Month: April 2026

  • Müctəba Xameneinin müşaviri də öldü

    İsrailin hava zərbələri nəticəsində ağır yaralanmış İranın Ali Rəhbəri Müctəba Xameneinin müşaviri və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi həyatını itirib.

    Bu barədə İran mediası məlumat yayıb.

    Qeyd olunur ki, o, martın 31-də Tehrandakı evinə edilən hücumda ağır yaralanıb. Həyat yoldaşı da eyni hücum zamanı həlak olub. Xarazi özü isə 8 gün sonra aldığı yaralardan həyatını itirib.
    //unikal.az

  • Bu stadion Mirça Luçeskunun adını daşıyacaq

    Buxarest “Dinamo”sunun yeni stadionuna Mirça Luçeskunun adı veriləcək.

    “Mediafax” nəşrinin məlumatına görə, köhnə arenanın yerində inşa edilən yeni stadion “Dinamo Mirça Luçesku” adlanacaq.

    Xatırladaq ki, M.Luçesku 80 yaşında vəfat edib. O, futbolçu kimi karyerasının 12 ilini “Dinamo”ya həsr edib, 1985/1990-cı illərdə Rumıniya paytaxtının təmsilçisinin, 1966/1979-cu illərdə isə Ruminiya millisinin baş məşqçisi olub.

  • Naxçıvanda söyüş söyən tiktoker CƏRİMƏLƏNDİ

    “TikTok” sosial şəbəkəsində söyüş söyən şəxs məsuliyyətə cəlb olunub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 29 yaşlı Sadiq Göyüşov (ad və soyad şərtidir) “TikTok” sosial şəbəkəsində paylaşdığı videoda əxlaqsız ifadələr işlədərək ictimai mənəviyyatı təhqir edib.

    Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

    Üç uşaq atası olan tiktoker törətdiyi əməldən peşman olduğunu və bunun pozuntu olmasından xəbəri olmadığını deyərək barəsində yüngül cəza verilməsini xahiş edib. O, həmçinin videonu tanışlarına göstərmək üçün paylaşdığını bildirib.

    Məhkəmənin hökmü ilə onun barəsində 700 manat inzibati cərimə cəzası təyin edilib.

  • DİN-dən əməliyyat – Saxlanılanlar var (Video)

    DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

    Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar. Onlardan 42 kiloqram 235 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə, əsasən, gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib.

    Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Suraxanıda valideynlər övladlarının müəlliminin dəyişdirilməsinə ETİRAZ EDİBLƏR

    Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 101 nömrəli Əmi Məmmədov adına orta məktəbdə valideyn narazılığı yaranıb.

    Bu barədə Oxu.Az-a şikayət daxil olub.

    Valideynin sözlərinə görə, övladı məktəbə başladığı zaman birinci sinfə daimi müəllim təyin olunmayıb. Dərslər başlayan gün, yəni sentyabrın 15-də valideynlər sinfə müqavilə əsasında çalışan müəllimin təyin olunduğunu öyrəniblər.

    Şikayətçi qeyd edir ki, valideynlər həmin müəllimdən razı qalıblar və onun daimi əsaslarla məktəbdə saxlanılması üçün direktorun adına ərizə ilə müraciət ediblər. Lakin məktəb rəhbərliyi bu məsələnin onların səlahiyyətində olmadığını, müəllimin imtahan nəticələrinin aşağı olduğunu və daha yüksək bal toplayan müəllimlərin olduğunu əsas gətirib.

    Valideyn iddia edir ki, məktəbdə eyni statusla – müqavilə əsasında çalışan başqa müəllimlərin daimi işə qəbul edilməsi halları mövcuddur.

    “Bizim uşaqların müəllimini saxlaya bilmirlər, amma digərini saxlayırlar. Bu, suallar yaradır. Uşaqların təhsili və psixologiyası ilə oynayırlar”, – deyə şikayətdə bildirilir.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.

    “Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2025-26-cı tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin əsas mərhələsi yekunlaşdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərə müvafiq rayon (şəhər) üzrə qeydiyyatda olan namizədlərin bal ardıcıllığına əsasən əlavə yerləşdirilməsi prosesi aparılıb. Qeyd olunanlara əsasən, müvafiq vakansiyanın olduğu, müəllimin işə qəbulu üzrə müsabiqə nəticəsi nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məktubu ilə qeyd olunan müəllimin müddətli əmək müqaviləsi əsasında 2025-26-cı dərs ilinin sonunadək 101 nömrəli tam orta ümumtəhsil məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunmasına razılıq verilib.

    Həmin müəllim elan olunacaq növbəti müsabiqədə iştirak edərək, müvafiq keçid balını toplayacağı təqdirdə müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunma hüququ qazana bilər”, deyə məlumatda vurğulanıb.

  • “Nikosayağı”nın ailəsində xoş gün – Video

    Bu gün “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin ailəsində xoş gündür.

    Bloqerin qardaşı Nihat Mütəllimovun toyudur.

  • Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başladı

    Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.

    Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • В Баку на оживлённом перекрёстке внедрили “вафельницу” – ФОТО

    В районе Бакинского международного автовокзала, на пересечении улиц Рашида Исмайылова и Ширвана, для повышения безопасности и упорядочения движения нанесена дорожная разметка типа 1.25 – жёлтая сетка или так называемая “вафельница”.

    Как сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA), согласно статье 75 закона “О дорожном движении”, водителям запрещается въезжать на перекрёсток, если за ним образовался затор, который может привести к блокировке движения с других направлений. Жёлтая сетка обозначает зону перекрёстка и помогает контролировать это правило.

    Таким образом, новая разметка предотвращает образование заторов на пересечении и обеспечивает свободное движение транспорта через данный участок.

    Отмечается, что в последнее время подобная разметка внедряется на всё большем числе участков в Баку.

  • Bakıda davamlı sıxlıq olan daha bir ərazidə “sarı tor” tətbiq edildi – FOTO

    Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, Rəşid İsmayılov və Şirvan küçələrinin kəsişməsində təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək məqsədilə 1.25 – “sarı tor” nişanlanma xətləri təşkil edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, belə yolayrıcına və ya “sarı tor”la işarələnmiş kəsişmə yerinə daxil olmaq qadağandır. “Sarı tor” yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir.

    Beləliklə, qeyd edilən xətlər yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və oranı hər zaman nəqliyyat üçün təmiz saxlayır.

    Qeyd edək ki, son dövrlər Bakıda bir çox ərazilərdə bu cür nişanlanma xətləri tətbiq edilib.

  • Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi – SƏBƏB AÇIQLANDI

    Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.

    Bununla bağlı məsələ Ali Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Qanunun müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycanın Konstitusiya Qanunu ilə Naxçıvan Konstitusiyasının müvafiq maddələrindən Naxçıvanın İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.

    Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.

    Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra qanun səsə qoyularaq qəbul edilib.
    //oxu.az