Month: March 2026

  • Antuan Qrizman komandasını dəyişdi

    ABŞ-nin MLS təmsilçisi “Orlando Siti” klubu “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmanın transferini elan edib.

    Bu barədə Orlando klubunun mətbuat xidməti məlumat yayıb.

    “Antuanın “Orlando Siti”yə gəlişi təkcə klubumuz üçün deyil, həm də şəhərimiz, azarkeşlərimiz və bütövlükdə liqa üçün əlamətdar hadisədir”, – deyə “Orlando Siti”nin sahibi və idarə heyətinin sədri Mark Vilf komandanın rəsmi saytına müsahibəsində bildirib.

    Futbolçu ilə bağlanmış müqavilə 2026-cı ilin iyul ayında qüvvəyə minəcək. Razılaşma 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub və müqavilənin daha bir il uzadılması imkanı da var.

  • Филиппины объявили режим чрезвычайной ситуации


    На Филиппинах ввели режим чрезвычайной ситуации (ЧС) из-за перебоев в поставках энергоносителей в связи с войной на Ближнем Востоке. Это следует из указа филиппинского президента Фердинанда Маркоса-младшего.

    Об этом сообщает агентство PNA со ссылкой на соответствующий документ.

    В нем говорится, что “вышеуказанные обстоятельства представляют непосредственную опасность крайне низких поставок энергоносителей и для обеспечения стабильности и адекватности энергоснабжения страны необходимы срочные меры”. Отмечается, что эскалация напряженности на Ближнем Востоке является ключевым фактором, который угрожает добыче и поставкам нефти во всем мире.

    Как уточнил Маркос-младший, объявление режима ЧС стало необходимым, чтобы власти Филиппин смогли принять скоординированные меры для обеспечения стабильного энергоснабжения, параллельно смягчая последствия для экономики страны.

    Ранее Иран в связи с атаками со стороны Израиля и США объявил о фактическом закрытии Ормузского пролива, который является одним из основных нефтяных маршрутов в мире. Исламская республика распространила запрет на проход на все суда, включая коммерческие корабли и танкеры. На этом фоне трафик в стратегическом коридоре почти полностью остановился. Ситуация привела к резкому росту цен на нефть.

  • Filippində fövqəladə vəziyyət rejimi elan edildi

    Yaxın Şərqdəki müharibə ilə əlaqədar enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr səbəbindən Filippində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu, Filippin Prezidenti Ferdinand Markosun imzaladığı fərmandan irəli gəlir.

    Median.Az bu barədə PNA agentliyinə istinadən xəbər verir.

    Fərmanda qeyd olunur ki, yaranmış vəziyyət enerji daşıyıcılarının tədarükünün kəskin azalması üçün birbaşa təhlükə yaradır və ölkənin enerji təchizatının sabitliyini və adekvatlığını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.

    Prezident bildirib ki, fövqəladə vəziyyət rejiminin elan edilməsi Filippin hakimiyyətinə ölkə iqtisadiyyatı üçün mümkün fəsadları yumşaltmaqla yanaşı, sabit enerji təchizatını təmin etmək üçün əlaqələndirilmiş addımlar atmağa imkan verəcək.

  • İmtahandakı yazıb-pozan qələmlərlə bağlı – Rəsmi açıqlama

    Martın 9-da və 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bəzi abituriyentlərin cavab kartlarını yazıb-pozan qələmlə doldurduqları məlum olub.

    Bu cür qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

    Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Oxu.az-a bildirib ki, bu, xüsusi və geniş yayılmış bir problem deyil: “Açığı, elə də ciddi məsələ deyil. Sadəcə olaraq, sən karandaşla və ya qələmlə verilən dairəni qaralayırsan. Skaner sistemi belə işləyir: əgər dairə düzgün şəkildə qaralanıbsa, cavabı oxuyur, onu düzgün və ya səhv kimi qeydə alır. Əgər dairə qaralanmayıbsa, sistem onu oxumur. Dairənin necə qaralanmalı olduğu da hər bir iştirakçının cavab kartında nümunə kimi göstərilir. Yəni abituriyentə dairəni necə doldurmalı olması əvvəlcədən izah edilir. Qaydalarda qeyd olunub ki, imtahan iştirakçısı cavab kartındakı dairəni sadə karandaşla və ya diyircəkli qələmlə (qara/göy) tam şəkildə qaralamalıdır. Məsələ bununla bitir”.

    Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı rəsmi məlumata görə, nəticələrin imtahandan sonra təxminən yeddi həftə ərzində açıqlanması nəzərdə tutulur. Bu isə aprelin sonu və mayın əvvəlinə təsadüf edir.

  • Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub

    Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

    Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

    Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.

  • Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?

    Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında təklif olunur ki, ölkədə heyvanların kəsilməsi üçün yaş həddi müəyyən edilsin. Qeyd olunur ki, son illərdə Azərbaycanda iri və xırdabuynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Bildirilib ki, dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır.

    Hesabatda bildirilir ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsində iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, heyvanların yaşa və cinsə görə kəsiminin tənzimlənməsinə dair beynəlxalq təcrübənin araşdırılması və hazırlanması tədbirləri nəzərdə tutulub.

    Vurğulanıb ki, iri və xırdabuynuzlu heyvanların erkən yaşda və aşağı çəkidə, habelə cinsiyyəti nəzərə alınmaqla kəsilməsinə zərurət yaradan amillərin araşdırılması, bu cür heyvanların kəsilməsinin tənzimlənməsi üzrə qanunvericiliyə dair təkliflərin verilməsi, bu sahəni tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.

    Görəsən, sözügedən addımın atılması ölkədəki ət satışına necə təsir edəcək?

    Qida üzrə ekspert Seymur Qafarov Oxu.Az-a açıqlamasında qeyd edib ki, ət kəsimi ilə bağlı normaların müəyyənləşdirilməsi qısa dövr üçün ölkədə ət çatışmazlığı yarada bilər.

    O bildirib ki, məhdudiyyətlər bazara çıxarılan heyvan sayını azaldacaq:

    “Maliyyə dövriyyəsi az olan fermalara tələbat azalacaq. Bu da qısamüddətli dövr üçün böhran yarada bilər. Lakin heyvanlar böyüdükdən sonra xam ətin mövcudluğu bu problemi azaldacaq. Həmçinin damazlıq heyvanlara əlçatanlıq da yaxşılaşacaq. Lakin ümumiləşdirsək, bu addım qısamüddətli dövrdə mal və qoyun ətinin qiymətində artıma gətirib çıxaracaq. Artımın qarşısını almaq üçün bir neçə təklif vermək olar. Öncəliklə, idxalı artırmalıyıq. Bu sahə ilə məşğul olan fermalara subsidiya və dəstək mexanizmləri yaradılmalıdır. Erkən yaşda kəsilən heyvanların insan sağlamlığına ziyan olması ilə bağlı məsələ isə bir az mübahisəlidir. Potensial risklər ola bilər. Erkən yaşda kəsilən heyvanda qida dəyəri, minerallar az, yağ və əzələ strukturunda isə fərqliliklər mövcuddur. Bu da keyfiyyətə təsir edə bilər”.

    Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, qoyun ətindəki qida dəyəri quzu ətinə nisbətən daha çoxdur.

    Ekspert qoyun ətinin yağlılıq dərəcəsinin yüksək olduğunu deyib:

    “Əvvəlcə qeyd etmək lazımdır ki, bir çox insanda xroniki qan təzyiqi mövcuddur ki, belə şəxslər yağlı ət yeməsələr, daha yaxşıdır. Onlar quzu ətinə üstünlük verməlidirlər. Quzu əti həzminə görə qoyun ətindən yüngül hesab olunur. Erkən kəsilən heyvanın qida dəyəri və zülalı daha azdır. Lakin ümumi mənada məsələyə yanaşsaq, erkən yaşda heyvan kəsimi qiymətlərin artmasına səbəb olacaq. Ətin miqdarı azaldıqca ona olan tələbat artacaq. Həmçinin ət kəsiminə nəzarət gücləndirilməlidir. Bəzən süni yemləmə ilə heyvanları daha böyük göstərməyə çalışırlar ki, bu da doğru yanaşma deyil”.

    Məsələ ilə bağlı kənd təsərrüfatı eksperti Cəfər İbrahimli isə Oxu.Az-a açıqlamasında bildirib ki, adətən iribuynuzlu heyvanlar erkən yaşda kəsilmir.

    C.İbrahimli qeyd edib ki, vətəndaşlarımızın ağız dadı daha çox az çəkidə olan xırdabuynuzlu heyvanlara uyğundur:

    “Məsələyə fermerlər aspektindən baxdıqda isə həmin heyvanları saxlamağa daha az vaxt və xərc sərf olunur. Burada söhbət əsasən erkək cinsli xırdabuynuzlu heyvanlardan gedir. Çünki dişi quzular vaxtından əvvəl satışa getmir. Dişilər damazlıq olduğu üçün saxlanılır, bəlli yaşdan sonra bala verirlər. Erkək quzular isə bəlli müddətdə saxlanılır və satılır. Bu, daha çox regionumuzla bağlıdır. Böyük təsərrüfatlar adətən mayda yaylağa gedir. Ferma sahibləri bir çox hallarda erkək quzuları yaylağa aparmaq istəmirlər və onları satırlar. Qeyd olunan məsələ tətbiq olunsa, o zaman praktik cəhətdən problem ortaya çıxacaq. Belə ki, bütün təsərrüfatlardakı heyvanlar tək-tək qeydiyyata alınmayıb. Onlara nəzarət etmək çətin olacaq. Dünya praktikasında da belə məhdudiyyətlərə az rast gəlinir. Qadağalardansa, maarifləndirmə tədbirləri aparılsa, daha yaxşı olar”.

  • Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır

    Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır.

    “RTHK”-nin xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığında deyib.

    O bildirib ki, Hörmüz boğazı hamı üçün açıqdır və gəmilər təhlükəsiz şəkildə keçə bilər, lakin İranla müharibə vəziyyətində olan ölkələr bu məsələdə nəzərə alınmır.

    Van İ isə bütün tərəfləri sülh üçün hər bir imkandan və fürsətdən istifadə etməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb.

    O əlavə edib ki, gərginliyə səbəb olan məsələlər güc tətbiqi ilə yox, dialoq və danışıqlar yolu ilə həll olunmalıdır.

  • “QatarEnergy” fors-major elan etdi

    “QatarEnergy” şirkəti İtaliya, Belçika, Cənubi Koreya və Çinə mayeləşdirilmiş təbii qazın tədarükü üzrə bəzi uzunmüddətli müqavilələrində fors-major elan edib.

    Median.Az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

    Daha əvvəl bu cür planlar barədə “QatarEnergy”nin baş direktoru və energetika məsələləri üzrə nazir Səəd bin Şəridə əl-Kaabi xəbərdarlıq etmişdi.

    Əl-Kaabi bildirmişdi ki, İranın zərbələri səbəbindən Qətər ölkənin mayeləşdirilmiş təbii qazı üzrə ixrac güclərinin 17%-ni itirib.

  • XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki

    Müqəddəs Ramazan bayramı və Novruz bayramı ilə əlaqədar olaraq Xüsusi Təyinatlı Qüvvələr (XTQ) komandanı tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələrinə və qazilərinə bayram sovqatı və təbrik məktubu göndərilib. Bu nəcib addım həm şəhid ailələri, həm də qazilərimiz tərəfindən böyük minnətdarlıq və məmnunluqla qarşılanıb.

    Median.Az şəhid ailələrinə ünvanlanan məktubu təqdim edir:

    Dəyərli şəhidimizin hörmətli ailəsinə !

    Vətənimizin azadlığı və xalqımızın qüruru naminə canlarından keçmiş igid şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir. Onların göstərdiyi şücaət və fədakarlıq heç zaman unudulmayacaq, şərəfli döyüş yolu gələcək nəsillərə örnək olacaqdır.

    Müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı adından Sizə dərin ehtiramımızı və sonsuz minnətdarlığımızı bildirir, bu bayram sovqatını şəhidlərimizin müqəddəs ruhlarına olan hörmət və sədaqət nişanəsi olaraq təqdim edirik.

    Uca Allah şəhidlərimizə rəhmət eləsin, Sizlərə səbir, möhkəm can sağlığı və qəlb rahatlığı bəxş etsin. Bayramlar evinizə nur, ruzi və ümid gətirsin.

    Hörmətlə, Xüsusi Təyinatlı Qüvvələr Komandanı

    Qazilərə ünvanlanan məktubda deyilir:

    Əziz və dəyərli silah qardaşım!

    Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü və xalqımızın şərəfi uğrunda göstərdiyiniz misilsiz şücaət və fədakarlıq hər zaman qürur mənbəyimizdir.

    Sizin qəhrəmanlığınız, iradəniz və Vətənə sədaqətiniz tariximizin şanlı səhifələrində əbədi yaşayacaqdır. Bu müqəddəs və milli bayram günlərində Sizə və ailənizə möhkəm can sağlığı, ruzi-bərəkət, firavanlıq və xoş günlər arzulayırıq.

    Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, əsgərlərimizi qorusun, Vətənimizi daim uca və qüdrətli etsin!

  • Qazaxın Daşsalahlı kəndində açıq ərazidə YANĞIN – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.