Month: April 2026

  • Aprelin pensiyası bu tarixdə veriləcək

    Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub.
     
    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək.
     
    Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək.
     
    Daha sonra isə qrafikə uyğun olaraq digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

  • Daha bir tiktoker həbs olundu

    Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən daha bir nəfər tutulub.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində “TikTok” platformasında canlı yayım açaraq ictimai əxlaq normalarına zidd ifadələr işlədən və nalayiq davranışlar sərgiləyən Sənur Əzizov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkədə açdığı canlı yayım zamanı izləyicilərə qarşı təhqiredici və etik çərçivədən kənar ifadələr işlədib. Bu səbəbdən onun barəsində müvafiq inzibati tədbir görülüb.

    Faktla bağlı toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə S.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq, 15 sutka müddətinə həbs edilib.

  • Şimali Koreya liderinin qızının hərbi sahədə artan rolu: Yeni qadın varis

    Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NİX) Şimali Koreya rəhbəri Kim Çen Inın öz qızı Kim Çu Enin ölkənin ali rəhbərliyinə varis olaraq hazırlama prosesini sürətləndirdiyi barədə məlumat yayıb.

    Median.Az-ın bu barədə “Yonhap” agentliyinə istinadən verdiyi xəbərə görə, qapalı keçirilən brifinqdə səsləndirilən Milli Təhlükəsizlik Sisteminin bəyanatında qeyd olunub:

    “Kim Çu E son vaxtlar daha çox müdafiə sahələri ilə bağlı tədbirlərdə görünür. Bu addımın qadın varisə qarşı etimadı yüksəltmək və hakimiyyət davamlılığı təəssüratını formalaşdırmaq məqsədi daşıdığı ehtimal edilir”.

    Xatırladaq ki, hələ fevral ayında Cənubi Koreya media orqanları Kim Çu Enin Şimali Koreyanın raket proqramı üzrə nəzarətçi vəzifəsinə gətirildiyini yazmışdı.

    Son günlərdə isə Şimali Koreya rəhbərinin qızı atası ilə birlikdə bir sıra rəsmi iş səfərlərində iştirak edib. Ata-bala Koreya Xalq Ordusunun Paytaxt Müdafiə Korpusuna aid təlim poliqonunda keçirilən taktiki məşqlər zamanı onlar raket buraxılışlarını birgə izləyib, həmçinin tank idarə ediblər.

  • Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür: Bəzi kəndlərə texnikalar cəlb olundu

    Zaqatala rayonunda Muxaxçay, Talaçay və digər dağ çaylarında sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

    Bildirilib ki, son günlər ölkənin şimal-qərb zonasına yağan güclü leysan yağışları rayon ərazisindən axan Talaçay, Muxaxçay və digər dağ çaylarında sululuğu artırıb. Bu isə ətraf ərazilər üçün sel təhlükəsi yaradıb. Hazırda daşqın ehtimalı olan Yolayrıc və Üçüncü Tala kəndləri ərazilərinə ağır texnikalar cəlb olunub.

    Bundan başqa, çayların keçdiyi Göyəm, Dardoqqaz, Aşağı Çardaqlar, Yuxarı Çardaqlar, Paşan, Əliabad, Yeni Suvagil, Çobankol, Qımır və Mamrıx kəndlərinin mühafizəsi üçün məcra nizamlama və sahil bərkitmə işləri davam etdirilir.

  • İrandakı müharibə Yaxın Şərqdə rus şirkətlərinə təsir edir

    Yaxın Şərq ölkələrində fəaliyyət göstərən bir sıra Rusiya brendləri İrandakı müharibə səbəbindən problemlərlə üzləşib.

    Median.Az xəbər verir ki, bu barədə CORE.XP şirkətinin nümayəndəsi Yevgeni Domaşenko açıqlama verib. Onun sözlərinə görə, hələlik Rusiya şirkətlərinin regionu kütləvi şəkildə tərk etməsi ilə bağlı rəsmi təsdiq yoxdur.

    Bununla belə, münaqişə zonasına yaxın ərazilərdə fəaliyyət göstərən brendlərin yarıdan çoxu təhlükəsizlik səbəbilə ticarət obyektlərinin işini müvəqqəti dayandırıb.

    Domaşenko qeyd edib ki, müharibədən əvvəl Yaxın Şərq və Şimali Afrika ölkələrində ümumilikdə 100-120 Rusiya şirkəti fəaliyyət göstərirdi. Onların əksəriyyəti isə Dubay bazarında çalışırdı.

    Ekspert vurğulayıb ki, raket hücumları riski bir çox şirkətin fəaliyyətini dondurmasına səbəb olub.

    Eyni zamanda, Macquarie Group analitikləri İrandakı müharibənin uzanma ehtimalını 40 faiz qiymətləndirib. Onların fikrincə, Hörmüz boğazının uzunmüddətli blokadası riski regionda vəziyyəti daha da gərginləşdirə bilər.

    Analitiklər hesab edir ki, bu halda ABŞ və İsrailin hərbi əməliyyatları qısa müddətdə başa çatdırması çətin olacaq.

  • Azərbaycanlı abituriyent Selcan Süleymanlıdan QÜRURVERİCİ UĞUR

    Azərbaycanlı abituriyent Selcan Süleymanlı nüfuzlu beynəlxalq uğura imza atıb. O, dünyanın aparıcı ali təhsil müəssisələrindən olan “Massachusetts Institute of Technology”ə qəbul alıb.

    Bu barədə Azərbaycan Universitetləri feysbuk səhifəsi məlumat yayıb.

    Bildirilib ki, bundan əvvəl isə Selcan “Imperial College London”dan qəbul qazanıbmış.

    Bu nəticə Azərbaycan təhsilində nadir hadisə kimi qiymətləndirilir, çünki o, dünya reytinqlərində həm ilk pillədə qərarlaşan, həm də ikinci yerdə olan universitetlərə qəbul almağa nail olub.

    Selcan Süleymanlı müxtəlif olimpiadalarda əldə etdiyi uğurlarla da diqqət çəkir. O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb.

    Bundan əlavə, Azərbaycan Astronomiya və Astrofizika Olimpiadası çərçivəsində 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal və “birincilərin birincisi” adına layiq görülüb.

    Beynəlxalq arenada da uğurlar qazanan Selcan 2025-ci ildə Asiya Fizika Olimpiadası-nda həvəsləndirici mükafat, Beynəlxalq Fizika Olimpiadası-nda isə bürünc medal əldə edib. O, bu yarışda medal qazanan ilk azərbaycanlı qız kimi tarixə düşüb.

    Qeyd edək ki, Selcan Süleymanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi-nin məzunudur və bu təhsil ocağından MIT-ə qəbul alan üçüncü şagird olub.

  • В Баку изменена схема движения некоторых маршрутных автобусов

    В связи с ограничением движения на дороге от Дворца водных видов спорта в Сабаильском районе Баку в направлении посёлка Бибиэйбат (улица Денизкенары) временно изменена схема движения шести регулярных маршрутов.

    Как сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA), изменения затронули маршруты №72, 120А, 125, 149, 205 и E1. Их движение организовано по улице Шафаг через территорию, известную как “20-й участок”.

    Напомним, в результате непрекращающихся осадков на Бибиэйбатской дороге в Сабаильском района возникла угроза схода оползня. С учётом сложившейся ситуации в целях обеспечения безопасности участников дорожного движения на указанной автомобильной дороге движение транспортных средств временно частично ограничено. Водителям рекомендуется в качестве альтернативного маршрута использовать старое Сальянское шоссе, двигаясь через “20-й участок”.

  • Bakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi

    Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti “20-ci sahə dairəsi” – Şəfəq küçəsi ilə təşkil olunub.

  • Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub – FOTO

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib.

    Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

    Gürcüstan prezidentinin sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

    Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var.

    Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.

    Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var.

    Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır. Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi XIX əsrin ortalarından – məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu “Qafqaz Muzeyi” dövründən başlayır.

    Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri yer alıb.

    Mədəni tədbirlər və konfransların da keçirildiyi muzeydə Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini davam etdirən “Müdriklər Məclisi” yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilində kitabxana və incəsənət qalereyası fəaliyyət göstərir.

    Sonra Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar xanım Mehriban Əliyevaya hədiyyə olunub.









  • Bu yolda sürət həddi bərpa edildi

    Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
     
    Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
     
    Xatırladaq ki, aprelin 4-ü sözügedən yolda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.