Month: April 2026

  • Güclü yağışlar müharibə ilə bağlıdır? – AÇIQLAMA

    Son dövrlərdə müşahidə olunan güclü və intensiv yağışlar cəmiyyətdə müxtəlif suallar doğurur. Bəzi hallarda bu cür hava hadisələri ilə bağlı fərqli ehtimallar irəli sürülür və onların səbəbləri haqqında müxtəlif yanaşmalar müzakirə olunur.
     
    Xüsusilə iqlim dəyişikliklərinin sürətləndiyi bir dövrdə təbii proseslərlə insan fəaliyyətinin təsir dərəcəsi daha çox diqqət mərkəzinə çevrilib.
     
    Bəs görəsən, son dövrlərdə tez-tez müşahidə olunan güclü və intensiv yağışların müharibə və ya hərbi fəaliyyətlərlə hər hansı bir birbaşa və ya dolayı əlaqəsi varmı? 
     
    Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli sfera.az -a açıqlama verib. Onun sözlərinə görə, hazırda yağan yağıntılar bahar fəslinə aid olan yağıntılardır və başqa proseslərlə əlaqəsi yoxdur:

    “Düşünmürəm ki, bunun iqlim dəyişikliyi ilə hər hansısa bir əlaqəsi olsun. Bizim yerləşdiyimiz mülayim-subtropik qurşaqda bahar fəsli yaşanır. Bahar fəslinin əsas xüsusiyyətlərindən biri yağıntıların bolluğudur. Bəzən daha çox quraqlıq olur, bəzən hətta qar yağması belə müşahidə olunur. May ayında da qar yağdığı olub. Düzdür, iqlim dəyişikliyi baş verir. Amma bunun iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur. Müharibə ilə əlaqəsinə gəldikdə isə, bu, ola bilər. Çünki atmosferdə olan partlayışlar ola bilər ki, havaya təsir edir. Hazırda aparılan müharibənin buludlara, havaya təsiri olmaya da bilər. Çünki atılan bombalar yerə atılır. Cənub küləyi vasitəsilə, orda yaranan qazlar bizə gəlib çıxa bilər. Amma birbaşa olaraq bu yağıntıların müharibə ilə ciddi əlaqəsi yoxdur”.

    Ekoloq əlavə regiondakı müharibə ilə yağıntının əlaqəsinə də toxunub:

    “Hazırda yağıntılar ekosistemə, bitki örtüyünə, təbiətə müsbət təsir göstərir. Dünyanın ən kirli şəhərlərindən biri olan Bakının havası təmizlənir. Ona görə də yağıntıların olması müsbətdir. Hətta müharibə nəticəsində yaranmış zəhərli havanı belə yağışlar təmizləmir”.

  • На официальных страницах Ильхама Алиева в соцсетях размещены публикации о визите в Грузию – ВИДЕО

    В официальных аккаунтах Президента Азербайджана Ильхама Алиева в социальных сетях опубликованы кадры в связи с государственным визитом в Грузию.

    Median.Az представляет данную публикацию:

  • Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub – VİDEO

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub.

    Median.Az paylaşımı təqdim edir:

  • “Qarabağ” “Karvan-Yevlax”ı darmadağın etdi

    Misli Premyer Liqasında 26-cı tur davam edir.

    “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Karvan-Yevlax”ı qəbul edib.

    Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib. Beləliklə, Qurban Qurbanovun yetirmələri cari mövsümün ən böyük hesablı qələbəsini qazanıb.

    Bu komandalar arasındakı əvvəlki 2 dövrənin matçlarında Ağdam təmsilçisi 2:0 hesablı qələbələr qazanıb.

    6 aprel (bazar ertəsi)

    19:00. “Qarabağ” – “Karvan-Yevlax” – 7:0

    Qol: Leandro Andrade, 23, Kamilo Duran, 31, Dani Bolt, 40, Abdullah Zubir, 43, Kamilo Duran, 45, Kamilo Duran, 48, Leandro Andrade, 64

  • Culfa kəndlərində işıq olmayacaq

    Aprelin 7-də Culfa rayonunun bir çox kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

    “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır. Bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq “Əbrəqunus” hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub.

    Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq.

    Naxçıvan RETSİ yaranacaq müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.

  • Gəncə sakini su çənini rəngləyən zaman zəhərlənərək ölüb

    Gəncə şəhərində bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1961-ci il təvəllüdlü M.Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyən zaman zəhərlənərək ölüb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

    Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

    Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • KİV: İrana dost ölkələr də Hörmüzdən keçidə görə rüsum ödəyəcəklər

    “İran hökuməti Hörmüz boğazından təhlükəsiz keçid üçün dost ölkələr də daxil olmaqla bütün gəmiləri rüsum ödəməyə məcbur edəcək”.

    Bu barədə İranın “Nour News” agentliyi məlumat yayıb.

    “Dost ölkələrə Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid icazələrinin verilməsi yalnız təhlükəsizlik rüsumlarının ödənilməsi müqabilində həyata keçiriləcək və heç bir ölkə bu tələbdən azad edilməyəcək”, – məlumatda bildirilib.

    Qeyd olunub ki, bu strategiya ABŞ və İsrail hücumlarından dəymiş ziyanı ödəmək üçün seçilib.

    Aprelin əvvəlində “Al Jazeera” telekanalı məlumat vermişdi ki, İran bütün dövlətləri “dost”, “neytral” və “düşmən” olmaqla üç qrupa bölərək boğazda gəmiçiliyin tənzimlənməsi sistemini hazırlayıb.

    İddia edilirdi ki, birinci qrupdan olan dövlətlər boğazdan sərbəst keçə biləcək, “neytral” ölkələr rüsum ödəyəcək, “düşmən” ölkələr üçün isə keçid əvvəlki kimi qadağan olunacaq.

  • Gürcüstan mətbuatı Prezident İlham Əliyevin dövlət səfərini geniş işıqlandırıb

    Gürcüstanın aparıcı televiziyaları və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli mətbuat ali qonağın şərəfinə Tbilisinin mərkəzi küçə və prospektlərində Azərbaycanın Dövlət bayrağının asıldığını xüsusi qeyd edib.

    “1tv.ge” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. “Bu gün müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir”, – deyə sayt yazıb.

    Eyni zamanda, dövlətimizin başçısının çıxışına istinadla yayılan silsilə materiallarda iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunmasına da xüsusi yer ayrılıb. Prezident İlham Əliyevin mətbuata bəyanatında yer alan fikirlərinə diqqət çəkilərək qeyd olunub ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir milyardı ötə bilər.

    “Rustavi2.ge” portalında bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3.7 milyard dollar sərmayə qoyulduğu xüsusi vurğulanıb.

    Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edən “Imedinews.ge” saytı bunu bütün qonşu dövlətlər üçün nümunə göstərib.

    “Info9.ge” portalı isə yazır ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından Gürcüstan üçün etibarlı tərəfdaşdır.

    “Interpressnews.ge” portalı Prezident İlham Əliyevə istinadla qeyd edib ki, Gürcüstan dinamik şəkildə inkişaf edir, iqtisadi artımı göz qabağındadır, ölkədə çox əlverişli investisiya mühiti yaradılıb.

    “Primitime.ge” yazır ki, Azərbaycan Prezidentinin çıxışında iki ölkə arasında münasibətlərin daha dinamik şəkildə inkişafından məmnunluq ifadə olunub. Bildirilir ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Bu, hər zaman belə olub və gələcəkdə də belə olacaq.

    “Ipress.ge” saytı da Prezident İlham Əliyevin fikirlərinə yer verib: “Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

    Bundan başqa, tvpirveli.ge, kvirispalitra.ge, formulanews.ge, netgazeti.ge, cbw.ge, georgiatoday.ge, bpn.ge, commersant.ge, ipress.ge, primetime.ge, 2020news.ge, tabula.ge, geotimes.com.ge, bm.ge, aktual.ge, 24news.ge, palitranews.ge, apsny.ge saytlarında və digər media orqanlarında da Azərbaycan Prezidentinin səfəri geniş işıqlandırılıb.

    Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın hava limanında qarşılanma mərasimi, eləcə də, dövlətimizin başçısının Gürcüstan prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi, Prezident Mixeil Kavelaşvili ilə görüşü barədə məlumatlar əksini tapıb.

    Gürcüstan mətbuatının ən çox diqqət yetirdiyi məqam isə Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüşdən sonra dövlətimizin başçısının mətbuata bəyanatında səsləndirdiyi fikirlər olub

    Dövlətimizin başçısının Cənubi Qafqazda sülh və təhlükəsizlik barədə fikirləri də geniş işıqlandırılıb: “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim” – deyə, Prezident İlham Əliyevə istinadla bildirilir.

    Qeyd edək ki, ümumilikdə qonşu ölkənin 50-dən çox portal və televiziyasında 90-a yaxın material yayımlanıb.

  • Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb – FOTO

    Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yola salıb.



  • Сколько человек на данный момент эвакуировано из Ирана в Азербайджан?

    С 28 февраля – начала эскалации напряженности на Ближнем Востоке – из Ирана в нашу страну были эвакуированы более 3 322 человек, в том числе 575 граждан Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на Report, среди эвакуированных – граждане Китая (732 человека), России (370), Индии (238), Бангладеш (198), Таджикистана (189), Пакистана (151), Ирана (136), Омана (84), Индонезии (68), Алжира (57), Италии (44), Германии (27), Испании (26), Канады (25), Франции (19), Саудовской Аравии (18), Японии (18), Грузии (19), Узбекистана (16), Бахрейна (16), Казахстана (13), США (13), Нигерии (13), Венгрии (12), Мексики (11), Беларуси (11), Великобритании (10), Болгарии (10), Демократической Республики Конго (10), Бразилии (9), Судана (8), Венесуэлы (7), Финляндии (6), Румынии (6), Чехии (6), Словакии (6), Бельгии (6), ОАЭ (6).

    Также эвакуированы граждане Турции (5), Сербии (5), Швеции (5), Афганистана (5), Австралии (5), Австрии (5), Греции (5), Вьетнама (5), Кыргызстана (5), Иордании (4), Филиппин (4), Украины (4), Шри-Ланки (4), Кувейта (4), Нидерландов (4), Катара (3), Хорватии (3), Дании (3), Норвегии (3), Непала (2), Ливана (2), Йемена (2), Мьянмы (2), Кипра (2), Египта (2), Словении (2).

    Кроме того, из Ирана в Азербайджан были эвакуированы по одному гражданину Туниса, Южно-Африканской Республики, Мальдивских Островов, Кубы, Ватикана, Аргентины, Боснии и Герцеговины, Латвии, Белиза и Доминиканской Республики.

    Напомним, что 28 февраля США и Израиль начали военную операцию против Ирана. В результате был убит верховный лидер страны Али Хаменеи и ряд высокопоставленных чиновников. После этого Иран начал наносить удары по целям не только в Израиле, но и в странах, где размещены военные базы США и их союзников – в Саудовской Аравии, Катаре, Объединенных Арабских Эмиратах, Омане, Бахрейне, Ираке и на Кипре.