Month: April 2026

  • Sarayda tikiş sexi yandı

    Sarayda tikiş sexi yanıb.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ümumi sahəsi 250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parça materialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Türkiyədə bələdiyyədə əməliyyat – 20 nəfər saxlanıldı

    İstanbulun Üsküdar bələdiyyəsində tikinti icazəsi və yaşayış icazəsi proseslərindəki qanun pozuntuları iddiaları ilə iyirmi şübhəli saxlanılıb.

    İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul və Yalovada eyni vaxtda keçirilən əməliyyatlarda 20 şübhəli saxlanılıb.

    İstintaq iddia edir ki, bələdiyyənin törəmə müəssisəsi olan Kent A.Ş.-nin idarə etdiyi sistemdən rəsmi prosedurlardan kənar tikinti icazəsi proseslərini manipulyasiya etmək üçün istifadə olunub.

    İstintaq çərçivəsində 19-u İstanbulda, 1-i isə Yalovada olmaqla ümumilikdə 30 ünvanda əməliyyatlar aparılıb. Çoxsaylı rəqəmsal materiallar müsadirə edilib.

    Prokurorluq bildirib ki, istintaq dövlət idarəçiliyinin nüfuzuna xələl gətirən cinayətlərlə mübarizənin bir hissəsi olaraq diqqətlə aparılır.
    //unikal.az

  • Kadırov elmin inkişafına görə medal aldı – Video

    Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Elmin inkişafına verdiyi töhfəyə görə” medalı ilə təltif edilib.

    O, bu barədə “Telegram” kanalında bildirib.

    Çeçenistan rəhbərinin sözlərinə görə, mükafatı ona Regional Elmlər Akademiyasının prezidenti Cambulat Umarov təqdim edib.

    “Çeçenistan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti müvafiq qərar qəbul edib. Mən onlara belə dəyərli mükafata görə minnətdaram”, – deyə Kadırov Umarovla görüşdən sonra bildirib.

  • Gəncədə müəllim dəm qazından öldü

    Gəncədə qadın dəm qazından boğularaq ölüb.

    Hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən yaşayış binalarının birində baş verib. Belə ki, şəhər sakini 1962-ci il təvəllüdlü S.Mehdiyevanın yaşadığı evin vanna otağından meyiti aşkarlanıb. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

    Xatırladaq ki, dəm qazından boğularaq ölən qadının 64 yaşlı qadının müəllim olduğu bildirilir.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
    //unikal.az

  • “Tottenhem” onun stadiona girişinə qadağa qoydu

    “Tottenhem” amerikalı repçi Kanye Uestin stadionda çıxışına qadağa qoyub.

    “Daily Mail” nəşrinin məlumatına görə, London klubu bu qərarı sənətçinin yəhudi icmasını tənqid etməsindən sonra qəbul edib. “Tottenhem Hotspur” stadionunda keçiriləcək “Wireless” festivalında çıxış etməsi planlaşdırılan Uestin proqramı da ləğv olunub.

    Qərarda klubun yəhudi icması ilə sıx əlaqələrinin də rol oynadığı bildirilir. Daha əvvəl “Pepsi” və “Guinness” kimi şirkətlər də oxşar səbəbdən sənətçi ilə əməkdaşlığı dayandırmışdı.

    Hazırda bəzi britaniyalı siyasətçilər Kanye Uestin ölkəyə girişinə qadağa qoyulmasını tələb edirlər.

    Qeyd edək ki, repçi daha əvvəl də qalmaqallı və tənqid olunan açıqlamaları ilə gündəmə gəlib.

  • 203 obyektdə monitorinq aparıldı

    Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir.

    Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb.

    Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb.

    Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub.
    Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir.

    Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.

  • Dərman və tibbi vasitələrin alınmasına 7.6 milyon manat xərclənəcək

    “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman və tibbi vasitələrin alınmasına görə xərcləyəcəyi pulun miqdarı məlum olub.

    Bununla bağlı müvafiq prosedurlara başlanılıb.

    Belə ki, müxtəlif adda vəsaitlərin alınmasına xərclənəcək ilkin ehtimal olunan məbləğ 7 milyon 603 min 964 manatdır.

  • Dərman və tibbi vasitələrin alınmasına 7.6 milyon manat xərclənəcək

    “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman və tibbi vasitələrin alınmasına görə xərcləyəcəyi pulun miqdarı məlum olub.

    Bununla bağlı müvafiq prosedurlara başlanılıb.

    Belə ki, müxtəlif adda vəsaitlərin alınmasına xərclənəcək ilkin ehtimal olunan məbləğ 7 milyon 603 min 964 manatdır.

  • Bəxtiyar Bərxudarova vəzifə verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb.

    Əmrə əsasən, Bəxtiyar Məmməd oğlu Bərxudarov Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri təyin edilib.

    Qeyd edək ki, adıçəkilən filialın əvvəlki müdiri Tamerlan Qasımov bir neçə ay əvvəl Dövlət Məşğulluq Agentliyinin Böyük Qayıdışa dair məşğulluq məsələləri departamentinin müdiri təyin olunub.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;

    3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. “3-cü mikrorayon” dairəsində;

    6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    8. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

    9. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    11. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    12. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    13. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    16. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    17. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    19. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur sıxlıq müşahidə olunur.