Month: April 2026

  • İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

    Məşhur türkiyəli müğənni İbrahim Tatlıses təcili xəstəxanaya yerləşdirilib.

    Bu barədə haberler.com məlumat yayıb.

    Məlumata görə, sənətçinin İstanbuldakı evində halı pisləşib və təcili yardımla xəstəxanaya aparılıb.

    Xəbərdə bildirilir ki, müğənni təhlükəli virusa yoluxub və həkimlərin nəzarəti altındadır.

  • Bahalaşmanın qarşısını almaq üçün nə lazımdır? – Deputatdan təklif

    Neftin bazar qiymətindəki artımlar, praktik olaraq dünya və regional bazarda qiymət artımları ilə müşahidə olunmaqdadır.

    Bu fikirləri Tiraj.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

    Deputat bildirib ki, xüsusən istehsalçı ölkələrdə enerji məhsulunun xərcinin artması istehsal edilən məhsulların maya dəyərinə birbaşa təsir göstərir:

    “Bu da həmin məhsulların maya dəyərində, xərcində, eləcə də qiymətlərində artım ilə müşahidə olunur. Praktik olara neftin bazar qiymətinin yüksək olduğu dövrlərdə idxal infilyasiyasının daha da aktivləşməsi, ölkəyə idxal edilən məhsulların qiymətlərində artımları müşahidə edirik”.
    Vergi güzəşti olmalıdır

    Vüqar Bayaramov vurğulayıb ki, neftin yüksək qiymətlətinin Azərbaycan istehlak bazarına təsirini minimumlaşdırılması üçün vacib məqamlardan biri “Ad hoc”- qısamüddətli dövrdə həmin təsirlərin minimumlaşdırılması ilə bağlı addımların atılmasıdır:

    “Belə ki əvvəlki dövrlərdə olduğu kimi beynəlxalq praktikada tətbiq olunan təcrübəyə əsasən, xüsusən də ərzaq məhsulları üzrə idxalda ƏDV-nin müddətli güzəştlərin verilməsi məqsədə uyğun olardı. Nəticə etibarilə bu daha çox idxal olunan məhsullların qiymətinin artmasının qarşısını almış olardı. Nəticədə vergi güzəştlərinin tətbiq edilməsi, həmin məhsullar üzrə xərcin azalmasına, qiymət artımlrının qarşısının alınmasına, qiymətlərin optimallaşmasına imkan yaradar. Daha strateji yanaşma idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılmasıdır. Amma xüsusən qısamüddətli dövrdə qiymət artımının baş verməməsi üçün, idxal infiliyasiyasının artmaması üçün daha məqsəduyğunu ərzaq məhsullarına vergi güzəştlərinin tətbiqidir. Bununla da neft qiymətlərinin Azərbaycan istehlak bazarına təsirini minimumlaşdırmaq olar”.\

  • Bakıda papağa görə dava: Ər arvadını döydü

    Bakıda kişi arvadını papağa görə döyüb.

    Hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlkin Muradzadə 2022-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan bir övladları dünyaya gəlib.

    Bir ay əvvəl İlkin axşam işdən evə gəlib və başındakı papağı götürüb azyaşlı övladının başına qoyub. Həyat yoldaşı həmin papağı uşağın başından götürüb stolun üstünə qoyub və bu hərəkət İ.Muradzadəni əsəbiləşdirib. Cütlük papağa görə mübahisə edib və mübahisə zamanı İ.Muradzadə həyat yoldaşını döyüb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və İ.Muradzadə saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
    //oxu.az

  • Dağıstanda daşqınlarda üçü uşaq olmaqla, 6 nəfər ölüb

    Dağıstanda güclü yağışların yaratdığı daşqınlar faciə ilə nəticələnib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində üçü azyaşlı olmaqla, ümumilikdə altı nəfər həyatını itirib. Ölənlər arasında 5-17 yaş aralığında uşaqlar, iki qadın və bir yaşlı şəxs var.

    Qeyd edilir ki, intensiv yağıntılar Mahaçqala, Kaspiysk və Dərbənd ərazilərində daşqınlara səbəb olub. Nəticədə yaşayış evləri və yollar su altında qalıb.

    Hadisə nəticəsində 6 mindən artıq sakinin zərər çəkdiyi bildirilir.

  • Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəz rəhbəri barədə QƏRAR VERİLDİ

    Sumqayıt Şəhər Məhkəməsində fəaliyyəti dayandırılan “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

    Prosesdə vəsatət təmin edilib və Ceyhun Salmanov, Natiq Əliyev və Elşad Məhərrəmov barəsində olan həbs qətimkan tədbirlərinin müddəti 2 ay – iyunun 9-na qədər uzadılıb.

    Xatırladaq ki, Sumqayıt Şəhər Prokurorluğuna daxil olan şikayətlər əsasında “Qurtuluş” reabilitasiya mərkəzində araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq mərkəzdə qanunsuzluqlar aşkarlanıb və faktla bağlı cinayət işi başlanılıb. Mərkəzin rəhbəri Ceyhun Salmanov, təşkilatın əməkdaşları – Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıblar. Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər qərarlardan apellyasiya şikayəti versələr də, Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamışdı.

    Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərərvurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, bir müddət əvvəl tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə həmin mərkəzdə müalicə alsa da, 4 ay sonra müalicə müəssisəsini tərk etmişdi. Hadisədən bir neçə gün sonra mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıblar.
    //oxu.az

  • 8 milyon manatdan çox ƏDV vətəndaşlara qaytarılıb

    Bu ilin yanvar-mart ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 8,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    “Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

    Bu ilin yanvar-mart ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 8 milyon 428,1 min manat təşkil edib”, – məlumatda qeyd edilib.

  • Президент Ильхам Алиев принял генерального прокурора Верховного суда Турции – ФОТО

    7 апреля Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального прокурора Верховного суда Турецкой Республики Мухсина Шентюрка.

    Как сообщает АЗЕРТАДЖ, выразив признательность за прием, генеральный прокурор Верховного суда Турецкой Республики отметил, что для них большая честь встретиться с главой нашего государства.

    Мухсин Шентюрк передал главе нашего государства приветствия президента Турции Реджепа Тайипа Эрдогана.

    Президент Ильхам Алиев выразил признательность за приветствия, просил передать и его приветствия главе турецкого государства.

    В ходе беседы с удовлетворением было подчеркнуто успешное развитие основанных на принципах братства и стратегического союзничества двусторонних отношений во всех сферах, отмечено, что в мире нет стран, которые были бы столь близки друг другу, как Азербайджан и Турция.

    На встрече было отмечено, что между органами прокуратуры двух стран налажены плодотворные отношения, в этой связи затронуто эффективное сотрудничество в рамках Организации тюркских государств, подчеркнута важность расширения обмена опытом.

    В ходе беседы состоялся обмен мнениями о перспективах сотрудничества.







  • Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin baş prokurorunu qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.

    Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

    Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib.

    Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirildi, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunuldu, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.

    Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.







  • Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə kirayədə yaşadığı şəxsi 16 bıçaq zərbəsi ilə öldürməyə cəhd etməkdə təqsirləndirilən İbrahim Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

    Təqsirləndirilən İbrahim Əliyev ailə qayğıları səbəbindən Bakıya gəldiyini deyib:

    “Cəfər mənim otaq yoldaşım idi. Hadisə kirayə tutacağım evə getdiyim ilk gün baş verib. Mübahisəyə səbəb onun idman əşyalarını yatağımın yanından asması oldu. Ondan həmin əşyaları yığışdırmağını istədim. O mənə çox kobud tərzdə cavab verdi. Ev sahibini çağırıb pulu və şəxsiyyət vəsiqəsini ona vermək istədim. Cəfər elə bildi ki, baş verən hadisəni ona deyəcəyəm, halbuki belə bir niyyətim yox idi. Telefonumda sosial şəbəkə hesablarıma baxırdım, musiqi dinləyirdim. Cəfər musiqinin səsini kəsməyimi tələb elədi, baxmayaraq ki, mən az səslə dinləyirdim. Sanki mənimlə dalaşmağa bəhanə axtarırmış kimi qışqırıb üzərimə gəlməyə başladı. Sonra əl atıb məni yumruqladı. Bıçağı əlimə götürdüm ki, onu qorxudum. Boyun nahiyəsindən iki dəfə vurdum. Səhər gedib polisə təslim olmuşam”.

    Daha sonra istintaq dövründə tərəflər arasında barışıq əldə olunduğu və təqsirləndirilənin törətdiyi əməldən peşman olduğu bildirilib.

    Zərərçəkmiş Cəfər Vəliyev ifadəsində özünün təqsirləndiriləni vurduğunu etiraf edib:

    “Məni bıçaqla vurduğunu əvvəl bilməmişəm, köynəyimi qanlı görəndə vurulduğumu hiss elədim. Şikayət tələbim yoxdur”.

    Növbəti prosesin vaxtı barədə məlumat veriləcəyi bildirilib.

    Xatırladaq ki, İbrahim Əliyev kirayədə birlikdə yaşadığı otaq yoldaşı Cəfər Vəliyevə aralarında yaranan mübahisə nəticəsində 16 bıçaq zərbəsi endirib.

    Ona qarşı AR Cinayət Məcəlləsinin 29.120-ci maddə üzrə cinayət işi açılıb.

  • Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləydi

    Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

    XİN bu barədə “X” hesabında yazıb.

    “Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır”, – məlumatda bildirilir.

    Azərbaycan XİN qeyd edib ki, Suriya hökuməti tərəfindən verilən bəyanatı və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı öhdəliyini alqışlayır.