Month: March 2026

  • В Азербайджане дешевеет мясо? – ВИДЕО

    В регионах Азербайджана мясо продается по разным ценам: в одних районах наблюдается незначительный рост стоимости, в других – ее снижение.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, в Исмайыллинском районе после праздников зафиксировано относительное подорожание этой продукции.

    В преддверии праздника для увеличения продаж применялись определенные скидки, однако сейчас стоимость мяса вновь немного выросла. Так, в Исмайыллы килограмм говядины предлагается за 15 манатов, а баранины – за 17 манатов.

    В Шекинском районе, напротив, в последние дни наблюдается снижение цен на мясо. Здесь стоимость говядины варьируется в пределах 13-15 манатов за кг.

    Покупатели отмечают, что в целом довольны текущими ценами. Также сообщается, что за последние 10 дней наблюдается тенденция к удешевлению мяса.

  • Azərbaycanda ət UCUZLAŞIR? – VİDEO

    Bölgələrdə ət fərqli qiymətlərə təklif edilir. Bir rayonda ətin qiymətində cüzi artım, digərində enmə müşahidə olunur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıda bayramdan sonra ətin qiymətində nisbətən artım var.

    Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, indi qiymət yenidən cüzi artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.

    Şəkidə isə əksinə, son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arasında dəyişir.

    Alıcılar ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.

  • Tramp: “Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik”

    “Vaşinqton və Tehran mövcud təmaslarında razılığa gəlsələr, Hörmüz boğazı dərhal açılacaq”.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı vəziyyət barədə jurnalistlərin sualını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, hadisələr bu cür inkişaf edərsə, boğazdakı vəziyyətə birgə nəzarət olunacaq.

  • Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

    Sabah yağış və dumanla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, martın 24-də avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir

    İran razılaşmaya hazırdır və danışıqlar müsbət istiqamətdə davam edir.

    Sky News-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

    Onun sözlərinə görə, Tehran artıq kompromisə getmək niyyətindədir.

    “Onlar razılaşmaq istəyirlər və razılaşma üçün çox yaxşı şans var. Mənim bütün həyatım danışıqlarla keçib, amma İranla uzun müddətdir danışıqlar aparırıq. Bu dəfə onlar ciddi yanaşırlar”, – deyə Tramp qeyd edib.

    ABŞ lideri bildirib ki, tərəflər arasında son günlər fəal müzakirələr aparılır:

    “Hazırda çox yaxşı danışıqlar gedir. Onlar sülh istəyirlər. Nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər. Amma görəcəyik, bunu reallaşdırmaq lazımdır”.

  • Bakıda tıxac problemini azaltmaq üçün yeni yollar tikiləcək – VİDEO

    Bakıda tıxac problemini azaltmaq üçün yeni alternativ yolların tikintisi planlaşdırılır.

    Median.Az xezerxeber.az-a istinadən xəbər verir ki, sürücülərin şəhər mərkəzinə daxil olmadan hərəkət etməsi üçün 3 irimiqyasli layihə həyata keçiriləcək.

    Bu layihələr müxtəlif istiqamətlər arasında birbaşa və daha sürətli nəqliyyat əlaqəsi yaradacaq. Nəticədə mərkəzi yollardakı sıxlığın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

  • Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub

    Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub.

    Median.Az xəbər verir ki, proyeksiya 23 mart – Pakistan Günü münasibətilə həyata keçirilib.

  • Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib

    Braziliyanın xarici işlər naziri Mauro Vieyra azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlıq məsələləri, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, eləcə də Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.

    Tərəflər Azərbaycan və Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti və onun çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, iqlim gündəliyi üzrə əməkdaşlıq, habelə COP29 və COP30 çərçivəsində birgə əlaqələndirmə məsələləri müzakirə olunub.

    Nazirlər Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyətini qeyd ediblər.

    Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib.

    Braziliyalı nazir həmçinin mövcud təhlükəsizlik vəziyyətində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə ölkəmizə dərin minnətdarlığını bildirib.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • “Tamaşaçılar bizim zövqümüzü korlayır”

    “Hər zamanın öz, hər aktyorun öz tamaşaçısı var. Gülüşün növü dəyişib. Bu, hər zaman belə olub. Bizdən sonrakı nəsildə hər şey fərqlidir”.
     
    Median.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov “Bir gün” verilişində deyib.
     
    Aktyor insanların sənət adamlarının zövqünü korladığını bildirib:
     
    “Tək yumorda yox, mahnılarda da belədir. Hörmətli tamaşaçı, biz sizin yox, siz bizim zövqümüzü korlayırsınız. Məclisinizə bayağı mahnı ifaçılarını buraxırsınız. Digər sənət adamları da görür bunu və başlayır məclis elə mahnı oxuyub, zarafat etməyə. Əvvəlki oxunan mahnılara, edilən zarafatlara baxın. Hər şey tamam dəyişib”./Axşam.az

  • SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu

    İsrail ordusu SEPAH-ın Tehranın mərkəzindəki əsas qərargahına zərbələr endirib.

    Median.Az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.