Month: April 2026

  • Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq

    Ağdərədə 6-10 aprel tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə MN-dən bildirilib.

  • В Агдаме в средней школе произошла драка: уборщица напала на директора

    В средней школе посёлка Сафарли Агдамского района произошёл конфликт.

    Причиной стало увольнение уборщицы директором школы.

    Директор Алия Алиева освободила Ульвию Абдуллаеву, работавшую одновременно уборщицей и кочегаром, от одной из должностей. Свое решение она обосновала тем, что, работая уборщицей, та не может выполнять обязанности кочегара. Узнав об этом, женщина пришла в кабинет директора и оскорбила её. Между ними возник спор, который перерос в драку: уборщица разбила сувенир, находившийся на столе директора.

    На место прибыли сотрудники полиции, женщина была задержана. По данному факту составлен административный протокол, дело направлено в суд.

    Решением Агдамского районного суда Ульвия Абдуллаева была оштрафована на 60 манатов.

  • Ağdamda orta məktəbdə dava: Xadimə direktora hücum etdi

    Ağdam rayonunda orta məktəbdə dava olub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib.

    Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa bilməz. Məsələdən xəbər tutan Ü.Abdullayeva direktorun otağına gələrək, onu söyüb. Daha sonra xadimə ilə direktor arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib, xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, xadimə saxlanılıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

    Ağdam Rayon Məhkəməsinin qərarı ilə xadimə 60 manat cərimə olunub.

  • Bakının adı çoxlarına məlum olmayan qəsəbəsindən REPORTAJ – Video

    Baku TV-nin əməkdaşları Bakının daha bir köhnə qəsəbəsi UPD-dən reportaj hazırlayıblar. Bu qəsəbənin adı bir az fərqlidir və bəlkə də çoxlarına məlum deyil ki, UPD nə deməkdir.

    Ərazidə yaşayan sakinlər qəsəbə haqqında öz xatirələrini bölüşüblər: “Mən anadan olandan burada yaşayıram. 70 yaşım var. Burada mənim nənəm və ulu nənəm də yaşayıb. Çox sakit və rahat yerdir. Əvvəl burada yaxşı balaca qəsəbə var idi, ərazi boş idi. Sonra müxtəlif ərazilərdən gəldilər. Çoxlu evlər tikdilər. Hərəkət etmək olmur”.

    Bakının köhnə məhəllələrində diqqət çəkən həm də köhnə tikililərdir. Yəqin ki, yeni evlər və binalar tikildikcə, belə tikililərin də ömrü az qalıb.

    Bəs UPD nə deməkdir?

    “Əvvəl burada qatar yolu var idi, qatarlar neft daşıyırdı. Ona görə bura “təmir yolları idarəsi” adlanırdı. Sonra dəmir yolu relslərini yığışdırdılar”, – deyə sakinlərdən biri bildirib.

  • Məktəbli qız dəm qazından zəhərləndi

    Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib.

    Şəhər sakini, 2011-ci il təvəllüdlü T.Qarazadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Həkimlərin səyi nəticəsində 15 yaşlı qızın həyatını xilas etmək mümkün olub.

    Məlumata görə, T.Qarazadə 9-cu sinif şagirdidir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Государственном агентстве занятости произведены новые назначения

    В Государственном агентстве занятости, подведомственном Министерству труда и социальной защиты населения, произведены новые назначения.

    Как сообщает iqtisadiyyat.az, соответствующие приказы подписал председатель правления госагентства Хасиль Аббасов.

    Согласно документам, Эльвин Зейналов назначен начальником отдела надзора за трудовой и исполнительской дисциплиной Департамента внутреннего контроля и аудита агентства, а Ильхам Меликов стал новым заместителем директора Центрального филиала мониторинга и оценки агентства.

  • Dövlət Məşğulluq Agentliyində YENİ TƏYİNATLAR

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatları olub.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Elvin Zeynalov Agentliyin Daxili Nəzarət və Audit Departamentinin Əmək və İcra İntizamına Nəzarət şöbəsinə müdir təyin edilib.

    Digər əmrlə, İlham Məlikov Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına yeni müdir müavini təyin olunub.

  • İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı

    Azərbaycana 21 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb:

    “Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

  • Вниманию водителей: на ряде улиц Баку ограничат движение – ПРИЧИНА

    В рамках 13-й сессии Всемирного форума градостроительства (WUF13), который пройдёт в Баку 17-22 мая 2026 года, будет осуществляться мониторинг движения транспортных средств по установленным маршрутам с целью обеспечения безопасного и эффективного управления транспортным потоком.

    В связи с этим в рамках мониторинга, который будет проведён совместными усилиями Операционной компании WUF13 и соответствующих структур, в ночь с 11 на 12 апреля предусматривается временное ограничение движения на ряде улиц и проспектов столицы.

    Мониторинг охватит направления к Baku Crystal Hall, Fairmont Baku Flame Towers, Four Seasons Hotel Baku, JW Marriott Absheron Baku, The Ritz-Carlton, Международному аэропорту Гейдар Алиев и месту проведения мероприятия – Бакинского олимпийского стадиона.

    Водителей и других участников дорожного движения просят заблаговременно планировать свои передвижения в указанную дату, учитывать возможные заторы по заданным направлениям и пользоваться альтернативными маршрутами.

    Точные территории, на которых будут применены ограничения, и другая информация будут представлены общественности на следующем этапе.

    Отметим, что мониторинг движения транспортных средств, проводимый в преддверии WUF13, также применялся и был успешно реализован в рамках подготовки к ряду глобальных мероприятий, проведённых в Азербайджане за последние десять лет.

  • Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollar bağlanır – SƏBƏB

    17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən olunmuş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

    Bununla əlaqədar, “WUF13 Azərbaycan” Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

    Monitorinq Bakı Kristal Zalı, “Fairmont Baku Flame Towers”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Baku”, “The Ritz-Carlton”, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

    Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

    Məhdudiyyətlərin tətbiq olunacağı dəqiq ərazilər və digər məlumatlar növbəti mərhələdə ictimaiyyətə təqdim olunacaq.

    Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.