Month: April 2026

  • Hava şəraiti ilə bağlı bəzi məktəblərdə tədrisdə fasilələr yaranıb

    “Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir”.

    Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir:

    “Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesinin həyata keçirilməsində qısamüddətli fasilələr yaranıb. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bu çərçivədə dərslərin sıxlaşdırılmış qrafik üzrə təşkili imkanları dəyərləndirilir”.

  • Представитель МЧС: Из 6 домов в селе Ситалчай эвакуированы 13 человек

    В результате спасательных работ, проведённых в селе Ситалчай Хызынского района, из 6 домов были эвакуированы 13 человек.

    Как сообщает Report, что об этом заявил полковник Войск гражданской обороны Министерства по чрезвычайным ситуациям (МЧС) Джафар Гасанов, продолжающий руководить спасательной операцией на месте.

    По его словам, на территорию направлена необходимая техника и личный состав.

    “Сегодня утром, примерно в 07:00-08:00, из Центра кризисного управления МЧС в Войска гражданской обороны поступил сигнал с просьбой о поддержке в связи с наводнением в Ситалчае.

    В настоящее время на месте задействованы две единицы крупной техники, одна малая единица техники Войск гражданской обороны, а также 15 человек личного состава, осуществляющих спасательные мероприятия.

    На данный момент из как минимум шести домов эвакуированы в общей сложности 13 человек – среди них 5 детей и такое же число пожилых людей”, – рассказал Джафар Гасанов.

  • FHN rəsmisi: “Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib”

    “Xızı rayonunun Sitalçay kəndində həyata keçirilən xilasetmə işləri nəticəsində 6 evdən 13 nəfər təxliyə olunub”.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bunu kənddə xilasetmə işlərini davam etdirən Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının polkovniki Cəfər Həsənov deyib.

    Onun sözlərinə görə, əraziyə zəruri texnika və canlı qüvvə cəlb olunub:

    “Bu gün səhər saat 7-8 radələrində FHN-in Böhran İdarəetmə Mərkəzindən Mülki Müdafiə Qoşunlarına Sitalçay ərazisində baş verən daşqın hadisəsi ilə bağlı dəstək üçün müraciət siqnalı daxil olub. Hazırda ərazidə Mülki Müdafiə Qoşunlarının iki böyük, bir kiçik texnikası, həmçinin 15 nəfər şəxsi heyət xilasetmə tədbirləri həyata keçirir. Bu saata qədər azı 6 evdən 5-i uşaq, 5-i yaşlı olmaqla ümumilikdə 13 nəfər təxliyə ediliblər”.

  • Ильхам Алиев: Южный Кавказ уже становится пространством мира, спокойствия, безопасности и сотрудничества

    Сегодня на Южном Кавказе складывается совершенно новая ситуация, и страны, расположенные на Южном Кавказе, не должны упускать эту возможность. Потому что сегодня, к сожалению, в разных частях света нарушаются мир, безопасность, спокойствие, стабильность, результатом чего являются кровавые столкновения, войны, страдания и потери.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в заявлении для прессы с премьер-министром Грузии Ираклием Кобахидзе.

    “Подобная ситуация когда-то существовала и на Южном Кавказе. Но сегодня Южный Кавказ уже становится пространством мира, спокойствия, безопасности и сотрудничества”, – добавил глава нашего государства.

  • İlham Əliyev: “Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”

    “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fikirləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında səsləndirib.

    “Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Azad edilmiş ərazilərdə daha 117 mina aşkarlanıb

    İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (30.03.2026 – 05.04.2026) məlumat açıqlanıb.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 83 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 2254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 2278,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

  • Prezident: “Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir”

    “Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.

    Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.

  • İlham Əliyev: “Əminəm ki, səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək”

    “Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.

    Dövlətimizin başçısı qeyd edib: “Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir.

  • İrakli Kobaxidze: “İlham Əliyev Gürcüstanın dəyərli dostudur”

    “O (Prezident İlham Əliyev – red.) Gürcüstanın dəyərli dostudur və Azərbaycan Prezidentinin buraya səfəri hər zaman bizim üçün böyük şərəfdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

    Baş nazir qeyd edib: “Biz fürsətdən istifadı edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə etdik”.

  • Baş nazir: “Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur”

    “Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

    “Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə iştirak edir”, – deyə baş nazir vurğulayıb.