Month: April 2026

  • Mövsümi meyvələr nə üçün bahadır – SƏBƏB

    “Qiymət artımına təsir edən əsas amillərdən biri təchizat zəncirində yaranan problemlərdir. Müharibə şəraiti məhsulların daşınmasını çətinləşdirir, bu isə bazarda qıtlıq yaradır və nəticədə qiymətlər yüksəlir”.

    Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

    AQC sədri əlavə əlavə edib ki, bu proses ilk növbədə enerji və logistika xərclərinin artması ilə özünü göstərir:

    “Əsas faktorlar arasında logistika xərclərinin artması xüsusi yer tutur. Yanacaq qiymətlərinin bahalaşması daşınma xərclərini yüksəldir və bu, bütün məhsulların qiymətinə təsir edir.

    Digər mühüm məqam isə yerli istehsalın maya dəyərinin artmasıdır. Fermer təsərrüfatlarında gübrə, suvarma, əmək haqqı və kənd təsərrüfatı dərmanlarının bahalaşması məhsulların bazara daha yüksək qiymətlə çıxarılmasına səbəb olur. Bu da xüsusilə mövsümi meyvə və tərəvəzlərin qiymətində özünü göstərir”.

    Vüqar Oruc hesab edir ki, bazarda vasitəçilərin rolu da qiymət artımını sürətləndirən amillərdən biri hesab olunur:

    “Bəzi hallarda məhsullar istehsalçıdan birbaşa satışa çıxarılmadığı üçün əlavə qiymət artımı baş verir.

    Hökumət tərəfindən təşkil olunan kənd təsərrüfatı yarmarkaları qiymətlərin müəyyən qədər tənzimlənməsinə kömək etsə də, bu sahədə hələ də tam effektivlik tam əldə olunmayıb.

    Ümumilikdə, qiymət artımının əsas səbəbləri kimi logistika xərclərinin yüksəlməsi, təchizatın azalması, istehsal xərclərinin artması və bazar mexanizmlərindəki problemlər göstərilir”.

  • Дональд Трамп: Иран может быть полностью уничтожен за одну ночь

    Иран может быть полностью уничтожен за одну ночь.

    Как передает Median.Az со ссылкой на lenta.ru, об этом заявил президент США Дональд Трамп в ходе пресс-конференции в Белом доме.

    “Всю страну можно уничтожить за одну ночь, и эта ночь может наступить уже завтра”, – пригрозил американский лидер.

    5 апреля Трамп нецензурно обратился к руководству Ирана, потребовав открыть Ормузский пролив. Глава Белого дома также пригрозил Тегерану мощными ударами по энергетическим объектам и мостам.

  • Tramp İranı bir gecəyə məhv etməklə hədələdi

    “İran bir gecə ərzində tamamilə məhv edilə bilər”.

    Median.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı bəyan edib.

    “Bütün ölkə bir gecədə məhv edilə bilər və bu tarix sabah da ola bilər”, – deyə amerikalı lider hədələyib.

  • Ağıl dişinin çəkilməsi hansı təhlükələrə səbəb ola bilər?

    Ağıl dişinin çəkilməsindən sonra bəzi hallarda ciddi fəsadlar yarana bilər. Mütəxəssislərin sözlərinə görə, bu prosesdən sonra irinli iltihablar, üz nahiyəsində şişkinlik və hətta asimmetriya müşahidə oluna bilər.

    BAKU.WS-in məlumatına görə, bu cür problemlər əsasən həkim tövsiyələrinə əməl olunmaması, çənə nahiyəsinin həddindən artıq qızdırılması, infeksiyanın qalması və ya mürəkkəb cərrahi müdaxilələr nəticəsində yaranır.

    Bəzi hallarda isə toxumalara hava daxil olması şişkinliyə səbəb ola bilər.

    Qeyd olunur ki, bu hallar müalicə olunsa da, üz nahiyəsində güclü şiş və ya deformasiya müşahidə edilərsə, dərhal həkimə müraciət etmək vacibdir. Belə vəziyyətlərdə diaqnostika aparılır, iltihab ocağı təmizlənir və uyğun dərman müalicəsi təyin edilir. Əksər hallarda bir neçə gün ərzində yaxşılaşma müşahidə olunur.

    Mütəxəssislər onu da vurğulayır ki, şişkinlik hər zaman sinir zədələnməsi ilə bağlı olmur. Lakin üzün müəyyən hissəsində keyimə uzun müddət davam edərsə, bu, daha ciddi problemdən xəbər verə bilər və əlavə müayinə tələb olunur.

    Bundan əlavə, dişlərin bərpası zamanı düzgün metodun seçilməsi də böyük əhəmiyyət daşıyır. Kiçik zədələnmələrdə plomblardan istifadə olunsa da, daha ciddi hallarda mikoprotezlər və ya tam örtücü taclar tətbiq edilir. Yanlış seçim isə sonradan əlavə müalicəyə ehtiyac yarada bilər.

    Həkimlər erkən mərhələdə stomatoloqa müraciətin daha sadə və az xərcli müalicə ilə nəticələndiyini, gecikmiş hallarda isə daha mürəkkəb və bahalı müdaxilələrin qaçılmaz olduğunu bildirirlər.

  • Qədim sualtı dünya müasir insanların əcdadları barədə yeni detalları üzə çıxardı

    Alimlər İndoneziyada dəniz dibindən çıxarılan tapıntılar vasitəsilə “dik yeriyən insan” (Homo erectus) haqqında yeni məlumatlar əldə ediblər. Bu tapıntılar onların əvvəllər mövcud olmuş, lakin indi su altında qalmış bir landşaftda yaşadıqlarını göstərir.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Galaxy” yazıb.

    Tədqiqatlara görə, tapıntılar vaxtilə Sundaland adlanan geniş quru sahəsinə aiddir. Bu ərazi keçmişdə Cənub-Şərqi Asiyanın bir çox adalarını birləşdirirdi, lakin dəniz səviyyəsi yüksəldikcə su altında qalıb və bütöv ekosistemlər yox olub.

    Alimlər bildirirlər ki, bu ərazidə tapılan qalıqlar Orta Pleistosen dövrünə aiddir. Bu dövr insanabənzər canlı qruplarının daha çox yayılması və hərəkətliliyi ilə xarakterizə olunur.

    Homo erectus haqqında yeni məlumatlar

    Tədqiqatçılar qeyd edirlər ki, Homo erectus daha əvvəlki homininlərlə müqayisədə müasir insana daha çox bənzəyirdi. Onların daha uzun ayaqları və qısa qolları vardı ki, bu da onlara daha effektiv yerimək və qaçmaq imkanı verirdi.

    Eyni zamanda bu növün daha güclü əzələlərə sahib olduğu ehtimal olunur ki, bu da ovçuluqda üstünlük qazandırırdı.

    Tapıntılar göstərir ki, Homo erectus kəllə həcmi avstralopiteklərlə müqayisədə 50 faizdən çox böyük olub.

    Araşdırmalarda həmçinin qeyd olunur ki, o dövrdə Şərqi Yava bölgəsində nisbətən quraq iqlim hökm sürürdü. Böyük çaylar həm içməli su mənbəyi, həm də qida təminatı üçün əsas rol oynayırdı. Tapılan sümüklərdə kəsik izləri və qırılmış hissələr həmin insanların ovçuluq etdiyini və sümük iliyindən istifadə etdiyini göstərir.

    Alimlər eyni zamanda Almaniyanın Şöningen bölgəsində tapılan taxta nizələri də araşdırıblar. Əvvəlcə onların 300–400 min il yaşı olduğu düşünülürdü, lakin yeni analizlər onların təxminən 200 min il yaşı olduğunu göstərib. Bu isə Neandertalların artıq inkişaf etmiş ov alətlərindən istifadə etdiyini sübut edir.

  • İtaliya A Seriyası: “Yuventus” öz meydanında qələbə qazandı

    İtaliya A Seriyasının 31-ci turu çərçivəsində “Yuventus” evdə “Bolonya”nı qəbul edub.

    Görüş Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

    Qarşılaşmada qolları Bremer və Ueston Makkenni vurublar.

    Xallarını 57-yə çatdıran “Yuventus” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Cenoa” isə 33 xalla 14-cü yerdədir. Turnir cədvəlinin lideri isə 72 xalla “İnter”dir.

  • Ermənistan İqtisadiyyat Nazirliyində atəş açılıb: Yaralanan var

    Ermənistan İqtisadiyyat Nazirliyinin mühafizə əməkdaşı bilmədən atəş açıb.

    Median.Az bu barədə “Sputnik Ermənistan” saytına istinadən xəbər verir.

    Məlumata görə, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

    İnsidentin baş vermə şəraiti dəqiqləşdirilir. Xüsusilə, atəşin şəxsin özünə, yoxsa başqa bir şəxsə açıldığı bildirilmir.

    Xəsarət alan şəxs 21 yaşındadır, o, sol baldır nahiyəsindən yaralanıb.

  • Suçiçəyi ilə bağlı narahatlıq – Səhiyyə Nazirliyindən açıqlama

    Hazırda ölkə ərazisində uşaq və böyüklər arasında suçiçəyi xəstəliyinin yayılması ilə bağlı xəbərlər yayılıb. Həkim və bəzi tibb ekspertləri əhali arasında xəstəliyin yenidən alovlandığını iddia edirlər.

    Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və adətən payız-qış aylarında daha çox qeydə alınır.

    Məlumata görə, hazırda ölkə üzrə xəstəliyin kütləvi yayılması halları müşahidə edilmir:

    “Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində mütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır. Yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara xəstə şəxslərlə təmasdan çəkinmək, əlləri mütəmadi yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur”, – məlumatda qeyd olunub.

  • NATO ölkələri İrana qarşı müharibəyə qoşulacaq? – AÇIQLAMA

    ABŞ-nin NATO müttəfiqlərinə İrana qarşı mümkün hərbi əməliyyatda iştirakla bağlı təklifi Vaşinqtonun alyans daxilində həmrəylik və siyasi dəstək səviyyəsini yoxlamaq cəhdi kimi qiymətləndirilir.
     
    ABŞ Prezidenti Donald Tramp “ABC telekanalına müsahibəsində bu addımın Şimali Atlantika Alyansı üçün bir növ sınaq olduğunu bildirib.
     
    Maraqlıdır, müttəfiq ölkələrin bu təşəbbüsə reaksiyası necə olacaq? Hansı ölkələr bu təklifə qoşulmağa daha meyilli görünür?
     
    Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Trampın NATO müttəfiqlərinə təklifi təkcə təhlükəsizlik məsələsi deyil, həm də NATO daxilində siyasi iradənin testi ola bilər:

    “Bu cür təşəbbüslərə reaksiyalar vahid və birmənalı olmayacaq. Avropa ölkələrinin böyük hissəsi, xüsusilə Fransa və Almaniya kimi dövlətlər ehtiyatlı mövqe sərgiləyə bilər. Onlar ənənəvi olaraq Yaxın Şərqdə hərbi eskalasiyadan çəkinirlər. Bu baxımdan, belə bir təklif NATO daxilində fikir ayrılıqlarını daha da dərinləşdirə bilər”.

    Siyasi şərhçi qeyd edib ki, bəzi ölkələr buna müsbət reaksiya verə bilər:

    “Digər tərəfdən, Böyük Britaniya, eləcə də Şərqi Avropanın bəzi ölkələri ABŞ ilə strateji tərəfdaşlığı nəzərə alaraq daha müsbət reaksiya verə bilərlər. Bu ölkələr təhlükəsizlik baxımından Rəsmi Vaşinqtonun mövqeyinə daha yaxın olur və transatlantik münasibətləri prioritet hesab edirlər. Lakin onların belə bir əməliyyata real hərbi töhfəsi məhdud və daha çox simvolik ola bilər”.

  • Novxanı sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR – Yeni layihə…

    “Azərişıq” ASC Abşeron rayonunun Novxanı qəsəbəsində köhnə elektrik qurğusunu yenisi ilə əvəz etməyi planlaşdırır.

    Qəsəbədə mövcud 6/0.4 kV-luq 919 saylı paylayıcı qurğu sökülərək onun yerində 35/6 kV-luq daha müasir yarımstansiya inşa olunacaq.

    Yeni stansiyanın tikintisi ərazidə elektrik enerjisinin keyfiyyətinin artırılmasına və daha dayanıqlı enerji təminatının yaradılmasına xidmət edəcək.

    Layihənin ümumi dəyəri 4,1 milyon manatdan artıq qiymətləndirilir.

    Qeyd edək ki, bu layihə enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi məqsədi daşıyır.