Month: March 2026

  • “Tamaşaçılar bizim zövqümüzü korlayır”

    “Hər zamanın öz, hər aktyorun öz tamaşaçısı var. Gülüşün növü dəyişib. Bu, hər zaman belə olub. Bizdən sonrakı nəsildə hər şey fərqlidir”.

    Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist rafael İsgəndərov “Bir gün” verilişində deyib. Aktyor insanların sənət adamlarının zövqünü korladığını bildirib:

    “Tək yumorda yox, mahnılarda da belədir. Hörmətli tamaşaçı, biz sizin yox, siz bizim zövqümüzü korlayırsınız. Məclisinizə bayağı mahnı ifaçılarını buraxırsınız. Digər sənət adamları da görür bunu və başlayır məclis elə mahnı oxuyub, zarafat etməyə. Əvvəlki oxunan mahnılara, edilən zarafatlara baxın. Hər şey tamam dəyişib”.

  • Yer tarazlığını itirib: Alimlər təhlükəli xəbərdarlıq etdi

    Fosil yanacaqların davamlı yandırılması istiliyi Yer atmosferində, okeanlarda və quru səthdə saxlayır – onun yenidən kosmosa əks olunması əvəzinə. Bu isə planetdə sabit iqlimi qoruyan tarazlığın pozulmasına gətirib çıxarıb. Bu qənaətə yeni hesabatın müəllifləri gəlib.

    Qaynarinfo xəbər verir ki, “The New York Times” bu barədə yazır.

    “Yer tarazlığını itirib” – BMT-nin hesabatının əsas mesajı məhz budur. Hesabatda Günəş enerjisinin hansı hissəsinin planet tərəfindən udulduğu və hansı hissəsinin kosmosa geri əks olunduğu təhlil edilir.

    Tədqiqatçılar müəyyən ediblər ki, udulan və əks olunan enerji arasındakı fərq 1960-cı ildən bəri aparılan ölçmələr tarixində ən yüksək səviyyəyə çatıb. Bu isə Günəşdən gələn istiliyin getdikcə daha çox hissəsinin Yer üzündə qalması deməkdir. Dünya Meteorologiya Təşkilatının “Qlobal iqlimin vəziyyəti” hesabatına görə, bu disbalans okeanların, atmosferin və planetin buzlu regionlarının isinməsinə səbəb olur.

    Böyük Britaniyanın Milli Atmosfer Tədqiqatları Mərkəzinin alimi Aşkay Deoras vəziyyəti qapalı otağın isinməsi ilə müqayisə edib.

    “Əgər pəncərəni açsaq, isti hava təbii olaraq çölə çıxır. Amma indi istixana qazları səbəbindən istilik sadəcə toplanır. Planetin soyumaq imkanı yoxdur”, deyə o izah edib.

    BMT-nin əvvəlki hesabatlarında ayrı-ayrı göstəricilər – səth temperaturu, okeanların istiləşməsi, buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi qeydə alınırdı. Bu il isə müəlliflər dəyişikliklərin qlobal miqyasına fokuslanıblar.

    “Enerji disbalansı tam mənzərəni göstərir”, deyə hesabatın müəlliflərindən biri Karina fon Şukman (Mercator Ocean International) bildirib.

    Sabit iqlim şəraitində Günəşdən gələn enerji ilə kosmosa əks olunan enerji təxminən bərabər olur. Lakin hazırda karbon qazı, metan və azot oksidi kimi istixana qazlarının emissiyaları ən azı son 800 min ildə ən yüksək səviyyəyə çatıb və bu tarazlığı pozub.

    Son 11 il müşahidə tarixində ən isti illər olub. Ötən il qlobal orta temperatur sənayedən əvvəlki dövrə nisbətən 1,43°C artıb, 2024-cü il isə 1,55°C göstərici ilə ən isti il olub. Dünya okeanı atmosferdən karbon qazını udaraq isinməyə davam edir. Arktikada dəniz buzunun sahəsi rekord aşağı səviyyədə qalır, Antarktidada isə müşahidə tarixində üçüncü ən aşağı göstərici qeydə alınıb.

    Yer tərəfindən saxlanılan enerji artıqlığı okeanlar, atmosfer və quru arasında paylanır. Alimlərin sözlərinə görə, bu, güclü fırtınalar, istilik dalğaları, quraqlıqlar və intensiv yağıntılar kimi ekstremal hava hadisələrinin tezliyini və gücünü artırır.

    “Artıq istiliyin təxminən 91%-i okeanlarda toplanır, 5%-i quruda, 3%-i buzlaqlarda və cəmi 1%-i isə Yer səthinə yaxın atmosferdə qalır, bu isə insanların birbaşa hiss etdiyi temperaturu müəyyən edir”, deyə hesabatda qeyd olunur.

    2025-ci ildə okeanlarda istilik səviyyəsi rekord həddə çatıb. Onların isinmə sürəti 1960–2005-ci illərlə müqayisədə iki dəfədən çox artıb. Tədqiqatçıları xüsusilə narahat edən məqam odur ki, istilik təkcə səthdə deyil, 2000 metrdən dərin qatlarda da toplanır və orada daha uzun müddət qalır.

    “İstilik nə qədər çox atmosferdən təcrid olunursa, biz bir o qədər 400–1000 illik dönməz iqlim dəyişiklikləri mərhələsinə yaxınlaşırıq”, deyə Karina fon Şukman vurğulayıb.

  • Bu şəxslər İranla danışıqlar aparıblar

    ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, iş adamı Cared Kuşner və ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff ABŞ-İran danışıqlarında iştirak ediblər.

    O, bu barədə “Fox News”a danışıb.

    Bu gün Tramp ABŞ-nin İranla yaxşı və məhsuldar danışıqlar apardığını və daha çox görüş keçirdiyi müddətdə orduya İslam Respublikasının elektrik stansiyalarına və enerji infrastrukturuna edilən hər hansı bir hücumu beş gün təxirə salmağı əmr edəcəyini bildirib.

    “Biz (İranla – red.) çox ciddi danışıqlar apardıq. Onları həm cənab Vitkoff, həm də cənab Kuşner apardı”, – deyə Amerika lideri bildirib.

  • İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı

    İrandan fevralın 28-i saat 8:00-dan martın 23-ü saat 10:00-dək Azərbaycana 76 ölkənin ümumilikdə 2 949 vəntəndaşı təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 488 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 722, Rusiyanın 325, Banqladeşin 198, Tacikistanın 187, Hindistanın 168, Pakistanın 148, Omanın 80, İndoneziyanın 68, İranın 54, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 23, Kanadanın 22, Fransanın 19, Səudiyyə Ərəbistanı və Yaponiyanın hərəsinin 18, Gürcüstanın 17, Özbəkistanın 15, Polşa, İsveçrə, Nigeriyanın hərəsinin 13, Macarıstan və Bəhreynin hərəsinin 12, Qazaxıstan, Meksika, ABŞ-nin hərəsinin 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliya, Sudanın hərəsinin 8, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnamın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniya, Myanmanın hərəsinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

  • İtkin düşən 5 nəfər tapıldı

    İtkin düşən 5 nəfər ötən gün tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, martın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

    Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir. Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər.

    Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur. Həmçinin bir sıra ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi müzakirə mövzusudur.

    Görəsən, universitetlərin paytaxtdan kənara köçürülməsi təhsilin keyfiyyətinə nə dərəcədə təsir edəcək?

    Həmçinin tələbələr paytaxtdan kənarda asudə vaxtlarını səmərəli keçirə biləcəklərmi?

    Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, köçürülmə olarsa, təhsilin keyfiyyəti artar.

    O xatırladıb ki, “Bakı Şəhərinin Baş Planı 2040″da bəzi universitetlərin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ əksini tapıb:

    “Burada əsas məqsəd paytaxtda sıxlığı azaltmaq, yollardakı tıxacın qarşısını almaqdır. İlk növbədə, universitetlərin köçürüləcəyi ərazi tələbə şəhərciyinə çevrilməlidir. Ola bilər ki, hansısa universitetlər kampus şəklində yenidən təşkil olunsun. Orada tələbələr üçün yataqxana, əyləncə mərkəzləri, kitabxana və s. məntəqələr olmalıdır. Həmçinin tələbələrin təcrübə keçməsi, iş imkanları baxımından da müvafiq infrastruktur qurulmalıdır. Təbii ki, köçürülmə doğru baş tutarsa, təhsilverənlərin və tələbələrin akademik göstəriciləri, eyni zamanda, təhsilin keyfiyyəti artacaq”.

    E.Əfəndi bildirib ki, bir neçə universitet mərkəzləşdirilə bilər:

    “Belə olan halda tələbələr kənar şəxslərlə qarşılaşmayacaqlar. Ümumi əlaqələr elə qurulacaq ki, tələbə ancaq tələbəni görəcək. Sosial mühit onların akademik göstəricilərinin yaxşılaşmasına səbəb olacaq. Təhsilalan yalnız bir istiqamət üzrə fokuslanacaq. Onlar eyni vaxtda kitabxanaya, idman zalına və s. yerlərə gedə biləcəklər. Harvard, Oksford kimi universitetlərdə göstəricilər ona görə yüksəkdir ki, tələbələr akademik mühitin içindədirlər. Eyni vəziyyəti burada da görə bilərik. Bu, birmənalı olaraq təhsilin keyfiyyətinin artmasına kömək edəcək. Düşünürəm ki, tələbə kontingenti çox olan və mərkəzdə yerləşən universitetlər kənara köçürüləcək”.

  • Умер владелец OnlyFans Леонид Радвинский

    Владелец OnlyFans Леонид Радвинский умер в возрасте 43 лет.

    Об этом сообщает Bloomberg со ссылкой на заявление компании.

    “Мы глубоко опечалены известием о смерти Лео Радвинского. Лео мирно скончался после долгой борьбы с раком”, – говорится в заявлении.

    Радвинский родился в 1982 году в Одессе, затем его семья переехала в США, где он вырос. Он приобрел OnlyFans в 2018 году и контролировал платформу через свою компанию Fenix International. По данным Reuters, Радвинский является единственным акционером и за последние годы получил более 1 млрд долларов дивидендов от бизнеса.

  • “OnlyFans”ın sahibi 43 yaşında öldü

    “OnlyFans”ın sahibi Leonid Radvinski 43 yaşında vəfat edib.

    Bu barədə “Bloomberg” şirkəti məlumat yayıb.

    “Biz Leo Radvinskinin vəfatı xəbərindən dərindən kədərlənirik. Leo xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra dünyasını dəyişib”, – deyə xəbərdə bildirilib.

    Radvinski 1982-ci ildə Odessada anadan olub. Sonra ailəsi ABŞ-yə köçüb və o, orada böyüyüb.

    O, “OnlyFans”ı 2018-ci ildə əldə edib və platformanı “Fenix International” şirkəti vasitəsilə idarə edib.

    “Reuters”in məlumatına görə, Radvinski yeganə səhmdar olub və son illər ərzində biznesdən 1 milyard dollardan çox qazanc əldə edib.

  • Транзитом через Азербайджан в Армению будут отправлены удобрения и гречка

    В Армению транзитом через Азербайджан будут отправлены четыре вагона удобрений и один вагон гречихи.

    Как сообщает Report, грузы пройдут транзитом через Азербайджан завтра.

  • Azərbaycan ərazisindən keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək

    Azərbaycandan tranzit keçməklə Ermənistana dörd vaqon gübrə və bir vaqon qarabaşaq göndəriləcək.

    Median.Az “Report”a istinadən bildirir ki, yüklər Azərbaycandan sabah tranzitlə keçəcək.