Month: March 2026

  • Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

    Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

    “Unikal” xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, bu yaxınlarda “Instagram”da Niyazbekovun Bişkek Dram Teatrının yaxınlığında siqaret çəkdiyini göstərən video yayılıb.

    Qanun pozuntusuna görə Daxili İşlər Nazirliyinin rəhbəri 3000 som (təxminən 56 AZN) məbləğində cərimə ödəyib.

    Agentlik qeyd edir ki, “Qırğızıstan Respublikası qanunvericiliyinin tələbləri, vəzifəsindən asılı olmayaraq, istisnasız olaraq hər kəs üçün məcburidir”.

  • Azərbaycan klubu səfərə getməyə pul tapmır

    Azərbaycan II Liqasında çıxış edən “Quba” futbol klubu maddi problemlərlə üzləşib.

    Bu haqda klubun feysbuk sosial şəbəkəsi vasitəsilə ictimaiyyətə ünvanladığı müraciətdə bildirilib.

    “Bu gün “Araz Saatlı” ilə oyuna çıxmalı idik. Amma açıq deyək, bu oyuna çıxmağımız ciddi sual altındadır. Səbəb hamıya bəllidir. Yol xərclərini qarşılaya bilmirik, komandanın elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkirik. Uşaqlar aylarla əziyyət çəkdi, çoxu heç nə gözləmədən oynadı. Sadəcə Quba üçün, bu komandanın adı üçün çıxış etdi.

    Hamı oyuna çıxmaq, döyüşmək istəyir. Amma bəzən istəmək kifayət etmir. Biz bu vəziyyətə gəlib çatmışıq. Ona görə sizə müraciət edirik, açıq və səmimi. Kim nə qədər bacarırsa, hətta çox kiçik bir məbləğ də bizim üçün böyük dəstəkdir. İnanın, bəzən xırda bir kömək belə böyük problemi həll edir. Sadəcə baxıb keçməyin. Bu komanda hamımızındır. Bu gün bizə dəstək olmasa, sabah gec ola bilər”, – paylaşımda qeyd edilib.

  • Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər – FOTO

    Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

    Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

    R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

    Qeyd edək ki, Seyfəddin Dəmirli iki ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.

    Mediada Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu da deyilir.

  • Müctəba Xameneiyə nə olub? – Ali liderin səssizliyi ətrafında söz-söhbətlər böyüyür

    “İranın yeni Ali Lideri Müctəba Xamenei yaralı, təcrid olunmuş vəziyyətdədir və mesajlara cavab vermir”.

    Bunu “The Washington Post” qəzeti ABŞ və İsrail təhlükəsizlik rəsmilərinə istinadən yazıb.

    Bildirilir ki, regiondakı gərginlik fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qalan ruhaniləri və liderləri ölkədə güc və nəzarətlərini möhkəmləndiriblər.

    Qeyd edək ki, martın 8-də ölkənin yeni ali lideri seçilən İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İsrail və ABŞ-nin İrana birgə hücumları nəticəsində yaralanıb. İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. Bildirib ki, İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    //oxu.az

  • Kim Çen In Rusiyaya gedəcək

    Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərə hazırlaşır.

    Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Kreml sözçüsünün sözlərinə görə, səfərin tarixləri açıqlanmayıb, hazırda diplomatik kanallar vasitəsilə danışıqlar aparılır.

    Qeyd edək ki, KXDR Ali Xalq Məclisi özünün ilk iclasında Kim Çen Inı yenidən Dövlət İşləri Komissiyasının sədri seçib.

  • Минобороны Азербайджана предупредило население в связи с дронами

    В соответствии с планом подготовки на 2026 год, 23 марта около 16:00 беспилотные летательные аппараты (БПЛА), принадлежащие Военно-воздушным силам Азербайджана, будут осуществлять учебно-тренировочные полёты в направлении города Баку и Абшеронского района.

    Об этом сообщили в Министерстве обороны АР.

    “Призываем население не поддаваться панике в связи с активностью БПЛА, которая будет наблюдаться в небе, и обращаем внимание на то, что нет никаких оснований для беспокойства”, – говорится в информации.

  • Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ

    Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçirəcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    “2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00-da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək. Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda bildirilib.

  • Azərbaycan XİN: “Rusiya tərəfindən izahat gözləyirik”

    “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın son mətbuat brifinqi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrinə dair suala cavab verərkən mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir”.

    Bunu Xarici işlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi fikri şərh edərkən deyib.

    O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir:

    “Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik”.

  • Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

    Gündəlik olaraq on minlərlə vətəndaşın eyni saatlarda şəhər mərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət etməsi əsas magistral yollarda ciddi sıxlıq yaradır. Hazırda ətrafdan, xüsusilə də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardan gələn, lakin əslində şəhər mərkəzinə daxil olmaq istəməyən sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraq mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli olurlar.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçün sürücülər məcburiyyət qarşısında onsuz da həddindən artıq yüklənmiş mərkəzi arteriyalardan istifadə edirlər.

    Dövlət Proqramında nəzərdə tutulan layihələrin əsas hədəflərindən biri də yol hərəkəti iştirakçılarının şəhər mərkəzinə və sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahat və fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə hazırda 3 yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.

    Birinci vacib layihə Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadan birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı ilə birləşdirəcək. Beləliklə, şimal və qərb zonası ilə daha səmərəli nəqliyyat əlaqəsi qurulacaq.

    İkinci mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu rayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətli nəqliyyat əlaqəsi yaradacaq. Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpə və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yol yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axını mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili tıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

    Üçüncü istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur. Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçün M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür. Bu birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn nəqliyyat axını “20 Yanvar” dairəsinə daxil olmadan birbaşa metronun “Koroğlu” stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu da həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmağa kömək edəcək.

    Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək:

    Məsələn, Respublikanın şəhər və rayonlarından, xüsusilə də Müşfiqabad, 28 May qəsəbələrindən Bilgəh istiqamətinə getmək istəyən sürücülər Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolundan istifadə etməklə şəhərə daxil olmadan bu səfəri yerinə yetirə biləcəklər.

    Sulutəpədən Aeroport şosesinə çıxmaq istəyənlər isə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunu seçərək tıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər.

    Yaxud, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun “Koroğlu” və ya “Əhmədli” stansiyaları istiqamətinə və ya əksinə getmək istəyən vətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən, birbaşa və kəsintisiz şəkildə mənzilbaşına çatacaqlar.

    Artıq Bilgəh–M4 avtomobil yolunun inşası aparılır, 2027-ci ildə isə bu magistralın istifadəyə verilməsi planlaşdırılır. Bu yolun ümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və 6 zolaqlı olacaq.

    Dövlət Proqramında nəzərdə tutulan bu 3 layihə vətəndaşların ümumi şəhər yollarına daxil olmadan və mərkəzi küçələrdən istifadə etmədən istədikləri istiqamətə rahat gediş-gəlişini təmin edəcək. Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin və əsas magistralların yükü kəskin şəkildə azalacaq.

  • В Нахчыване в доме обнаружены два тела: ведётся расследование

    В Нахчыване в частном жилом доме обнаружены тела двух человек.

    Как сообщили в пресс-службе Генеральной прокуратуры, по данному факту районной прокуратурой ведётся расследование.

    “По факту обнаружения 22 марта в ванной комнате одного из частных домов, расположенных на территории села Ярымджа Бабекского района, тел мужа и жены районной прокуратурой ведётся расследование”, – подчёркивается в информации.

    Напомним, что 22 марта в селе Ярымджа Бабекского района тела Бахшали Юнис оглу Аллахвердиева и его супруги Гюльнары Халыгверди гызы Гусейновой были обнаружены в их квартире.