Month: April 2026

  • В Азербайджане около 20 000 семей получили единовременное пособие

    В январе-марте 2026 года единовременное пособие при рождении ребёнка было назначено и выплачено 20 032 гражданам.

    Об этом заявили в Государственном фонде социальной защиты при Министерстве труда и социальной защиты населения Азербайджана.

    Отмечается, что выплаты произведены в связи с рождением 20 032 детей: 9 265 девочек и 10 767 мальчиков.

  • Azərbaycanda 20 mindən çox ailəyə birdəfəlik MÜAVİNƏT VERİLİB

    2026-cı ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

    Bildirilib ki, müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər oğlan uşağına görə edilib.

  • Министр прибыл на подтопленную территорию в бакинском поселке – ВИДЕО

    6 апреля министр по чрезвычайным ситуациям генерал-полковник Кямаледдин Гейдаров прибыл в поселок Кешля Низаминского района Баку, где в результате неисправности коллектора произошло подтопление прилегающей территории.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Министерства по чрезвычайным ситуациям Азербайджана, глава ведомства на месте ознакомился с ситуацией и проводимыми работами по устранению последствий, дал соответствующие поручения.

  • Kəmaləddin Heydərov Keşlədə suyun təsirinə məruz qalmış əraziyə gedib – VİDEO

    Aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə gəlib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, nazir yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib.

  • В Агсу напали на братьев-школьников: есть задержанный

    В Агсу произошла поножовщина.

    Инцидент зафиксирован сегодня около 10:00 в городской средней школе №1.

    Местный житель Достали Багиров (1992 г.р.), явившись в образовательное учреждение, устроил стычку с учеником 11-го класса. В итоге он ранил школьника ножом в ногу и избил его 16-летнего брата.

    Пострадавшие братья были доставлены в Агсуинскую центральную районную больницу, где им была оказана медицинская помощь.

    Сотрудники полиции по подозрению в совершении преступления задержали Достали Багирова.
    //oxu.az

  • Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi – Saxlanılan var

    Ağsu rayonunda bıçaqlanma olub.

    Hadisə aprelin 6-da səhər saat 10 radələrində Ağsu rayon 1 saylı tam orta məktəbində baş verib.

    Ağsu şəhər sakini 1992-ci il təvəllüdlü Dostəli Bağırov məktəbə gələrək, orta məktəbin 11-ci sinif şagirdi ilə mübahisə edib. Mübahisə nəticəsində D.Bağırov şagirdi ayağından bıçaqlayıb, şagirdin 16 yaşlı qardaşını isə döyüb.

    Xəsarət alan qardaşlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər və onlara tibbi yardım olunub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən D.Bağırov saxlanılıb.
    //oxu.az

  • К сведению учащихся 9-х классов: начинается регистрация

    Началась регистрация на прием в 10-ые классы с уклоном “Цифровые навыки” на 2026-2027 учебный год.

    Об этом сообщает Median.Az со ссылкой на Государственное агентство дошкольного и общего образования.

    Отмечено, что классы с уклоном “Цифровые навыки” не только углубляют теоретические знания учащихся, но и развивают их практические навыки, создают условия для специализации в сфере информационных технологий и формирования знаний и навыков в соответствии с современными требованиями рынка труда.

    Регистрация продлится до 30 апреля и проводится на платформе digitalskills.edu.az.

  • Doqquzuncu sinif şagirdlərinin nəzərinə – Qeydiyyat başlanır

    2026-2027-ci tədris ili üzrə “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başlayır.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, “Rəqəmsal bacarıqlar” təmayüllü siniflər şagirdlərin nəzəri biliklərini daha da dərinləşdirməklə yanaşı, onların praktik tətbiq bacarıqlarını inkişaf etdirir, informasiya texnologiyaları sahəsində ixtisaslaşmasına və əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqların formalaşmasına şərait yaradır.

    Qeydiyyat aprelin 30-dək davam edəcək.

    Qeydiyyat digitalskills.edu.az platforması üzərindən aparılır.

  • Вниманию граждан: ожидаются важные изменения в законодательстве, касающемся зарплат

    Обязательства работодателей по обеспечению равной оплаты труда получают четкую законодательную конкретизацию.

    Как передает Oxu.Az, данный вопрос нашёл отражение в проекте изменений в Трудовой кодекс и в закон “О гарантиях гендерного (мужского и женского) равенства”, вынесенном на обсуждение на сегодняшнем заседании комитета Милли Меджлиса по труду и социальной политике.

    В проекте совершенствуются основные обязанности работодателя в сфере трудовых отношений.

    Согласно проекту, независимо от пола, работникам, занятым одинаковой работой, должны быть созданы одинаковые условия труда. Сотрудникам, выполняющим одинаковую или равноценную различную работу, должна обеспечиваться равная оплата труда. Запрещается применение различных дисциплинарных взысканий за одно и то же нарушение. Кроме того, работодатель обязан принимать необходимые меры по предотвращению дискриминации по половому признаку и сексуального домогательства.

  • Vətəndaşların NƏZƏRİNƏ: Qanunvericiliyə maaşlarla bağlı mühüm dəyişiklik gözlənilir

    İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

    Sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihədə işəgötürənin əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri təkmilləşdirilir.

    Layihəyə əsasən, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.

    Sənədə əsasən, işəgötürən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabərdəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

    Qeyd olunur ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabərdəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

    Bu xüsusda ölkədə əməkhaqqı sahəsində gender bərabərliyinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətini şərtləndirən əsas amillərdən biri də, məhz qeyd olunan beynəlxalq öhdəliklərdən irəli gəlir.

    Bildirilir ki, bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
    //oxu.az

    Həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna təklif edilən dəyişikliyə görə, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabərdəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.