın 23-də sahil şəhəri Monfalkonedə anadan olub.

    C.Paolinin 1959-cu ildə müğənni Mina üçün yazdığı “Il cielo in una stanza” mahnısı İtaliyanın illik mahnı reytinqində birinci yeri tutub, həmçinin “Billboard Hot 100” siyahısına daxil olub. Sənətçinin digər məşhur əsərləri arasında onun vizit kartına çevrilən “Sapore di sale” mahnısı da yer alır.

  • На двух бакинских улицах ограничат движение из-за ремонтных работ

    Завтра, 25 марта, в Баку на участке улицы Джалила Мамедгулузаде до улицы Самеда Вургуна, а также на проспекте Гусейна Джавида – от улицы Сейфеддина Даглы до улицы Ландау – будут проводиться ремонтные работы.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    Согласно информации, в связи с этим движение в обоих направлениях будет ограничено с 08:00 25 марта до 22:00 26 марта.

    Водителей просят пользоваться альтернативными маршрутами.

  • Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanacaq

    Martın 25-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

    Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.

    Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

  • Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

    Martın 25 və 26-da tərəfindən Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, məhdudiyyətə uyğun olaraq, Abbasqulu ağa Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Mərdanov qardaşları, Mirəsədulla Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək.

    Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil ediləcək.

  • “Yeni vəziyyətə hazırlıqlarımızı görmüşük” – Ərdoğan

    Terrorsuz Türkiyə yarım əsrdir davam edən qanlı bir oyunu pozduğu kimi, terrorizmdən azad bölgədə ideyamız türklər, kürdlər, ərəblər və farslar arasında nifaq divarları qurmaq istəyənlərin planlarını pozub.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Bunu ilk dəfə Suriya şimalındakı hadisələrdə gördük. Birliyimiz və həmrəyliyimiz gücləndikcə, qardaşlığımız möhkəmləndikcə və silah və zorakılıq dövrü sona çatdıqca – mən bunu xüsusilə vurğulayıram – həmişə dediyimiz kimi, qazanan ölkəmiz olacaq, xalqımız və bölgəmizdəki qardaş xalqlar olacaq.

    Heç bir vətəndaşın buna şübhəsi olmasın. Türkiyə olaraq, bu yeni vəziyyətə hazırlıqlarımızı görmüşük”, – Türkiyə lideri vurğulayıb.