Month: March 2026

  • Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanılıb, cinayət işi başlanılıb

    Xəzər rayonunun Buzovna qəsəbəsində qaya daşlarını zədələyən şəxs saxlanılıb, cinayət işi başlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Qeyd edilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla sözügedən işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəndə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.

    Araşdırmalar davam etdirilir.

  • СМИ: Арагчи сказал Уиткоффу, что верховный лидер Ирана одобрил переговоры с США

    Министр иностранных дел Ирана Аббас Арагчи проинформировал спецпосланника президента США Стива Уиткоффа о том, что новый верховный лидер исламской республики Моджтаба Хаменеи одобрил переговоры с американской стороной.

    Такое утверждение со ссылкой на информированный источник приводит израильское издание Ynet.

    Отмечается, что Арагчи дал понять американской стороне, что Иран настроен на скорейшее завершение этого процесса при соблюдении его требований.

  • KİV: İran ABŞ ilə danışıqlara gedir

    İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin Vaşinqtonla danışıqların aparılmasını təsdiqlədiyi barədə məlumat verib.

    Bu barədə İsrailin “Ynet” nəşri məlumatlı mənbəyə istinadən iddia irəli sürüb.

    Bildirilib ki, Əraqçı ABŞ tərəfinə İranın irəli sürdüyü tələblərə əməl edilməklə bu prosesin ən qısa zamanda yekunlaşdırılmasında maraqlı olduğunu çatdırıb.

  • Ötən gün Azərbaycanda iki avtomat silahı, 20 tüfəng aşkarlanıb

    Azərbaycanda martın 23-də iki avtomat silahı, 20 tüfəng aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bldirilib ki, ötən gün həmçinin 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

  • Çin ABŞ ilə sualtı müharibəyə hazırlaşır?

    Onlarla Çin tədqiqat gəmisi Sakit, Hind və Şimal Buzlu okeanlarının strateji ərazilərində dəniz dibini xəritələşdirir.

    Bu barədə “Reuters” agentliyinin “Çin ABŞ ilə sualtı müharibəyə hazırlıq zamanı okean dibini xəritələşdirir” başlıqlı məqaləsində qeyd olunub.

    Əldə edilən məlumatların hərbi məqsədlər üçün istifadə oluna biləcəyi bildirilir. Məqalədə qeyd olunub ki, tədqiqat digər məsələlərlə yanaşı, mineral yataqlarının və balıqçılıq sahələrinin tapılmasına da yönəlib. Agentliyə müsahibə verən hərbi dəniz mütəxəssisləri izah ediblər ki, toplanmış məlumatlar əsasında Çin mümkün müharibə ssenarisində sualtı qayıqların döyüş aparacağı sualtı relyefin dəqiq xəritəsini yarada bilər.

    Qeyd olunub ki, Çinə məxsus xüsusilə “Dong Fang Hong 3” tədqiqat gəmisi 2024-2025-ci illərdə Tayvan, Quam və Hind okeanının strateji əraziləri sahillərində patrul xidməti göstərib. Rəsmi məlumata görə, gəmi iqlim tədqiqatları və dəniz dibi çöküntülərinin öyrənilməsi ilə məşğul olur. Lakin agentliyin vurğuladığı kimi, dərinliklərin xəritələşdirilməsi üzrə məlumatlar Çinə öz sualtı qayıqlarından daha səmərəli istifadə etməyə və qarşı qüvvələri daha dəqiq izləməyə imkan yaradır.

  • Azərbaycanda ət ucuzlaşır? – Video

    Bölgələrdə ət fərqli qiymətlərə təklif edilir. Bir rayonda ətin qiymətində cüzi artım, digərində enmə müşahidə edilir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıda bayramdan sonra ətin qiymətində nisbətən artım var.

    Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, qiymət yenidən cüzi artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.

    Şəkidə isə əksinə, son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arasında dəyişir.

    Alıcılar ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.

  • Цены на металлы снижаются, золото дешевеет пятый день подряд

    Стоимость металлов заметно снижается во вторник утром, при этом золото дешевеет пятую торговую сессию подряд.

    Об этом свидетельствуют данные торгов.

    По состоянию на 09:26 по Баку цена июньского фьючерса на золото на нью-йоркской бирже Comex опускалась на 64.96 доллара относительно предыдущего закрытия, или на 1.46%, – до 4374.54 доллара за тройскую унцию. Суммарно за предыдущие четыре дня цена драгоценного металла снизилась на 11.3%.

    В то же время майский фьючерс на серебро дешевел на 3.83%, до 66.7 доллара.

    Стоимость апрельского фьючерса на платину в то же время опускалась на 2.62% к предыдущему закрытию, до 1824.65 доллара за тройскую унцию.

    Июньский фьючерс на палладий снижался в цене на 2.68% – до 1 400 долларов за тройскую унцию. А спотовая цена на палладий опускалась на 1.72% относительно предыдущего закрытия, до 1405.93 доллара за тройскую унцию.

    Цена фьючерса на никель снижалась на 1.49% относительно предыдущего закрытия, до 16 846 долларов за тонну.

  • Qızıl və digər qiymətli metallar ucuzlaşır

    Qızılın və digər qiymətli metalların qiymətlərində ucuzlaşma müşahidə olunur.

    Bunu ticarət məlumatları sübut edir.

    Bakı vaxtı ilə saat 09:26-ya olan məlumata görə, Nyu-York Ticarət Birjasının bölməsi olan “Comex”də iyun ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti 64.96 dollar (1.46%) ucuzlaşaraq trua unsiyası üçün 4 374.54 dollara düşüb. Məlumata görə, son dörd gündə qızlın qiymətli 11.3% ucuzlaşıb.

    May ayına çatdırılma ilə gümüş füçerslərinin qiyməti isə 3.83% ucuzlaşaraq trua unsiyası 66.7 dollara düşüb.

    Aprel ayına çatdırılma ilə platin füçerslərinin qiyməti 2.62% azalaraq trua unsiyası üçün 1 824.65 dollar olub.

    İyun ayına çatdırılma ilə palladium füçerslərinin qiyməti 2.68% azalaraq trua unsiyası üçün 1 400 dollara düşüb.

    Nikel füçerslərinin qiyməti də 1.49% ucuzlaşaraq tonu 16.846 dollara qədər ucuzlaşıb.

  • Məşhur KVN-çi Elnur Məmmədov ÖLDÜ – FOTO

    “Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi Elnur Məmmədov dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bu barədə Axar.az-a “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.

    O bildirib ki, E.Məmmədovun nəşi sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, E.Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çinin formalaşmasında rolu olub.

    1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.

    Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən il 60 yaşı tamam olan Elnur Məmmədov illərdir bomj həyatı yaşayırdı və bir çox xəstəlikdən əziyyət çəkirdi. Sadiq dostlarının təkidlərinə baxmayaraq, müalicə olunmaqdan imtina etmişdi.

  • Nigeriyalı vinger “Qarabağ”ın düşərgəsində

    Nigeriyanın “Komfort Edge” klubunun futbolçusu Onyema Çukvumaobim Azərbaycana yollanıb.

    Median.Az Afrika mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı vinger “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlib.

    Sol cinah oyunçusu bir müddət Ağdam klubunda baxışdan keçiriləcək. Çukvumaobim özünü doğruldarsa, müqavilə imzalanması gözlənilir.

    Nigeriyalı hücumçu bəyənilərsə, mövsümün qalan hissəsini klubun akademiyasında keçirəcək. O, aşağı yaş qruplarında çıxış edəcək. Yüksək performans göstərərsə, növbəti mövsüm əsas komandaya cəlb olunacaq.