Month: March 2026

  • Bankların fəaliyyəti dayandırılacaq? – Vacib AÇIQLAMA – Video

    Bu yaxınlarda Azərbaycanda banklardan birinin fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrilməsi bankların bağlanması məsələsini yenidən aktuallaşdırıb.

    Hələ 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olsa da, ötən müddətdə bu göstərici iki dəfədən çox azalaraq 21-ə enib. Təkcə 2016-cı ildə 11 bank fəaliyyətini dayandırıb. Son illərdə isə prosesin bir qədər səngiməsi bank sahəsində islahatların yekunlaşdığı təəssüratı yaradırdı.

    Maraqlıdır, bankların bağlanması prosesi bundan sonra da davam edə bilərmi? İqtisadçı Rəşad Həsənov Baku TV-yə bildirib ki, qısamüddətli dövrdə gözlənilməz qərarların verilməsi ehtimalı aşağıdır:

    “Amma orta və uzunmüddətli perspektivdə, xüsusilə hazırkı dəyişkən və fluktuativ iqtisadi konyunktur şəraitində bankların birləşməsi, bank olmayan kredit təşkilatına çevrilməsi və ya fəaliyyətini dayandırması ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər. Eyni zamanda tənzimləyici tələblərin və normativ öhdəliklərin yerinə yetirilməməsi, eləcə də risklərin artması belə qərarlara səbəb ola bilər. Bəzi hallarda isə risklər minimum tələblərin pozulmasından deyil, gözlənilməz vəziyyətlərin yaranmasından qaynaqlana bilər ki, bu zaman Mərkəzi Bank tərəfindən bankların lisenziyası ləğv oluna bilər”.

    Ekspert xatırladır ki, indiyədək bankların heç də hamısının maliyyə göstəricilərinin pisləşməsi səbəbindən fəaliyyəti dayandırılmayıb. Bir neçə bankın lisenziyası qurumun idarəedici strukturunun müvafiq müraciəti əsasında ləğv olunub. Bu da bank sektorunda iştirakçıların sayının dəyişməsinin təkcə maliyyə göstəricilərindən asılı olmadığını göstərir. Bankların maliyyə göstəricilərinə gəlincə isə 2026-cı ilin əvvəlinə olan məlumata görə, hazırda fəaliyyətdə olan banklardan yalnız birinin cəmi kapitalında azalma olub. Ümumilikdə bankların cəmi kapitalının 83 faizi 10 banka aiddir. Yerdə qalan 11 bankın payı isə 17 faizə bərabərdir.

  • Кадры из соцсетей вызвали дискуссии: некоторые юноши наряжаются в женщин во время Новруза? – ВИДЕО

    Одним из древнейших праздников Азербайджана является Новруз байрамы, имеющий свои уникальные традиции и обычаи, которые народ с радостью соблюдает из года в год. Кечал, Кёса и Бахар гызы являются неотъемлемой частью этого события.

    Однако, как сообщает Baku TV, в последние годы стали появляться образы, не соответствующие традиционным обычаям Новруза, что в результате приводит к изменению национальных обычаев и отдалению от их первоначальной сути.

    Так, некоторые молодые люди переодеваются в женщин или надевают различные маски и костюмы в целях развлечения. Значительная часть жителей столицы выражает недовольство происходящим, считая, что традиции заметно искажаются. По их мнению, подобные нововведения не отражают подлинную культурную ценность праздника.

    По словам доктора философии по искусствоведению Вусали Мамедзаде, в древности использование масок и образов животных имело символическое значение и было призвано олицетворять силу и мощь, завершение зимы и пробуждение природы с наступлением весны. Однако в современных условиях в этом уже нет необходимости.

  • Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: “Novruzda qadın kimi geyinmək adəti yoxdur!” – Video

    Azərbaycanın ən qədim bayramlarından biri Novruz bayramıdır. Bu bayramın özünəməxsus adət-ənənələri var. Xalqımız bu adətləri hər il sevə-sevə yerinə yetirir. Keçəl, Kosa və Bahar qızı bu bayramın ayrılmaz hissəsidir.

    Baku TV-nin məlumatına görə, son illər bəzi fərqli Novruz ənənələrinə uyğun olmayan obrazlar ortaya çıxmağa başlayıb. Nəticədə isə bu hallar milli adət-ənənələrimizin dəyişməsinə və ilkin mahiyyətindən uzaqlaşmasına səbəb olur.

  • Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələndi

    Goranboy rayonunda iki dost arasında dava onlardan birinin ölümü ilə nəticələnib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.

    1985-ci il təvəllüdlü Elçin Ağayevlə 1994-cü il təvəllüdlü Əli Əliyev arasında dava düşüb. Ciddi xəsarət alan Əli Əliyev ağır vəziyyətdə Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Bir neçə gün koma vəziyyətində qalan Əli Əliyev xəstəxanada ölüb.

    Hər iki şəxs qonşu və yaxın dost olub.

  • СМИ: США тайно выбрали нового верховного лидера Ирана

    США рассматривают спикера парламента Ирана Мохаммада-Багера Галибафа в качестве кандидата на роль нового верховного лидера Ирана.

    Об этом сообщило издание Politico со ссылкой на источники.

    “По мнению по крайней мере некоторых в Белом доме Галибаф является перспективным партнером, способным возглавить Иран и вести переговоры с администрацией Трампа на следующем этапе войны”, – говорится в публикации.

    Однако отмечается, что Белый дом пока не готов сделать выбор в пользу какого-либо конкретного кандидата. Он хочет проверить нескольких претендентов в поисках того, кто согласится заключить сделку.

    По словам одного из источников, хоть окончательное решение еще не принято, Галибаф является одним из самых перспективных кандидатов.

    Ранее, 23 марта, Галибаф, которого несколько СМИ назвали предполагаемым участником переговоров Ирана и США, опроверг контакты Тегерана и Вашингтона по урегулированию конфликта.

  • KİV: Tramp GİZLİCƏ İranın yeni ali liderini seçib

    ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir.

    Bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

    “Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Tramp Administrasiyası ilə danışıqlar aparmağa qadir perspektivli tərəfdaşdır”, – deyə xəbərdə bildirilib.

    Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. ABŞ hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir.

    Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır.

    Martın 23-də bir neçə media orqanının İran-ABŞ danışıqlarında potensial iştirakçı adlandırdığı Qalibaf Tehran və Vaşinqton arasında münaqişənin həlli ilə bağlı əlaqələrini təkzib etmişdi.

    Dünən bir neçə KİV İranın ABŞ ilə danışıqlarının ehtimal olunan iştirakçısı hesab etdiyi Qalibafın Tehranla Vaşinqton arasında münaqişənin həlli üzrə əlaqələrini təkzib etmişdi.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • Bu qurumlar ləğv olunur

    Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) ləğv olunur.
     
    Median.Az xəbər verir ki, paytaxtda bu prosesin iyun ayınadək başa çatması gözlənilir.
     
    Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına əsasən, Bakı da daxil olmaqla ölkədəki mənzil-kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir, özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur.
     
    Onu da bildirək ki, MKTB-lərin əvəzinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yeni vahid mənzil-kommunal təsərrüfatı MMC-ləri yaradılacaq. Bu islahat, idarəetməni müasirləşdirmək, xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır. Yeni strukturlar sakinlərlə müqavilələr əsasında fəaliyyət göstərəcək.//bakıvaxtı.az

  • İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib

    “İran hökuməti ABŞ ilə heç bir danışıq aparmayıb, vasitəçilərin müvafiq təkliflərinə öz mövqeyini bildirib”.

    Median.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai IRNA agentliyinə bildirib.

    “Son bir neçə gün ərzində bəzi dost ölkələrdən ABŞ-nin müharibəni dayandırmaq üzrə danışıqlar aparmaq xahişi ilə bağlı müraciətlər daxil olub ki, onlara da ölkənin prinsipial mövqelərinə uyğun olaraq müvafiq cavab verilib”, – deyə o vurğulayıb.

    Bəqai son 24 gün ərzində ABŞ ilə hər hansı bir danışıq və müzakirə aparıldığı barədə məlumatı təkzib edərək, İranın Hörmüz boğazı və atəşkəs şərtləri ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

  • Putin azərbaycanlı alimi təltif etdi

    Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya və minerologiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    Putinin imzaladığı Fərmanla Vaqif Yunus oğlu Kərimova “Rusiya Federasiyasının Əməkdar elm xadimi” fəxri adı verilib.

    Qeyd edək ki, V.Kərimov 1949-cu ildə Bakıda anadan olub. O, uzun illərdir Rusiyada geologiya və neft-qaz kəşfiyyatı sahələrində çalışır.

  • Pensiya ilə bağlı vacib açıqlama: İş stajı 25 ilə çatmayan şəxslər…

    Azərbaycanda pensiya təyinatı ilə bağlı tez-tez müzakirə olunan məsələlərdən biri də sosial sığorta stajı tam 25 ilə çatmayan şəxslərin hüquqlarıdır.
     
    Bəs stajın tamamlanmasına bir neçə ay qalan və artıq pensiya yaşı tamamlanan vətəndaşlar təqaüd ala bilirmi?

    Median.Az bildirir ki, mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov danışıb. O, Konkret.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən müəyyən hallarda vətəndaşlara güzəşt tətbiq olunur.
     
    “Əgər şəxsin 65 yaşı tamam olubsa, 1 yanvar 2006-cı ilə qədər iş stajı mövcuddursa və 1 yanvar 2006-cı ildən 2018-ci ilə qədər onun məcburi dövlət sosial sığortası həyata keçirilibsə, bu zaman həmin şəxsə 25 il sosial sığorta stajı “tamamlanmış” kimi hesab olunur”.
     
    Hüquqşünas qeyd edib ki, belə hallarda vətəndaşa pensiya təyin edilir, lakin bu, minimal pensiya məbləği əsasında olur.