Month: April 2026

  • Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda

    Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi hesab ediləcək.

    İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

    İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //unikal.az

  • Bozdağ-Güzdək vulkanı püskürdü

    Aprelin 9-da Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.

    Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib:

    “Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən, Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə – 6.32*106 Coul təyin edilib”.

  • Bu şəxslər məcburi işdən çıxarılacaq

    Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək:

    • tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə;

    • işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda.
    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //unikal.az

  • Qala divarının dağılmış hissəsində təcili konservasiya tədbirləri aparılacaq

    İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən dərhal operativ tədbirlər görülüb.

    Bu barədə “İçərişəhər” DTMQİ-nin Mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub: “Mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

    Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək”.

    Bu yanaşmanın daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunduğu vurğulanıb.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirib ki, Qala divarlarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilib: “Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir. Aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməyib. Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

    Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir”.

  • Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

    9 mart tarixində keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.

    Bunu jurnalistlərə açqılamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

  • 20 il sonra atasını Azərbaycanda tapdı – Cərrah işləyirmiş

    İvanovodan olan rusiyalı fotoqraf Svetlana Perşina iyirmi illik axtarışdan sonra, ölü hesab etdiyi atasını tapıb.

    Qızın atasının sağ olduğu, Azərbaycanda cərrah işlədiyi məlum olub.

    Qadın əri və azyaşlı uşaqları ilə Bakıya səyahət edərkən təsadüfən atasını tapıb.

    “O, həm insan, həm də cərrah kimi güclü, ədalətli və dözümlüdür. Xüsusən də Qarabağ haqqında hekayələri məni heyrətləndirir.

    Onu çaşdırmaq çətindir. Qızının olması xəbərindən başqa”, – deyə o qeyd edib.
    //unikal.az

  • Qanunsuz saxlanılan silahlar aşkarlandı

    Aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 4 tüfəng, 14 patron darağı və 104 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    “Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir”,- deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda qayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı

    Qusarda qayınata kürəkəninə təpiklə vuraraq ona ağır xəsarət yetirib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Atlıxan kəndində baş verib.

    Belə ki, 1961-ci il təvəllüdlü Fərhad Hacımuradov (şərti) kürəkəni Vüsalın qarın nahiyəsinə təpiklə zərbə endirib. Nəticədə Vüsalın bağırsağı zədələnib. O, təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

    Müəyyən edilib ki, 65 yaşlı kişi gecə 02 radələrində kürəkəninin Qusar rayonu Atlıxan kəndində yerləşən evinə gedib.

    O, Vüsalın mütəmadi olaraq spirtli içki qəbul etməsi, qızı ilə heç bir əsaslı səbəb olmadan münaqişə yaratmasına görə öz iradını bildirib. Bu zaman kürəkən qayınatasını təhqir edib. Buna əsəbiləşən kişi qızının ərinin qarın nahiyəsinə qəsdən bir dəfə təpik zərbəsi vuraraq, sonuncuya “qarının küt travması nəticəsində nazik bağırsağın cırılmasından baş vermiş irinli yayılmış peritonitdən sonrakı toksiki sepsis” xəsarəti yetirib.

    Bundan sonra F.Hacımuradov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Lakin qarşı tərəf şikayətçi olmayıb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsi kürəkənini vuran qayınataya şərti cəza verib, o, azadlıqda qalıb.

  • Rəssamlıq Akademiyası 2 aydır tələbələrin təqaüdünü ödəmir – Video

    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2 aydır tələbələrin təqaüdü ödənilmir.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, tələbələr sosial şəbəkələrdə etdikləri paylaşımlarda belə ediblər.

    Tələbələr bildirir ki, bununla bağlı rəhbərliyə müraciət etsələr də, məsələyə aydınlıq gətirən olmayıb.

    Rəssamlıq Akademiyasından bildirilib ki, məsələ rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb. Hazırda müvafiq sənədləşmə işlərinin qısa müddət ərzində tamamlanması və gecikmiş təqaüdlərin tam şəkildə ödənilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Gecikmənin səbəbləri aradan qaldırılaraq, ödənişlərin yaxın zamanda tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur”, – deyə təhsil müəssisəsindən bildirildi.

  • Gəlir vergisi artıq belə bəyan ediləcək

    Fiziki şəxslərin gəlir vergisi Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən bəyan ediləcək.

    Median.Az xəbər verir ki, bununla bağlı aidiyyəti dövlət qurumlarına müavfiq tapşırıqlar verilib.

    Belə ki, İqtisadiyyat Nazirliyi oktyabr 1-dək xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.

    Həmçinin, İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə oktyabrın 10-dək xidmətin mövcüd iş axının təqdim edilməsi, noyabrın 10-dək xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması, dekabrın 20-dək xidmətin mygov biznes platformasında istifadəyə verilməsi (istismar mühitində) tapşırılıb.(Trend)