
Balakən rayonunda gənc müəllim vəfat edib.
Rayonun Qaysa kənd orta məktəbinin fiziki tərbiyə müəllimi Aygül Çunayeva uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.


Balakən rayonunda gənc müəllim vəfat edib.
Rayonun Qaysa kənd orta məktəbinin fiziki tərbiyə müəllimi Aygül Çunayeva uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.


Bakının 4 rayonunda sel və daşqınların təhlükəlisi ilə əlaqədər istinad divarları tikiləcək.
Bu barədə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı əlavə edilib.
Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında tikiləcək.

İmişli rayonunda meyit aşkarlanıb.
Hadisə rayonun Qızılkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarovanın meyiti yaşadığı evin hamam otağında aşkarlanıb.
Məlumata görə, qadın ötən gün qohumlarıgildə keçiriləcək toy mərasimi üçün kömək edib. Daha sonra evə gəldikdən sonra, meyiti hamamda aşkar edilib. Hələlik onun ölüm səbəbi dəqiq məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
//unikal.az

Abşeron rayonun (Masazır, Qotur gölü) 12/26 saylı kanalizasiya nasos sistemində (KNS) nasos aqreqatları bərpa ediləcək.
Bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli Sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.
Məlumata əsasən, KNS-də idarəetmə paneli yuxarı səviyyəyə qaldırılacaq və digər zəruri tədbirlər görüləcək.

Bakıda üç yaşlı uşağın Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, azyaşlının valideyni Aygün Adıgözəlova bağçanın tərbiyəçi-müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsinə – barmağına toxundurduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb uşağın çirklənmiş bezini təmizləməsini müəllimdən xahiş etməsi olub.
“Oktyabr ayında uşağın yaxasının cırıldığını gördüm. Ondan soruşdum, İlahə müəllimin şəklini göstərdi. Özünə zəng edib xəbərdarlıq etmişdim”, – valideyn deyib.
A.Adıgözəlova qeyd edib ki, ötən ilin oktyabrında baş verən hadisə ilə bağlı körpələr evi – uşaq bağçasının müdiriyyətinə müraciət etməyib. O, övladının bu il aprelin 8-də bağçanın tərbiyəçi-müəllimi İlahə Qarayeva tərəfindən yenidən şiddətə məruz qaldığını iddia edib: “Gördüm ki, əlində yara izi var. Uşaqdan soruşduğum zaman dedi ki, “bağçada bibi yandırıb”. Övladım bildirdi ki, “pampers”ini təmizləməsini istədiyi üçün müəllim onu döyüb. Ağladığı zaman susması üçün üstünə qışqırıb. Susmadığı üçün isə bıçağı mətbəxdə qızdıraraq əlinə basıb”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən uşaq bağçasında azyaşlıya xəsarət yetirilməsi iddiası ilə bağlı polisə məlumat daxil olub. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir.

“Çestnıy znak” dövlət etiketləmə sistemi Ermənistan istehsalı olan “Cermuk” mineral suyunun Rusiya mağazalarında satışını dayandırıb.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Perspektivli Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupovun verdiyi məlumata görə, dövriyyədə 338 min butulka olub və hazırda yoxlamanın sonuna qədər bu sular bloklanıb.
Dövriyyənin dayandırılmasına səbəb “Rospotrebnadzor”dan gələn məktub olub. Agentlik orada Rusiya vətəndaşlarının həyatı və sağlamlığına mümkün zərərin qarşısını almaq üçün təcili tədbirlər görməyin vacibliyini qeyd edib. Bloklamanın səbəbi məcburi tələblərin pozulması kimi göstərilib.
//unikal.az

Bir telefon zəngi paytax sakini üçün maddi zərərlə nəticələnib… Bir dəfə kartından pul çıxarılıb, iki dəfə də adına kredit götürüblər…
Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, hadisə Habil İsmayılovun başına gəlib. Zərərçəkmiş deyir ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslər onunla əlaqə saxlayıb və müəyyən yönləndirmələrdən sonra bank kartına müdaxilə ediblər. Hadisə ayın əvvəlində baş verib.
Təfərrüatları öyrənmək üçün Habil İsmayılov sabahı gün banka gedib. Araşdırma aparılarkən ona bildiriblər ki, 50 manat və 23 manat pul başqa kartlara yüklənib. Hələ üstəgəl onun adına onlayn formada kredit də rəsmiləşdirilib.
Habil İsmayılov başına gələnlərlə bağlı ərazi üzrə Xəzər rayon 3-cü polis bölməsinə də müraciət edib. Amma kiberdələduzlar bununla da kifayətlənməyib onun adına növbəti dəfə onlayn formada kredit kartı sifariş veriblər. Amma onlar şifrəni üç dəfə səhv yazdıqları üçün kart bloklanıb. Habil İsmayılov təkrar banka gedib və adına olan bütün bank kartlarını blokladıb. Zərərçəkmiş kiberdələduzların aşkar olunmasını və ona dəymiş zərərin ödənilməsini istəyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirdi ki, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.


Şəhid Kazımov Etibar Xudavi oğlunun anası Kazımova Elmira Musa qızı vəfat edib.
“Unikal”ın məlumatına görə, E.Kazımova Goranboy rayonun Safikürd kəndində torpağa tapşırılıb.


Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
“Unikal”ın məlumatına görə, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbədə baş verib. Kəlbəcər rayon sakini, 2009-cu il təvəllüdlü N.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib və onun vəziyyətinin kafi olduğu bildirilir.
Yeniyetmənin hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bakıda baş tutacaq Beynəlxalq Xalça Festivalı ilə əlaqədar İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, 1-3 may tarixlərində qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.