Month: April 2026

  • Bakıda yeni “moll” tikiləcək

    Azərbaycanda yeni “moll” tikintisinə start verilib.

    Median.Az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketi ərazisində inşa olunması planlaşdırılan yeni ticarət mərkəzi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb.

    İddialara əsasən, sözügedən layihənin “Əhmədli Moll” adlanacağı bildirilir.

  • Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

    Həcc ziyarətinə sənəd qəbulu aprel ayının 15-nə qədər davam edəcək.

    Bu barədə oxu.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

    “Kvotanın 93 faizi dolub, cəmi 7 faiz yer qalıb”, – deyə V.Cahangiri qeyd edib.

    Xatırladaq ki, QMİ 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib.

  • Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı

    Dünya turuna hazırlaşan Kanye Uest uzun müddətdir Türkiyədə verəcəyi konsertlə ə diqqət mərkəzindədir. İstanbulda baş tutması gözlənilən konsert, xüsusən də türk pərəstişkarları arasında böyük həyəcan yaratmışdı.
     
    “Spotify”da siyahıda olan konsert tarixlərindən Türkiyənin qəfil yoxa çıxması sosial mediada tez bir zamanda panikaya səbəb olub. Bir çox insan konsertin ləğv olunduğunu düşünüb və şayiələr sürətlə yayılıb. Xoşbəxtlikdən, siyahıya edilən düzəliş və İstanbul konserti tezliklə yenidən görünüb və ləğv şayiələri səngiyib. 

    Kanye Uest musiqi karyerası boyunca hip-hop və pop dünyasında iz buraxan saysız-hesabsız hit mahnılar yaradıb.
     
    “Stronger”, “Heartless”, “Runaway”, “Gold Digger”, “Power” və “Praise God” kimi mahnıları ilə Uest böyük bir qlobal pərəstişkar bazasına çatıb. O, tez-tez təkcə musiqisi ilə deyil, həm də səhnə şouları və qeyri-adi ifaları ilə xəbər başlıqlarına çıxır. İllərdir siyahılarda birinci yerdə olan bu mahnılar reperin qlobal bir fenomenə çevrilməsinin ən böyük sübutudur.
     
    Son zamanlar yeni tur hazırlıqları ilə xəbər başlıqlarına çıxan Kanye dünya tur planlarına Türkiyəni də daxil etməklə pərəstişkarlarını sevindirib.
     
    30 mayda İstanbulda konsert verəcəyi barədə şayiələr yayılsa da, “Spotify” konsert cədvəlindən Türkiyə hissəsinin qəfil çıxarılması çaşqınlığa səbəb olub. Çoxları konsertin ləğv olunduğunu düşünürdü, amma hadisələr bunun müvəqqəti bir vəziyyət olduğunu göstərib. Həqiqətən də, qısa müddət sonra İstanbul konsertinin yenidən cədvəldə görünməsi pərəstişkarlara rahatlıq gətirib.
     //sfera.az

  • Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)

    Bazarlarda çəpiş ətinə tələbatın artdığı müşahidə edilir.Xüsusən də son illərdə qəssablar bu heyvanı kəsməkdə maraqlıdırlar. Səbəb təlabatın artmasıdır.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, çəpiş ətinin qiymətinə gəldikdə isə, hazırda bu məhsulun kiloqramı satış yerlərindən asılı olaraq dəyişir və bəzi hallarda quzu əti ilə eyni səviyyəyə çatır.

    Satıcılar deyirlər ki, çəpiş ətinin əsas üstünlüyü yumşaqlığı və spesifik dadındadır. Qəssabların sözlərinə görə, çəpiş adətən müəyyən çəkiyə çatdıqdan sonra kəsim üçün uyğun sayılır. Heyvanın yaşı və çəkisi ətin keyfiyyətinə birbaşa təsir edir.

    Satıcılar onu da əlavə etdilər ki, adətən təyziq xəstəliyi olanlar daha çox bu heyvanın ətini almağa üstünlük verirlər. Qiymətinin qarşıdakı aylarda enəcəyi gözlənilir. Adətən çəpiş ətinə maraq daha çox payız-qış mövsümündə olur.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

  • Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanın sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə toplam 5 milyon 56 min manat sığorta haqqı toplayıb.

    Bu göstəricinin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 74 % və ya 14 milyon 422 min manat azalıb. Ötən ilin ilk iki ayında bu sığorta növü üzrə 19 milyon 478 min manat sığorta haqqı toplanıb.

    Ötən iki ayda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinin həcmi 435 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 34,8 % və ya 232 min manat azdır. 2025-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 667 min manata bərabər olub.

    Qeyd edək ki, ötən ilin yanvar-fevral ayında sığorta şirkətləri sözügedən sığorta növü üzrə topladıqları hər 100 manatdan 3.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk ayında bu rəqəm 8.6 manat təşkil edib.

    Vətəndaşların bu sığorta növünə marağının azalması nə ilə əlaqədardır?

    Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, daşınmaz əmlak sığortasına marağın azalması sənədləşmə prosesinin əvvəlki kimi aktiv olmaması ilə bağlıdır:

    “Daşınmaz əmlak sığortasının azalmasının ilk növbədə səbəbi keçən il sənədsiz evlərin və obyektlərin sənədləşməsi ilə bağlı ölkə başçısının sərəncamının olması idi. Həmin dövrdə ən çox deklarasiya edilən məhz bu proses idi. Əmlakın icbari sığortası sənədləşmə zamanı təqdim edilən sənədlər toplusunda vacib sənədlərdən biridir.

    Bu səbəbdən sənədləşmə prosesinin intensiv olduğu dövrdə sığortaya müraciətlərin sayı da artmışdı. Lakin hazırda həmin prosesin tempinin azalması ilə paralel olaraq daşınmaz əmlak sığortasına maraq da nisbətən zəifləyib”.

    Ekspert qeyd edib ki, bu sığorta növü daha çox zərurət yarandıqda həyata keçirilir:

    “Əmlak sığortasında cərimələrin tam tətbiq olunmamasına görə insanlar bunu daha çox könüllü şəkildə, yaxud sənədləşmə prosesində, alqı-satqı zamanı tələb olunduğu halda həyata keçirirlər.

    Qanunvericilikdə İnzibati Xətalar Məcəlləsində və “Sığorta haqqında” Qanunda cərimə tətbiqi nəzərdə tutulsa da, bu mexanizm praktiki olaraq tam və effektiv şəkildə tətbiq olunmadığı üçün vətəndaşlar avtomobillərdə olduğu kimi kütləvi şəkildə deyil, daha çox könüllü şəkildə sığortaya müraciət edirlər.

    Daşınmaz əmlak sığortasına marağın azalması həm sənədləşmə prosesinin zəifləməsi, həm də cərimə mexanizminin tam işləməməsi ilə bağlıdır və bu amillər bazarda sığortanın daha çox könüllü xarakter daşımasına gətirib çıxarır”.

  • Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu

    Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən 2021-ci il təvəllüdlü azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

    Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.

    Mərkəzin Uşaq Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri sabitdir.

  • Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

    Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 3-də ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə və 2970 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

  • Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir

    Kosmik daşımalar və peyk interneti sahəsinin iki əsas oyunçusu – İlon Mask və Ceff Bezos bu dəfə orbitdəki “nəqliyyat qaydaları” səbəbindən qarşı-qarşıya gəlib. “SpaceX” və “Amazon” şirkətləri arasında uzun illərdir davam edən rəqabət, “SpaceX”in Federal Rabitə Komissiyasına təqdim etdiyi sərt şikayət məktubu ilə yeni mərhələyə keçib.

    Qaynarinfo-nun məlumatına görə, “SpaceX” iddia edir ki, “Amazon” “Project Kuiper” peyklərini müəyyən edilmiş hündürlükdən xeyli yuxarı orbitə buraxaraq təhlükəsizlik qaydalarını pozur. Şirkətə görə, bu vəziyyət yalnız digər peyklər üçün deyil, həm də ekipajlı kosmik aparatların toqquşma riskini artırır.

    “Amazon” isə bu ittihamları rədd edərək, buraxılış hündürlüklərinin hüquqi çərçivədə olduğunu və heç bir təhlükəsizlik pozuntusunun baş vermədiyini bildirib. Şirkət həmçinin qeyd edib ki, ötən il “SpaceX” özü də “Amazon” peyklərini oxşar hündürlüklərə daşıyıb və bu səbəbdən rəqibini ziddiyyətli davranmaqda ittiham edib. “Amazon”un fikrincə, əsas problem “SpaceX”in “Starlink” peyklərini həmin zonaya köçürdükdən sonra şikayət etməyə başlamasıdır.

    “SpaceX”in məlumatına görə, 12 fevral 2026-cı ildə həyata keçirilən “Ariane 6” buraxılışı zamanı “Amazon” peykləri icazə verilən hündürlükdən 50–90 kilometr yuxarı yerləşdirilib. Bu isə “Starlink” peyklərini qısa müddətdə 30 dəfə toqquşmadan yayınma manevri etməyə məcbur edib. Şirkət koordinasiya çatışmazlığının ciddi risklər yaratdığını və xüsusilə 480 kilometr civarında olan bütün aparatların təhlükə altında olduğunu vurğulayıb.

    “Amazon” isə bunu texniki zərurət kimi qiymətləndirir. Şirkət bildirir ki, buraxılış parametrlərinin son anda dəyişdirilməsi aylarla gecikməyə səbəb ola bilər və mövcud hündürlük qanuni “elastiklik diapazonu” daxilindədir. Bununla belə, “SpaceX”in narahatlıqlarını nəzərə alaraq, dördüncü missiyadan etibarən daha aşağı orbitlərdən istifadə ediləcəyini vəd edib.

    Mübahisələr fonunda hər iki şirkətin orbit təmizliyi sahəsində göstəriciləri də tənqid olunur. “SpaceX” son dövrlərdə bəzi “Starlink” peyklərində baş verən nasazlıqlar və nəticədə yaranan kosmik tullantılar səbəbilə gündəmə gəlib. Müstəqil qurumlar bu tullantıların toqquşma deyil, texniki nasazlıqlar nəticəsində yarandığını təsdiqləyir.

    Ekspertlər hesab edir ki, İlon Maskın orbitdə iri məlumat mərkəzi qurmaq planları nəzərə alınarsa, bu cür “kosmik trafik” mübahisələri gələcəkdə daha da kritik xarakter alacaq.

  • Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır

    Aprelin 4-ü saat 20:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şahdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.

    Yardımlıda saat 17:00-17:10 radələrində diametri 1.3 mm olan dolu düşüb.

    Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.

  • Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)

    Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işlərinin bu ayın sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

    Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. bildirilib ki Gecikmə hava şəraiti ilə bağlıdır. Xətlərdən biri artıq təhvil verilib. Hava şəraiti uyğun olarsa, digər xətlər də yaxın vaxtlarda istifadəyə veriləcək “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətindən isə qeyd olunub ki, tikinti işlərindən sonra Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının fəaliyyəti bərpa ediləcək.

    Ekspert Əşrad Hüseynov deyir ki, qatarların şəhərətrafı istqamətlərə hərəkətəri həm də yollarda yükün azalması deməkdir.

    O, bildirib ki, Xırdalan əhərinin yol bağlantılarının yaxşılaşdırılması nəzərdə tutulur. Layihəyə əsasən, şəhər Bakı-Quba avtomobil yolu və Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə birləşdiriləcək. Bu dəyişikliklərin Bakı-Sumqayıt yolu və şəhər daxilindəki nəqliyyat sıxlığını azaltması gözlənilir.//Xəzər TV